Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Hərbi diktator təhvil verildi
    Panamanın 1980-ci illərdə narkotik alveri ilə məşğul olan sabiq hərbi diktatoru Manuel Norieqa bu gün vətənə qayıdır. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, o, narkotik alveri və pul yuyulması ittihamları ilə ABŞ və Fransada 20 il həbs cəzası çəkib. Bu gün o, Fransa hökuməti tərəfindən Panama polisinə təhvil verilib. Norieqa Panamada diktator qismində törətdikləri cinayətlərə görə əlavə 20 illik həbs cəzası ilə üzləşəcək. Bu ittihamlara onun öz rəqiblərini öldürtdürməsi daxildir. 77 yaşlı sabiq lider yaşına görə ev dustağı ola bilər. Bu qərarı Panama hökuməti verəcək. Etirazçılar hökuməti Norieqanı həbsdə saxlamağa çağırıblar.
    12.12.11 Məqaləni oxumaq
     
    Barak Obama respublikaçıların ittihamlarını rədd edib
    ABŞ prezidenti Barak Obama respublikaçıların onun xarici siyasətinin sakitləşdirməyə əsaslandığı barədə ittihamlarını rədd edib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Amerika prezidentliyinə respublikaçı namizədlərin onun administrasiyasının xarici siyasətinin yumşaqlığına dair iddiaları barədə prezident deyib ki, “Əl-Qaidə” lideri Üsamə Bin Laden və digər 20 terrorçu onun administrasiyası dövründə öldürülüb. Ağ Evdə dövlət başçısı müxbirlərin Avropanın iqtisadi böhranına dair suallarını da cavablandırıb. O deyib ki, Avropa İttifaqının böhranı həll etməsi üçün Avropa kifayət qədər sərvətə malikdir və maliyyə probleminin həlli siyasi iradədən asılıdır.
    10.12.11 Məqaləni oxumaq
     
    ABŞ-da işsizliyin səviyyəsi azalır
    ABŞ-ın əmək bazarında vəziyyətin bir qədər yaxşılaşdığı müşahidə olunur. Son həftələrdə işsizliyə görə təzminat istəyənlərin sayı birinci rüblə müqaisədə ən aşağı həddə düşüb. “KƏLAMİNFO” “Newsru.com”a istinadən xəbər verir ki, eyni zamanda sahibkarların daha çox adamı işə götürməsi barədə məlumatlar var. Hökumətin məlumatına görə, işsizliyin səviyyəsi 9 faizdən 8,6 faizə düşüb.
    09.12.11 Məqaləni oxumaq
     
    Rusiyalı jurnalist Sorokina prezidentin yanındakı şuranı tərk edib
    Rusiyalı jurnalist Svetlana Sorokina və iqtisadçı İrina Yasina prezidentin yanındakı vətəndaş çəmiyyətinin inkişafı institutları şurasını tərk ediblər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, İrina Yasina deyib ki, onlar etiraz aksiyaçıları ilə repressiv davranışa görə bu addımı atıblar.
    09.12.11 Məqaləni oxumaq
     
    Putin seçki qərargahına rəhbərliyi kinorejissora təklif etdi
    Rusiyanın baş naziri Vladimir Putin özünün seçki qərargahına rəhbərlik etməyi rejissor Stanislav Qovoruxinə təklif edib. Baş nazir bu bəyanatla bu gün Ümumrusiya Xalq Cəbhəsinin koordinasiya şurasının iclasında çıxış edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Putin izah edib ki, onun seçki qərargahı Xalq Cəbhəsinin bazasında fəaliyyət göstərəcək.
    09.12.11 Məqaləni oxumaq
     
    Obama ABŞ-ın xarici siyasət prioritetini elan etdi
    ABŞ prezidenti Barak Obama dünyada homoseksualların hüquqlarının müdafiəsini Amerikanın xarici siyasətinin prioriteti olduğunu bəyan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, prezident dünya ölkələrinin dövlət başçılarını bu sahədə Amerikanın diplomatik fəaliyyətləri və yardımlarına dəstək verməyə çağırıb. ABŞ prezidenti deyib ki, dünyanın bir çox ölkəsində seksual oriyentasiyaları üzündən insanlar döyülür, bəzi hallarda ölümlə belə üzləşir. Barak Obama seksual azlıqların hüquqlarının müdafiəsinə səsləyərək, söz, din azadlığı kimi sevməyin də azad olmasının vacibliyini vurğulayıb. ABŞ dövlət başçısı sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı da bu məsələyə toxunmuşdu.
    08.12.11 Məqaləni oxumaq
     
