Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  55 56 57 58 59 60 61 62 63  #
    Mübarəkə hücum olub
    Qahirədə beynəlxalq tibb mərkəzində müalicə kursu keçən Misirin sabiq prezidenti 83 yaşlı Hüsnü Mübarəkə hücum cəhdi olub. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə Misirin “Al-Fajr” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, adının çəkilməsini istəməyən şəxs Mübarəkin mayor rütbəsində olan şəxs tərəfindən hücuma məruz qaldığını deyib. İnsident noyabrın 3-də səhər baş verib. İçəri girən həkim Mübarəkin qanında şəkərin miqdarını ölçmək istəyib. Prosedur zamanı o, Mübarəkin boğazından yapışaraq onu boğmaq istəyib. İçəri girən mühafizəçilər onun qollarını burublar. Dərhal saxlanılan həkimi hərbi prokurorluğa təhvil veriblər. Mənbə həmin şəxsin adını çəkmək istəməyib.
    22.11.11 Məqaləni oxumaq
     
    Qəddafinin sabiq kəşfiyyat rəhbəri də tutulub
    Liviya rəsmiləri bəyan ediblər ki, hökumət qüvvələri Müəmmər Qəddafinin sabiq kəşfiyyat rəhbəri Abdullah Senusini yaxalayıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, keçmiş kəşfiyyat xidmətinin rəhbəri ölkənin cənubunda tutulub.
    21.11.11 Məqaləni oxumaq
     
    Ərdoğanın məxfi bank hesabları ilə bağlı qalmaqal yenidən start götürüb
    Türkiyədə yeddi il bundan öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın məxfi bank hesabları ilə bağlı yaşanmış qalmaqal yenidən start götürüb. «KƏLAMİNFO»nun məlumatına görə, 2004-cü ildə baş nazirin İsveçrə banklarında gizli hesablarının olması barədə informasiya dərc edilmişdi. Həmin məlumatda göstərilmişdi ki, Ərdoğan İsveçrə banklarında 800 mln. dollarlıq gizli hesaba malikdir. Bundan sonra Ərdoğan dərhal mətbuat konfransı keçirərək düşmənlərinin belə bir informasiya yaydığını bildirmişdi. Onun sözlərinə görə, bu şəxslər onun nüfuzuna xələl gətirmək istəyiblər və onun bankda heç bir hesabı yoxdur. «Mənim İsveçrə banklarında bir qəpik də olsun pulum yoxdur. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur.»
    21.11.11 Məqaləni oxumaq
     
    Əhmədinejada Tövrat bağışladılar
    İran prezidenti Mahmud Əhmədinejad bu həftənin əvvəlində Qüdsə səfər edərkən Uqanda prezidenti Yoveri Musaveni ona Tövrat bağışlayıb. «KƏLAMİNFO»  Maariv» qəzetinə istinadən xəbər verir ki, hədiyyə şəxsi görüş zamanı verilib. Etiqadca xristian olan Musaveni öz addımını belə izah edib: «İran prezidenti yəhudi xalqının tarixini çox gözəl bilməlidir və əmin olmalıdır ki, yəhudilərin müqəddəs torpasa sahib olmağa tarixi hüquqları çatır».
    20.11.11 Məqaləni oxumaq
     
    Erməni nazir parlamentdə nərd oynadı
    Ermənistan parlamentində qalmaqal. Parlamentdə 2012-ci il büdcəsinin müzakirəsi zamanı energetika və təbii ehtiyatlar naziri Armen Movsisiyanın bekarçılıqdan nərd oynaması kadrları yayılıb. Nazirin «İPAD»də nərd oynaması fotoları qəzet səhifələrinə düşüb. Nazirin oynaması ilə balı video jurnalistlərin telekameralarına da düşüb. Artıq bu məsələ «Facebook» sosial şəbəkəsində geniş müzakirə olunur. «KƏLAMİNFO»un məlumatına görə, «Jamanak» qəzeti yazır ki, Movsisyanın ustalıqla zərləri atması onu deməyə əsas verir ki, o, bununla çoxdan məşğul olur.
    19.11.11 Məqaləni oxumaq
     
