Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  62 63 64 65 66 67 68 69 70  #
    Obama İranla bağlı bəyanatla çıxış edib
    ABŞ prezidenti Barak Obama İranla bağlı bəyanatla çıxış edib. O bildirib ki, Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə sui-qəsd hazırlanması ilə bağlı məsələnin üstü açılandan sonra ABŞ Tehrana qarşı ciddi tədbirlər görəcək. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, ABŞ iddia edir ki, hadisəni İran əsilli iki şəxs törətmək istəyib. İran isə bu iddiaları rədd edir.
    15.10.11 Məqaləni oxumaq
     
    Bill Geyts qızı üçün kirayəyə 600 min dollara mülk götürüb
    “Microsoft” kompaniyasının qurucusu Bill Geyts Florida ştatının Vellinqton şəhərində 15 yaşlı qızı Cennifer üçün mülk kirayəyə götürüb. «KƏLAMİNFO» «Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, altı aylığa kirayəyə götürülən ev üçün hər ay 600 min dollar pul ödənəcək. Ümumiyyətlə, Geyts uşaqların sərt qaydada tərbiyəsinin tərəfdarıdır. Lakin burada vəziyyət fərqlidir. İş orasındadır ki, Cennifer at sürməyin tərəfdarıdır və bu idman növü ilə ciddi maraqlanır. Floridanın cənubunda atçılıq yarışları keçiriləcək. Bu səbəbdən də milyarder ata qızını əyləndirmək qərarına gəlib. Qızın qalacağı otaqda 8 yataq otağı var. Evin qiyməti isə 13 milyon dollardır. Ola bilsin ki, Geyts yarış başa çatdıqdan sonra bu evi alsın.
    14.10.11 Məqaləni oxumaq
     
    Breyvikin təkadamlıq kamerada qalmamasına icazə verilib
    Norveç rəsmilərinin bildirdiyinə görə, iyul ayında 77 nəfəri qətlə yetirdiyini boynuna alan 32 yaşlı Anders Berinq Breyvikin məhkəmə prosesinə qədər təkadamlıq kamerada qalmamasına icazə verilib. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, prokuror Kristian Hatlo deyib ki, müstəntiqlər Oslo yaxınlığında gənclər düşərgəsində çox sayda insanı qətlə yetirən və paytaxtdakı hökumət binalarının yerləşdiyi yerə bomba qoyan Anders Berinq Breyvikin tək hərəkət etdiyinə artıq inanırlar. Prokuror onu da əlavə edib ki, məhz bu səbəbə görə rəsmilər bazar ertəsi günü müddət bitdikdən sonra hakimdən Breyvikin təkadamlıq kamerada qalmağa davam etməsini istəməyəcək. Lakin Breyvikin özünün təhlükəsizliyinə görə o, digər dustaqlardan ayrı saxlanılacaq.
    14.10.11 Məqaləni oxumaq
     
    Erməni ordusunda ölüm halları artır
    Ermənistan ordusunda növbəti insident. Tavuş vilayətindəki hərbi hissələrdən birində 21 yaşlı sıravi əsgər Aram Melkonyan ölüb. “KƏLAMİNFO” “Armenia Today”a istinadən xəbər verir ki, Yerevan sakini olan Melkonyan 2011-ci ilin ilk çağırışında hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin nümayəndəsi David Karapetyan əsgərin ölümünü təsdiqləyib. Əsgərin hansı səbəbdən öldüyü hələlik bəlli deyil. Bu, son 5 gündə Ermənistan ordusunda baş vermiş üçüncü əsgər ölümüdür.
    14.10.11 Məqaləni oxumaq
     
    Müəmmar Qəddafinin oğlu Mütəssim Sirt şəhərində ələ keçirilib
    Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Mütəssim Milli Keçid Şurasının əsgərləri tərəfindən Sirt şəhərində ələ keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, bunu “Reuters” agentliyi yayıb. Məlumata görə, Mütəssim dindirilmək üçün Benqaziyə aparılıb. Mütəssim Qəddafi bir gün əvvəl ailəsi ilə birlikdə Sirti tərk etməyə çalışarkən saxlanılıb. Hazırda keçmiş Liviya liderinin oğlu Benqazidə dindirilir. Mütəssim Liviya liderinin beşinci oğludur. O, ölkədəki vətəndaş müharibəsinə qədər hökumətdə milli təhlükəsizlik məsələləri üzrə müşavir işləyib.
    14.10.11 Məqaləni oxumaq
     
