Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  58 59 60 61 62 63 64 65 66  #
    Obama tibbi müayinədən keçib
    ABŞ prezidenti Barak Obama səhhəti ilə bağlı testdən uğurlu keçib. Test siyasətçinin tütündən uğurlu asılılığının aradan qalxdığını göstərib. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, tibbi müayinənin nəticəsində göstərilib ki, prezident çox əla formadadır və öz səlahiyyətlərinin öhdəsindən uğurla gələ bilər. O da qeyd edilib ki, Barak Obama nikotindən asılılığndan azad olub, sağlam həyat tərzi sürür və artıq çəkiyə malik deyil. Obama sonuncu dəfə ötən ilin fevralında analoji testdən keçib. O zaman həkimlər ona siqaret çəkməməyi və xolosterinin səviyyəsini aşağı salmaq üçün rasionu dəyişməyi tövsiyə etmişdilər.
    02.11.11 Məqaləni oxumaq
     
    BMT Liviyanı silahları yaymamağa çağırıb
    BMT-nin Təhlükəsizlik Şurası Liviyanı vətəndaş münaqişəsi zamanı talanmış silahları yaymağı dayandırmağa çağırıb. Bununla bağlı qətnaməni Rusiya təklif edib və Şura bu qətnaməni yekdilliklə qəbul edib. Hər şeydən əvvəl söhbət daşına bilən zenit-raket komplekslərindən gedir. «KƏLAMİNFO»nun məlumatına görə, qətnamədə deyilir ki, bu cür silahların ekstremist təşkilatların, o cümlədən «Əl-Qaidə» üsyançılarının əlinə keçə bilmə təhlükəsi var. Təhlükəsizlik Şurası həm də Tripolini bütün kimyəvi silah ehtiyatlarını ləğv etməyə, bunun üçün xaricdən mütəxəssislər cəlb etməyə də çağırıb.
    01.11.11 Məqaləni oxumaq
     
    Hillari Klinton London və İstanbul səfərlərini təxirə salıb
    ABŞ dövlət katibi Hillari Klinton London və İstanbula səfərlərini təxirə salıb. «KƏLAMİNFO» «BBC»yə istinadən xəbər verir ki, Dövlət Departamentinin məlumatında Klintonun bu addımı anasının xəstə olması ilə izah edilib. Klintonun anası 92 yaşlı Doroti Rodxem Xouellin səhhəti ilə bağlı məlumat verilmir. Klinton bu gün Londonda kibertəhlükəsizliklə bağlı konfransda iştirak etməli idi. Sabah isə İstanbulda Əfqanıstanda təhlükəsizliklə bağlı regional konfrans keçirilməli idi.
    01.11.11 Məqaləni oxumaq
     
    İran parlamenti Əhmədinejadı sorğu-suala çəkmək niyyətindədir
    İran parlamenti prezident Mahmud Əhmədinejadı iqtisadiyyat naziri ilə bağlı yaranmış qalmaqalla, eləcə də daxili və xarici siyasəti ilə bağlı sorğu-suala çəkmək niyyətindədir. «KƏLAMİNFO» «Assoşieyted Press»ə istinadən xəbər verir ki, indiyə qədər İran parlamentinin 290 üzvündən 73-ü müvafiq müraciətə imza atıblar. Onlar prezidentin dindirilməsini tələb edirlər. Müraciət İran parlamentinin sədr müavini Məhəmmədrza Bahonara verilib. Qeyd edək ki, iqtisadiyyat nazirinin adı 2,6 mlrd. dollarlıq bank sahəsindəki fırıldaqda çəkilir.
    01.11.11 Məqaləni oxumaq
     
