Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  49 50 51 52 53 54 55 56 57  #
    Merkel: “Britaniya Avropa Birliyinin vacib tərəfdaşı olaraq qalacaq”
    Almaniya kansleri Angela Merkel bildirib ki, Britaniya Avropa Birliyinin vacib tərəfdaşı olaraq qalacaq. Britaniya parlamentində çıxış edən Merkel eyni zamanda Britaniyanın baş naziri Devid Kemeronun birliyin büdcə siyasətinin kəskinləşdirilməsilə bağlı planı qəbul etməməsindən təəssüfləndiyini bildirib. Ötən həftə Brüsseldə keçirilmiş səsvermədə 27 Avropa Birliyi ölkəsindən 26-sı sənədin lehinə səs verib.
    15.12.11 Məqaləni oxumaq
     
    ABŞ İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib
    ABŞ hakimiyyəti İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib. Onlar insan haqlarını kobud şəkildə pozmaqda günahlandırılıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Cərimə tədbirləri İİR Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi, eləcə də İslam Korpusu Keşikçiləri Şurası komandanının müavini Abdulla Araqiyə qarşı tətbiq edilir. Onların çox ciddi şəkildə insan haqlarını pozduqları vurğulanıb. Hər iki hərbçi 2009-cu il prezident seçkilərindən sonra baş verən hadisələrin yatırılmasında həddən artıq sərtlik nümayiş etdirməkdə günahlandırılıblar. Hər iki hərbçinin ABŞ-da aktivləri varsa, onların dondurulması, eləcə də ABŞ vətəndaşlarına onlarla işgüzar münasibətlərə girməsi qadağan edilir. Dövlət Departamenti isə onların ABŞ-a gəlməsini qadağan edib.
    15.12.11 Məqaləni oxumaq
     
    Rusiyanın İrkutsk vilayətinin qubernatoru da prezidentliyə namizədliyini irəli sürüb
    Rusiyanın İrkutsk vilayətinin qubernatoru Dmitri Mezençev prezidentliyə namizədliyini irəli sürüb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, təşəbbüsü yerli həmkarlar ittifaqı irəli sürüb. Onun dekabrın 15-də ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyi bildirilib. Artıq indiyə qədər 12 şəxs prezidentlik iddiasını irəli sürüb.
    14.12.11 Məqaləni oxumaq
     
    Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb
    Fevral ayından indiyə qədər Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb. «KƏLAMİNFO» xəbər verir ki, bu haqda Misirin rəsmi MENA agentliyi baş nazir Kamal əl-Qanzuriyə istinadən xəbər verib. Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir. Hüquq müdafiəçilərinin məlumatına görə, keçmiş prezident Hüsni Mübarəkin rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan olunandan sonra həbs olunmuşdular.
    14.12.11 Məqaləni oxumaq
     
    Barak Obama: “İraqdakı müharibəmiz bu ay başa çatır”
    ABŞ prezidenti Barak Obama və İraqın baş naziri Nuri əl-Maliki Amerika qoşunlarının İraqı doqquz illik müdaxilədən sonra tərk etməsini İraq üçün «yeni başlanğıc» adlandırıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, liderlər arasında danışıqlarda dekabrın 31-də ABŞ qoşunlarının İraqdan tamamilə çıxmasından sonra iki ölkə arasındakı əməkdaşlığın gələcəyi müzakirə edilib. «Doqquz ildən sonra bizim İraqdakı müharibəmiz bu ay başa çatır” - deyə Obama vurğulayıb. O, ABŞ əsgərlərinin İraqda «şərəflə, üzüağ» xidmət etdiyini söyləyib. Obama bildirib ki, ABŞ xalqının timsalında iraqlıların etibarlı dostu var və Birləşmiş Ştatlar İraqda güclü iqtisadi və demokratik bünövrənin qurulması üçün İraq xalqına yardımçı olacaq. Maliki isə ABŞ qoşunlarının İraqı tərk etməsini «müvəffəqiyyət göstəricisi» kimi dəyərləndirib.
    14.12.11 Məqaləni oxumaq
     
