Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  71 72 73 74 75 76 77 78 79  #
    Ərdoğanın ərəb ölkələrinə səfəri başlayıb
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Qahirəyə gəlib. O, bu gün Misirin hərbi hökumətinin nümayəndələri, müdafiə naziri və baş nazirlə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ərdoğanın Ərəb Liqası ölkələri xarici işlər nazirlərinin iclasında çıxışı da gözlənilir. Baş nazir sentyabrın 12-13-də Misirdə, 14-15-də Tunisdə, sentyabrın 16-da isə Liviyada rəsmi görüşlər keçirəcək.
    12.09.11 Məqaləni oxumaq
     
    Obama: “ABŞ heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcək”
    ABŞ prezidenti Barak Obama son 10 ildə amerikalıların terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirdiyini vurğulayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, ABŞ-ın heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcəyini də qeyd edib: «Son 10 il bizim üçün azadlığın nə demək olduğunu bir daha təsdiq etdi. Heç şübhəsiz, biz ABŞ-ı hədələyənləri hər zaman diqqətdə saxlayırıq. Ölkənin müdafiəsilə bağlı xalq arasında narahatlıqlar var. Son 10 ildə sülh və müharibə, təhlükəsizlik və vətəndaş azadlıqları haqqında qızğın mübahisələrin şahidi olmuşuq. Ancaq bu mübahisələri dəyərlərimizə xələl gətirməyən və demokratik yolla həll etmək bacarığımız ABŞ xalqının nə qədər güclü olduğunu sübut edir».
    12.09.11 Məqaləni oxumaq
     
    “Taliban” 11 sentyabr hadisələrini özünəməxsus şəkildə “qeyd edib”
    «Taliban» hərəkatı 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünü özünəməxsus şəkildə «qeyd edib». «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Cəlalabad yaxınlığında terrorçu-kamikadze partlayıcı vasitələrlə dolu yük maşınını Sayed-Abad bazasının divarlarına çırpıb. Partlayış o qədər güclü olub ki, 6 metr diametrliyində dərin quyu əmələ gəlib. Partlayış 89 nəfərin, o cümlədən 50 ABŞ əsgərinin yaralanması ilə nəticələnib. “Taliban”ın yaydığı məlumatda göstərib ki, əfqan xalqı sonsuza qədər mübarizə aparmağa və amerikalıları tarixin zibilliyinə atmağa hazırdır.
    12.09.11 Məqaləni oxumaq
     
    Sarkisyan Köçəryanla istefasını müzakirə edib?
    Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanla eks-prezident Robert Köçəryan arasında görüş keçirilib. «KƏLAMİNFO» «Aykakan Jamanak» qəzetinə istinadən yazır ki, görüş Köçəryanın İsakov prospektindəki mülkündə baş tutub. Nəşr yazır ki, bu səbəbdən prospektə gedən yollar bağlı olub. Eks və indiki prezident daxili siyasi prosesləri və mümkün daxili siyasi ssenariləri müzakirə ediblər. Qəzet yazır ki, Sarkisyan Köçəryanla istefaya çıxmaq məsələlərini müzakirə edib.
    10.09.11 Məqaləni oxumaq
     
    Barak Obama: “Amerika bir nömrəli mövqeyinə qayıdacaq”
    ABŞ prezidenti Barak Obama bu gün Konqres qarşısında çıxış edib. Prezident yeni iş yerlərinin açılması və iqtisadi artım məsələlərinə toxunub. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı ABŞ dövlət başçısı 14 milyon işsiz amerikalının iş yerləri ilə təmin edilməsi planından bəhs edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prezident çıxışı zamanı bildirib ki, vergilərin ixtisarı və iş yerlərinin qısa zamanda artırılması üçün şərait yaradılmasına yönələn hökumət xərclərinə 300 milyardlıq dollar məsrəf daxildir. Obama vaxtının sona çatmasına az qalmış əmək haqqı vergilərinin ixtisarına, infrastrukturun inkişaf etdirilməsinə dair layihələrin yaradılmasına, hökumətin yerli və ştat orqanlarına yardım məqsədi ilə işlər görməyə çağırıb.
    09.09.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Bəşər Əsədə məsləhət verdi
    İran prezidenti Mahmud Əhmədinejad Suriya prezidenti Bəşər Əsədi ölkədəki aksiyaların sərt formada yatırılmasına son qoymağa çağırıb. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, Suriyanın hazırkı hakimiyyəti və onun opponentləri danışıqlar stolu arxasında əyləşməlidirlər. «Hərbi həll heç bir vaxt düzgün qərar olmayıb. Problemi dialoq yolu ilə həll etmək gərəkdir» - deyə o bildirib.
    09.09.11 Məqaləni oxumaq
     
