Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Naoto Kan istefa verdi
    Yaponiyanın baş naziri Naoto Kan vəzifəsindən istefa verib. Baş nazir hakim Yaponiya Demokratik Partiyasının sədri postunu da tərk edib. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, Kan bu açıqlamanı təxminən bir qədər əvvəl verib. Qeyd edilir ki, onun istefası siyasi yerdəyişmələr üçün vacibdir. Şənbə günü Demokrat Partiyasının sədri vəzifəsinə seçkilərlə bağlı namizədlər irəli sürüləcək. Bazar ertəsi parlamentin hər iki palatasındakı demokrat deputatlar partiyanın sədrini səsvermə ilə seçəcəklər. Avqustun 27-də isə o, Yaponiyanın baş naziri təyin edilə bilər.
    26.08.11 Məqaləni oxumaq
     
    Qəddafinin başına pul qoyuldu
    Liviyalı üsyançılar Qəddafinin ölü, ya da diri gətirənə 2 milyon Liviya dinarı (1,7 milyon dollar) mükafat təyin edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Liviya liderinin harada gizləndiyi bilinməsə də, onun Tripoliyə yaxın bir yerdə olduğu iddia edilir. Şəhərin bəzi ərazilərində üsyançılarla Qəddafi qüvvələri arasında silahlı qarşıdurmalar davam edir. Beynəlxalq Müvəqqəti Şuranın sədri Mustafa Əbdülcəlil Qəddafi üçün qoyulan mükafat miqdarını açıqlayarkən: “Əgər Qəddafi tutulmasa, onun tərəfdarları mübarizədən əl çəkməyəcək. Liviyada yeni bir həyat qurmaq və sülh üçün Qəddafi tutulmalıdır” deyib.
    26.08.11 Məqaləni oxumaq
     
    Fransa varlıları: Bizdən alınan verginin həcmi artırılsın
    Fransa hökuməti büdcə kəsirini bağlamaq üçün tədbirlər planı hazırlayarkən, ölkənin varlı təbəqəsindən dəstək gəlib. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, ölkənin 16 ən böyük şirkət sahibi parlamentə ünvanladıqları məktubda büdcə kəsirini bağlamaq üçün iri həə ödəniş etməyə hazır olduqlarını bildiriblər. Bu siyahıya ən iri həcmli dəstəklə “L’Oreal” şirkətinin sahibəsi Liliyan Bettenkort başçılıq edir. Xanım Bettenkort ölkənin kasıb əhalisinə yük olmamaq üçün illik gəliri 1 milyon avronu keçən şirkətləri bu işə məcburi dəstək verməyə də çağırıb.
    26.08.11 Məqaləni oxumaq
     
    Qəddafinin heykəlləri uçurulub
    Liviyalı üsyançılar paytaxt Tripolidə Liviyanın artıq “sabiq” adlandırılan lideri Qəddafinin heykəllərini uçurub, qərargahında ona aid olan əşyaları yandıraraq, “ya zəfər, ya ölüm” - deyə meydan oxuyur.
    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Qəddafinin qurucusu olduğu “Əl Uruba” kanalı Qəddafi və qoşunlarının “hərbi taktika” edərək geri çəkildiklərini və səssiz qaldıqlarını yayıb. Qəddafinin qərargahını ələ keçirən üsyançılar onun iqtidarının simvolu olan heykəli uçurub, bu anı ölümsüzləşdiriblər. Dünya mətbuatında əksini tapan görüntüləri analiz edən rəsmilər Qəddafiyə yol göründüyünü bildirir.
    25.08.11 Məqaləni oxumaq
     
    Barak Obama təcili iclas keçirib
    ABŞ prezidenti Barak Obama ölkənin şimal-şərqində baş verən zəlzələ ilə bağlı təcili iclas keçirib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Prezident Milli Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar özrə Federal Agentliyin rəhbərliyi ilə danışıqlar aparıb.
    B.Obamaya bildirilib ki, infrastrukturlarda, o cümlədən aeroportlarda və atom elektrik stansiyalarında iri miqyasda dağıntı yoxdur. 
    Qeyd edək ki, bu gün səhər ABŞ-ın şərq sahillərində 5, 8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Şimali Karolina, Virciniya, Merilend, Nyu-York, Ohayo və Kolumbiyanın mərkəzində hiss olunub. Kapitoli təpəsində və Pentaqonda evakuasiya həyata keçirilib
    Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
    24.08.11 Məqaləni oxumaq
     