    Suriyada ölənlərin sayı 5 mini ötüb
    Suriyada ölənlərin sayı 5 mini ötüb. Onların 300-ü uşaqdır. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley BMT Təhlükəsizlik Şurasının qapalı iclasında bildirib. Ali komissarın sözlərinə görə, 14 min insan Suriyada keçirilən aksiya zamanı həbs edilib, 12,5 min insan isə ölkədən qaçmağa məcbur olub. Komissarın məlumatları 233 şahidin ifadələrinə əsaslanıb. Bu gün ali komissar Nyu-Yorkda TŞ üzvləri qarşısında hesabatla çıxış edəcək. O bildirib ki, TŞ üzvləri qarşısında Suriyadakı vəziyyətin Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə verilməsi məsələsini qaldırmaq niyyətindədir.
    13.12.11 Məqaləni oxumaq
     
    Ərdoğanı sıx qrafikli bir həftə gözləyir
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həftəlik proqramı açıqlanıb. Proqrama görə, Ərdoğanı sıx qrafikli bir həftə gözləyir. «KƏLAMİNFO» «CNN Turk»ə istinadən xəbər verir ki, baş nazir sabah İstanbulda Rumıniya prezidenti Trayan Basesku ilə görüşəcək. Daha sonra Ankaraya gəlməsi planlaşdırılan Ərdoğan dekabrın 15-də Ali Hərbi Şuranın toplantısında iştirak edəcək. 2 həftədir yığışmayan Nazirlər Kabineti də cümə günü Ərdoğanın rəhbərliyi ilə toplanacaq.
    13.12.11 Məqaləni oxumaq
     
    Pakistan prezidenti daha iki həftə Dubayda qalacaq
    Pakistan prezidenti Asif Əli Zərdari müalicədən sonra daha iki həftə Dubayda qala bilər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu haqda baş nazir Yusuf Rza Gilani məlumat verib. 56 yaşlı Pakistan prezidenti Dubayda ürəyindən müalicə olunur. Bir neçə gün əvvəl müalicənin uğurlu olduğunu, prezidentin bir neçə günə İslamabada qayıdacağı bildirilmişdi.
    12.12.11 Məqaləni oxumaq
     
    ABŞ hərbçiləri Pakistandakı hərbi bazanı tərk ediblər
    Pakistan bəyan edib ki, ABŞ hərbçiləri ölkənin cənub-qərbindəki hərbi hava bazasını tərk ediblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, beləliklə də Amerika qüvvələri rəsmi İslamabadın ötən ay 24 əsgərinin NATO tərəfindən öldürülməsinə cavab olaraq verdiyi möhlətə əməl etmiş olur. Pakistan hərbçiləri Bəlucistan vilayətində Şəmsi bazasına nəzarəti bu gün təhvil aldıqlarını bildiriblər. ABŞ hərbçiləri bu bazadan Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı “Taliban”a qarşı mübarizədə uzun illər istifadə etmişdilər. ABŞ rəsmiləri bazadan çıxmaq haqda xəbəri təsdiqləməyiblər. Pakistan hökuməti ABŞ qüvvələrinə bazanı tərk etmək üçün dekabrın 11-dək vaxt vermişdi. Noyabrın 26-da NATO hava qüvvələrinin zərbələri nəticəsində Pakistan əsgərlərinin öldürülməsi cəmiyyətdə geniş qəzəb dalğası doğurmuşdu.
    12.12.11 Məqaləni oxumaq
     
    Xameneyini öldürmək istəyiblər?
    İranda ölkənin ali dini lideri ayətullah Xameneyiyə qarşı planlaşdıran qəsdin üstü açılıb. «KƏLAMİNFO» xəbər verir ki, bu barədə «MIGnews» Pakisitanın özəl Geo TV və Aab TVV telestansiyalarına istinadən məlumat yayıb. Ayətullahla yanaşı, İranın neft naziri Rüstəm Kaziminin də öldürülməsi planlaşdırılıbmış. Qəsdin arxasında kimin durduğu bildirilmir. Lakin Xameneyinin guya bundan sonra İranın səhnəarxası çox nüfuzlu liderlərindən biri, eks-prezident Əkbər Haşimi Rəfsəncani ilə görüşdüyü bildirilib. İran KİV-i hələ ki, bu məlumatı şərh etməyib.
    12.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  49 50 51 52 53 54 55 56 57  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30