Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  54 55 56 57 58 59 60 61 62  #
    Ərəb Dövlətləri Liqası Suriyaya 1 gün vaxt verib
    Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib. Şura bəyan edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, belə bir qərar liqanın Qahirədə keçirilən iclasında qəbul edilib. Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.
    25.11.11 Məqaləni oxumaq
     
    Gürcüstan Leyborist Partiyasının lideri Ağ evin qarşısında aksiya keçirib
    Gürcüstan Leyborist Partiyasının lideri Şalva Natelaşvili tərəfdarları ilə birgə Vaşinqtonda Ağ evin qarşısında prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiya keçirib. «KƏLAMİNFO» «İnerfaks»a istinadən xəbər verir ki, Natelaşvili: «Məhz Birləşmiş Ştatlar hakimiyyət Saakaşvilini bizim canımıza salıb. Bu, şəxs əsl diktatordur. Belə halı isə Vaşinqtonda istəmirlər» - deyə bildirib. Onun sözlərinə görə, ədalətli seçkilər yolu ilə Gürcüstanda seçiləcək xalq hökuməti ABŞ-la dostuq və əməkdaşlıq edəcək.
    25.11.11 Məqaləni oxumaq
     
    Saakaşvili: Tbilisi tək Gürcüstanın deyil, bütün Qafqazın paytaxtıdır
    Gürcüstan prezidenti Mixail Saakaşvili hesab edir ki, Tbilisi tək Gürcüstanın deyil, bütün Qafqazın paytaxtıdır. «KƏLAMİNFO» «Qruziya online»a istinadən xəbər verir ki, Saakaşvili: «Biz bir an belə yaddan çıxarmırıq ki, biz tbilisiliyik. Biz bu şəhər qarşısında baş əyirik. Biz hamımız birlikdə bu şəhəri tikirik. Tbilisi tək Gürcüstanın deyil, bütün regionun böyük əhəmiyyət kəsb edən mərkəzidir» - deyə o vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    NATO qüvvələri ilə etnik serblər arasında toqquşma olub
    Kosovonun şimalında NATO qüvvələri ilə yerli serblər arasında toqquşma baş verib. «KƏLAMİNFO»nun «İTAR TASS»-a istinadən verdiyi məlumata görə, NATO qüvvələri serblərin qurduqları barrikadaların sökülməsinə mane olmaq istəyənlərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Serblər bir neçə dəfə Serbiya-Kosovo arasındakı nəzarət məntəqəsini dağıtmağa cəhd göstəriblər. Kosovonun şimalında olan serblər yaydan bəri yollarda barrikada qurublar. Buna səbəb Kosovo hakimiyyətinin onların yaşadığı əraziyə alban əsilli polis və gömrük göndərməsi olub. 2008-ci ildə Kosova Serbiyadan ayrılandan sonra bir çox serb bu ərazidə məskunlaşıb.
    24.11.11 Məqaləni oxumaq
     
    PKK-nın 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulub
    PKK terror təşkilatının 50-yə yaxın tərəfdarı Avropa Şurasının Strasburqdakı binasına soxulublar. Onlar PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın müalicə olunmasının təmin olunmasını tələb ediblər. «KƏLAMİNFO» «Frans Press» agentliyinə istinadən xəbər verir ki, fəallar AŞ-nin binasının «Aqora» zalının şüşə qapılarını dağıdıblar. Zalın xolunda yerə əyləşən kürdlər «Öcalanı azad edin!» «Kürd xalqı ilə həmrəylik» şüarları səsləndiriblər. RİA «Novosti»nin yaydığı xəbərə görə, polisi görən fəallar canlı sədd qurublar. Lakin bu, polisə onları oradan qovmağa mane olmayıb. Altı nəfər hüquq-mühafizə orqanları işçilərini təhqir etdiyinə görə həbs edilib.
    24.11.11 Məqaləni oxumaq
     
    Saakaşvilidən şok bəyanat
    Gürcüstan prezidenti Mixail Saakaşvili hökumət nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qeyri-adi bəyanat verib. «KƏLAMİNFO»nun «Novosti Qruziya» agentliyinə istinadən yaydığı məlumata görə, prezident ölkəsinin ərazi bütövlüyünün bərpası üçün Rusiyaya öz orqanlarını verməyə hazır olduğunu bildirib. «Torpaqlarımızın qaytarılması üçün bədənimin istənilən hissəsini onlara göndərməyə hazıram» - deyə o vurğulayıb.
    24.11.11 Məqaləni oxumaq
     
    Misir hərbçiləri milli hökumət yaratmağa razılaşırlar
    Hərbçilərlə danışıqlardan sonra Misirin iki siyasətçisi - Əbu əl-Əlla Madi və Məhəmməd Səlim əl-Əva bildiriblər ki, hərbçilər milli hökumət yaratmağa razı olublar. Bu, «xilas hökuməti» olacaq. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, siyasətçilər, həmçinin deyiblər ki, hərbi şura baş nazirin istefasını da qəbul edir. Hərbçilərlə siyasətçilərin danışıqlarının detalları məlum deyil. Bu günün sonunda hərbi şurasının sədri Huseyn Tantavi bəyanat verməlidir. Qahirədə isə hakimiyyətin hərbçilərdən mülki şəxslərə keçməsi tələbi ilə nümayişlər davam edir.
    23.11.11 Məqaləni oxumaq
     
    Obama administrasiyası İran əleyhinə sanksiyaları elan edəcək
    ABŞ mətbuatı Obama administrasiyasının İranın əleyhinə yeni sanksiyaları elan edəcəyi barədə məlumat verib. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, adları gizli saxlanılan ABŞ rəsmilərinə istinadən bildirilir ki, ABŞ Dövlət Departamenti xarici şirkətləri İranın neft-kimya sənayesinə yatırım etməməyə çağırmaq məqsədi ilə İranın əmtəə və xidmətlərinə sanksiya tətbiq edəcək.
    23.11.11 Məqaləni oxumaq
     
    Bəhreyndə etirazçılara qarşı zorakılığa görə 20 nəfər cəzalandırılıb
    Bəhreyndə etirazçılara qarşı davranışına görə təhlükəsizlik xidmətlərinin 20 əməkdaşı cəzalandırılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bəhreyn hökuməti bildirib ki, aparılan araşdırma nəticəsində fevral-mart aylarında bəzi şəxslər tərəfindən etirazçılara qarşı güc tətbiq edildiyi, saxlananlara işgəncə verdiyi aşkarlanıb. Qeyd edək ki, Bəhreyndə fevral-mart aylarında şiələrin etirazları zamanı toqquşmalar baş vermiş 24 nəfər həlak olub, yüzlərlə adam yaralanmışdı.
    22.11.11 Məqaləni oxumaq
     
    Britaniya İrana qarşı sərt maliyyə sanksiyası elan edir
    Böyük Britaniya hökuməti İrana qarşı sərt maliyyə sanksiyaları təbiq edib və ölkənin maliyyə sektorunun İran banklarıyla əlaqələrinin kəsilməsinə qərar verib. «KƏLAMİNFO» «BBC»yə istinadən xəbər vreir ki, Britaniyanın maliyyə naziri Georq Osborne sanksiyaların bu gündən etibarən qüvvəyə mindiyini bildirib. Onun sözlərinə görə, İran bankları Tehranın nüvə silahı yönümlü nüvə proqramının maliyyələşdirilməsində iştirak etdiyi üçün ölkənin və bütün dünyanın təhlükəsizliyi üçün bu addımı atırlar.
    22.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  54 55 56 57 58 59 60 61 62  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30