Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  64 65 66 67 68 69 70 71 72  #
    Böyük Britaniyanın müdafiə naziri üzr istədi
    Böyük Britaniyanın müdafiə naziri Liam Foks özünü onun müşaviri kimi qələmə verən Adam Uerriti ilə bağlı yaşanan qalmaqala görə üzr istəyib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, Foks Uerriti ilə münasibətlərinə görə kəskin tənqidlərə məruz qalıb. Uerriti heç bir rəsmi posta tutmadığı halda özünü nazirin müşaviri adlandırırmış. Baş nazir Devid Kemeron öz növbəsində müdafiə naziri və özünü nazirin müşaviri kimi təqdim edən şəxslə bağlı aparılan təhqiqatın nəticələrini təqdim etməyi tələb edib.
    10.10.11 Məqaləni oxumaq
     
    “Yahoo!”nun keçmiş prezidenti evini satışa çıxarıb
    «Yahoo!» kompaniyasının keçmiş prezidenti Terri Semel Beverli Hillzdəki evini satışa çıxarıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, daşınmaz əmlakın satışı ilə məşğul olan «Real Estalker» resurs mərkəzi evin 12,275 mln. dollara satışa çıxarıldığını yazıb. Mülkün sahəsi 800 kv.metrdir, orada 4 yataq və 6 vanna otağı var. Semel 2007-ci ildə «Yahoo!»nun prezidenti postunu tərk etməli olub. Buna səbəb kompaniyanın səhmdarlarının onun fəaliyyətindən narazılığı olub. Bu kompaniyada işlədiyi müddətdə isə 500 mln. dollar vəsait toplamağa müvəffəq olub. Populyarlığına görə dünyanın ən aparıcı axtarış sistemi olan «Yahoo!» 1994-cü ilin yanvarında Stenford Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq tərəfindən təsis edilib.
    10.10.11 Məqaləni oxumaq
     
    İsrail islahatlara məcbur oldu
    İsrailin Nazirlər Kabineti minlərlə israillinin iqtisadi islahatlar tələbi ilə keçirdiyi nümayişlərə cavab olaraq, yaşayış xərclərinin azaldılmasına dair ölçüləri təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, təkliflər baş nazir Benyamin Netanyahunun təşkil etdiyi xüsusi komitə tərəfindən irəli sürülüb. Kabinet üzvlərinin üçdə iki hissəsi vergilərin ixtisarı, pulsuz təhsil və ev qiymətlərinin azaldılması kimi ölçülərin lehinə səs verib. Avqust ayında minlərlə insan islahat tələbi ilə Təl-Əviv, Hayfa və Biirşeba şəhərlərində nümayişlərə çıxmışdı.
    10.10.11 Məqaləni oxumaq
     
    Misirdə baş verən qarşıdurmada azı 24 adam ölüb
    Qahirədə xristian koptlarla polislər arasında baş verən qarşıdurma nəticəsində azı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, minlərlə xristian kopt dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər. Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar. Asuan əyalətinin qubernatoru Mustafa əl-Səidin şəklini yandırıblar. Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildiribmiş. Etirazçılar onun istefa verməsini, kilsənin isə bərpa olunmasını tələb ediblər. Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.
    10.10.11 Məqaləni oxumaq
     
    Şeyxülislamı öldürmək istədilər
    Çeçenistanın keçmiş Şeyxülislamı Şəmsəddin Batukayevə İstanbulun Zeytunburnu səmtindəki evində silahlı hücum etmək istəyən killer son anda yaxalanaraq polisə təhvil verilib. Bəhram Batumayev adlı 26 yaşlı killer oktyabrın 7-də Batukayevin qaldığı evə gələrək yardım istədiyini bildirib və evə çıxıb. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki çeçen mühafizəçinin zərərsizləşdirdiyi killerin üzərindən bir tapança və saxta Rusiya pasportu çıxıb. Sui-qəsd əmrini Rusiyaya yaxınlığı ilə tanınan Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi bildirilir. 1956-cı ildə Qazaxıstanda anadan olan Batukayev 1960-cı ildə ailəsiylə Çeçenistana köçüb. Litsey təhsilini burada tamamladıqdan sonra Buxara və Daşkənddə memarlıq və din təhsili alıb. Çeçenistanda 4 il Şəriət Məhkəməsinin sədri olan Batukayev Kadırov iqtidara gələndən sonra Türkiyəyə mühacirət edib.
    10.10.11 Məqaləni oxumaq
     
