Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Çikaqoda iqtisadi bərabərsizliyə qarşı aksiya
    ABŞ-ın Çikaqo şəhərində minlərlə etirazçı iqtisadi bərabərsizliyə qarşı yürüş keçirib. Onların arasında müəllim və dini liderlər olub. “KƏLAMİNFO” “svobodanews.ru”a istinadən xəbər verir ki, polis 27 nümayişçini həbs edib, onlarda silah olduğu güman edilib və həmin etirazçılar küçənin ortasında “Bizim məktəbimizi qoru, bizim evimizi qoru” dini mahnı oxuyublar. Aksiyaçılar ötən ay Nyu-Yorkda nümayişlərə başlamış “Uoll Striit” hərəkatından ruhlanıblar.
    11.10.11 Məqaləni oxumaq
     
    Bayden Türkiyəyə gəlir
    ABŞ-ın vitse-prezidenti Cosef Bayden dekabrda Türkiyəyə gələcək. Ağ Evdən verilən açıqlamada Baydenin Türkiyə ilə Amerika arasındakı əməkdaşlıq çərçivəsində bir çox məsələni müzakirə edəcəyi bildirilib. “KƏLAMİNFO” “TRT”yə istinadən xəbər verir ki, Baydenin İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi İkinci Qlobal Təşəbbüskarlıq Sammitində iştirak edəcəyi bildirilib. Qeyd edək ki, Bayden səfər çərçivəsində Yunanıstana da gedəcək.
    11.10.11 Məqaləni oxumaq
     
    Timoşenko günahkar elan edildi
    Ukrayna məhkəməsi eks-baş nazir Yuliya Timoşenkonu vəzifə səlahiyyətlərini aşması maddəsi üzrə günahkar elan edib. Hakim Rodion Kireev bununla bağlı bu gün qərarını elan edib. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, hakim Timoşenkonun Rusiya ilə 2009-cu ildə imzalanan qaz müqaviləsi üzrə vəzifə səlahiyyətlərini aşdığını göstərib. Kireev prokurorluğun Timoşenkonun dövlətə 187 milyon dollar ziyan vurduğunu təsdiq edib. Hakim hələ ki, cəza qərarını çıxarmayıb. Qeyd edək ki, prokuror eks-baş nazirə qarşı 7 illik həbs cəzası istəyib.
    11.10.11 Məqaləni oxumaq
     
    Ermənistan əhalinin sayı ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir
    Ermənistan hakimiyyət orqanları əhalinin siyahıyaalınması ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir. Belə ki, onlar əhalinin sayını artırmaq qərarına gəliblər. “KƏLAMİNFO”nun məlumatına görə, “Aykakan jamanak” qəzeti yazır ki, hakimiyyət siyahıyalınmanın nəticələrindən asılı olmayaraq əhalinin sayının 3 milyon və ya daha çox olduğunu göstərəcək. Milli Statistik İdarənin rəsmi məlumatına görə, Ermənistanda 2008-ci ilin nəticələrinə görə, 3 milyondan da az insan yaşayır. 2009-cu ildə isə bu rəqəm 3 milyon 35 min olub. Lakin hətta rəsmi məlumatlara görə, 2008-ci ildən ölkədən 10 minlərlə insan gedib.
    11.10.11 Məqaləni oxumaq
     
    İran Livanı silahla təchiz etməyə hazır olduğunu açıqlayıb
    İran hər hansı bir əlavə şərt irəli sürmədən Livan ordusunu dərhal silahla təchiz etməyə hazır olduğunu bəyan edib. “KƏLAMİNFO” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Livanda bu ölkənin müdafiə naziri Fayez Hüsnlə görüşən iranlı general Rohxabadi bildirib ki, İsrailə məxsus təyyarələrin Livanın hava məkanını pozmasını nəzərə alsaq, iki ölkənin müdafiə qurumları arasında əməkdaşlıq aktual xarakter almağa başlayıb. Husn öz növbəsində bildirib ki, Livan müttəfiqinin bu təşəbbüsündən məmnundur və bu dəstəkdən qürur hissi keçirir. Lakin İrana belə bir köməklə müraciət edəcəklərini açıqlamayıb.
    11.10.11 Məqaləni oxumaq
     
