Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  56 57 58 59 60 61 62 63 64  #
    Yunanıstanda yeni baş nazirə etimadla bağlı səsvermə olacaq
    Yunanıstanın yeni baş naziri Lukas Papadimos təyinatından sonra ilk dəfə parlament qarşısında çıxış edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o bildirib ki, qarşıda duran əsas vəzifə ölkəni böhrandan çıxarmaqdır. Yeni baş nazir görüləcək işlərin çox olduğunu deyib. Noyabrın 16-da Yunanıstan parlamentində yeni baş nazirə etimadla bağlı səsvermə keçiriləcək.
    16.11.11 Məqaləni oxumaq
     
    Nikola Sarkozi Benyamin Netanyahuya məktub ünvanlayıb
    İsrailin baş naziri Benyamin Netanyahu barəsində tənqidi fikir söylədiyi iddia edilən Fransa prezidenti Nikola Sarkozi ona məktub ünvanlayıb. O, məktubunda baş nazirə dost hissələri yaşadığını bildirib. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, ötən həftə aparıcı KİV-in məlumatlarında Sarkozinin Barak Obama ilə söhbətində Netanyahu haqqında yalançı ifadəsi işlətdiyini yazmışdılar. Sarkozi məktubunda İsrail baş nazirinin qayınatasının ölümündən başsağlığını ifadə edib: “Mən sizə dost kimi yanaşıram və bizim Yaxın Şərqin problemləri ilə bağlı fikir ayrılıqlarımız, eləcə də KİV-də yaranmış söz-söhbətlər bu dostluğa xələl gətirə bilməz.”
    15.11.11 Məqaləni oxumaq
     
    Borc böhranı II Dünya müharibəsindən sonra Avropanın ən çətin sınağıdır
    İndiki borc böhranı Avropanın İkinci Dünya müharibəsindən sonra ən çətin sınağıdır. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Xristian-Demokrat İttifaqının Leypsiqdəki konfransında belə deyib. Merkelin sözlərinə görə, Avropa siyasi inteqrasiya yolunda da addım-addım irəliləməlidir. Kansler Avropa Birliyinin büdcə kəsirləri limitlərini aşan dövlətlərə qarşı qaydaları dəyişdirməsinin vacibliyini də vurğulayıb. Ancaq Almaniyanın tərəfdaşlarına yardım öhdəliyi olduğunu və lazım gələrsə daha çox qurbanlar verməli olduğunu deyib.
    15.11.11 Məqaləni oxumaq
     
    ABŞ növbəti dəfə Suriya prezidentini istefaya çağırıb
    ABŞ növbəti dəfə Suriya prezidenti Bəşər Əsədi istefaya çağırıb. «KƏLAMİNFO» «svobodanews.ru»a istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilir ki, Əsəd getdikcə daha çox təcrid olunur və legitimliyini itirib. Ağ Evin mətbuat katibi Con Ernest deyib ki, Əsəd rejiminin təcridi davam edir. Ona siyasi təzyiqlər artır: «Bu məsələdə Obama administrasiyasının mövqeyi aydındır - prezident Əsəd legitimliyini itirib və getməlidir. Əsəd rejimi dinc nümayişçilərə qarşı zorakılığı dərhal dayandırmalıdır». Noyabrın 14-də Avropa Birliyi Suriyanın daha 18 rəsmi şəxsinin adını hesabları dondurulan və səyahət qadağası qoyulan şəxslər siyahısına daxil edib. Bununla da həmin şəxslərin sayı 74-ə çatıb.
    15.11.11 Məqaləni oxumaq
     
    11 milyon dollara Çin vazası
    İngiltərənin paytaxtı Londonda Bonhams Muzey Evi tərəfindən təşkil olunan sərgidə Çin İmperatorluğu zamanına aid olan bir vaza 9 milyon pounda (təxminən 11 milyon dollara) satılıb. “Kəlaminfo” “Sabah” qəzetinə istinadən bildirir ki, üzərində müxtəlif rənglərlə incə naxışların əks olunduğu vaza, üç alıcı arasında gedən qızğın rəqabətdən sonra 9 milyon pounda satılaraq, bu il Londonda satılan ən bahalı Asiya sənət əsəri olub. Qeyd edək ki, vazanın XVIII əsrdə düzəldiyi və 1920-ci illərdə İngiltərəyə gətirilənə qədər Çinin Yasak şəhərində mühafizə edildiyi təxmin edilir.
    14.11.11 Məqaləni oxumaq
     
