Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  46 47 48 49 50 51 52 53 54  #
    İran uranın zənginləşdirilməsi üzrə ikinci qurğuni işə salacaq
    İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib ki, uranın zənginləşdirilməsi üzrə ikinci qurğu işə salınacaq. Bu, hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə həyata keçiriləcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Abbasi fevral ayının birində sentrifuqalara uran qazının vurulacağını deyib. İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxınlığındakı dağlıq bölgədə yer altındadır.
    09.01.12 Məqaləni oxumaq
     
    İran Hörmüz boğazını bağlasa, ABŞ cavab verəcək
    «Əgər İran Hörmüz boğazını bağlasa, ABŞ buna cavab verəcək». «KƏLAMİNFO» xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Leon Panetta «CBS» televiziyasına müsahibəsində deyib. Qərargah Rəhbərləri Birliyinin rəhbəri, general Martin Dempsey də eyni tok-şouda bildirib ki, əgər boğaz bağlansa, ABŞ onu açmaq üçün tədbir görə bilər. Qeyd edək ki, İran Avropa Birliyi ona qarşı neft sanksiyası qoyarsa, bunun qarşılığında Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Dünya neftinin böyük hissəsi bu boğaz vasitəsilə daşınır.
    09.01.12 Məqaləni oxumaq
     
    Baş nazir Ərdoğan Baydenlə danışıb
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Cozef Baydenlə telefonla danışıb. Telefon söhbətində xüsusilə ABŞ əsgərlərinin İraqdan çəkilməsindən sonra bu ölkədə baş verən proseslər müzakirə edilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər İraqdakı mövcud xaos atmosferinin narahatlıq doğurduğunu qeyd ediblər.
    Baş nazir Ərdoğan Baydenə İraqda demokratiya mədəniyyətindən uzaqlaşılarsa, bu ölkənin ərazi bütövlüyü, sülh və sabitliyi üçün keçmişdə göstərilən səylərin heç bir mənasının qalmayacağı mesajını çatdırıb. Söhbət zamanı avtoritar və məzhəbçi siyasətin İraqa heç bir faydasının olmayacağı vurğulanıb.
    Tərəflər İraqdakı proseslərlə bağlı Türkiyə və Amerikanın qarşıdakı mərhələdə də dialoq və məsləhətləşmə içərisində olmasının əhəmiyyətini qeyd ediblər.
    07.01.12 Məqaləni oxumaq
     
    Fransa Senatı qondarma erməni soyqırımına dair qanun layihəsini yanvarın 24-də müzakirə edəcək
    Fransa Senatı Milli Assambleyanın qəbul etdiyi qondarma erməni soyqırımının inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun layihəsini yanvarın 24-də müzakirə edəcək. «KƏLAMİNFO» xəbər verir ki, bu barədə «News.am»a Fransadan jurnalist Jan Ekyan məlumat verib.
    06.01.12 Məqaləni oxumaq
     
    Timoşenkonun həyat yoldaşı Çexiyadan sığınacaq istəyib
    Ukraynanın həbsdəki keçmiş baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenko Çexiyadan sığınacaq istəyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Timoşenkonun 2011-ci ilin sonunda Çexiya hökumətinə müraciət etdiyi bildirilib. Çexiya rəsmilərindən biri hələlik bu müraciətlə bağlı qərar qəbul etmədiklərini bildirib.
    Qeyd edək ki, Yuliya Timoşenko 2011-ci ilin oktyabrında vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il həbs cəzasına layiq görülüb.
    06.01.12 Məqaləni oxumaq
     
    ABŞ və AB İraqdakı terrorlardan narahatdır
    ABŞ və Avropa Birliyi İraqda törədilmiş dünənki partlayışlardan ciddi narahatlıqlarını bildiriblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, İraqdakı dünənki partlayışlarda azı 72 adam ölüb, 100-dən çox adam isə yaralanıb. İntiharçı özünü Nəsiriyyə şəhəri yaxınlığında Kərbəlaya gedən şiə zəvvarlarının arasında partladıb.
    Bundan əvvəl isə Bağdadın şiə rayonlarında bir neçə partlayış törədilmişdi. Son zamanlar İraqda hökumətindəki şiə və sünni fraksiyaları arasında münasibətlər gərginləşdiyinə görə ölkədə terrorların sayı artıb.
    06.01.12 Məqaləni oxumaq
     