    Hillari Klinton: İran terrorizmi getdikcə daha fəal dəstəkləyir
    ABŞ-ın dövlət katibi Hillari Klinton İranı terrorizmi getdikcə daha fəal dəstəkləməkdə ittiham edib. «KƏLAMİNFO» «Assoşieyted Press»ə istinadən xəbər verir ki, o, Vaşinqtonda konfransda çıxışı zamanı qeyd edib ki, Tehran tərəfindən terrorizmə dəstəyin təhlükəli şəkildə artmasını müşahidə edir. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin öldürülməsi məqsədi ilə hazırlanmış sui-qəsddə İranın mümkün iştirakı haqqında məlumatı şərh edən Klinton vurğulayıb ki, Tehran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq İrana beynəlxalq təzyiqin gücləndirilməsinin mümkün üsullarını öyrənir. Klinton sui-qəsdi beynəlxalq normaları pozan «məsuliyyətsiz akt» adlandırıb.
    13.10.11 Məqaləni oxumaq
     
    Britaniya yeni qanunların qəbuluna hazırlaşır
    Böyük Britaniyanın baş naziri Devid Kameron Britaniya krallığının xələflərinə dair qanunun dəyişdirilməsinin müzakirəyə çıxarılacağını deyib. “KƏLAMİNFO” “BBC”yə istinadən xəbər verir ki, onun irəli sürdüyü təklif cinsindən asılı olmayaraq ilk uşağın taxta çıxmasını tələb edir. Beləliklə, şahzadə Uilyamsla onun xanımının ilk uşağı cinsindən asılı olmayaraq, krallığa sahib olacaq. Kameron Britaniya monarxının katoliklə evlənməsinə qoyulan yasağın da dəyişdirilməsini təklif edir. Təklif Britaniya Birliyinə daxil olan, Karib adaları, Kanada, Avstraliya və bir necə Sakit okeanı adalarına təqdim edilib.
    13.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan ordudakı vəziyyətə görə istefaya getməlidir
    Ermənistanın ali baş komandanı Serj Sarkisyan istefaya getməlidir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözlər Ermənistanın bir neçə hüquq-müdafiə təşkilatının yaydığı bəyanatda öz əksini tapıb. Onlar prezidenti bu addımı erməni ordusunda yaranmış gərgin vəziyyət, o cümlədən hərbçilərin həlak olması səbəbindən atmalı olduğunu bildiriblər. «Serj Sarkisyan ordudakı yaranmış vəziyyətlə bağlı məsuliyyət daşıdığını hiss etmir. Ondan köklü islahatlar gözləmək faktiki olaraq mənasızdır. Bu səbəbdən də biz onu dərhal tutduğu vəzifədən istefa verməyi tələb edirik» - deyə hüquq müdafiə təşkilatlarının bəyanatında bildirilib.
    12.10.11 Məqaləni oxumaq
     
    Putin Çinlə 30 illik müqavilə bağlamaq istəyir
    Rusiyanın baş naziri Vladimir Putinin bu gün Çinə iki günlük səfəri başlayır. Səfərin gündəliyində enerji məsələlərinin müzakirəsi var. Putinin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin rəsmiləri ilə bu ölkəni qazla təchiz edəcək uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparacaqlar. Söhbət 30 illlik razılaşmadan gedir. “KƏLAMİNFO” “svobodanews.ru”ya istinadən xəbər verir ki, müqavilənin indi imzalanacağı gözlənilmir. Çünki iki tərəf arasında qazın qiyməti ilə bağlı hələ razılaşma əldə olunmayıb. Səfər zamanı Rusiya-Çin arasında ticarət əlaqələrinin hərtərəfli inkişafının müzakirəsi də dayanır. Tərəflər 2020-ci ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirlər. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 59 milyard dollar olub.
    12.10.11 Məqaləni oxumaq
     
    İraqda partlayışlar 13 nəfərin ölümünə səbəb olub
    İraqın paytaxtı Bağdadda bu gün dalbadal üç partlayış olub. Terror aktları nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, ilk partlayış bir avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində, ikinci və üçüncü partlayışlar isə yardım dəstələri hadisə yerinə gəldikdən sonraq törədilib.
    11.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  62 63 64 65 66 67 68 69 70  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30