Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  66 67 68 69 70 71 72 73 74  #
    Rusiya və Çin Suriyaya qarşı qətnamənin qəbuluna imkan vermədilər
    Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasında gedən müzakirələr nəticəsiz başa çatıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Rusiya və Çin veto hüququndan istifadə edərək TŞ-də Suriya ilə bağlı qətnamənin qəbul olunmasına qarşı çıxıblar. Rusiya BMT TŞ-nin Suriyanı kəskin tənqid edən son qətnamə layihəsini «qəbulolunmaz» adlandırıb. Avropa dövlətləri tərəfindən hazırlanmış qətnamə layihəsi Suriyada etirazçılara qarşı zorakılığa son qoyulmadığı təqdirdə bu ölkənin hakimiyyətinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tuturdu. TŞ-nin 9 üzvü qətnamənin «lehinə» səs verib, 4 ölkə səsvermədə bitərəf qalıb.
    05.10.11 Məqaləni oxumaq
     
    13 min il əvvəlki azyaşlılar
    Fransa ərazisində eramızdan əvvələ aid olan bir mağarada azyaşlı rəssamlara aid olduğu iddia edilən rəsmlər geniş müzakirə obyekti olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Kembric Universitetinin alim-arxeoloqlarının apardığı araşdırmanın nəticələri mağaranın divarındakı 13 min il tarixi olan rəsmlərin 3-7 yaş arası balacalar tərəfindən çəkildiyini göstərir.
    05.10.11 Məqaləni oxumaq
     
    Tac-Mahal uça bilər
    Dünyanın ən möhtəşəm memarlıq abidələrindən hesab edilən Tac-Mahal yaxın beş il ərzində uça bilər. Belə ki, 358 yaşlı binanın fundamentinin taxta elementləri qurumağa başlayıb. Buna səbəb isə Camna çayından su götürən quyulara az su gəlməsidir. İş orasındadır ki, çayda suyun səviyyəsi öz-özünə azalır. «Əgər çay quruyarsa, onda Tac-Mahal da məhv olacaq» - deyə ekoloqlar bildirir. «KƏLAMİNFO» «Telegraph.co.uk»a istinadən xəbər verir ki, onlar hökuməti tədbirlər görməyə çağırıblar.
    05.10.11 Məqaləni oxumaq
     
    Saakaşvilinin istefası tələb ediləcək
    Gürcüstan Leyborist Partiyası Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiyanın keçirilməsi üzrə hazırlıq işlərinə başlayıb. Aksiya noyabrın 7-də keçiriləcək. «KƏLAMİNFO» «Kafkazki uzel» saytına istinadən xəbər verir ki, partiyanın lideri Şalva Natelaşvili bildirib ki, onlar parlament qarşısında rəsmən «milli etimadsızlıq payızı» elan edəcəklər. Analoji aksiya noyabrın 23-də Vaşinqtonda Ağ evin qarşısında keçiriləcək. «Məhz həmin tarixdə diktatoru bizə sırıyıblar» - deyə o, əlavə edib.
    05.10.11 Məqaləni oxumaq
     
    Qəddafinin gizləndiyi ev tapıldı
    Liviya Milli Keçid Şurasının əsgərləri eks-lider Müəmmar Qəddafiyə məxsus olduğu güman edilən evə daxil olublar. Bu ev Qəddafinin anadan olduğu Sirt şəhərinin cənubunda Abu Habi adlanan kənddədir. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, evdə Qəddafinin xoşladığı bədəvi çadırı tapılıb. Bundan başqa, evin içində Qəddafinin istifadə etdiyi bəzi əşyalar aşkarlanıb. Qeyd edək ki, Şuranın döyüşçüləri bazar ertəsi adıçəkilən kəndi ələ keçirdiklərini bəyan ediblər. Kəndin Milli Keçid Şurası tərəfindən ələ keçirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki belə olduğu təqdirdə Qəddafiyə sadiq döyüşçülərin əsas təchizat marşrutu bağlanmış olur.
    05.10.11 Məqaləni oxumaq
     
