Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  52 53 54 55 56 57 58 59 60  #
    Qərbin səfirləri İrandan çıxır
    Böyük Britaniyanın Tehrandakı səfirliyinin tutulmasına etirazlar davam edir. Artıq Almaniya, Fransa və Hollandiya İrandakı səfirlərini geri çağırıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Almaniya XİN bəyan edib ki, hazırkı gərgin vəziyyəti nəzərə alaraq Almaniyanın İrandakı səfirini məşləhətləşmək üçün geri çağırır. Fransa və Hollandiyanın Xarici İşlər nazirlikləri də yaydıqları ayrıca bəyanatlarda bu qərara gəldiklərini bəyan ediblər. Analoji addımı İtaliya da atmağa hazırlaşır.
    01.12.11 Məqaləni oxumaq
     
    Qırğızıstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
    Bu gün Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. Allah və xalq qarşısında and içən prezident çıxışında xalqın birliyini qoruyub saxlayacağına, təhlükəsizliyi təmin edəcəyinə and içib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, çıxışında ölkənin cənub bölgəsində keçən il baş verən özbək-qırğız qarşıdurmasını qınayaraq, bu cür halların bir daha təkrar olunmasına yol verməyəcəyini bildirib. Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı, əmin-amanlığı və rifahı uğrunda mübarizəyə çağırıb. Mərasimdə Türkiyə və Gürcüstan prezidentləri, Qazaxıstan, Özbəkistan, Azərbaycanın və digər ölkələrin baş nazirləri iştirak edib. Mərasimdən sonra hərbi parad keçirilib.
    01.12.11 Məqaləni oxumaq
     
    Bolqarıstanda sərt iqtisadi islahatlara qarşı dinc yürüş keçirilib
    Bolqarıstanın paytaxtı Sofiyada kütləvi dinc yürüş keçirilib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, iyirmi minə yaxın insanın qatıldığı kütləvi nümayişdə etirazçılar hökumətin parlamentə təqdim etdiyi sərt iqtisadi islahatlara və təqaüd yaşının bir il artırılması təklifinə qarşı çıxıb. Bolqarıstan hökuməti isə büdcə xərclərini azaltmaqdan ötrü sərt iqtisadiyyat siyasəti işə salmağa israrlı görünür. Halbuki, hökumətin bundan əvvəl verdiyi bəyanatda, təqaüd yaşının artırılması məsələsinin hazırkı zamanda nəzərdən keçirilmədiyi və qərarın 2021-ci ilə kimi təxirə salındığı deyilirdi.
    01.12.11 Məqaləni oxumaq
     
    Dünyanın ən güclü müsəlmanları
    Əmmandakı Kral İslam Strateji Araşdırmalar Mərkəzi ən güclü müsəlmanların siyahısını dərc edib. «KƏLAMİNFO» «CNN Turk»ə istinadən xəbər verir ki, ilk 50 nəfərlik siyahıya Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs-Səud başçılıq edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü, prezident Abdulla Gül isə 27-ci olub. İranın dini lideri Ayətullah Əli Xameneyi 5-ci yerdə qərar tutub. Siyahının ilk onluğunda «Müsəlman qardaşları» Birliyinin lideri Məhəmməd Badiyenin, iranlı din xadimi Seyid Əli Sistaninin də adı var. Siyahıda bütövlükdə 500 nəfərin adı var. Fətullah Gülən sırada 15-ci olub. «Röyters»in əməkdaşı Tom Heneqen Ərdoğanın birinci olmamasından təəccübləndiyini yazıb.
    30.11.11 Məqaləni oxumaq
     
    ABŞ-ın vitse-prezidenti Co Bayden İraqa gedib
    Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İraqa gözlənilməz səfər edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, onun ölkə rəsmilərilə aparacağı danışıqlarda iki ölkə arasındakı münasibətlərin gələcəyi müzakirə olunacaq. ABŞ ordusu bu ilin sonunadək İraqı tərk etməlidir.
    30.11.11 Məqaləni oxumaq
     
