Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  59 60 61 62 63 64 65 66 67  #
    Yaponiyanın baş naziri maaşını azaldır
    Yaponiyanın baş naziri Esixiko Noda və onun kabinet üzvləri özlərinin əmək haqlarını gələn aydan ixtisar etmək qərarına gəliblər. «KƏLAMİNFO» «Qazeta.ru»ya istinadən xəbər verir ki, qərar hökumətin iclaslarından birində qəbul edilib. Noda öz əmək haqqını 30 faiz, kabinet üzvləri isə 20 faiz azaltmaq qərarına gəliblər.
    27.10.11 Məqaləni oxumaq
     
    ABŞ Tehranda “virtual səfirlik” açacaq
    ABŞ dövlət katibi Hillari Klinton İranda diktatura olduğunu düşündüyünü deyib. Klinton bildirib ki, Birləşmiş Ştatlar iranlıları onların azadlıq istəklərinin tamamilə legitim olduğuna əmin etmək istəyir. «KƏLAMİNFO»nun məlumatına görə, dövlət katibi Amerikanın fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər Tehranda “virtual səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. O bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.
    27.10.11 Məqaləni oxumaq
     
    Obama: Qəddafinin ölümü dünyadakı bütün diktatorlar üçün xəbərdarlıqdır
    Müəmmar Qəddafinin ölümü dünyadakı bütün diktatorlar üçün xəbərdarlıqdır. «KƏLAMİNFO»un məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib. Obamanın bildirdiyinə görə, Birləşmiş Ştatlar Liviyada hökumət əleyhinə çıxışdan sonra Qəddafiyə ölkəsində demokratik islahatlar keçirmək üçün şans veribmiş. Amma liviyalı diktator bu imkandan istifadə etməyib, etirazlara qarşı güc tətbiq edib.
    Bu gün NATO ölkələrinin oktyabrın 31-dək Liviyada əməliyyatlara son qoymaq məsələsini götür-qoy edəcəkləri gözlənilir.
    27.10.11 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Vanlı qardaşlarımız heç bir zaman yalnız olmadıqlarını görəcəklər”
    Türkiyə prezidenti Abdulla Gül Vanda baş verən zəlzələ ilə bağlı yeni açıqlama verib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Gül: «Şərqdən qərbə, cənubdan şimala hər kəs ən yaxınını bu zəlzələdə itirmiş kimi qaçır. Bütün vanlı qardaşlarımız heç bir zaman yalnız olmadıqlarını görəcəklər» deyib.  Prezident bölgəyə edəcəyi səfəri yardım fəaliyyətlərini ləngitməmək üçün təxirə saldığını açıqlayıb və ən qısa zamanda Vana gedəcəyini bildirib. Prezident: «Bütün millətimizin belə bir kədər qarşısında bütövləşdiyini görməkdən böyük məmnunluq duyuram» deyib.
    26.10.11 Məqaləni oxumaq
     
    Qəddafinin öldürülməsi ilə bağlı Haaqa məhkəməsinə müraciət ediləcək
    Liviya lideri Müəmmar Qəddafinin öldürülməsi ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət ediləcək. İddianı Qəddafinin ailəsi qaldırıb. Onların Qəddafinin öldürülməsi faktını hərbi cinayət adlandırıblar. «KƏLAMİNFO»nun məlumatına görə, Qəddafi ailəsinin vəkili Marsel Sessaldi Fransanın «Europe1» radiostansiyasına verdiyi açıqlamada  bildirib ki, onlar hərbi cinayət faktı üzrə iddia qaldıracaqlar. «NATO vertolyotları onun getdiyi kortejə atəş açıblar. Bu kortej mülki əhali üçün bir təhlükə törətmirdi. Bu, Qəddafinin öldürülməsi üzrə NATO-nun planlaşdırdığı bir əməliyyat idi» - deyə vəkil vurğulayıb. Qəddafinin ailəsi, həmçinin keçmiş liderin meyiti üzərində təhqirlərə yol verilməsindən də qəzəblənib.
    26.10.11 Məqaləni oxumaq
     