    Levon Ter-Petrosyan: “Serj, xahiş edirəm, tualetləri aç!”
    «Serj, xahiş edirəm, tualetləri aç. Xalqa nümayiş etdir ki, sən bir məsələni həll edə bilirsən». Bu bəyanatla Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan «Azadlıq» meydanında keçirdikləri sutkalıq mitinq zamanı hazırkı dövlət başçısı Serj Sarkisyana müraciətində deyib. «KƏLAMİNFO» «Armenia Today»a istinadən xəbər verir ki, sanitar-gigiyenik məsələ Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Bu, tualetlər məsələsidir. Ter-Petrosyan bildirib ki, EMK bu məsələ ilə bağlı polis rəhbərliyinə və şəhər meriyasına müraciətlər edib.
    05.10.11 Məqaləni oxumaq
     
    Məhəmməd əl-Baradeyi: “Misir 6 ay ərzində müflis olacaq”
    MAQATE-nin keçmiş rəhbəri, Misir prezidentliyinə namizəd Məhəmməd əl-Baradeyi xəbərdarlıq edib ki, ölkə yaxın altı ay ərzində müflis olacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, o, gözlənilən maliyyə iflasının səbəbi kimi Misirin hazırkı hakimiyyətinin - Hərbi Şuranın yanlış fəaliyyətini göstərib. Məhəmməd əl-Baradeyi xuntanı diktaturaya son qoymağa və ölkədə fövqəladə vəziyyəti ləğv etməyə çağırıb.
    05.10.11 Məqaləni oxumaq
     
    Obama Konqresi planını ayın sonunadək təsdiq etməyə çağırıb
    ABŞ prezidenti Barak Obama Konqresi onun iş yerlərinin açılmasına dair planını ayın sonunadək təsdiq etməyə çağırıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama hökumət agentliklərinin iqtisadiyyatın canlandırılmasını gözlədiklərini deyib. Obama bildirib ki, amerikalıları iş yerlərinə qaytarmaq üçün 447 milyard dollar ayrılmasını nəzərdə tutan planın təsdiqi mühüm bir addımdır. O bildirib ki, ABŞ-da işsizlik səviyyəsi 9 faiz olduğu bir zaman Konqres üzvləri ilə bir daha görüşməyi planlaşdırır. Respublikaçı qanunvericilər planın bəzi hissələrini bəyəndiklərini desələr də, onun tam şəkildə təsdiqi gözlənilmir.
    05.10.11 Məqaləni oxumaq
     
    İran kosmosa meymun göndərməyi təxirə saldı
    İranın kosmosa meymun göndərməsi təxirə salınıb. «KƏLAMİNFO» «IRNA»ya istinadən xəbər verir ki, İranın Kavoşqar-5 raketi içində meymun olan 285 kq-lıq kapsulu 120 km hündürlüyə qaldırmalı idi. İran elan edib ki, kosmosa insanı 2020-ci ildə göndərəcək.
    04.10.11 Məqaləni oxumaq
     
    Kaliforniya həbsxanalarında aclıq edənlərin sayı 12 minə çatıb
    Kaliforniya həbsxanalarında aclıq edənlərin sayı 12 minə çatıb. Onların əsas tələbi saxlanma şəraitinin yaxşılaşdırılmasıdır. “KƏLAMİNFO” “The Los Angeles Times” qəzetinə istinadən yazır ki, bunu etiraz edənlərin vəkilləri bildirib. Əgər bu rəqəm təsdiqlənərsə, onda bu aksiya ABŞ-ın yeni tarixinə məhbusların ən iri aksiya kimi düşəcək. Aclıq edənlərin aksiyası sentyabrın 26-dan davam edir.
    04.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  66 67 68 69 70 71 72 73 74  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30