Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  68 69 70 71 72 73 74 75 76  #
    Terrorda şübhəli bilinən amerikalı həbs olunub
    ABŞ-da Massaçusets ştatı sakini Rezvan Ferdaus həbs olunub. O, Pentaqon və Konqres binalarında terror aktı planlaşdırmaqda ittiham olunur. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prokurorluq nümayəndəsi bildirib ki, təhlükəsizlik xidməti əməkdaşları Rezvan Ferdausun hər bir addımını nəzarət altında saxlayıb. Ona görə də o, ictimaiyyət üçün təhlükə yarada bilməyib.
    29.09.11 Məqaləni oxumaq
     
    ABŞ-da 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb
    Birləşmiş Ştatlarda son yeddi gün ərzində aparılan əməliyyatlar zamanı əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş 2 900 nəfər qeyri-qanuni mühacir saxlanılıb. ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti təşkilatlarının açıqladıqları məlumatda deyilir ki, genişmiqyaslı əməliyyatlar 50 ştatda və ABŞ-a məxsus olan dörd bölgədə aparılıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, belə ölçülər Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Con Napolitanonun ciddi cinayətlərdə əli olan və miqrasiya qanunlarını pozanların ölkədən deportasiya ediləcəyini deməsindən sonra götürülüb. Ötən həftə keçirilən əməliyyatlar zamanı 1200 nəfərin bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildikləri, 1600 nəfərdən çoxunun isə qətl, insan oğurluğu, zorlama və narkotik maddə qaçaqmalçılığında əli olduqlarına görə nəzarət altına alındıqları deyilir.
    29.09.11 Məqaləni oxumaq
     
    Ərdoğan BMT Təhlükəsizlik Şurası sisteminin dəyişdirilməsini təklif edir
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası sisteminin dəyişdirilməsini təklif edir. «BMT-də müəyyən islahatlar aparılmalı və beş nəfərdən ibarət Təhlükəsizlik Şurası sistemini dəyişmək gərəkdir. Çünki dünyanın taleyi beş ölkənin çıxaracağı qərardan asılıdır» - deyə baş nazir «TIME»a müsahibəsində bildirib. «KƏLAMİNFO» «Hurriyet»ə istinadən xəbər verir ki, baş nazir onu da deyib ki, Türkiyənin ABŞ-la münasibətləri stabildir və hər hansı bir böhran keçirmir: «Lakin bu münasibətlər bizim istədiyimiz qədər yüksəlmir».
    29.09.11 Məqaləni oxumaq
     
    “İranı hərbi zərbə gözləyir”
    Nüvə silahı yaratmaq cəhdlərinə son qoymazsa, İranı hərbi zərbə gözləyir. Fransanın nümayəndəsi Herard Araud BMT-də çıxışında belə deyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Araud deyib ki, əgər yaxın zamanda beynəlxalq birlik İranla danışıqları yoluna qoya bilməzsə, hərbi əməliyyatın mümkünlüyü müzakirə olunacaq. Qərb ölkələri dəfələrlə Tehranı nüvə silahı istehsal etməyə cəhddə ittiham ediblər. BMT-nin Təhlükəsizlik Şurası İran hökumətinin bu istiqamətdə işlərə son qoyması üçün dörd dəfə sanksiya tətbiq edib. Tehran isə israr edir ki, onun nüvə proqramı sülh xarakterlidir.
    28.09.11 Məqaləni oxumaq
     
    İstanbul aeroportunda qaçaqmalçı iki erməni qadın saxlanılıb
    Atatürk adına İstanbul hava limanında gömrük işçiləri Ermənistandan olan iki qadını saxlayıblar. Erməni qadınların Türkiyə ərazisinə keçirmək istədikləri alkoqollu içkilər, siqaretlər və ümumi dəyəri 200 min dollar qara kürü müsadirə olunub. «KƏLAMİNFO» Türkiyənin «Haberler» nəşrinə istinadən bildirir ki, Moskvadan İstanbula gələn qadınlar aeroportda şübhəli hərəkətləri ilə gömrük işçilərinin diqqətini cəlb ediblər. Onların yükləri açıldıqdan sonra təhqiqat başlayıb.
    28.09.11 Məqaləni oxumaq
     
    40 ildir axtarışda olan cinayətkar ələ keçib
    Portuqaliyada adam öldürdüyünə görə həbs olunan və 40 il bundan öncə Nyu-Cersi ştatındakı həbsxanadan qaçan amerikalı saxlanıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, indi 68 yaşlı Corc Vriqt ABŞ-a ekstradisiya olunmalıdır. 1962-ci ildə yanacaqdoldurma məntəqəsinin sahibini öldürən Vriqht 1970-ci ildə həbsxanadan qaçıb və «Qara xilaskar ordu» adlı sol radikal silahlı qruplaşmasına qoşulub. 1972-ci ildə Vriqt yoldaşları ilə birlikdə rahib kimi geyinərək Amerika təyyarəsini ələ keçiribl və onun istiqamətini Əlcəzairə doğru dəyişib.
    28.09.11 Məqaləni oxumaq
     
