Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  70 71 72 73 74 75 76 77 78  #
    Braziliyada siyahıyalma maraqlı nəticə ortaya qoyub
    Braziliyada əhalinin siyahıyaalınması çox maraqlı bir nəticə ortaya qoyub. Bəlli olub ki, ölkədə 14 yaşa qədər 43 min uşaq qeyri-qanuni nikah şəraitində yaşayır. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, Braziliya qanunvericiliyinə görə, 14 yaşa qədər olan uşaqla bir yerdə qalma zorlama sayılır. Braziliya mətbuatında bu problemlə bağlı dərc olunan məqalələrdə göstərilir ki, qanun pozuntuları ən çox adambaşına düşən gəlirin səviyyəsi aşağı olan ştatlarda qeydə alınır.
    15.09.11 Məqaləni oxumaq
     
    Sarkozi və Kemeron Ərdoğanı qabaqladılar
    Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün Liviyaya səfər ediblər. «KƏLAMİNFO» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, hər iki ölkə 42 illik Qəddafi rejiminin devrilməsinə dəstək göstərib. Gözlənilir ki, hər iki lider Tripoli və Benqazidə olacaqlar. Onların Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istədikləri bildirilir. Belə ki, Tunisdə olan baş nazir oradan Liviyaya gələcək.
    15.09.11 Məqaləni oxumaq
     
    Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət etdi
    Liviyanın devrilmiş lideri Müəmmar Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət edərək ona sadiq qüvvələrin nəzarət etdiyi Şiirt şəhərini NATO qoşunlarından qorumağa çağırıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Suriyanın «Arrai» telekanalı ilə efirə gedən məktubunda Qəddafi bildirib ki, NATO şəhərdə və onun kənarlarında baş verən terrorizm və dağıntılara görə məsuliyyət daşıyır. O, dünya ictimaiyyətini şəhər sakinlərini tək buraxmamağa və cinayətlərə son qoymaqda yardımçı olmağa çağırıb. Yayılan məlumatlara görə, Milli Keçid hökuməti Qəddafi tərəfdarlarını şəhər ətrafında tanklardan sədd qurmaqda və bununla da yerli sakinləri şəhərdən çıxmağa imkan verməməkdə günahlandırıb. Polkovnikin əleyhdarlarının sözlərinə görə, Qəddafi tərəfdarları əhalini inandırmağa çalışır ki, yeni hökumət terrorçulardan və islamçılardan ibarət olacaq.
    15.09.11 Məqaləni oxumaq
     
    Obama amerikalıları Konqresə təzyiq göstərməyə səslədi
    ABŞ prezidenti Barak Obama amerikalıları Konqres üzvlərinə məktub yazaraq 447 milyard dollar həcmində iş təklifini qəbul etdirməyə səsləyib. Qanun layihəsi yeni iş yerləri yaratmağa və zəif iqtisadiyyatı dirçəltməyə yönəlib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prezident bu çağırışı Ohayo ştatının paytaxtı Kolumbusdakı orta məktəbdə səsləndirib. Obama bildirib ki, işsiz müəllimlər, veteranlar, gənclər, inşaat işçiləri təklifdən bəhrələnən adamlar sırasında olacaq. Bu qanun layihəsinə 35 min məktəbi müasirləşdirmək üçün 25 milyard dollar həcmində yardım daxildir.
    15.09.11 Məqaləni oxumaq
     
    Ərdoğan Tunisə gəlib
    Ərəb ölkələrinə səfərini davam etdirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisə gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, onun səfəri yeni yaradılan hökumətlərlə əlaqələr qurmaq və Türkiyənin regionda təsir imkanlarını artırmağa yönəlib. Tunisə gəlməmişdən öncə Qahirədə Ərəb Ölkələri Cəmiyyətinin mənzil-qərargahında çıxışı zamanı o bildirib ki, Fələstini müstəqil dövlət kimi tanımaq - ərəb dünyasının üzərinə düşən öhdəlikdir. O, həmçinin İsraili Yaxın Şərqdə sülh prosesində iştirak etməməkdə günahlandırıb.
    14.09.11 Məqaləni oxumaq
     
