Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  53 54 55 56 57 58 59 60 61  #
    ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfər edəcək
    ABŞ-ın vitse-prezidenti Cozef Bayden dekabrın 2-4-də Türkiyə və Yunanıstana səfər edəcək. Bu barədə məlumatı vitse-prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Toni Blinken verib. Bayden İstanbulda qlobal sahibkarlıq sammitində iştirak edəcək. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Blinken Baydenin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələri, eləcə də PKK-ya qarşı mübarizədə yardım, kəşfiyyat məlumatlarının mübadiləsi məsələlərini müzakirə edəcək. Vitse-prezidentin köməkçisi bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə terrorçuluqla mübarizə üçün üç «Kobra» helikopteri verəcək. Bundan başqa, Bayden Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Avropa Parlamenti Lissabon müqaviləsinin dəyişdirilməsinə 6 ay müzakirə tələb edir
    Borc böhranına görə Avropa Birliyinin müqaviləsini dəyişdirmək istəyən Almaniya və Fransaya Avropa Parlamentinin rəhbərlərindən olan Klaus Velle tərəfindən münasibət daxil olub. O bildirib ki, buna 6 ay müzakirə lazımdır. «Avropa Parlamenti 6 aylıq müzakirədə təkid edir» - deyə Klaus Velle bildirib. Avropa liderləri dekabrın 8-9-undakı sammitdə Almaniyanın və Fransanən müqaviləni dəyişdirmək təklifinə baxmalıdır. Britaniyanın baş naziri Devid Kameron deyib ki, Lissabon müqaviləsinə yenidən baxılsa, onda Britaniya AB-yə verdiyi səlahiyyətlərin bir hissəsini geri almağa çalışacaq.
    29.11.11 Məqaləni oxumaq
     
    Obama Avropa Birliyindəki böhranı müzakirə edəcək
    ABŞ prezidenti Barak Obama bu gün Avropa Birliyi ölkələri rəhbərləri nümayəndə heyətini qəbul edəcək. Ağ Evdə keçiriləcək danışıqların əsas mövzusu avrozona ölkələrindəki uzunmüddətli böhran məsələsi olacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bugünkü görüşdə Avropa Birliyinin sədri Herman Van Rompuy, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo və Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton da iştirak edəcək.
    29.11.11 Məqaləni oxumaq
     
    İraqda kamikadze 11 nəfərin ölümünə səbəb olub
    Bu gün səhər İraqda kamikadze intiharçı hücum həyata keçirib. Hücumda 11 nəfər ölüb. «KƏLAMİNFO»nun «Lenta.ru»ya istinadən xəbər verir ki, paytaxt Bağdadın Taci qəsəbəsində yerləşən hərbi bazaya edilən kamikadze hücumu nəticəsində 19 nəfər də yaralanıb.
    28.11.11 Məqaləni oxumaq
     
    Fransa səfirliyi: Minsk qrupundakı yeni həmsədr Jak For missiyasına hazırlaşır
    Fransanın Azərbaycandakı səfirliyi Bernar Fasyenin ATƏT-in Minsk qrupundakı həmsədrliyi missiyasının başa çatması ilə əlaqədar məlumat yayıb. Fransanın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumatda qeyd edilir ki, səfir Bernar Fasye Minsk qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq: “Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk qrupunun Fransa-Amerika-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədir”.
    28.11.11 Məqaləni oxumaq
     
    Misirdə parlament seçkiləri başlayıb
    Misirdə parlament seçkiləri başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, aşağı palataya seçkilər mürəkkəb sxemlə - 3 mərhələdə keçirilir və yanvarın 10-dək davam edəcək. Bu gün və sabah keçiriləcək birinci mərhələ çərçivəsində Misirin 9 əyalətində, o cümlədən Qahirə və İsgəndəriyyədə səs veriləcək. Bu doqquz əyalətdə səsvermə hüququna malik 50 milyon Misir vətəndaşından 17,5 milyonu yaşayır. Dekabrın 14-15-də və yanvarın 3-4-də növbəti mərhələlər keçiriləcək. Növbəti parlamentdə islamçı «Müsəlman qardaşlığı» qruplaşmasının üstünlük əldə edəcəyi gözlənilir.
    28.11.11 Məqaləni oxumaq
     
    Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək
    Rusiyada prezident seçkiləri 2012-ci il martın 4-də keçiriləcək. Belə bir qərarı Rusiya Federasiya Şurası qəbul edib. Federasiya Şurasının qərarı noyabrın 26-da dərc olunacaq və həmin gündən etibarən prezident seçkiləri kampaniyasına start verilmiş olacaq. Faktiki olaraq gələn həftədən - Dövlət Dumasına seçkilərə iki həftə qalmış Rusiya prezident seçkiləri marafonuna qoşulmuş olacaq. «KƏLAMİNFO» «İTAR-TASS»-a istinadən xəbər verir ki, həmin gündən etibarən ölkənin ali postuna namizədlərin irəli sürülməsinə başlanıla bilər. Bu prosesə ilk olaraq «Vahid Rusiya» qoşulacaq. Belə ki, noyabrın 27-də hərəkatın qurultayı keçiriləcək.
    26.11.11 Məqaləni oxumaq
     
    Misirdə toqquşmalarda ölənlərin sayı 41-ə çatıb
    Misirdə nümayişçilərlə polis arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 41-ə çatıb. «KƏLAMİNFO»nun «Lenta.ru»ya istinadən yaydığı məlumata görə, Misir Səhiyyə Nazirliyi ölənlərdən 36-nın Təhrir meydanında həlak olduğunu açıqlayıb. Yaralıların sayı təxminən 4 min nəfərdir. Xəstəxanalarda 121 nəfər müalicə olunur.
    25.11.11 Məqaləni oxumaq
     
    Rusiya kompaniyası Ermənistana məxsus AES-i idarə etmək istəmir
    Ermənistana məxsus AES-də işləyən Rusiya kompaniyası artıq stansiyanı idarə etmək istəmir. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Kommersant» öz yaxın mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, Rusiyanın «İnter RAO EES» dövlət enerji holdinqi Ermənistanla stansiyanın idarə edilməsi üzrə şərtlərin dəyişdirilməsi barədə danışıqlar aparır. Bu xəbəri qəzetə holdinqə yaxın mənbə çatdırıb. O bildirib ki, «atom energetikası «İnter RAO» üçün profilə uyğun deyil və özündə çoxsaylı riskləri yaradır».
    25.11.11 Məqaləni oxumaq
     
    İraqdakı partlayışlarda 19 adam ölüb
    İraqın Bəsrə şəhərində baş verən üç partlayış nəticəsində 19 adam həlak olub, 40 nəfər yaralanıb. Ölənlər arasında polislər və hərbçilər də var. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, partlayışlar şəhərin mərkəzindəki bazarda olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, iki partlayış eyni vaxtda olub. Üçüncü partlayış əraziyə adamların yığışmasından sonra baş verib.
    25.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  53 54 55 56 57 58 59 60 61  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30