    Oliver Stoun Əhmədinejad haqqında sənədli film çəkir
    Məşhur amerikalı rejissor Oliver Stoun yaxın iki həftə ərzində sənədli filmin çəkilişlərini həyata keçirmək üçün İrana yola düşəcək. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, onun oğlu Şon Stoun hazırda çəkilişlərə yer seçmək üçün İrandadır. Stoun İran prezidenti Mahmud Əhmədinejad haqqında sənədli film çəkmək istəyir. İran prezidenti çəkilişə bir şərtlə razılıq verib ki, ona ssenarini göstərəcəklər və filmdə oyun səhnələri olmayacaq. Stounun filmin «islamın, xüsusən də İranın qlobal imicinin yaxşılaşdırılması məqsədilə çəkiləcəyi» barədə bəyanatından sonra Əhmədinejad razılığını verib.
    08.09.11 Məqaləni oxumaq
     
    Qəddafi üsyançıları siçana bənzətdi
    Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi Suriya televiziyasına zəng edib. «KƏLAMİNFO» Türkiyənin «Sabah» qəzetinə istinadən xəbər verir ki, Qəddafi hələ də Liviyada olduğunu və üsyançıları məğlub edəcəyini söyləyib. O, tərəfdaşlarının üsyançıları və Liviyada havadan hücumlar təşkil edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəklərini də vurğulayıb. «Gənclər indi Tripolidəki «siçanlara» (üsyançılara) qarşı müqavimət aparmaq və onların muzdlu əsgərlərini məğlub etməyə hazırdırlar. NATO-nu məğlub edəcəyik» - deyə Qəddafi vurğulayıb.
    08.09.11 Məqaləni oxumaq
     
    Türkiyə prezidenti Rusiyaya gəlib
    Bu gün Türkiyə prezidenti Abdulla Gül Rusiya dövlət başçısı Dmitri Medvedyevin qonağı olaraq Rusiyaya gəlib. «KƏLAMİNFO» RIA «Novosti»yə istinadən xəbər verir ki, Abdulla Gül Qlobal Siyasət Forumunda qonaq olaraq çıxış edəcək. Rusiyanın Yaroslavl şəhərində keçirilən foruma hər il bir və ya iki dövlət adamı şərəf qonağı olaraq dəvət edilir. Abdulla Gül forumun sessiyasının sonunda iştirakçılara müraciət edəcək. Türkiyə prezidentinin səfər çərçivəsində Medvedyevlə iki ölkə arasındakı əlaqələr, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr aparması planlaşdırılır.
    08.09.11 Məqaləni oxumaq
     
    Ermənistanda ordudakı ölüm hallarına qarşı etiraz aksiyası keçirilib
    Bu gün Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilib. «Ordu reallıqda» etiraz aksiyasının iştirakçıları əvvəlcə parlament, sonra isə prezident iqamətgahı qarşısında əllərində öldürülən əsgərlərin fotoları ilə aksiya keçiriblər. Aksiya zamanı onlar küçədən keçənləri ötüb keçməməyi və onlara qoşulmağa çağırıblar. «KƏLAMİNFO» «PanARMENIAN.Net»a istinadən xəbər verir ki, Helsinski Assosiasiyasının Vanadzor ofisinin rəhbəri Artur Saçunç bildirib ki, belə aksiyalar mütəmadi xarakter daşıyacaq: «Biz ordudakı qətliamların baş verməyəcəyinə və onlara son qoyulacağına dair təminat tələb edirik. Eləcə də orduda insidentlərin azalması bəyanatları ilə məhdudlaşmaq istəmirik».
    08.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  71 72 73 74 75 76 77 78 79  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30