Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  67 68 69 70 71 72 73 74 75  #
    Suriyanın Rastan şəhərində 3 gündə 3 min adam tutulub
    Suriyanın insan haqları müdafiəçilərinin məlumatına görə, son 3 gündə Rastan şəhərində 3 min adam həbs olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Yerli Koordinasiya Komitəsinin məlumatına görə, şənbə günü hökumət qoşunları bu şəhəri tutandan bəri onlarla etirazçı öldürülüb, üç min adam tutulub. Rastan uğrunda döyüşlər ölkədə martdan bəri ən qanlı döyüşlər olub.
    04.10.11 Məqaləni oxumaq
     
    Pakistandakı hücumda 12 adam öldürülüb
    Bu gün Pakistanın cənub-qərbində yaraqlıların hücumu nəticəsində azı 12 adam ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən on biri şiə, biri sünnidir. Yaraqlılar avtobusun qarşısını kəsib, adamları endirib sıraya düzəndən sonra atəşə tutublar. Bu haqda yerli polis idarəsindən məlumat veriblər. «KƏLAMİNFO» «RİA Novosti»yə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
    04.10.11 Məqaləni oxumaq
     
    Rusiya qazı Ermənistanda bərpa olundu
    Rusiya Ermənistanı yenə qazla təmin etdi. "KƏLAMİNFO" “armtodayinfo”-ya istinadən xəbər verir ki, Rusiyanın Cənubi Qafqazdan keçən qaz kəmərinin 52 km-də təmirin başa çatmasıyla Ermənistana ötürülən maye qaz bərpa olunub. "Armrosqazprom" şirkətinin yaydığı məlumata əsasən, maye qaz bu gün günorta saatlarında ölkəyə verilib və qazın ötürülməsi adi həə həyata keçirilir. Xatırladaq ki, sentyabrın 28-dən adıçəkilən qaz kəmərində təmirlər başlayıb və bununla əlaqədar olaraq Ermənistan əhalisi qazsız qalmışdı.
    04.10.11 Məqaləni oxumaq
     
    Eduard Şevardnadze: “Putinin gürcülərə münasibəti pis deyil”
    Gürcüstan istərsə, Rusiyanın hazırkı baş naziri Vladimir Putinlə dil tapa bilər. Bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirib. «Putini mən uşaqlıqdan tanıyıram. Onun gürcülərə qarşı münasibəti pis deyil». «KƏLAMİNFO» «Vzqlyad» qəzetinə istinadən xəbər verir ki, bu sözləri eks-prezident «Asaval-dasaval» nəşrinə müsahibəsində bildirib. «Digər bir problem - Gürcüstan öz yerini və qiymətini bilməlidir. Digərlərini də qiymətləndirmək gərəkdir. Rusiya bizim böyük qonşumuzdur. Bu ölkə bizim iqtisadiyyatda qəti mövqeyini qoymuş bir ölkədir. Rusiyanın əlində bizim strateji müəssisələrin böyük əksəriyyəti var. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu səbəbdən Putinin qayıdışının Gürcüstan üçün fəlakət olmasını demək əsassızdır» - deyə o, əlavə edib.
    03.10.11 Məqaləni oxumaq
     
    Suriya müxalifəti Milli Şura yaratdı
    Suriya müxalifət qrupları prezident Bəşər əl-Əsədin hökuməti əleyhinə fəaliyyət göstərəcək Milli Şura yaradıblar. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, bu haqda açıqlamanı müxalifət təmsilçisi Burhan Qaliun İstanbul şəhərində keçirilən görüşlərin ikinci günündə verib. Qaliun bildirib ki, şuranın hədəfi Suriya xalqının dinc yolla Əsəd hökumətini hakimiyyətdən uzaqlaşdırmaq barədə arzularına cavab verməkdir. Qaliun Suriyada xarici müdaxilə ideyasını rədd edib, amma beynəlxalq ictimaiyyəti Suriya hökumətinin «əleyhinə müharibə apardığı xalqı» qorumağa çağırıb. Suriya Milli Şurası bütün müxalifət qruplarını vahid cəbhədə birləşdirməyi nəzərdə tutur.
    03.10.11 Məqaləni oxumaq
     