    “Yahoo!”ya yeni rəhbər təyin edilib
    “PayPal” şirkətinin keçmiş rəhbəri Skot Tompson “Yahoo!” şirkətinə yeni baş direktor təyin edilib. “KƏLAMİNFO” xəbər verir ki, ötən ilin sentyabrında  şirkət Kerol Bartsın baş direktor vəzifəsindən  uzaqlaşdırıldığını elan etmişdi. Korporasiya nümayəndələri K.Bartsın işdən azad edilməsinin səbəbini dəqiqləşdirməyiblər.
    S.Tompson şirkətin baş direktoru olmaqla yanaşı, Direktorlar Şurasının üzvü də təyin edilib. “Yahoo!”nun yeni rəhbəri şirkətə yanvarın 9-dan etibarən rəsmən başçılıq etməyə başlayacaq.
    Onun rəhbərliyi altında “PayPal” şirkəti qlobal onlayn ödənişlər bazarında öz mövqeyini xeyli möhkəmlədib, servisdən istifadə edənlərin sayı 50 milyon nəfərdən 104 milyon nəfərədək yüksəlib, gəlirlər isə 1,8 milyard dollardan 4 milyard dollaradək artıb.
    06.01.12 Məqaləni oxumaq
     
    İran hakimiyyəti Kino evini siyasi motivlərlə bağlayıb
    İran hakimiyyəti 20 ilə yaxındır ki, fəaliyyət göstərən Kino evini bağlayıb. «KƏLAMİNFO» İran mətbuatına istinadən xəbər verir ki, mədəniyyət naziri Məhəmməd Hüseyni fəaliyyət göstərmək üçün Kino evinin qanuni əsası olmadığını deyib.
    Kino evi həddən artıq liberallığa görə dəfələrlə tənqidə məruz qalıb. Bağlanmaq təhlükəsilə üzləşmiş müəssisənin əməkdaşları bu günlərdə dövlətin təşkil etdiyi kino festivalını boykotla hədələmişdi. Onlar kino evinə qarşı bu kampaniyanın siyasi motivli olduğunu deyirlər.
    06.01.12 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək ölümə məhkum oluna bilər
    Misir prokuroru Mustafa Süleyman keçmiş prezident Hüsnü Mübarəki 800-dən çox adamın ölümündə təqsirli sayıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, əgər Mübarək və onunla birlikdə ittiham olunan 7 nəfərin günahı sübuta yetirilsə, onlara ölüm hökmü çıxarıla bilər. Baş prokuror Mustafa Süleyman Qahirədə keçirilən dinləmələrdə deyib ki, onlar nümayişçilərə atəş açmaq əmri verib. İstintaq zamanı yüzlərlə şahid, tibb işçisi və polis dindirilib.
    05.01.12 Məqaləni oxumaq
     
    2011: ABŞ-da təbii fəlakətlər ili
    2011-ci ildə ekstremal hava şəraiti yeni rekordlar sındırıb. Təkcə ABŞ-da təbii fəlakətlər milyonlarla insanı təsirinə məruz qoyub. Minə yaxın adam həlak olub, səkkiz min insan xəsarət alıb, fəlakətlərin vurduğu ziyan 52 milyard dollar təşkil edib. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, bu il ərzində Amerikanın müxtəlif bölgələri təbii fəlakətlərlə üzləşib. Bu ölkədə bu il 1600 tornado qeydə alınıb. Bir il ərzində baş verən 12 təbii fəlakət 1 milyard dollarlıq ziyana səbəb olub. Texas, Nyu-Meksika və Oklahoma ştatlarında quraqlıqlar olduqca baha başa gəlib. Quraqlığın vurduğu ziyan 8 milyard dollarla ölçülür. Qlobal istiləşmənin bu fəlakətlərlə əlaqəsi olduğu sübut edilməsə də, ekspertlərin proqnozları doğrulub.
    30.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  46 47 48 49 50 51 52 53 54  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30