    Polşadakı seçkidə baş nazirin partiyası qalib gəlib
    Polşada keçirilən parlament seçkilərində baş nazir Donald Tuskun rəhbərlik etdiyi sağçı «Vətəndaş Platforması» qalib gəlib. «Vətəndaş Platforması» seçicilərin 39 faizinin səsini yığıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ikinci yerdə müxalifət partiyası «Qanun və ədalət» gəlir. Bu partiya 30 faiz səs yığıb. Donald Tusk bildirib ki, «qarşıdakı dörd ildə sizə xidmət etmək mənim və partiyamızın bütün üzvləri üçün böyük şərəfdir». Parlament seçkilərinin rəsmi nəticələri yaxın müddətdə elan olunacaq.
    10.10.11 Məqaləni oxumaq
     
    Obama: "Avropadakı böhran maliyyə bazarlarında vəziyyəti əngəlləyir"
    Avropadakı borc böhranı dünya maliyyə bazarlarında vəziyyəti əngəlləyir və bu, ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda iqtisadi məsələlərə həsr edilmiş mətbuat konfransında bildirib. O, Avropa liderlərini böhranla mübarizədə qəti tədbirlər görməyə çağırıb. Obama, həmçinin etiraf edib ki, ABŞ iqtisadiyyatı çətin dövrünü yaşayır. ABŞ prezidenti qeyd edib ki, yeni iş yerlərinin yaradılmasıyla bağlı onun təklif etdiyi plan ölkədə yeni böhran dalğasının qarşısının alınmasına yönəlib. O, qanun layihəsinə baxmalı olan senatorları diqqətlə fikirləşməyə çağırıb. Hazırda ABŞ-da işsizliyin səviyyəsi 9 faizi ötüb.
    08.10.11 Məqaləni oxumaq
     
    Rəcəb Tayyib Ərdoğanın anası vəfat edib
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan vəfat edib. “KƏLAMİNFO” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, T.Ərdoğan son bir həftədə xəstəxanada müalicə görürmüş. Ərdoğan xəbərin ardından xəstəxanaya gedib. O, sabaha planlaşdırılan Bursa səfərini də təxirə salıb.
    07.10.11 Məqaləni oxumaq
     
    Misirin hakim Hərbi Şurasının rəhbəri hakimiyyətdə uzun müddət qalmaq istəmir
    Misirin hakim Hərbi Şurasının rəhbəri Hüseyn Tantavi hakimiyyət başında uzun müddət qalmaq istəmədiyini bildirib. «KƏLAMİNFO» «Miqnews.ru»ya istinadən xəbər verir ki, Hüseyn Tantavi şuranın xalqın tələbi yerinə yetirilənədək hakimiyyətdə qalacağını deyib. Şura fevral ayından, prezident Hüsnü Mübarəkin devrilməsindən sonra ölkəni idarə edir. ABŞ rəsmiləri Misirdə fövqəladə vəziyyətin ləğvinə və hakimiyyətin dünyəvi sistemə keçidinin təmin edilməsinə çağırıb. Misirdə parlament seçkiləri noyabr ayının sonunda keçirilməlidir. Prezident seçkiləri isə gələn ilin sonuna planlaşdırılıb.
    07.10.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Sabitlik elementi olmaqda davam edəcəyik”
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dünyanın karbohidrogen ehtiyatlarının 68 faizinin Türkiyənin yaxın hövzəsində olduğuna diqqət çəkərək, ölkəsinin son 9 ildə həyata keçirdiyi xarici siyasətin bu hövzədə sabitlik elementi olduğunu söyləyib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, nazir Türkiyənin yaxın qonşularıyla «sıfır problem» siyasətini ortaya qoymasının, viza rejimini ləğv etməsinin, ətraf bölgələrdə vasitəçilik səyləri göstərməsinin və problemləri mümkün olduğu qədər sülh yolula həll etməyə yönəlik xarici siyasət kursu yürütməsinin səbəbinin yalnız beynəlxalq etibar qazanmaq olmadığını deyib: «Əksinə, bu böyük iqtisadi hövzədə enerjinin birbaşa çatdırılması məsələsində Türkiyənin sahib olduğu fövqəladə coğrafiyadan ən yaxşı şəkildə istifadə etmə cəhdidir. Biz bundan sonra həm böyük iqtisadiyyat və enerji bazarı olaraq, həm də enerji mənbələri ilə enerji istehlakçıları arasında keçid ölkəsi olaraq apardığımız xarici siyasətlə ətrafımızda, bu hövzədə sabitlik elementi olmağa, sabitliyi təşviq etməyə davam edəcəyik. Bu, qlobal iqtisadiyyat üçün də həyati dərəcədə əhəmiyyətlidir».
    07.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  64 65 66 67 68 69 70 71 72  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30