Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  72 73 74 75 76 77 78 79 80  #
    “Yahoo”nun icraçı direktoru istefaya göndərilib
    “Yahoo”nun icraçı direktoru Kerol Bartz istefaya göndərilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Yahoo”nun maliyyə direktoru Timoti Mors icraçı direktor əvəzi təyin edilib. Əgər o, bu vəzifəyə həmişəlik təsdiqlənsə, “Yahoo”nun sayca dördüncü rəhbəri olacaq. Kerol Bartz “Yahoo”ya 2009-cu ildən başçılıq edirdi. O, şirkətin menecmentində dəyişikliklər həyata keçirmişdi. Son vaxtlar “Yahoo”nun səhmlərinin dəyəri aşağı düşdüyündən Bartzın hərəkətləri tənqidə məruz qalmışdı.
    08.09.11 Məqaləni oxumaq
     
    Ərdoğan: “Bazanın qurulması NATO çərçivəsində həyata keçirilən bir prosesdir”
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan raketdən müdafiə sistemi daxilində Türkiyədə qurulacaq radiolokasiya bazasını «NATO çərçivəsində həyata keçirilən bir proses» olaraq dəyərləndirib və sistemin yerləşdiriləcəyi yerin müəyyən edilməsi üçün fəaliyyətlərin davam etdiyini bildirib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir bu sözləri Türkiyədə səfərdə olan İspaniya baş naziri Rodriqes Sapatero ilə görüşü çərçivəsində bildirib. İki baş nazirin görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında Ərdoğan raketdən müdafiə sistemilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, bu məsələ Türkiyədə bir radiolokasiya bazasının qurulması ilə bağlıdır. «Bazanın qurulması NATO çərçivəsində həyata keçirilən bir prosesdir» - deyə o bildirib. Görüşdə İsrailə tətbiq ediləcək sanksiyalar da gündəmə gəlib. Baş nazir Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilmədiyi halda İsrail ilə əlaqələrin normallaşmayacağını söyləyib: «İki ölkə arasındakı hərbi müqavilələri, xüsusilə müdafiə sənayesi sahəsindəki ticarət əlaqələrini tamamilə təxirə saldıq».
    07.09.11 Məqaləni oxumaq
     
    Ermənistanda öz uşaqlarını boğub öldürən qadını həbs edilib
    Ermənistan hüquq-mühafizə orqanları öz uşaqlarını boğub öldürən qadını həbs ediblər. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, o, 6 yaşlı Vardan və 4 yaşlı Ayka Aloyanovu öldürməkdə günahlandırılıb. Polisə bununla bağlı məlumatı onun qonşuları məlumat verib. Bəlli olub ki, ana uşaqları boğub öldürdükdən sonra qapını bağlayaraq evi tərk edib. Həbs edilən qadın bildirib ki, uşaqları mələfə ilə boğub.
    07.09.11 Məqaləni oxumaq
     
    İranda 4 nəfəri asıblar
    İranda narkotik maddə satmaqda ittiham olunan 4 nəfəri asıblar. «KƏLAMİNFO»nun məlumatına görə, bunu İranın «Şərq» qəzeti yayıb. Hadisə Kerman şəhərindəki həbsxanada baş verib. «France Presse»in məlumatına görə, bu ilin əvvəlindən İranda 184 nəfər haqqında asılmaqla bağlı qərar çıxarılıb. Ötən il isə 179 adam asılmışdı. Hüquq müdafiəçilərinin dediyinə görə isə bu rəqəm daha çoxdur. İran qanunlarına görə, ölüm, zorlama, ailə xəyanəti, silahlı qarət və narkotik maddə qaçaqçılığına görə ittiham olunanlar asılırlar.
    07.09.11 Məqaləni oxumaq
     