    Mübarəkin məhkəməsi dekabrın 28-nə qaldı
    Misir məhkəməsi hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin məhkəməsini dekabrın 28-ə qədər təxirə salıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Mübarək fevral ayında onun hakimiyyətdən getməsilə nəticələnmiş üsyanda iştirak edən 800 adamın qətlində əli olmaqda ittiham edilir. Hüsnü Mübarəkin iki oğlu, keçmiş daxili işlər naziri və təhlükəsizlik qüvvələrinin altı yüksək səviyyəli zabiti də onunla bərabər ittiham olunur. Hakim qərarı oxuduğu zaman onların hamısı Qahirədə məhkəmə zalında olublar. Üsyan zamanı həlak olanların ailə üzvlərinin vəkilləri Mübarəkin işi ilə bağlı üç nəfər hakimdən ibarət olan heyətin yenisi ilə əvəz olunması haqda müraciət edib. Apelyasiya məhkəməsi qərarı dekabrın 26-sı verməlidir.
    31.10.11 Məqaləni oxumaq
     
    ABŞ-da 3 milyondan artıq ev işıqsız qalıb
    ABŞ-ın şimal-şərqində güclü qar yağmasına görə 3 milyondan artıq ev işıqsız qalıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, dəmir yolları və avtomobil yolları bağlanıb, təyyarə reysləri təxirə salınıb. Təbii fəlakət nəticəsində azı 3 adam ölüb. Nyu-Cersi, Konnektikut, Massaçusets, Nyu-York ştatlarında fövqəladə vəziyyət elan olunub. Meteoroloqlar bildirib ki, qar fırtınası axşama doğru Kanadaya doğru hərəkət edəcək.
    31.10.11 Məqaləni oxumaq
     
    Qəddafini öldürən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq
    Liviya Milli Keçid Şurası keçmiş diktator Müəmmar Qəddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib. “KƏLAMİNFO” “Guardian”a istinadən xəbər verir ki, Liviyadakı Keçid Şurasının sədr müavini Abdel Hafiz Qhoqa Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib. BMT-nin Təhlükəsizlik Şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.
    29.10.11 Məqaləni oxumaq
     
    ABŞ müdafiə nazirinin müavini istefa verib
    ABŞ müdafiə nazirinin müavini Klifford Stenli istefa verib. Onun yaxın iki həftə ərzində öz postunu tərk edəcəyi bildirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, nazir müavini bu barədə qərarı müstəqil şəkildə verib və bu, ona qarşı aparılan təhqiqat işi ilə bağlı deyil. Söhbət yüksək rütbəli məmurun adı ilə bağlı yayda yaşanan insidentdən gedir. Onun barəsində bir neçə şikayət daxil olub və qeyd edilib ki, hərbçi tabeliyində olanlara qarşı təhqirlərə yol verib, vəsaitləri qeyri-effektiv şəkildə xərcləyib, lazım olmayan bahalı müqavilələrə imza atıb.
    28.10.11 Məqaləni oxumaq
     
    Türkiyədə yenə zəlzələ baş verib
    Bu gün Türkiyənin Van əyalətinin Hakkari şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə CNN Türk telekanalı xəbər yayıb. Dağıntı və tələfat barədə xəbər verilməyib.
    28.10.11 Məqaləni oxumaq
     
    Obama pul yığmaqda liderlik edir
    Birləşmiş Ştatlar prezidenti Barak Obama ən aşağı reytinqə baxmayaraq, prezident seçkiləri yarışmasında vəsait toplanışına görə liderlik edir. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, Ağ evin rəhbəri təqribən 90 milyon dollar toplayıb. Bu, respublikaçı-namizədlərin hamısının bütövlükdə əldə etdikləri vəsaitdən çoxdur. Lakin ekspertlər əmindirlər ki, Barak Obama vaxtından əvvəl təntənəsini qeyd etməməlidir - çox vəsait toplanışı həlledici deyil. Amerikanın Seçkilər üzrə Federal Komissiyası namizədlərin sentyabr ayının sonuna qədər topladıqları vəsaitin məbləğini açıqlayıb.
    27.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  58 59 60 61 62 63 64 65 66  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30