Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  48 49 50 51 52 53 54 55 56  #
    Putin rəsmən qeydiyyatdan keçmiş ilk namizəd olub
    Rusiya Mərkəzi Seçki Komissiyası baş nazir Vladimir Putini prezidentliyə namizəd kimi qeydiyyata alıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Putin rəsmən qeydiyyatdan keçmiş ilk namizəd olub. Putin rəhbəri olduğu «Vahid Rusiya» Partiyası tərəfindən prezidentliyə namizəd irəli sürülüb.
    20.12.11 Məqaləni oxumaq
     
    Çaves: “Obama, sən sadəcə ikiüzlüsən”
    Venesuela prezidenti Uqo Çaves ABŞ prezidenti Barak Obamanı tənqid atəşinə tutub. «KƏLAMİNFO» xəbər verir ki, Çaves Venesuelanın «El Universal» qəzetinə verdiyi müsahibədə bildirib ki, «Obama yenə bizə hücuma keçir, yaxşı olardı ki, o özünü öz ölkəsinə həsr edərdi və öz problemləri ilə məşğul olardı. Çaves Venesuela hökumətinin iclasında bildirib ki, Obamanın onun ölkəsinin əleyhinə səsləndirdiyi bəyanatlar yalnız seçici səsləri uğrunda mübarizədir. «Belə məsuliyyətsiz olma, Obama. İkiüzlü, sən sadəcə ikiüzlüsən» - deyə o, ABŞ prezidentinə müraciətində bildirib. Çaves Obamanı Afrikadan çıxıb, Amerikada yaşayanlar, eləcə də ona ümid edən Afrika ölkələri arasında ən uğursuz şəxs adlandırıb.
    20.12.11 Məqaləni oxumaq
     
    Rusiyanın neft platforması batıb
    Oxotsk dənizində Rusiyanın neft platformasının batması nəticəsində 4 adam həlak olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Rusiyanın Nəqliyyat Nazirliyinin bildirdiyinə görə, Saxalin adasından 200 km-lik məsafədə yerləşən platformada olan 67 adamdan 14-ü buzqıran gəmi ilə xilas edilib. Suyun temperaturu aşağı olduğuna görə xilasetmə əməliyyatı dayandırılıb. Rusiya prezidenti Dmitri Medvedyev hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Nəhəng platforma Kamçatka adasından Saxalinə istiqamət almışdı.
    20.12.11 Məqaləni oxumaq
     
    Janaozen məktəbliləri tətilə buraxıldı
    Qazaxıstanın Janaozen şəhərində kütləvi iğtişaşlar zamanı ölənlərin sayı artmaqdadır. «KƏLAMİNFO» Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, ölkə prokurorluğu 15 iğtişaş iştirakçının öldüyünü təsdiqləyib. Toqquşmalar nəticəsində xeyli insanın xəsarət aldığı, 50-yə yaxın binanın, o cümlədən şəhər icra hakimiyyəti və neft şirkəti binasının yandırıldığı bildirilir. Bu gün, həmçinin şəhər rəhbərliyi məktəblilərin vaxtından əvvəl tətilə buraxılması barədə qərar qəbul edib. Prezident Nursultan Nazarbayev iğtişaşların mərkəzi olan Janaozen şəhərində fövqəladə vəziyyət elan edib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır.
    19.12.11 Məqaləni oxumaq
     
    Suriyada daha 20 nəfər həlak olub
    Suriyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində azı 20 nəfər həlak olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, hüquq müdafiəçiləri ölkənin şimalındakı Əl-Kuseyir şəhərində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən döyüşlər nəticəsində 6 hərbçinin öldüyünü bildiriblər. Türkiyə ilə sərhəddəki İdlib əyalətinin kəndlərində də döyüşlərin getdiyi bildirilir. Hüquq müdafiəçiləri Homs və İdlib əyalətlərində 14 dinc nümayişçinin öldürüldüyünü bildirib.
    19.12.11 Məqaləni oxumaq
     
    Çexiyanın sabiq prezidenti vəfat edib
    Çexiyanın sabiq prezidenti Vaslav Havel 75 yaşında vəfat edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, V.Havel ağciyər xərçəngindən dünyasını dəyişib. O, 1996-cı ildə ağciyərindən əməliyyat keçirib. V.Havel 1989-cu ildə Çexoslovakiya prezident seçilib. 1993-cü il fevralın 2-də isə Havel müstəqil Çexiyanın ilk prezidenti olub. 1998-ci ildə yenidən prezident seçilən V.Havel 2003-cü ilin fevralında hakimiyyətdən gedib.
    19.12.11 Məqaləni oxumaq
     
