Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    Obama Ağ evdə pivə hazırlayır
    Barak Obama Ağ evdə pivə hazırlayan ilk ABŞ prezidenti kimi tarixə düşə bilər. O, pivə hazırlanması üçün kiçik pivə aparatını şəxsi vəsaiti hesabına alıb və quraşdırıb. «KƏLAMİNFO» «MİGnews.com»a istinadən xəbər verir ki, Barak Obamanın hazırladığı pivə «White House Honey Ale» adlanır və Ağ evdəki pətəklərdən toplanan baldan istifadə edilir. Barak Obamanın pivəsindən ilk dadan Amerikanın hərbi qəhrəmanı, serjant Dakota Meyer olub. Pivələrin 90 butulkadan ibarət ilk partiyasını Ağ Evdəki qəbullardan birində qonaqlara vermək istəyiblər. Lakin son anda yada düşüb ki, Barak Obamanın pivə istehsalı üçün lisenziyası yoxdur və pivələr masalardan yığışdırılıb.
    21.09.11 Məqaləni oxumaq
     
    Matvienko spiker seçildi
    Bu gün Sankt-Peterburq vilayətinin keçmiş qubernatoru Valentina Matviyenko Rusiya Federasiya Şurasının spikeri seçilib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, onu senatorların 140-ı dəstəkləyib. Matviyenko spiker postuna yeganə namizəd idi. O, bu postda Sergey Mironovu əvəzləyib.
    21.09.11 Məqaləni oxumaq
     
    Davudoğlu zalı tərk etdi
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun çıxış etdiyi salonu tərk edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, BMT-də keçirilən Terrorla Beynəlxalq Mübarizə Simpoziumu əsnasında İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun çıxışından əvvəl Davudoğlu zaldan çıxıb. Davudoğlunun bu addımının İsrailə etiraz əlaməti olaraq atdığı bildirilib.
    21.09.11 Məqaləni oxumaq
     
    ABŞ erməni-türk münasibətlərinin normallaşmasında maraqlıdır
    ABŞ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasında maraqlıdır. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Klinton və Davudoğlunun görüşündə erməni-türk münasibətləri prosesi müzakirə olunub. Dövlət katibi Ermənistan məsələsinə toxunub və bildirib ki, ABŞ erməni-türk münasibətlərinin normallaşmasında maraqlıdır.
    20.09.11 Məqaləni oxumaq
     
    Yunanıstan avro ilə bağlı referendum keçirəcək
    Yunanıstan hökuməti avronun saxlanılması və yaxud geriyə-milli valyutaya dönməsi ilə bağlı referendumun keçirilməsini planlaşdırır. «KƏLAMİNFO» «Reuters»ə istinadən məlumat yayıb ki, referendumun keçirilməsi ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq. Baş nazir Georgios Papandreu bu qənaətdədir ki, referendumun nəticəsi onun rəhbərlik etdiyi kabinetə büdcə kəsirini ixtisar etmək barədə planın reallaşdırılmasını davam etdirməyə imkan verəcək. Hazırda dövlət borcu 350 mlrd. dollara çatan Yunanıstan defolt həddindədir.
    20.09.11 Məqaləni oxumaq
     
    Merkel Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb
    Almaniya kansleri Angela Merkel Xristian-demokrat İttifaqın regional konfransında Türkiyənin Avropa Birliyinə bərabərhüquqlu qaydaya üzvlüyünə qarşı çıxıb. «Lakin biz Türkiyəni vacib və əhəmiyyətli tərəfdaş kimi itirmək istəmirik» - deyə kansler bildirib. «KƏLAMİNFO» Türkiyə KİV-inə istinadən xəbər verir ki, Merkelin qənaətincə, AB Ankara ilə daha sıx siyasi əməkdaşlıq qurmaq üçün vasitələr tapmalıdır. «Türkiyə bizim üçün çox vacibdir, bizim onunla sıx qarşılıqlı münasibətlər qurmamız vacibdir» - deyə o bildirib.
    20.09.11 Məqaləni oxumaq
     
    ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər
    Bu gündən artıq ABŞ Silahlı Qüvvələrində cinsi azlıqlar sərbəst şəkildə xidmət edə biləcəklər. Belə ki, sentyabrın 20-dən etibarən onların orduda xidmət etməsini qadağan edən qanun qüvvədən düşmüş hesab edilib. «KƏLAMİNFO» «Bloomberg»ə istinadən xəbər verir ki, bundan sonra cinsi azlıqlara məxsus olduqları bəlli olan hərbçiləri ordudan avtomatik qova bilməyəcəklər. Pentaqon rəsmiləri yeni siyasətin mahiyyətini belə izah ediblər ki, qadağa 1993-cü ildən qüvvədə olub. Həmin qadağaya görə, seksual oriyentasiyalarını gizlədən hərbçilər orduda xidmət edə bilərdilər. Eyni cinsdən olanların nikahı isə silahlı qüvvələrdə əvvəlki tək tanınmayacaq. Adıçəkilən qanuna ABŞ prezidenti Barak Obama 2011-ci ilin iyulunda imza atıb, dekabrda isə Konqres onu təsdiq edib. Cinsi azlıqların orduda xidmət etməsini qadağan edən qanunun ləğvi ABŞ prezidentinin seçkiqabağı proqramının əsas bəndlərindən idi.
    20.09.11 Məqaləni oxumaq
     
