Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Serj Sarkisyanın Rusiyaya dövlət səfəri başlayıb
    Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya dövlət səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, oktyabrın 25-dək davam edəcək səfər zamanı Sarkisyanın rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçirəcəyi, bir sıra hökumətlərarası və nazirliklərarası sazişlərin, habelə iki ölkə XİN-i arasında məsləhətləşmələrin planına dair protokolun imzalanması gözlənilir. S.Sarkisyan habelə Rusiyanın hökumət rəhbəri, parlament sədri, Moskva meri ilə görüşəcək və Moskva Dövlət Universitetində çıxış edəcək.
    24.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan Moskvada forpost kimi danışdı
    «Ermənistan bütün dövlətlərlə, o cümlədən geopolitik, eləcə də regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağa can atır». «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan MDU-nun tələbə, professor-müəllim heyəti ilə görüşdə Ermənistanın qloballaşan dünyadakı yeri barədə sualı cavablandırarkən bildirib. «Ermənistan dünya proseslərinə cəlb olunma siyasəti həyata keçirir. AB-nin «Şərq tərəfdaşlığı» proqramında aktiv iştirak edir. Biz onu köklü dəyişiklər həyata keçirmək üçün ən yaxşı imkan hesab edirik. Bunun məqsədi ən yaxşı Ermənistan qurmaqdır. Ermənistan xarici siyasətində xüsusi diqqəti Rusiya ilə münasibətlərə yönəldir. İkitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır».
    24.10.11 Məqaləni oxumaq
     
    Xilasedicilərimiz Vandakı dağıntılar altından 4 cəsəd çıxarıb
    Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işlərini davam etdirir. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, xilasetmə işləri nəticəsində dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb. Bununla da, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından 4 cəsəd çıxarılıb.
    24.10.11 Məqaləni oxumaq
     
    Liviyalı üsyançı: “Qəddafi hər cür mərhəmətsiz ölümə layiqdir”
    42 ildən sonra Liviyanın despotik lideri Qəddafi vətəni Sirtin 2 mil qərbində üsyançı qüvvələr və NATO bombardmanlarının müşayiəti ilə öldürülüb. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, onun son sığınacağı Liviya nefti hesabına tikilən villa və saraylardan o qədər də fərqlənməyib. Onun foto və video-kameralarda həkk olunmuş son vəziyyəti çox zəif və qarışıq olub. Üsyançılardan 20 yaşlı Məhəmməd Elhveje deyib ki, Qəddafi son ana qədər canı üçün əfv istəyib: “O, ləyaqətsiz bir insana layiq olduğu kimi danışırdı. Deyirdi ki, məni niyə öldürmək istəyirsiniz? Mən sizə neyləmişəm? Bunlara inana bilmədim. Onun qanı bizə halaldır. Onun əllərində bizim doğmalarımızın qanı var. Minlərlə insanın ahı var onun üstündə. O, hər cür mərhəmətsiz ölümə layiqdir”.
    21.10.11 Məqaləni oxumaq
     
    Yunanıstan qarışdı
    Yunanıstanda hökumətin maliyyə böhranını aradan qaldırmaq üçün apardığı siyasətə etiraz olaraq paytaxt Afinanın dörd bir yanında başlayan üsyanlarda 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, Sintaqma meydanında vəziyyət olduqca ağırdır. İki gündür ki, gecəni meydanda keçirən üsyançılara ətraf evlərdən yemək və çay gətirən adi vətəndaşlar döyülüb. Üsyançılar polislə əlbəyaxa davada otellərdən və meydanın önündən qıraraq götürdükləri mərmərlərdən, daş və gil gül qablar, heykəllərdən istifadə ediblər.
    21.10.11 Məqaləni oxumaq
     
    Türkiyənin antiterror hərəkatının qələbə şansı azdır
    Hakkaridə 24 şəhid verən Türkiyə PKK qüvvələrinə qarşı sərhəddənkənar hərbi əməliyyata start versə də, rəsmilər bu əməliyyatın uğuruna o qədər də böyük ümidlər bəsləmir. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, AB təhlükəsizlik sektorunun üzvü Carets Qenkins geniş bir ərazini əhatə edən və on mindən çox canlı qüvvənin cəlb olunduğu əməliyyatdan uğur gözləmədiyini deyib: “Bu əməliyyatların sonunu əvvəllər də görmüşük. Adı keçən ərazilərin hər qarışı PKK-çılar üçün barmaq kimi tanışdır. Türkiyənin əməliyyata cəlb etdiyi qüvvənin yarıdan çoxu ömür boyu sərhədi keçməyib. PKK-çılara ağır zərbələr vurulması bir tərəfə, bu mübarizədən Türkiyənin zərərli çıxma ehtimalı da var”. Avrasiya əməkdaşlıq qrupunun sədri Volfanq Pikoli də bu əməliyyatın çox lazımsız yerlərdə və yanlış zamanda başladıldığını deyib.
    21.10.11 Məqaləni oxumaq
     