    Qəddafinin səkkiz yaxın qohumu Əlcəzairdən Qahirəyə gəlib
    Əlcəzair mətbuatının yaydığı məlumata görə, Liviya lideri Müəmmar Qəddafinin səkkiz yaxın qohumu Əlcəzairdən Qahirəyə gəlib. Onların arasında Qəddafinin qızı – Aişə, arvadı, oğlanları Məhəmməd və Hannibal var. Onlar hamısı keçən ayın sonu Tripoli təslim olduqdan dərhal sonra Əlcəzairlə sərhədi keçiblər. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, Qəddafinin digər oğlanları Seyf əl-İslam Nigerdədir. Məlumata görə, Əlcəzairin hakimiyyət orqanları Aişədən narazı qalıblar. Onun «al-Rai» televiziya kanalı ilə çıxışını yolverilməz adlandırıblar. Həmin çıxışında Qəddafinin qızı atasının sona kimi mübarizə aparacağını deyib.
    28.09.11 Məqaləni oxumaq
     
    Saakaşvili BMT-də Rusiyanın siyasətini tənqid edib
    Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın siyasətini tənqid edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb. Mixail Saakaşvilinin sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal etməklə bərabər, birbaşa dialoq əvəzinə müxtəlif beynəlxalq oyunçular tərəfindən törədilən terror aktlarını, hücumları birbaşa təşkil edir. «Soyuq müharibə bitib. Lakin embarqo, şantaj və qəddar diktatdan Ukrayna, Moldova və Belarusa qarşı istifadə edilir» - Mixail Saakaşvili bildirib.
    23.09.11 Məqaləni oxumaq
     
    Obama Mahmud Abbası xəbərdar edib
    ABŞ prezidenti Barak Obama Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbası xəbərdar edib ki, Birləşmiş Ştatlar BMT-nin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi istənilən qərara veto qoyacaq. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Obama bunu Mahmud Abbasla görüşü zamanı deyib. Bundan öncə BMT-nin Baş Assambleyasının sessiyasında çıxışında Obama deyib ki, yalnız İsraillə Fələstin arasında birbaşa danışıqlar Fələstin dövlətinin yaranmasına gətirib çıxara bilər. Barak Obama həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və onu əmin edib ki, Vaşinqton tərəfindən dəstəklənirlər. İsrail Fələstinin müstəqilliklə bağlı təşəbbüsünə tamamilə qarşıdır. Mahmud Abbas BMT-nin Baş Assambleyasının sessiyasında beşinci günə nəzərdə tutulan çıxışında Fələstinin müstəqilliyinin tanınması ilə bağlı müraciət etmək niyyətindədir.
    23.09.11 Məqaləni oxumaq
     
    Obama Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb
    BMT Baş Assambleyasının illik sessiyasında ABŞ prezidenti Barak Obama çıxışını Liviya xalqına dəstək nümayiş etdirməklə başlayıb. O, Prezident Administrasiyasının azad, demokratik və parlaq gələcək quran Liviya xalqına dəstək verəcəyini deyib. ABŞ dövlət başçısı Liviya xalqının televiziya, radio, qəzet, şəxsi bloqlar və ictimai yerlərdə səsini ucaltdığını, siyasi partiyalar və vətəndaş cəmiyyəti yaratdığını, öz universal hüquqlarını müdafiə etdiyini vurğulayıb. «KƏLAMİNFO» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, prezident bildirib ki, Liviyanın azadlığı Liviya xalqına-tanklar, silahlı qüvvələr qarşısına çıxan qadın, kişi və uşağa məxsusdur. ABŞ dövlət başçısı ədalətsizliyə qarşı mübarizədə birlik nümayiş etdirən Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb. O deyib ki, dünyada baş verən ədalətsizliklərə hər zaman müdaxilə etmək mümkün olmur. “Lakin günahsız insanların qətlə yetirilməsinə yol verməmək üçün birliyə ehtiyac var. Bu dəfə fərqli idi, biz cəsarətimizi toplayıb, bərabər hərəkət etdik” - deyə Barak Obama sözünə davam edib. “Köhnə rejimlərin terror kampaniyaları, demokratiyaya hədələri bizi birləşmiş millətlər kimi sanksiyalar, embarqolar və qətnamələr qəbul etməyə vadar etdi”.
    22.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  68 69 70 71 72 73 74 75 76  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30