Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  57 58 59 60 61 62 63 64 65  #
    NATO-nun baş katibi: Seçkilər Gürcüstanda demokratiya üçün imtahan olacaq
    NATO-nun baş katibi Anders Foq Rasmussen Tbilisinin «Radisson» mehmanxanasında keçirdiyi brifinqdə bildirib ki, 2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, Rasmussen qeyd edib ki, Gürcüstan NATO standartları və islahatları istiqamətində inkişaf edir. Baş katib Gürcüstanın NATO-ya daxil olması müddətini hələ dəqiq bilmədiyini deyib: «Hər şey islahatların demokratik inkişaf yolunda irəliləyişindən asılıdır».
    10.11.11 Məqaləni oxumaq
     
    İsrail İrana təzyiq göstərməyə çağırıb
    İsrail beynəlxalq aləmi İranı nüvə proqramından əl çəkməyə məcbur etməyə çağırır. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu nüvə silahına malik İranın Yaxın Şərq və bütün dünya üçün təhlükə olacağını bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin çərşənbə axşamı yaydığı bəyanatda İranın nüvə silahı üzərində işləməsilə bağlı dəlillər olduğu bildirilir. Tehran isə ittihamı rədd edir.
    10.11.11 Məqaləni oxumaq
     
    Abdulla Gül Suriyaya xəbərdarlıq edib
    «Financial Times» qəzetinə müsahibə verən Türkiyə prezidenti Abdulla Gül Suriyaya xəbərdarlıq edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Suriyanın PKK-dan Türkiyəyə qarşı istifadə edəcəyinə dair məlumatları dəyərləndirən Gül bu ölkənin əvvəllər də terror təşkilatı mənsublarına yer verdiyini xatırladıb. Dəməşqin belə bir təhlükəli oyuna yenidən girməyəcəyinə ümid etdiyini bildirən və Suriyaya bu istiqamətdə xəbərdarlıq edən Türkiyə prezidenti məsələni yaxından izlədiyini vurğulayıb. «Türkiyə prezidenti ABŞ ilə əlaqələrdən məmnundur» başlığı ilə yayınlanan müsahibədə Türkiyənin Yaxın Şərqdəki aktiv siyasətindən də bəhs edilib. Gül ərəb dünyasının Türkiyənin dünyəvi, demokratik quruluşundan və sərbəst bazar iqtisadiyyatından təsirləndiyini bildirib. Avropa Birliyinə üzvlük məsələsinə də toxunan Gül Türkiyənin Maastrix kriteriyaları baxımından bir çox ittifaq üzvündən daha yaxşı vəziyyətdə olduğunu deyib. ABŞ ilə əlaqələrin çox yaxşı olduğunu vurğulayan prezident Türkiyəyə yerləşdirilən radarın İrana deyil, raketlərə qarşı bir sistem olduğunu söyləyib.
    10.11.11 Məqaləni oxumaq
     
    Hondurasda 180 polis əməkdaşı həbs edilib
    Hondurasda cinayətkar qruplaşmalarla əlaqədə günahkar bilinən 180 polis əməkdaşı həbs edilib. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, məlumatı ölkənin təhlükəsizlik nazirliyi yayıb. Həbs edilənlər ölkənin şərqindəki polis məntəqəsinə gətiriblər. Polis əməkdaşldarı müxtəlif cinayətlərdə günahkar bilinirlər. Həbs edilənlərdən 8-i qətllər törətməkdə ittiham olunur. Onların qurbanları içərisində Honduras universitetinin rektorunun oğlu da var.
    05.11.11 Məqaləni oxumaq
     
    Türkiyə Qırğızıstana əvəzsiz olaraq 1,7 mln. dollarlıq hərbi texnika və avadanlıq verib
    Türkiyənin hakimiyyət orqanları Qırğızıstanın hakimiyyət orqanlarına əvəzsiz olaraq dəyəri 1,7 mln. dollar olan hərbi texnika və avadanlıq verib. «KƏLAMİNFO» bunu Qırğızıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. Türkiyə 1992-ci ildən Qırğızıstana hərbi kadrların, eləcə də xüsusi və dağ proqramları üçün mütəxəssislərin hazırlanması üzrə humanitar yardım göstərir.
    04.11.11 Məqaləni oxumaq
     