    Rusiyaya məxsus MiQ-31 qəzaya uğrayıb
    Rusiyaya məxsus MiQ-31 təyyarəsi Perm vilayətində Böyük Savino aeroportu rayonu ərazisində qəzaya uğrayıb. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, pilotlar həlak olub. Rusiya Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, təyyarə plan uçuşu keçirən zaman radarların ekranından yoxa çıxıb. Təyyarə Vulqar kəndi yaxınlığında aşkarlanıb. Rusiya KİV-lərinin məlumatına görə, təyyarə yanıb. Qəzanın səbəbləri üzə çıxana qədər MiQ-31 təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılıb.
    07.09.11 Məqaləni oxumaq
     
    Bani Valid şəhəri təslim olmaq istəmir
    Liviyanın hazırkı rəhbərliyi bəyan edib ki, Müəmmar Qəddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası bildirib ki, Bani Valid şəhərinin təslim olması ilə bağlı danışıqlar başa çatıb. Milli Keçid Şurasının vasitəçisi Abdullah Kansil Bani Valid yaxınlığında jurnalistlərə bildirib ki, onun hazırda heç bir təklifi yoxdur: «Ümid edirəm ki, Bani Validdəki Qəddafi tərəfdarları tezliklə oranı tərk edəcəklər”. Müxbirin «deməli, danışıqlar artıq kəsilib» sualına Kansil belə cavab verib: «Mən tərəfdən bəli». Məlumatlara görə, Milli Keçid Şurası güman edir ki, Qəddafi rejiminin bir çox məmuru Bani Validdə sığınacaq tapa bilər. Qeyd edək ki, Bani Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir.
    06.09.11 Məqaləni oxumaq
     
    Jak Şirak 10 il həbs cəzası ala bilər
    Bu gün Fransanın keçmiş prezidenti Jak Şirakla bağlı Parisdə məhkəmə prosesi başlayır. O, korrupsiya ittihamı ilə üzləşib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, 1995-2007-ci ildə Fransanın prezidenti olmuş Şirakla bağlı ittiham təsdiqlənsə, onu 10 ilə qədər həbs cəzası və 150 min avroluq cərimə gözləyir. Məhkəmə başlanan zaman Şirakın vəkilləri bildiriblər ki, səhhətində problemlər yaşaması 78 yaşlı keçmiş prezidentin məhkəmədə iştirakını əngəlləyə bilər. O, bir neçə il əvvəl aldığı zədədən uzun müddət əziyyət çəkib. Bu halda məhkəmənin Şirakın səhhətinin bərpa olunmasını gözləməsi mümkündür.
    05.09.11 Məqaləni oxumaq
     
    Ukraynanın xarici işlər naziri Azərbaycana işgüzar səfərə gəlib
    Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı K.Qrişenkonun Azərbaycaın Baş naziri Artur Rasizadə, Baş nazirin birinci müavini Yaqub Eyyubov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
    27.08.11 Məqaləni oxumaq
     
    İraqdakı partlayışlarda 14 adam ölüb
    İraqda baş verən bir neçə partlayış nəticəsində azı 14 nəfər ölüb. “KƏLAMİNFO” “Associated Press”ə istinadən xəbər verir ki, ölənlər arasında 8 polis zabiti və 1 hərbçi var. Partlayışlardan biri Bəsrə şəhərində baş verib. İntiharçının şiə məscidi yaxınlığında törətdiyi həmin partlayışda 4 adam ölüb, onlarla adam yaralanıb. Digər partlayışlar isə Fəlludca, al-Karme və paytaxt Bağdadda törədilib.
    26.08.11 Məqaləni oxumaq
     
    Meksikada kazinoya hücum olub, 40 adam ölüb
    Meksikanın Monterrey şəhərindəki kazinoda baş verən silahlı hücum nəticəsində 40-a yaxın adam ölüb. Yaralılar var. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bir neçə silahlı kazinoya girib içəriyə yandırıcı maddə atıblar. Meksikanın üçüncü böyük şəhəri olan Montereeydə narkobaronlar arasında rəqabət də var. Ancaq kazinoya hücumun onlarla bağlı olub-olmadığı məlum deyil.
    26.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  72 73 74 75 76 77 78 79 80  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30