    Ağ evə atəş açılıb
    Vaşinqtonda Ağ evə atəş açılıb. ABŞ prezidentinin mühafizəsini təşkil edən Məxfi Xidmətin verdiyi məlumata görə, güllələrdən biri Ağ evin pəncərəsinə doğru atılıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, pəncərənin gülləkeçirməz şüşələri onun qarşısını alıb. İkinci güllə isə binanın divarlarına dəyib. Məxfi xidmət bunun ötən həftə Ağ ev qarşısında baş verən atışma ilə əlaqəsi olmadığını bildirib. O zaman bəlli olmuşdu ki, atəş Kalaşnikov avtomatından atılıb. Bununla bağlı 21 yaşlı Oskar Ramiro Orteqa Ernandes adlı şəxs həbs edilib.
    18.11.11 Məqaləni oxumaq
     
    Türkiyə parlamentində qadınlar dava etdi
    Türkiyə parlamentində dava düşüb. Bu dəfə insidenti kişi deputatlar deyil, qadınlar törədib. «KƏLAMİNFO» «CNN-Turk» telekanalına istinadən xəbər verir ki, zərif cinsi təmsil edən deputatları kişilər ayırmalı olub. Daxili işlər naziri İdris Naim Şahin parlamentdə çıxış edən zaman kürdyönümlü «Barış və demokratiya» partiyasını kəskin tənqid edib və onun üzvlərini kafir adlandırıb. Bu isə kürdyönümlü qadın deputatları özündən çıxarıb. Onların nazirə etirazı zalda narazılıq yaradıb. Hakim partiyanın parlament fraksiyasının vitse-sədri Ayşenur Bağçaqapalı kürd deputatlar Pərvin Buldan və Səbahət Tunceliyə qarşı güc tətbiq edib.
    17.11.11 Məqaləni oxumaq
     
    Obama Avstraliyaya yola düşüb
    ABŞ prezidenti Barak Obama iqtisadiyyat və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə Avstraliyaya yola düşüb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Avstraliyaya Havayda ev sahibliyi etdiyi APEC ölkələrinin sammitindən sonra gedir. Kanberrada ABŞ dövlət başçısının Avstraliyanın baş naziri Culiya Gillardla görüşü gözlənilir. Daha sonra prezident Darvin şəhərində Amerikanın dəniz qüvvələri bazasının açılacağını elan etməlidir. Obamanın səfəri ABŞ-Avstraliya müdafiə sazişinin əldə edilməsinin 60-cı ildönümünə təsadüf edir. Barak Obama Avstraliyaya səfər edən beşinci ABŞ prezidentidir.
    17.11.11 Məqaləni oxumaq
     
    Nazarbayev parlamenti buraxdı
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin alt palatası - Məclisin buraxılması barədə fərman imzalayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, erkən seçkilər 2012-ci il yanvarın 15-nə təyin olunub. Qazaxıstan parlamentinin alt palatasının 107 deputat mandatı var. Deputatlar 5 il müddətinə seçilir.
    16.11.11 Məqaləni oxumaq
     
    Turki əl-Feysəl: “İrana hərbi müdaxilə axmaqlıqdır”
    Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsinin keçmiş rəisi şahzadə Turki əl-Feysəl İrana bu ölkənin nüvə proqramı ilə bağlı təzyiqlərin və sanksiyaların tətbiqini dəstəkləyir. Lakin əlavə edib ki, onlar hərbi müdaxilənin əleyhinədirlər. «KƏLAMİNFO” TRT-nin rus xidmətinə istinadən xəbər verir ki, bir vaxtlar ABŞ-da səfir olmuş Turki Vaşinqtonda jurnalistlər deyib: «Hərbi müdaxilə axmaqlıqdır və neqativ nəticələrə gətirib çıxaracaq. Bu, İranın nüvə silahı istehsal etmək istəyini gücləndirəcək». O bildirib ki, İranın beynəlxalq öhdəlikləri necə yerinə yetirməsini nəzərdə tutan qətnamə layihəsini BMT TŞ-yə təqdim ediblər. Bu arada isə İranın İsfahan şəhərinin yüzlərlə sakini nüvə proqramına dəstək məqsədilə uranın zənginləşdirilməsini həyata keçirən zavodun ətrafında canlı sədd təşkil ediblər.
    16.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  55 56 57 58 59 60 61 62 63  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30