    Qəddafinin doğma şəhəri ələ keçirildi
    Liviya Keçid Hökumətinin qüvvələri bildiriblər ki, Müəmmar Qəddafinin Siirt şəhərindəki qüvvələrini küncə sıxışdırıblar. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, yeni hökumət qüvvələri bazar günü üç əsas binanı - hospitalı, universiteti və vaxtilə Qəddafinin xaricilərlə birgə sammitlər keçirdiyi konfrans zalını ələ keçiriblər. Müvəqqəti hökumət bildirib ki, Siirt şəhərini də azad edəndən sonra Liviyanın Qəddafidən azadlığını elan edəcəklər. Bundan sonra isə seçkilər yoluyla yeni hökumət seçiləcək.
    11.10.11 Məqaləni oxumaq
     
    Ənvər əl-Avlakinin ölümü təsdiqləndi
    «Əl-Qaidə» terror şəbəkəsinin Ərəbistan yarımadasındakı qanadının liderləri Ənvər əl-Avlakinin Yəmənin Əl-Cauf əyalətində ABŞ aviasiyasının zərbələri nəticəsində ölməsi faktını təsdiq edib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə SİTE internet monitorinqi məlumat yayıb: «Biz qəhrəman Ənvər Əl-Avlakinin şəhid olmasını təsdiq edirik». Xatırladaq ki, “Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı lideri sentyabrın 30-da Mərkəzi Kəşfiyyat İdarəsi ilə xüsusi təyinatlı qoşunların birgə həyata keçirtdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
    11.10.11 Məqaləni oxumaq
     
    Liviyanın yeni hökuməti Suriyada Milli Şuranı qanuni hakimiyyət orqanı kimi tanıyıb
    Liviyanın yeni hökuməti Suriyada mövcud rejimə qarşı mübarizə aparan Milli Şuranı ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Liviya rəhbərliyi suriyalı müxalifətçilərin tanınmasından başqa, bu ölkənin Tripolidəki səfirliyinin bağlanıldığını da elan edib. Qeyd edək ki, Liviya Suriya Milli Şurasını tanıdığını bəyan etmiş ilk ölkə olub.
    11.10.11 Məqaləni oxumaq
     
    Misirdə xristianları öldürən şəxs edam olundu
    Misirdə 2010-cu ildə 6 xristian koptu və 1 müsəlmanı öldürən şəxs edam olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, xristian koptların Milad bayramı zamanı törədilən həmin qətldən sonra Misirdə xristianların iğtişaşları başlamışdı. Xristianlarla müsəlmanlar arasındakı qarşıdurma ötən həftə bir kilsənin yıxılmasından sonra yenidən kəskinləşib. Həftəsonu baş verən toqquşmalarda 25 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. Qahirədə komendant saatı elan olunub.
    11.10.11 Məqaləni oxumaq
     
    Saakaşvili Putinlə görüşmək istəyir
    Gürcüstan prezidenti Mixail Saakaşvili rəsmən prezident vəzifəsinə hazırlaşan Rusiya hökumətinin başçısı Vladimir Putinlə görüşmək niyyətini bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, M.Saakaşvili bu bəyanatla «Rustavi-2» telekompaniyasının efirində bildirib. Gürcü lideri əlavə edib ki, müəyyən şərtlər yerinə yetirilməyəcəyi təqdirdə dialoq baş tutmaya bilər. Belə şərtlərdən biri Rusiyanın Abxaziya və Cənubi Osetiyadan qoşunlarının çıxarılmasıdır. «Nezavisimaya qazeta» yazır ki, müşahidəçilərin qənaətincə, Gürcüstan prezidentinin bu bəyanatı faktiki olaraq Gürcüstanda səfərdə olmuş Fransa prezidenti Nikola Sarkozinin çağırışına cavab olub. Sarkozi öz çağırışında bildirmişdi ki, Rusiya Gürcüstanı bir sıra ərazilərindən məhrum edib və bu səbəbdən də o, Rusiyanı yenidən Gürcüstanın müttəfiqi olmaq üçün addımlar atmağa çağırıb.
    10.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 63 64 65 66 67 68 69 70 71 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30