Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Lavrovun sol əlinin biləyi sınıb
    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı insident yaşanıb. “KƏLAMİNFO” “Zaman” qəzetinə istinadən xəbər verir ki, nazir İstanbuldakı otellərdən birində pilləkəndən yıxılıb. Nazir İstanbul klinikalarından birinə çatdırılıb. Onun sol əlinin biləyi sınıb. Qeyd edək ki, S.Lavrov dünən Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfəri zamanı müşayiət edib. Bu gün isə o, Rusiya-NATO Şurasının nazirlər görüşündə iştirak etməlidir.
    04.12.12 Məqaləni oxumaq
     
    Bəşər Əsədin tərəfdarlarının müxalifət sıralarına qoşulması davam edir
    Suriya lideri Bəşər Əsədin tərəfdarlarının müxalifət sıralarına qoşulma prosesi davam edir. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, Suriyadakı bir mənbə Xarici İşlər Nazirliyinin mətbuat katibi Cihad Makdissinin ölkədən qaçdığını söyləyib. Mənbə: “Yeganə söyləyə biləcəyim şey Makdissinin hazırda Suriya xaricində olmasıdır” deyib. Onun müxalifətə qoşulduğu və Londona getdiyi bildirilir. Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzinin rəhbəri Rami Abdulrəhman Prezident Administrasiyasındakı bəzi şəxslərin Makdissiyə istefa verməsi üçün təzyiq etdiklərini söyləyib. Makdissinin hökumətin rəsmi mövqeyini ifadə etməyən açıqlamaları səbəbilə vəzifəsindən azad edildiyi iddia olunurdu.
    04.12.12 Məqaləni oxumaq
     
    Obama Əsədə açıq xəbərdarlıq edib
    ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədə açıq xəbərdarlıq edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, Obama humanitar yardım təmin etməyə və müxalifətlə görüşlərə davam edəcəklərini, Suriya xalqının haqlı istəklərinə dəstək verəcəklərini söyləyib: “Bu gün Əsəd və onun komandanlığı altında olanları açıqca demək istəyirəm ki, dünyanın gözü üstünüzdədir. Kimyəvi silahlardan istifadə qəbul edilə bilməz. Bu silahlardan istifadə kimi faciəvi səhvə yol versəniz, bunun nəticələri olacaq və məsuliyyət daşıyacaqsınız. 21-ci əsrin 20-ci əsrin ən qorxunc silahlarıyla qaraldılmasına icazə verə bilmərik”.
    04.12.12 Məqaləni oxumaq
     
    BMT internetə nəzarət problemini müzakirə edəcək
    Bu gün Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi Beynəlxalq Dünya Telekommunikasiya Konfransı (BDTK) işə başlayıb. Dekabrın 14-dək davam edəcək konfrans və “BDTK-12” görüşündə 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydaları (BTQ) nəzərdən keçiriləcək. Konfransda rabitə şəbəkələrinin iş prinsiplərinin yeni redaksiyasını müzakirəyə qoymaq planlaşdırılır. Müzakirə ediləcək digər məsələlər arasında internetin idarə edilməsi ilə bağlı yeni təkliflər paketinə də baxmaq planlaşdırılır. Qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələr domen sisteminin idarə edilməsi səlahiyyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsini təkid edir. Həmin ölkələrin əsas 2 arqumenti var: birincisi, hazırda internetin domen sistemi Amerikanın “ICANN” təşkilatı tərəfindən idarə olunur və o, öz növbəsində ABŞ-ın Ticarət Nazirliyindən asılıdır. İkincisi, ölkələrin əksəriyyəti şəxsi milli domen zonalarını müstəqil idarə etmək səlahiyyəti əldə etmək üçün səlahiyyətlərin BMT-yə verilməsini xahiş edirlər.
    04.12.12 Məqaləni oxumaq
     