    Saakaşvili Moskva ilə imzalanmış razılaşmanı qələbə sayır
    Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı vacib və əhəmiyyətli qələbə adlandırıb. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, o, Batumidə NATO-nun baş katibi Rasmussenlə keçirdiyi brifinqdə bildirib ki, ilk dəfədir ki, Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində malların daşınmasına beynəlxalq monitorinq tətbiq ediləcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün bütün üzv ölkələrin razılığı lazımdır. Gürcüstan bunu əngəlləyən son ölkə idi. Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyaya daşınan malların beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasına razılıq verib.
    12.11.11 Məqaləni oxumaq
     
    Obamanın Yaxın Şərq məsələləri üzrə müşaviri istefa verir
    ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq məsələləri üzrə müşaviri Dennis Ross istefa verir. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bu gün açıqladığı bəyanatda Ross vəzifə müddətinin Yaxın Şərqdə presedentsiz dəyişikliklər dövrünə təsadüf etdiyini bildirib. Lakin o, xanımına iki ildən artıq bu vəzifədə qalmayacağına vəd verdiyini deyib. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, prezident Obama vəzifə müddətini bir il uzatdığına görə Dennid Rossa minnətdarlığını bildirib.
    11.11.11 Məqaləni oxumaq
     
    Vanda yenə güclü zəlzələ olub
    Vanda noyabrın 10-na keçən gecə yenidən zəlzələ baş verib. Yeraltı təkanların gücü 5,6 bala çatıb. Daha sonra isə 4,5, 3,6 və 4,4 bal gücündə təkanlar qeydə alınıb. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasından verilən açıqlamada zəlzələnin episentrinin Vanın Edremit qəsəbəsi olduğu bildirilib. 5,5 bal gücündəki zəlzələdən sonra iki otel olmaqla 18 bina çöküb. Jurnalistlərin və xilasedici qrupların qaldığı bildirilən hotellərin və digər binaların dağıntıları altında çox sayda insanın qaldığı bildirilir. Çökən hoteldə 50-dən çox insanın olduğu təxmin edilir. Xilasedicilər dağıntılar altından 23 nəfəri sağ və 7 cəsəd çıxarıblar. Dağıntılar altında qalanlarla mobil telefon vasitəsi ilə əlaqə saxlanılır. Ehtimallara görə, dağıntılar altında 8-9 nəfərə qədər sağ insan qalıb.
    11.11.11 Məqaləni oxumaq
     
    Liviyada maaş tələbi ilə etiraz aksiyası keçirilib
    Liviyanın paytaxtı Tripolidə maaşlarını tələb edən onlarla etirazçı Maliyyə Nazirliyinin qarşısında aksiya keçirib. «KƏLAMİNFO» «Reuters» agentliyinə istinadən xəbər verir ki, yeni seçilmiş baş nazir Əbdürrəhim Əl-Keyib qərbli tərəfdaşlarından Müəmmar Qəddafinin dondurulmuş hesablarını açmağa çağırıb. Qərb ölkələri indiyə qədər Liviyaya bu hesablardan bir neçə milyard dollar veriblər. Dondurulmuş hesablarda hələ 150 milyard dollar qalır.
    10.11.11 Məqaləni oxumaq
     
    Qazaxıstanın deputatları erkən seçki tələb edir
    Qazaxıstan parlamentinin deputatları prezident Nursultan Nazarbayevə müraciət edərək parlamentin aşağı palatası-Məclisi buraxmağı xahiş ediblər. Müraciəti 53 deputat imzalayıb. Bu isə deputat korpusunun yarısı deməkdir. «KƏLAMİNFO» «Today.kz»ə istinadən xəbər verir ki, deputatlar öz addımlarını onunla əsaslandırıblar ki, gələn il yeni iqtisadi böhran dalğası gözlənilir və bu, Qazaxıstan iqtisadiyyatına da təsirsiz ötüşməyə bilər. «Bu dövrə kimi seçkiləri keçirmək lazımdır» - deyə deputat Nurtay Sabilyanov vurğulayıb. Hazırkı parlamentin müddəti gələn il avqustda başa çatır. Nurtay Sabilyanov bildirib ki, deputatların müraciəti artıq Prezident Administrasiyasına verilib. Qanunvericiliyə görə, prezident parlamenti deputatlar və baş nazirlə məsləhətləşdikdən sonra buraxa və növbədənkənar seçkilər təyin edə bilər.
    10.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  56 57 58 59 60 61 62 63 64  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30