    Böyük Britaniya İrana qarşı cavab tədbiri görəcək
    Böyük Britaniya Tehrandakı səfirliyinə hücumla bağlı İrana xəbərdarlıq edib. Britaniyanın baş naziri Devid Kemeron baş verənlərə görə ölkəsinin cavab tədbirləri görəcəyini bildirib. Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə səfirliyə hücumun heç bir məntiqə sığmadığı bildirilir. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, İran hökumətindən bu cür hərəkətlərin qarşısını almaq və beynəlxalq qanunlar əsas gətirilərək səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək tələb olunub. İranın Xarici İşlər Nazirliyi isə baş verənlərdən təəssüfünü bildirib.
    30.11.11 Məqaləni oxumaq
     
    Misirdəki qarşıdurmalarda 80-ə yaxın adam yaralanıb
    Misirin paytaxtı Qahirədə parlament seçkiləri keçirilən iki gün ərzində qarşıdurmalar olub. Qarşıdurmalarda 80-ə yaxın adam yaralanıb. «KƏLAMİNFO» «Reuters» agentliyinə istinadən xəbər verir ki, Təhrir meydanında radikal əhval-ruhiyyəli gənclər yandırıcı maddələrdən istifadə ediblər. Artıq 11-ci gündür ki, Hərbi Şuranın hakimiyyətdən getməsi tələbi ilə etirazçılar Təhrir meydanında oturaq aksiya keçirirlər. Bu gün səsvermənin ilkin nəticələrinin elan olunacağı gözlənilir. Misirdəki üç mərhələli parlament seçkiləri mart ayında sona çatacaq. Bundan sonra prezident seçkisi olacaq.
    30.11.11 Məqaləni oxumaq
     
    Qəddafinin qızı liviyalıları hökuməti devirməyə çağırdı
    Liviyanın keçmiş lideri Müəmmar Qəddafinın qızı Aişə Qəddafi liviyalıları Milli Keçid Şurasını devirməyə çağırıb. «KƏLAMİNFO»nun məlumatına görə, «Assoşieyted Press» bu barədə məlumatı Suriyanın «Ər-Ray» telekanalına istinadən yayıb. «Mənim atam sizləri tərk etməyib. O, hər zaman bizlərlədir. Onun əmrlərini yaddan çıxarmayın. Siz onun səsini eşitməsəniz belə, mübarizə aparmalısınız» - deyə Aişə atasının 40 mərasiminin başa çatması ilə bağlı bildirib.
    30.11.11 Məqaləni oxumaq
     
    Ermənilərin 40 faizi ölkədən gedir
    Erməni Sosioloji Assosiasiyasının xəbərinə görə, ölkədə miqrasiyanın göstəricisi 40 faiz təşkil edir. Assosiasiyanın sədri Qevorq Poqosyan bildirib ki, bu gün Ermənistanın qarşısında duran əsas məsələ demoqrafiya məsələsidir: «Bu, adi miqrasiya deyil, bu, erməni əhalisinin gedişidir». «KƏLAMİNFO» «LRAGİR» portalına istinadən xəbər verir ki, Poqosyan bildirib ki, miqrantlar hər bir ölkədə var və bu normaldır: «Lakin əhalinin 30 faizi gedirsə, bu, nəticə deməkdir». Onun sözlərinə görə, doğumun səviyyəsi 2 dəfə aşağı düşüb və ailələrin də sayı azalıb. «Əgər biz yol tikintisi, orduya investisiya üçün pul tapa biliriksə, doğumun səviyyəsinin artmasına da pul tapa bilərik» - deyə o, əlavə edib. Miqrasiyanı doğuran problem kimi təhsil almaq, işsizlik və iqtisadiyyatın ağır vəziyyəti də göstərilir.
    30.11.11 Məqaləni oxumaq
     
    Avropa liderləri Obamaya söz veriblər
    Avropa liderləri ABŞ prezidenti Barak Obama ilə keçirilən görüşdə borc böhranını həll etmək üçün 17 ölkənin yaratdığı avrozonada daha güclü iqtisadi inteqrasiyaya nail olmağa söz veriblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo avro valyutasından istifadə edən ölkələrdə hökumət xərclərinə nəzarət edilməsinə çağırıb. Van Rompuy avrozona üçün yeni iqtisadi plana dair yol xəritəsinin dekabrın əvvəli Avropa İttifaqının zirvə görüşündə təqdim ediləcəyini bildirib. Ağ Evdə prezident Obama ilə Avropa-ABŞ zirvə görüşündən sonra Barrozo deyib ki, Avropa liderləri hazırkı çətinlikləri aradan qaldırmaq əzmindədir.
    30.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  52 53 54 55 56 57 58 59 60  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30