    Məhkəmə zorlamada ittiham olunan Stross Kana bəraət verdi
    Nyu-York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kan üzərindən zorlama ilə bağlı bütün ittihamları ləğv edib. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qərarı ali məhkəmənin hakimi Maykl Obus çıxarıb. Bununla da BVF-nin eks-rəhbərinə qarşı cinayət işi başa çatıb.
    Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York prokurorluğu məhkəmədən Kan üzərində bütün ittihamların ləğv edilməsini xahiş edib.
    Xatırladaq ki, Kan otel xidmətçisi olan qaradərili qadını zorlamqda ittiham olunurdu.
    24.08.11 Məqaləni oxumaq
     
    Ankaradan Binqaziyə böyük dəstək
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu liviyalı üsyançılara rəhbərlik edən Beynəlxalq Müvəqqəti Şura rəsmiləri ilə görüşüb.
    “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Şura sədri Mustafa Əbdülcəlil ilə iki saata yaxın fikir mübadiləsi aparan nazir Liviyada uğurla tamamlanan bu üsyanın ölkəni demokratik və aydın gələcəyə aparacağından əminliyini vurğulayıb. “Müqəddəs Ramazan boyu türk xalqının ürəyinin bir yarısı Somali, digər bir yarısı isə Liviya üçün atdı” deyən Davudoğlu keçid dövründə Türkiyənin Liviyaya əlindən gələn yardımı edəcəyini də vurğulayıb.
    Görüşdən sonra mətbuata açıqlama verən nazir Türkiyənin Liviyaya 100 milyon dollar nağd, 100 milyon dollar mərhələ-mərhələ kreditlə, 100 milyon dollar isə investisiya formasında dəstək olacağını açıqlayıb.
    24.08.11 Məqaləni oxumaq
     
    Obama: Ölkənin gələcəyi indi Liviya xalqının əlindədir
    ABŞ prezidenti Barak Obama bəyan edib ki, Liviya lideri Müəmmar Qəddafi rejiminin sonu gəlib çatıb. O, Liviya liderini hakimiyyətdən getməyə çağırıb. Onun sözlərinə görə, Şimali Afrikanın bu ölkəsində vəziyyət olduqca qeyri-müəyyəndir və Qəddafi rejimi dağılıb. ABŞ prezidenti vurğulayıb ki, ölkədə hələ də ağır döyüşlər gedir, lakin tamamilə aydındır ki, Qəddafinin dövrü bitib və üsyançılar paytaxt Tripolinin böyük hissəsinə nəzarət edirlər. Obama bildirib ki, Liviyada vəziyyət zirvə nöqtəsinə çatıb və ölkənin gələcəyi indi Liviya xalqının əlindədir. «KƏLAMİNFO» «Lenta ru»ya istinadən xəbər verir ki, Obama bu bəyanatı Massaçusets ştatında ailəsi ilə birlikdə dincəldiyi Martas Vinyard kurort şəhərindən verib.
    24.08.11 Məqaləni oxumaq
     
    Seyf əl İslam: “Biz üsyançıların onurğa sütununu qıra bildik”
    Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl İslam nə üsyançıların əlindədir, nə də onu əsir götürüblər. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, o, zirehli avtomobildə əcnəbi jurnalistlərin qaldığı mehmanxanaya gəlib və yaranmış vəziyyətlə bağlı onlara açıqlama verib. Müxbirlərdən biri ondan atasının Tripolidə olub-olmadığını soruşub. O isə cavabında «əlbəttə ki, buradadır» deyib. Seyf əl İslam atasının Tripolidə təhlükəsiz yerdə olduğunu da vurğulayıb. Onun sözlərinə görə, əsas güc artıq Qəddafinin tərəfindədir: «Biz üsyançıların onurğa sütununu qıra bildik. Bu, tələ idi. Onların həyatını daha da ağırlaşdırdıq, ona görə də qalib gəlirik. Biz buradayıq və bu bizim ölkədir. Bu bizim xalqımızdır və biz burada yaşayırıq. Biz qalib gələcəyik, çünki xalq bizimlədir». Bəzi məlumatlara görə, Qəddafi Bab əl-Əzizədəki iqamətgahında gizlənir.
    24.08.11 Məqaləni oxumaq
     
    Qəddafi Venesuelaya qaçıb
    Liviyalı üsyançıların paytaxt Tripolini tutması və şəhərin əksər ərazilərində idarəetməni ələ alması və əhalinin üsyançılara dəstək verməsi Qəddafinin vəziyyətini ağırlaşdırıb. “KƏLAMİNFO” “SkyNews”a istinadən xəbər verir ki, yayılan ilkin qeyri-rəsmi məlumatlara görə, general Venesuelaya qaçıb. Onun üç oğlunun üsyançılar tərəfindən əsir alındığı bildirilir. Lakin Qəddafinin ordusunun heç bir müqavimət göstərməməsi və şəhərin üsyançılar tərəfindən tutulmuş heç bir ərazisində olmaması şübhə doğurub.
    23.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30