    Hüqo Rifkind: “Şərqlilər televiziya və internetdəki demokratiyaya vurulub”
    “Qəddafi getdi, əsl iş isə hələ bundan sonra başlayır. Diktatorlar yıxıldı, bölgəyə bahar gəldi deyə, heç kim özünü aldatmasın. Bunun şirin bir nağıl olduğunu hamı görür”. Bu sözləri siyasi analitik Hüqo Rifkind Liviyadakı son vəziyyətlə bağlı verdiyi açıqlamasında deyib. “KƏLAMİNFO” “The Times”a istinadən xəbər verir ki, analitikin sözlərinə görə, tarix və onun təkrarlandığına inananlar Təhrir meydanındakı nümayişlərlə Berlin divarının süqutunu eyni yerə qoya bilər. Amma Avropa qoya bilməz: “Bu, təhqiramiz görünə bilər, amma Şərq əsla Avropa olmayacaq. Demokratiyanı arzulamaqla onu tətbiq etmək və yaşatmaq mədəniyyətinə sahib olmaq və əzm göstərmək ayrı-ayrı şeylərdir.
    21.10.11 Məqaləni oxumaq
     
    Fələstinlilər azadlıqda
    İsrailin əsir əsgər Gilat Şalid qarşılığında azadlıq sözü verdiyi fələstinli əsirlərin buraxılmasının ilk mərhələsi gerçəkləşdirilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, İsrail əsirlərin birbaşa Fələstinə keçirilməsinin təhlükəli olduğu iddiası ilə onları Türkiyə, Suriya, Qətər və İordaniyaya göndərib. Əsirlərin 16-sı Suriyada, 15-i Qətərdə, 11-i Türkiyədə, 1-i isə İordaniyadadır. Əsirləri adı çəkilən ölkələrdə Fələstinin bu ölkələrdəki səfirləri və nümayəndələri qarşılayıb.
    21.10.11 Məqaləni oxumaq
     
    Yunanıstan parlamenti yeni qənaət tədbirlərini təsdiqlədi
    Yunanıstanda yüz minlərlə insanı küçə və meydanlara çıxaran yeni qənaət tədbirlərinin yer aldığı təkliflər paketi parlamentdən ilk icazəni alıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ilk səsvermədə təsdiqini tapan paketdə vergi artımları, maaş və sosial ödənişlərdə kəsintilər yer alıb. Paketin təsdiq tapması elan edildiyi andan parlamentin qarşısında yığışan on minlərlə vətəndaş gecə soyuq havaya məhəl qoymadan 48 saatlıq nümayiş qərarından geri çəkilməyib. Dünən axşam saatlarında parlamentin qarşısında silahlı qarşıdurma yaşanıb. Polis nümayişçiləri dağıtmaq məqsədi ilə gözyaşardıcı qaz və səsli bombalardan istifadə edib. Əsgər və polislərə şüşə su qabları və daşla cavab verən üsyançılar arasında yaralananların olduğu bildirilir. Ölkənin mərkəzi aeroportunun işçiləri 12 saatlıq tətil elan etdiyindən bütün uçuşlar ləğv edilib. Son paketin təsdiqinə səs verilməsi ilə 30 min insanın işdən çıxarılması da təsdiqlənib.
    20.10.11 Məqaləni oxumaq
     
    Türkiyə sərhədləri aşan mübarizəyə başlayacaq
    Türkiyənin Hakkari bölgəsində 24 əsgərin öldüyü, 18 əsgərin yaralandığı hücumdan sonra İraqın qərbində PKK-çılara qarşı hərbi əməliyyatlar genişləndirilib. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, Türkiyənin bütün şəhərlərində terror əleyhinə nümayişlər başlayıb. Mənbənin məlumatına görə, PKK qüvvələrinin gözlənilmədən belə bir hücum reallaşdırması Suriya və İranla bağlıdır. Bu hücumun arxasında son zamanlar Türkiyə ilə meydan savaşına girən adıçəkilən ölkələrin durduğu iddia edilir. Bu gün səhər saatlarında ABŞ, AB və NATO hücumları qınayan bəyanatlar yayıb. Ağ Evdən Çankaya köşkünə terrorla mübarizədə təmənnasız dəstək təklifi gəlib. Hadisələrin genişliyini, hücum trayektoriyasını və itkini analiz edən “The Guardian” isə bu hücumun 90-cı illərin soyuyan hadisələrindən sonra ilk böyük hücum olduğunu yazır. “Türkiyənin yarası deşildi” başlıqlı yazıda bölgədə Misir, İraq, Liviya kimi iri dövlətləri yanına almış Türkiyənin sərhədləri aşan bir mübarizəyə başlayacağı ehtimalının mümkünlüyü qeyd edilir.
    20.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30