Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  65 66 67 68 69 70 71 72 73  #
    Qəddafi: “Üçüncü dünya ölkələrinin liderlərini analoji hadisələr gözləyir”
    Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin audiomüraciəti yayılıb. «KƏLAMİNFO»nun məlumatına görə, «Al-Rai TV» telekanalı ilə yayımlanan müraciətdə keçmiş Liviya lideri bildirir ki, Milli Keçid Şurasını tanıyan üçüncü dünya ölkələrinin liderlərini Liviyada baş verənlərlə analoji hadisələr gözləyir. Liviyanın keçmiş lideri bildirib ki, Milli Keçid Şurası Liviyanın legitim hakimiyyəti deyil. O, liviyalıları küçələrə çıxmağa, ölkənin hazırkı rəhbərliyinə qarşı dinc vətəndaş itaətsizliyi aksiyası təşkil etməyə çağırıb. Müəmmar Qəddafi Liviyada mövcud həyat şəraitini «dözülməz» adlandırıb.
    07.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan Sarkozini mükafatlandırdı
    Ermənistan prezidenti Serj Sarkisyan fransalı həmkarı Nikola Sarkozini “Şöhrət” ordeni ilə təltif edib. «KƏLAMİNFO» «News.ru»a istinadən xəbər verir ki, Sarkozi bu mükafata ənənəvi erməni-fransız dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizliklə bağlı tədbirlərin qorunması işindəki xidmətlərinə görə layiq görülüb.
    07.10.11 Məqaləni oxumaq
     
    Sarkozi Yerevana 400 cangüdənlə gəlib
    Fransa prezidenti Nikola Sarkozinin Ermənistana səfəri ilə bağlı həddən artıq ciddi təhlükəsizlik tədbirləri görülüb. Belə ki, fransız lider Ermənistana 400-dək cangüdən gətirib. «KƏLAMİNFO» «Aykakan Jamanak» qəzetinə istinadən xəbər verir ki, Yerevanda əsl nəqliyyat kollapsı yaşanıb. Bütün yollar bağlanıb. Yerevan sakinləri şəhərə metro ilə gəlməyə üstünlük verdiklərindən metro stansiyalarında çaxnaşma yaranıb. Əyalətlərdən Yerevana gəlmək isə qeyri-mümkün olub.
    07.10.11 Məqaləni oxumaq
     
    Sarkozi: “Fransa Türkiyəni Avropa Birliyində görmür”
    Yerevanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, onun ölkəsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşıdır. «KƏLAMİNFO»nun məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyanla birgə mətbuat konfransı keçirən Sarkozu qeyd edib ki, ölkəsinin Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində mövqeyi dəyişməz qalır: «Türkiyə dünyada mühüm rol oynayır, əhəmiyyətli uğurlar əldə edib, lakin Fransa Türkiyəni Avropa Birliyində görmür. Mənim bu məsələdə mövqeyim dəyişməyib və dəyişməsi üçün səbəb yoxdur».
    07.10.11 Məqaləni oxumaq
     
    Putinin namizədliyi dekabr ayına qədər irəli sürüləcək
    «Yedinaya Rossiya» partiyası Dövlət Dumasına dekabr seçkilərinə qədər baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini irəli sürəcək. «KƏLAMİNFO»nun «Kommersant» qəzetinə istinadən verdiyi xəbərə görə, «Yedinaya Rossiya»nın qurultayının ikinci hissəsi dekabrda keçiriləcək. Birinci hissə isə ötən ay keçirilib və qurultayda Putinin prezidentliyə namizəd olacağı açıqlanıb.
    06.10.11 Məqaləni oxumaq
     
    Obama Şakiranı müşavirlər qrupuna daxil edib
    ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “KƏLAMİNFO” RİA «Novosti»yə istinadən xəbər verir ki, 34 yaşlı Şakira təkcə musiqi sahəsindəki uğurları ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə «Yalın ayaqlar fondu» xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir. Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.
    06.10.11 Məqaləni oxumaq
     
    Stiv Cobs vəfat edib
    Səhhətində yaranmış problemlər səbəbilə bir müddət əvvəl “Apple” şirkətinin direktorluğu vəzifəsindən istefa verən, kompyuter dünyasının ən məşhur simalarından olan Stiv Cobs vəfat edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə açıqlama yayan «Apple» onun ruhunun əbədiyyətə qədər şirkət üçün ilham mənbəyi olacağını bildirib. 1955-ci ildə Kaliforniyada anadan olmuş Stiv Cobs valideyn diqqətindən kənarda qalıb. 16 yaşında tərəfdaşı Stiv Voznyakla birlikdə ilk «Apple» personal kompyuterini yaradıb. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan Stiv Cobsu və Voznyakı bu sahədəki xidmətlərinə görə medalla təltif edib. Bundan sonra Cobs şirkətdən gedib və «Apple»ın mövqeləri bazarda zəifləyib. 1997-ci ildə Cobsun şirkəti qayıtması onu yenidən dünya birincisi edib.
    06.10.11 Məqaləni oxumaq
     
    Saakaşvili SSRİ-nin bərpasına qarşıdır
    Gürcüstan prezidenti Mixail Saakaşvili Sovet İttifaqının bərpasının yolverilməz olduğunu bildirib. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, Gürcüstanda Sovet İttifaqını bərpasına qarşı çox böyük bir qüvvə var. «Bu, rus millətçilərinin ən vəhşi ideyasıdır» - deyə prezident Tbilisidə müəllimlər qarşısında çıxışında deyib. Onun sözlərinə görə, sovetlərin bərpası ilk növbədə millətlərarası və dinlərarası qarşıdurmanın stereotiplərinə əsaslanan dəyərlərin bərpası deməkdir: «Gürcüstan heç bir zaman qaranlıq keçmişə dönməyəcək. Yəni o, sivilizasiyalı beynəlxalq cəmiyyətə dönüb və onun dəyərlərini tam bölüşür».
    06.10.11 Məqaləni oxumaq
     
    Ladenin həyat yoldaşları və qızları ifadə veriblər
    Üsamə bin Ladenin Pakistan ərazisində olmasını araşdıran yerli istintaq komissiyası ilk dəfə olaraq onun həyat yoldaşları və qızlarını dindirib. Hələlik istintaqın gedişi barədə ətraflı məlumat verilmir. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Pakistanın hakim dairələri Laden öldürüldükdən sonra onun 3 həyat yoldaşı və 10 uşağına sığınacaq verib. İstintaq yekunlaşanacan onun ailə üzvlərinə Pakistanda qalmaq təklif olunub.
    06.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan Medvedyevi mükafatlandırdı
    Ermənistan prezidenti Serj Sarkisyanın imzaladığı fərmanla Rusiya prezidenti Dmitri Medvedyev «Şöhrət» ordeni ilə təltif edilib. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Medvedyevin bu mükafata Ermənistan və Rusiya xalqları arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsindəki xidmətlərinə, eləcə də iki ölkə arasında müttəfiqlik və strateji münasibətlərin dərinləşməsi və genişlənməsinə, sülhün qorunması və beynəlxalq təhlükəsizliyə görə layiq görüldüyü qeyd edilib.
    06.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  65 66 67 68 69 70 71 72 73  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30