Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Abdullah Gül: “Bu hücumun intiqamı çox böyük olacaq"
    Türkiyə prezidenti Abdullah Gül Hakkari vilayətinin Çukurca qəsəbəsində PKK-nın hücumu nəticəsində 24 əsgərin şəhid olması, 18-nin isə yaralanması barədə açıqlama verib. “KƏLAMİNFO” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, A. Gül bu hücumun intiqamının çox böyük olacağını deyib. "Bizə bu dərdi çəkdirənlərə misli ilə çəkdirəcəyik. Bu hücumun intiqamı da çox böyük olacaq". Türkiyənin dövlət başçısı terrora qarşı güzəşt etməyəcəklərini deyib.
    20.10.11 Məqaləni oxumaq
     
    Ərdoğan Qazaxıstan səfərini ləğv etdi
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qazaxıstana planlaşdırılan səfərini ləğv edib. “KƏLAMİNFO” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, səfərin baş tutmamasına səbəb Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində PKK terrorçularının hücumu zamanı 24 əsgərin şəhid olması xəbəridir.
    19.10.11 Məqaləni oxumaq
     
    Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb
    Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində 24 əsgərin və Bitlisin Güroymaq qəsəbəsində 5 polisin PKK terrorçuları tərəfindən şəhid edilməsindən sonra Türkiyə hərbi təyyarələri PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb. “KƏLAMİNFO” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu komandanları ilə birlikdə hadisə yerinə gedib. Hazırda Türkiyə ordusu bölgədə terroristlərə qarşı geniş miqyaslı əməliyyata başlayıb.
    19.10.11 Məqaləni oxumaq
     
    Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 24 əsgər şəhid oldu
    Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində çoxlu sayda hərbçi həlak olub. “KƏLAMİNFO” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, terrorçuların bir neçə istiqamətdə ağır silahlarla hücumu nəticəsində 24 əsgər şəhid olub 18 əsgəər isə yaralınıb. Hadisənin təfərrüatları hələlik bəlli deyil. Hazırda Türkiyə ordusu bölgədə terroristlərə qarşı geniş miqyaslı əməliyyata başlayıb.
    19.10.11 Məqaləni oxumaq
     
    AŞPA-ya sədrlik Türkiyədən Fransaya keçir
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ildə keçiriləcək qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatacaq. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq onu bu vəzifədə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA-ya sədrlik edəcək. Xatırladaq ki, Fransa Avropa Şurasının 60 illik tarixində üç dəfə 1949, 1952-1956 və 1986-1989-cu illərdə AŞPA-ya sədrlik edib.
    19.10.11 Məqaləni oxumaq
     
    Liviyalı üsyançılar: Bani Valid bizimdir
    Bani Validdə Qəddafi hökmranlığına son qoyulub. Belə ki, liviyalı üsyançıların dünənki hücumu nəticəsində şəhəri müdafiə edən Qəddafi tərəfdarları arasında gedən silahlı qarşıdurmada üstünlüyü ələ alan üsyançılar şəhərin mərkəzini tutublar. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, şəhər ərazisində Beynəlxalq Müvəqqəti Şuranın müəyyənləşdirdiyi qələbə bayraqları asılıb. Üsyançılar Qəddafiyə aid bütün izlər silindikdən sonra üsyanı tamamlanmış sayacaqlarını deyirlər. Hazırda Bani Validdə olan qrupa liderlik edənlərdən biri deyib ki, bu həqiqətə insanların beynini də öyrəşdirmək lazımdır: “Artıq Liviyanın hansısa ərazisini “Qəddafinin məmləkəti”, “Qəddafinin sevimli yeri”, “Qəddafinin istirahət məkanı” - deyə xatırlamaq lazım deyil, bu insanın adını bu torpaqların üstündən götürmək lazımdır. Bani Valid də, Siirt də liviyalılarındır, bizimdir”.
    18.10.11 Məqaləni oxumaq
     
    Somalidən Keniyaya xəbərdarlıq
    Somaliyə bağlı radikal islamçı “Əl-Şəbab” yaraqlı dəstəsi Keniya hökumətinə Somalidəki əsgərlərini dərhal geri çəkməyəcəyi halda şiddətli silahlı qarşıdurmanın olacağı ilə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəstənin sözçüsü Əli Mahmud Raci internet vasitəsilə verdiyi açıqlamada əsgərlərin geri çəkilməyəcəyi halda birbaşa Keniyanın paytaxtı Nayrobiyə hücum edəcəklərini deyib. Məlumat üçün onu da bildirək ki, Raci BBC-yə verdiyi açıqlamada da bu qərarı təsdiqləyib.
    18.10.11 Məqaləni oxumaq
     
    ABŞ-da başlayan yerli üsyan qlobal xarakter aldı
    Nyu-Yorkda “Wall Street” qalmaqalı ilə alovlanan kapitalizm əleyhinə nümayişlər qlobal xarakter alıb. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, dünən səhər saatlarından etibarən Madriddə minlərlə insan Porte Del Sol meydanında toplaşıb. “Burada durun!”, “Bu oğurluqdur!”, “Xoşbəxtliyi satın alanlar!” kimi şüarlar və iri sahibkarların üzlərinin əks olunduğu maskalardan istifadə edənlər bütün dünyanı Nyu-York nümayişinə dəstək verməyə, kapitalizmi kökündən sarsıtmağa çağırıblar. Üsyan başlayan gündən bəri ən çox nümayişçi sayı Çilidə qeydə alınıb. Belə ki, Santyaqodakı mitinqlərə 25 mindən çox adam toplaşıb. Frankfurtdakı nümayiş isə Mərkəzi Bankın qarşısında keçirilib. Buraya 5 mindən çox adam toplaşıb. Dünyanın 900 şəhərində özünə tərəfdar toplayan nümayişlərdə 60 mindən çox insan küçə və meydanlara çıxıb.
    18.10.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlunun öldürüldüyü təsdiqlənib
    Qəddafinin harada gizləndiyi hələ məlum olmasa da, onun tərəfdarlarının çoxluq təşkil etməsi ilə tanınan yerli televiziya kanallarından biri “Əl Rai” Liviya diktatorunun oğlunun öldürüldüyü xəbərini təsdiqləyib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəfələrlə qeyri-rəsmi mənbələrin yaydığı xəbər təkzib olunsa da, nəhayət ki, təsdiqini tapıb. Belə ki, Xamis Qəddafinin avqust ayının 29-da Tripolinin cənub-şərqində yerləşən Taruhanada öldürüldüyü təsdiqlənib.
    18.10.11 Məqaləni oxumaq
     
    Ermənistan Prezident Aparatına yeni rəhbər təyin olunub
    Ermənistan prezidenti Serj Sarkisyan Prezident Aparatının rəhbəri vəzifəsinə Viqen Sarkisyanın təyin edilməsi barədə fərman imzalayıb. “KƏLAMİNFO” erməni saytlarına istinadən xəbər verir ki, Prezident Aparatının əvvəlki rəhbəri Karen Karapetyanın istefasından sonra Viqen Sarkisyan müvəqqəti olaraq bu səlahiyyətləri icra edirdi. O, 2009-cu ildən Prezident Aparatı rəhbərinin müavini, ona qədər isə prezidentin məsləhətçisi vəzifəsini icra edib.
    17.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30