    Roma Papası məhkəməyə verildi
    Katolik kilsəsinin rahibləri tərəfindən seksual zorakılığa məruz qalanlar Roma Papası 16-cı Benedikt və katolik kilsəsinin yüksək rütbəli üç xadimini Beynəlxalq Haaqa Məhkəməsinə veriblər. Onlar din xadimlərini bəşəriyyətə qarşı cinayətlərdə günahlandırıblar. İddia tərəfinin qənaətincə, cavabdeh tərəfinin günahı zorlama faktlarına yol vermələridir, sonra isə günahkarların cəzalandırılmasına qarşı çıxıblar. «KƏLAMİNFO» «NEWSru Israel»ə istinadən xəbər verir ki, iddiada o da göstərilib ki, azyaşlılara qarşı cinayətlər barədə uzun müddət danışılmayıb. 80 səhifəlik iddia iki Amerika hüquq-müdafiə təşkilatı tərəfindən hazırlanıb. Bunlar Konstitusiya hüquqlarının qorunması Mərkəzi və keşişlər tərəfindən seksual zorakılıqları yaşayanlar birliyidir. Sənəddə göstərilib ki, baş verənlərin məsuliyyəti katolik kilsəsinin üzərinə düşür.
    14.09.11 Məqaləni oxumaq
     
    ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında “Əl-Qaidə” törədir
    Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus bəyan edib ki, Birləşmiş Ştatlar üçün ən ciddi terror təhlükəsini hazırda Ərəbistan yarımadasında “Əl-Qaidə” qrupu təşkil edir. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Petreus 2001-ci il 11 sentyabr hücumlarından 10 il sonra ABŞ-ın əks-terror səylərinin qiymətləndirilməsinə dair bu gün Konqresdə keçirilən dinləmələrdə danışıb. O deyib ki, «Əl-Qaidə»nin Cənubi Asiyada bazası zəifləsə də, təşkilatın başqa yerlərdə, xüsusilə də Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu güclənib və indi özü hücumlar həyata keçirmək qabiliyyətinə malikdir. O qeyd edib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə” son iki ildə ABŞ-a qarşı iki dəfə qeyri-müvəffəq hücum cəhdi edib. Dinləmələrdə iştirak edən FTB-nin direktoru Robert Müller isə deyib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə”yə əlavə olaraq yerli ekstremist qruplar da ABŞ-ın təhlükəsizliyinə ciddi təhlükə törədir.
    14.09.11 Məqaləni oxumaq
     
    ABŞ-da işsizliyi azaltmaq üçün yeni qanun layihəsi Konqresə təqdim olunub
    ABŞ prezidenti Barak Obama Konqresə yeni iş yerləri yaratmağa imkan verəcək qanun layihəsi göndərib. Obama bildirib ki, bu layihə müxtəlif vergi güzəştləri, ictimai layihələr, dövlət yardımlarıyla minlərlə iş yerinin yaradılmasına imkan verəcək. Bu layihə dövlətə ümumilikdə 450 milyon dollara başa gələcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama Konqresi qanunu dərhal qəbul etməyə çağırsa da, siyasi fikir ayrılıqları üzündən qanunun qəbulunun uzanacağı gözlənilir.
    14.09.11 Məqaləni oxumaq
     
    «Əl-Qaidə»nin yeni müraciəti
    «Əl-Qaidə» terror təşkilatı 11 sentyabr hadisəsinin 10-cu ildönümündə yeni video yayıb. Videoda qrupun yeni lideri Ayman əl-Zəvahirinin və təşkilatın öldürülmüş lideri Üsamə bin-Ladenin indiyədək yayılmamış bəyanatı yer alıb. Video klip ekstremistlərin saytında yayılıb və oradakı bəyanatların hamısı hələ tərcümə edilməyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Zəvahiri ərəb ölkələrində inqilab, əzabkeş adlandırdığı Ladenin ölümü və Qərbin tez bir zamanda süqutu məsələsinə toxunub: «Özündən razılıq Amerikanı qüvvətlənən islam cəmiyyəti ilə üzbəüz qaldığını etiraf etməyə mane olur». Təşkilatın yeni lideri Ladenə Əfqanıstanda Rusiyaya və ABŞ-a qarşı mübarizəsinə görə təşəkkür edib və bəyan edib ki, o, bu mübarizə yolunda qurban gedib. Əl-Zəvahiri bir sıra KİV-lərin «Əl-Qaidə»nin ərəb inqilablarını dəstəkləmədiyi barədə fikirlərini də yalan adlandırıb. Onun sözlərinə görə, bu inqilabları ABŞ-ın məğlubiyyəti də adlandırmaq olar.
    13.09.11 Məqaləni oxumaq
     
    Ermənistanda qəzetin baş redaktoru öldürülüb
    Ermənistanın hüquq-mühafizə orqanları sentyabrın 1-də Kotayk vilayətində meyiti tapılan qadının kimliyini müəyyən ediblər. «KƏLAMİNFO» erməni xəbər agentliklərinə istinadən xəbər verir ki, aydın olub ki, bu şəxs Yerevanda dərc olunan «Menk meronçov» qəzetinin baş redaktoru 51 yaşlı Alvard Abramyandır. Onu sentyabrın 10-dan itkin düşmüş hesab edirdilər. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.
    13.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  70 71 72 73 74 75 76 77 78  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30