    ABŞ-da yeni kəşfiyyat qurumu yaradılacaq
    “Vaşinqton Post” qəzetinin dərc etdiyi xəbərdə deyilir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin casus şəbəkəsindən daha böyük biri şəbəkə yaratmaq kimi “iddialı” planı var. “KƏLAMİNFO” xəbər verir ki, qəzet yazır ki, layihənin məqsədi baş verə biləcək təhlükələrə yönələcək casus xidməti yaratmaqdır. Xəbərdə qurumun MKİ və elit hərbi birləşmələrlə daha da sıx əməkdaşlıq edəcəyi bildirilib. Qəzet Müdafiə Kəşfiyyatı İdarəsinin böyüyərək dünya üzrə 1600 kəşfiyyat “kollektorlarının” cəlb olunacağının gözlənildiyini yazır. İdarənin xaricdəki əməkdaşlarının ümumi sayının son zamanlar üç rəqəmli ədədə qədər artaraq “görünməmişâ€ť həddə çatdığı bildirilir. Qəzet ABŞ rəsmilərinə istinadən gizli əməliyyatçı nəslinin yetişdirilməsinə beş il vaxt sərf olunacağını bildirib. Kəşfiyyat agentlərinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanacağı, lakin kəşfiyyat xarakterli tapşırıqları Müdafiə Nazirliyindən alacağı qeyd olunub.
    03.12.12 Məqaləni oxumaq
     
    Saakaşvili Yerevana gedib
    Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” sammitinin ikinci sammitində iştirak etmək üçün Yerevana gəlib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, səfər çərçivəsində onun Avropa Komissiyasının prezidenti Jozu Manuel Barrozu ilə görüşü nəzərdə tutulub. Sammitdə iştirak etmək üçün AXP sədri Vilfred Martens və Moldova baş naziri Vladimir Filat da Yerevana gələcək. Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” birinci sammiti bu ilin iyulunda Batumidə keçirilib.
    01.12.12 Məqaləni oxumaq
     
    Suriya hakimiyyəti ölkədə interneti kəsib
    Suriya hakimiyyəti ölkədə internet əlaqəsini kəsib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın internet monitorinq şirkətləri xəbər verir. «Renesys» şirkəti bunun günorta baş verdiyini deyir. Məlumatı ABŞ-ın «Akamai Technologies» şirkəti də təsdiqləyib.
    30.11.12 Məqaləni oxumaq
     
    Ərdoğan: Suriyanın açarı Rusiyanın əlindədır
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İspaniya nümunəsini gətirərək “PKK silahla təzyiq göstərməsə, BDP səs ala bilməz, elektoratı yoxdur” deyib. Baş nazir BDP-yə “Siyasəti terrorizə edərsən, qarşını kəsərlər” - deyə mesaj göndərib və İspaniyada siyasətlə terroru qarışdıranların siyasətdən uzaqlaşdırıldığını söyləyib. Baş nazir PKK-dan tələblərinin silahların susması deyil, atılması olduğunu deyib: “Silahlar atılmalıdır. Susmaq deyə bir şey olmaz. Kandildə durursa, dursun. Bizim addımlarımız eyni şəkildə davam edər”. Baş nazir Suriya ilə bağlı sualın cavabında hazırda açarın Rusiyanın əlində olduğunu deyib və Putinin dekabrın 3-də Türkiyəyə səfər edəcəyini xatırladıb. Ərdoğan İraq hökumətinin ölkənin şimalındakı gərginliklə bağlı Türkiyəni ittiham etməsinə də münasibət bildirib: “Bunlar xəyaldır. Bizim işimiz-gücümüz yoxdurmu ki, İraqın daxili işləriylə məşğul olaq?”
    30.11.12 Məqaləni oxumaq
     
    Türkmənistan prezidenti Sarkisyanla Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb
    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Ermənistana rəsmi səfəri çərçivəsində prezident Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Qarabağ probleminin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll oluna biləcəyini deyib. Onun sözlərinə görə, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür. Erməni prezident yalnız bu yolla problemin uzunmüddətli həllinin təmin edilə biləcəyini vurğulayıb.
    29.11.12 Məqaləni oxumaq
     
    ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi dekabrda postunu tərk edəcək
    ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossman dekabrda öz postunu tərk edəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Laura Lukas məlumat verib. “O, bu vəzifədə iki illik xidmət müddətindən sonra dövlət katibi Hillari Klintonun razılığı ilə istefaya gedəcək” - deyə L.Lukasın bəyanatında bildirilir. Öz növbəsində, prezident Barak Obama tərəfindən varisi təyin olunduqdan sonra istefaya gedəcək Klinton “diplomatik nailiyyətlər”inə görə Qrossmana təşəkkür edib. M.Qrossman dövlət katibi tərəfindən ABŞ-da xüsusi nümayəndə vəzifəsinə 2010-cu ilin dekabrında Riçard Holbrukun ölümündən sonra təyin edilib.
    29.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30