    Әrdoğan ABŞ-a səfər edəcək
    Türkiyənin baş naziri Rәcəb Tayyıb Әrdoğan ABŞ prezidenti Barak Obamanın dәvәti ilə bu ölkəyə səfər edəcək. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Әrdoğanın adı çәkilәn ölkәdә keçirәcәyi görüşlәrdә gündәmә salınacaq әsas mәsәlә Türkiyә ilә İsrail arasındakı әlaqәlәr olacaq. Baş nazir Rәcәb Tayyıb Әrdoğan ABŞ sәfәri çәrçivәsindә Türkiyә ilә İsrail arasındakı әlaqәlәrin pozulmasından narahat olduğunu bildirәn BMT baş katibi Pan Qi Mun ilә sentyabrın 21-dә tәkbәtәk görüş keçirәcәk. Sentyabrın 22-dә isә BMT-nin ümumi şurasında Fәlәstinin müstәqil dövlәt kimi tanınmasının vacib olduğunu şәrh edәcәk, Orta Şərq, Liviya, Suriya, Kipr vә Afrikadakı aclıq, terror başda olmaqla bir çox mövzuda Türkiyәnin mövqeyini bütün dünyaya bir daha bildirәcәk. Әrdoğan İranın dövlәt başçısı Mahmud Әhmәdinejadla da bir araya gәlәcәk. Görüş zamanı PKK vә PJAK-a qarşı әmәliyyatlarda әmәkdaşlıq edilmәsi mövzusu ilә bağlı danışıqlar aparılacaq.
    19.09.11 Məqaləni oxumaq
     
    Braziliyada 300 avtomobillik qəza
    Braziliyanın San-Paulu şəhərinin kənarında avtomobil yolunda 300 avtomobilin qatıldığı qəza baş verib. «Ultimo Segundo» nəşri məlumat verir ki, yol qəzasına səbəb pis hava şəraiti olub. «KƏLAMİNFO»nun nəşrə istinadən yaydığı məlumatına görə, qəza kimyəvi vasitələr daşıyan yük maşınının sürücüsünün hərəkət qaydalarını pozması nəticəsində baş verib. Nəticədə o, yolun əks istiqamətinə keçərək buradan keçən maşınları əzib. Ardınca da avtomobillərin toqquşması yaşanıb. Güclü duman və mürəkkəb hava şəraiti, eləcə də sürətlə gələn avtomobillər bir-birinə dəyməyə başlayıb. Yerli polisin məlumatına görə, 220 maşının zədəsi ciddi zərər çəkib, 80 maşının isə yüngülcə zərər dəyib və şüşələri sınıb. Yük maşının sürücüsü həlak olub, 50 nəfər isə yaralanıb. Braziliya nəşri bildirir ki, belə miqyaslı qəza sonuncu dəfə 1977-ci ildə baş verib. O zaman 151 avtomobil toqquşmuş və 15 nəfər həlak olmuşdu.
    16.09.11 Məqaləni oxumaq
     
    Obama amerikalıları yenidən səsləndi
    ABŞ prezidenti Barak Obama Şimali Karolina ştatında yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlandırılmasına dair təklifinin təsdiqi çağırışı ilə qanunvericilərə müraciət edib. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, çağırış Amerikada son 17 ildə yoxsulluq göstəricilərinin artdığı bir vaxta təsadüf edir. Amerika xalqına üz tutan Obama 447 milyard dollarlıq planına dəstək əldə etməyə çalışıb. ABŞ dövlət başçısı deyib ki, planda yeni iş yerləri açan şirkətlərə vergi ixtisarı kimi imtiyazlar verilir. Barak Obama amerikalıları Konqresə təzyiq göstərib, Amerikanın İş Aktı adlanan sənədin təsdiqinə çağırmağa səsləyib. O deyib ki, Konqres sənədi təsdiq etməsə, orta sinif amerikalıların vəziyyəti ağırlaşacaq. Prezident sənədin gəncləri müəllimlik, mühəndislik və inşaatçılıq kimi işlərlə təmin edəcəyini bildirib. Amerikada işsizlik səviyyəsi 9.1 faiz təşkil edir. 14 milyon insan işdən kənarlaşdırılıb, milyonlarla insan yarımştat işlərdə çalışır.
    16.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30