    Medvedyev 2012-ci il seçkilərində iştirak etməməsinin səbəblərini açıqladı
    Rusiya prezidenti Dmitri Medvedyev 2012-ci il prezident seçkilərində iştirak etməməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Vladimir Putinin ən ali dövlət postuna namizədliyini bu şəxsin hazırda ölkədə ən nüfuzlu bir siyasətçi olması səbəbindən irəli sürüb: «Onun reytinqi çox yüksəkdir». «KƏLAMİNFO»nun məlumatına görə, Rusiya prezidenti bu sözləri ölkənin üç federal telekanalına müsahibəsində bildirib. Keçirilən rəy sorğularına görə, prezidentin fəaliyyətini 59, baş naziri isə 61 faiz dəstəkləyir. Medvedyevin sözlərinə görə, o, Putinlə «caynaqlaşmaq» istəməyib, çünki hər ikisi eyni siyasi qüvvəni təmsil edirlər.
    01.10.11 Məqaləni oxumaq
     
    Bolqarıstanda eşşək Marko mer olmaq istəyir
    Bolqarıstanda eşşək Marko eşşək kimi işləməyi, rüşvət götürməməyi və eşşək inadkarlığı ilə qarşıya qoyulan məqsədlərə çatmağı vəd edir. «KƏLAMİNFO»nun məlumatına görə, «Daily Mail» yazır ki, o, Varna şəhəri meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcək. Özü də o, namizədliyini «Yeni Bolqarıstan uğrunda cəmiyyət» partiyasından vermək istəyir. Bunu qəzetin jurnalisti Emili Allen yazır. Seçim Markonun üzərinə düşüb. Belə ki, yerli sakinlər hazırkı mer Kirill Yordanovun fəaliyyətindən narazıdırlar. Yordanov ikinci dəfə mer seçildikdən sonra Marko ilə debatlara getməkdən imtina edib. O bildirib ki, bu, layiqli olmazdı. «Düzdür, özünüz baxın, Markoya belə bir vicdansız siyasətçi ilə bir yerdə durmaq yaraşarmı» - deyə Markonun seçki qərargahının rəhbəri Anqel Dyankov bildirib.
    30.09.11 Məqaləni oxumaq
     
    Vaşinqton Dəməşqdəki səfirinin daş və pomidor hücumuna məruz qalmasını sərt şəkildə qınayıb
    Vaşinqton ABŞ-ın Dəməşqdəki səfirinə daş və pomidor hücumunu sərt şəkildə qınayıb. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Cey Qarni ABŞ-ın Suriyadakı səfiri Robert Forda edilən hücumun haqsız və əsassız olduğunu söyləyib. ABŞ dövlət katibi Hillari Klinton da bu haqsız hücumu ən ağır şəkildə qınadığını bildirərək diplomatlara qarşı bu davranışın qəbuledilməz olduğunu deyib. Bu məsələni Suriya hökuməti ilə müzakirə etdiklərini bildirən Klinton diplomatların qorunması üçün hər cür tədbir görülməsini istədiklərini söyləyib.
    Xatırladaq ki, ABŞ səfiri Robert Ford müxalif siyasətçi Həsən Əbdüləzimlə görüşərkən Əsəd tərəfdarları tərəfindən daş və pomidor hücumuna məruz qalmış, hücumda iki səfirlik avtomobili zərər görmüşdü.
    30.09.11 Məqaləni oxumaq
     
    Köçəryan böyük siyasətə qayıdır
    Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryan böyük siyasətə dönməsini istisna etmir. «KƏLAMİNFO»nun məlumatına görə, eks-prezident bunu «Mediamaks»ın sualını cavablandırarkən deyib. Agentlik faktı ona yönəldib ki, onun böyük siyasətə dönüşü ölkə daxilində əsas müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, Rusiya baş naziri Vladimir Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi Ermənistanda böyük rezonans yaradıb. «Mən böyük siyasətə dönəcəyimi istisna etmirəm. Lakin məni bu addımı atmağa tək Ermənistanda baş verən proseslər səbəb ola bilməz» - deyə R.Köçəryan vurğulayıb.
    30.09.11 Məqaləni oxumaq
     
    Ərdoğan Makedoniyaya gedir
    Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün Makedoniyaya gedir. Ərdoğan Makedoniya prezidenti George İvanov, parlament sədri Trajko Veljanovski və Makedoniyanın baş naziri Nikola Qruevski ilə görüşəcək. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir Makedoniyada yaşayan türklər və digər toplumların təmsilçiləri ilə də bir araya gələcək. Ərdoğan Skopye ilə yanaşı, türklərin sıx yaşadığı Kalkandələn, Vrapçişte, Qostivar və Ohridə də görüşlər keçirəcək. Baş nazir Osmanlı dövründə tikilən və Türkiyənin bərpa etdiyi mədəni abidələri də ziyarət edəcək.
    30.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  67 68 69 70 71 72 73 74 75  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30