    Piratlar neft tankerini ələ keçiriblər
    Nigeriya sahilləri yaxınlığında piratlar neft tankerini ələ keçiriblər. Gəminin heyəti isə girov götürülüb. «KƏLAMİNFO»nun RİA «Novosti»yə istinadən verdiyi xəbərə görə, piratlar gəmini tutduqdan sonra Qvineya körfəzinə istiqamət götürüblər. Tanker Maltaya məxsusdur. Gəmi ilə rabitə həftənin əvvəlindən kəsilib.Lakin onun piratlar tərəfindən zəbt olunduğu indi müəyyən olub.
    04.11.11 Məqaləni oxumaq
     
    Obama və Putin dünyanın ən nüfuzlu insanlarıdır
    Dünyaca məşhur “Forbes” jurnalı 2011-ci ildə dünyanın ən nüfuzlu adamlarının siyahısını açıqlayıb. ABŞ prezidenti Barak Obama, Rusiyanın baş naziri Vladimir Putin və Çin prezidenti Hu Tsintao dünyanın ən nüfuzlu adamlarının siyahısında birinci üç yerdə göstərilir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obamanın hazırda ABŞ-da işsizlik səviyyəsinin yüksək olması ilə əlaqədar reytinqinin o qədər yüksək olmamasına baxmayaraq, onun xarici siyasət meydanında xüsusilə də Əl-Qaidə liderinin qətlindən sonra reytinqi yüksəkdir. Forbes jurnalı yazır ki, ABŞ şəksiz, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş və ən güclü silahlı qüvvələrə malik bir ölkəsi olaraq qalır. Müşahidəçilər prezident Obamanın ən güclü silahlı qüvvələrin baş komandanı və qeyri-rəsmi olaraq azad dünyanın lideri kimi mövqelərini saxladığını bildirir.
    03.11.11 Məqaləni oxumaq
     
    BMT Kiprin birləşməsi sazişini yanvar ayına gözləyir
    BMT-nin baş katibi Pan Qi Mun Kiprin birləşməsi sazişinin yanvar ayına imzalanacağını gözlədiyini deyib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, bu sözləri Kiprin yunan və türk icmalarının liderləri ilə Nyu-Yorkda görüşlərdən sonra deyib. Görüşləri isə BMT-nin baş katibi müsbət, məhsuldar adlandırıb. Baş katib deyib ki, hər iki icmanın liderləri ona təminat veriblər ki, ilin sonuna birləşmə sazişini yekunlaşdıracaqlar.
    03.11.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlu axtarışına son verilməsini xahiş edib
    Müəmmər Qəddafinin oğlu Səid Qəddafi İnterpola səslənərək onun axtarışına son verilməsini xahiş edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Səid bildirib ki, Liviyanın indiki hakimiyyəti onu ədalətlə mühakimə etmək iqtidarında deyil. Sentyabrın 11-dən Nigerə qaçan Səid Qəddafinin hazırda ev dustaqlığında saxlandığı bildirilir. Niger hökuməti Liviya hüquq-mühafizə orqanlarının Səid Qəddafini dindirməsinə şərait yaradacağını, ancaq onu ekstradisiya etməyəcəyini bəyan edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Əhmədinejad həcc ziyarətinə dəvət edilib
    Səudiyyə Ərəbistanının kralı Abdulla İran prezidenti Mahmud Əhmədinejadı Məkkəyə həcc ziyarətinə dəvət edib. «KƏLAMİNFO»nun «The Daily Star»a istinadən verdiyi məlumata görə, İran prezidenti dəvəti qəbul edib və gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanına yollanacaq. İran prezidentinin KİV üzrə müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, əvvəllər belə bir şey baş verməyib. Onun sözlərinə görə, bü səfər iki ölkə arasında münasibətlərdə mühüm xətt olacaq.
    02.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  57 58 59 60 61 62 63 64 65  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30