    ABŞ: “Bəşər Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib”
    ABŞ bildirib ki, Suriya prezidenti Bəşər əl-Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib. Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner Bəşər Əl-Əsədin Suriyadakı vəziyyətlə bağlı ABC xəbər televiziyasına müsahibəsini şərh edərkən deyib. Bəşər Əl-Əsəd müsahibəsində deyib ki, o, minlərlə adamın öldürülməsində məsuliyyət daşımır. Onun sözlərinə görə, əgər ağlını itirməyibsə, dünyada heç bir lider öz xalqını məhv etmək istəməzdi. Dövlət Departamentinin sözçüsü Mark Tonerin fikrincə, Əsədin fikirləri ona işarə edir ki, ya o, reallıqdan uzaq düşüb, ya da özünün dediyi kimi, «ağlını itirib». Mark Toner bir daha vurğulayıb ki, rəsmi Vaşinqton Bəşər əl-Əsədin istefaya getməsini zəruri sayır. Mark Toner, həmçinin Əsəd hökumətini xarici müşahidəçiləri və media nümayəndələrini vəziyyəti dəyərləndirmək üçün ölkəyə buraxmağa çağırıb.
    08.12.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlu Meksikaya qaçmaq istəyirmiş
    Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğullarından Sədi Qəddafinin Meksikaya qaçmaq istədiyi açıqlanıb. Meksikanın daxili işlər naziri Alehandro Poire Sədi Qəddafi və ailəsinin saxta ad və sənədlərlə sentyabr ayında Meksikaya girməyi planlaşdırdığını açıqlayıb. Poire kəşfiyyat qurumlarının diqqətli davranışı nəticəsində planın uğur qazanmadığını bildirib. Meksikalı nazir bu məsələ ilə bağlı olaraq 2 meksikalı, bir kanadalı və bir danimarkalının həbs edildiyini söyləyib. Qeyd edək ki, Sədi Qəddafi atasının ələ keçirilməsindən öncə Nigerə qaçmış, Niger hökuməti də Qəddafinin oğluna insani səbəblərlə sığınacaq verdiyini açıqlamışdı.
    08.12.11 Məqaləni oxumaq
     
    Avropa Birliyi Rusiyadakı seçkilərdən narahatdır
    Avropa Birliyi Rusiyadakı parlament seçkilərində baş vermiş qanunsuzluqlardan narahat olduğunu bildirib. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Avropa Birliyini xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bildirib ki, seçkilərdə saxtakarlıqlar olması və müstəqil müşahidəçilərə təzyiqlər göstərilməsi ciddi narahatlıq yaradır.
    08.12.11 Məqaləni oxumaq
     
    ABŞ-ın Suriyadakı səfiri Dəməşqə qayıdıb
    ABŞ-ın Suriyadakı səfiri Robert Ford Dəməşqə qayıdıb və vəzifələrinin icrasına başlayıb. «KƏLAMİNFO»nun yaydığı məlumata görə, bunu «France Press» agentliyi yayıb. Səfir təxminən ay yarım əvvəl məsləhətləşmələrin keçirilməsi üçün Vaşinqtona çağırılmış və o vaxtdan Suriyaya qayıtmamışdı. Sentyabrın sonlarında səfirin özü və Amerika diplomatik missiyasının digər əməkdaşları kütlənin hücumuna məruz qalmışdı. Hücum Robert Fordun qiyam qalxan şəhərlərə səfərindən sonra baş vermişdi. Səfir səfəri zamanı ABŞ-ın Bəşər Əsəd rejiminin əleyhdarlarına dəstəyini ifadə etmişdi. Robert Ford Dəməşqi tərk etdikdən sonra Suriya da öz səfirini Vaşinqtondan geri çağırıb.
    07.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30