    Şimali Koreyanın lideri Kim Çen İr ölüb
    Şimali Koreyanın lideri Kim Çen İr 69 yaşında ölüb. «KƏLAMİNFO» xəbər verir ki, onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb. Xəbərdə Kim Çen İrin həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib. Onun qatarla səyahət zamanı ürək tutmasından vəfat etməsi haqqında da xəbərlər var. Bu gün Şimali Koreyada Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək. Hakimiyyətin artıq onun üçüncü oğlu Kim Çon Ina ötürülməsi prosesi başlanıb. Atası onu 2009-cu ildə varis elan etmişdi. Kim Çen İr hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim İR Senin ölümündən sonra gəlmişdi. Dövlət televiziyası bildirib ki Kim Çen İrin dəfni dekabrın 28-də Pxenyanda keçiriləcək.
    19.12.11 Məqaləni oxumaq
     
    Putinin reytinqi ən aşağı həddə düşüb
    Əgər Rusiyada prezident seçkiləri bu bazar günü keçirilsəydi, onda ölkə vətəndaşlarının 42 faizi «Vahid Rusiya» partiyası tərəfindən seçkilərdə namizəd irəli sürülmüş baş nazir Vladimir Putinə səs verərdi. «KƏLAMİNFO» «İnterfaks»a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 11-13-də ölkənin 46 vilayətinin 138 yaşayış məntəqəsində keçirdiyi sorğunun nəticələri göstərib. Qeyd edilir ki, belə bir göstərici baş nazirə seçkilərin birinci turunda qalib gəlməyə imkan vermir. Eyni zamanda, «İctimai Rəy» Fondu dekabr reytinqini müəyyən edib və bəlli olub ki, baş nazir və prezidentə etimad ilk dəfə olaraq minimal həddə düşüb. Putinə cəmi 44, Medvedyevə isə 39 faiz səs verməyə hazırdır. Halbuki, 2008-ci ildə Putində bu göstərici 70, Medvedyevdə isə 59 idi.
    17.12.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Ölkəmizin alnına qara ləkə yaxma cəhdini cavabsız qoymayacağıq”
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa parlamentinin gündəliyinə gələcək layihəylə bağlı növbəti sərt reaksiya verib. Davudoğlu bu dəfə etirazını Fransa da daxil olmaqla Avropa Birliyi səfirlərinə ifadə edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Avropa Birliyinə sədrlik edən Polşanın Ankaradakı səfirinin nahar yeməyinə qatılan Davudoğlu: «Ölkəmiz alnına qara ləkə yaxma cəhdini cavabsız qoymayacaq» deyib. Davudoğlu gələn ilin ikinci yarısında Kiprin rum icmasının AB sədrliyinə başlamasını və AB-nin Kipr məsələsinə dair mövqeyini də tənqid edib.
    16.12.11 Məqaləni oxumaq
     
    Putin: “Mitinqə çıxanlara pul paylanılıb”
    Rusiyanın baş nazir və prezidentliyə namizəd Vladimir Putin bu gün illik tok-şousunu keçirir. O, bu verilişdə Rusiyanın hər tərəfindən gələn tamaşaçı suallarını cavablandırır. Hazırda tok-şou Rusiyanın əsas xəbər kanallarından yayımlanır. Sualları cavablandıran baş nazir seçki məntəqələrində veb-kameralar quraşdırmağı təklif edib. “Bu, Rusiyada hakimiyyəti legitimsizləşdirmək istəyən qüvvələri sıradan çıxarmağa çalışacaq. Qoy 90 min məntəqənin hamısında bu kameraları qoysunlar. Onlar gecə-gündüz işləsinlər”. “KƏLAMİNFO” xəbər verir ki, prezidentin sualları cavablandırmasını «Lenta.ru» onlayn formasında verir. Aparıcıların «hesab edirsinizmi, seçkilər azad və ədalətli keçib» sualına baş nazir «nəticələr ölkədə siyasi qüvvələrin real bölgüsünü əks etdirir» deməklə kifayətlənib.
    16.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  48 49 50 51 52 53 54 55 56  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30