    Qəddafi dəfn edildi
    Liviyanın öldürülmüş lideri Müəmmar Qəddafinin meyiti naməlum bir yerdə torpağa basdırılıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Liviyanın Milli Keçid Şurasındakı mənbə Qəddafinin meyitinin gizli bir yerə basdırıldığını «Əl-Cəzirə» telekanalına açıqlamasında bildirib. Həmin yerin hansısa səhranın bir yerində olduğu söylənilir. Bu addımın sabitlik üçün atıldığı bildirilib. Qəddafi ilə yanaşı, oğlu və müşavirlərindən biri də dəfn edilib.
    26.10.11 Məqaləni oxumaq
     
    Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə Meksikadır
    Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə Meksika elan edilib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, BMT-nin və Amerika Dövlətlər Təşkilatı (ADT) mütəxəssislərinin birgə hazırladığı hesabatda bu il Meksikada 13 jurnalistin öldürüldüyü qeyd edilir. Həmçinin hesabatda o da göstərilir ki, 2000-ci ildən bu günə qədər Meksikada 70 jurnalist öldürülüb. BMT-nin İnsan Hüquqları Şurasının söz azadlığı üzrə komissarı da Meksikanın jurnalistlər üçün dünyanın ən təhlükəli beşinci ölkə olduğunu göstərir.
    25.10.11 Məqaləni oxumaq
     
    Liviya da terror məkanına döndü
    Ötən həftə Müəmmar Qəddafinin öldürüldüyü Şiirt şəhərində güclü partlayış baş verib. Partlayış və ardınca da yaşanan yanğın zamanı 100-dən artıq insan ölüb, 50 nəfər isə yaralanıb. Liviya Milli Keçid Şurasının nümayəndəsi Leyt Məhəmməd bildirib ki, partlayışdan sonra yanğın baş verib. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, küçələr başsız bədənlərlə doludur. İnsidentin nədən baş verdiyi açıqlanmır. Lakin şübhə edilmir ki, bu, Qəddafi tərəfdarlarının əli ilə törədilib.
    25.10.11 Məqaləni oxumaq
     
    Vanda baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 220 nəfərə çatıb
    Türkiyənin Van əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 220nəfərə çatıb, 1090 nəfər yaralı var. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib. Erciş şəhərində zəlzələdə 117 nəfərin öldüyü bildirilir, daha 100-dən artıq insan isə Van şəhərində həlak olub. Şahin yaralı sayının Vanda 350, Ercişdə 740 nəfər olduğunu açıqlayıb. Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.
    25.10.11 Məqaləni oxumaq
     
    Qəddafi ölümünə üç gün qalmış vəsiyyətnamə yazıb
    Müəmmar Qəddafinin ölümünə üç gün qalmış vəsiyyətnamə yazdığı bəlli olub. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, ərəb dilində olan sənəd «Seven Day News» saytında əks olunub. Polkovnik vəsiyyətnaməsində qohumlarından xahiş edib ki, onu Şiirt şəhərində ailəsi və qohumları ilə birlikdə dəfn etsinlər. Özü də o, öldürülən zaman olacağı paltarda basdırılmasını istəyib. Qəddafi sonra yazır: «Mən tərəfdarlarıma istənilən işğalçıya qarşı müqaviməti hər zaman davam etdirməyə çağırıram». Liviyada qalıb, başqa yerə qaçmayacağını, öləcəyini anlatmağa çalışan Qəddafi bunları əlavə edib: «Əgər biz indi qalib gəlməsək belə, gələcək nəsillərə nümunə olacağıq. Biz göstərəcəyik ki, ölkənin qorunması bir şərəf məsələsidir, onu satılması isə ən böyük satqınlıqdır». Qəddafi vəsiyyətnaməsində, həmçinin Liviya xalqını onun ailə üzvlərini və uşaqlarını qorumağa çağırıb.
    24.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  59 60 61 62 63 64 65 66 67  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30