Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  45 46 47 48 49 50 51 52 53  #
    Əhmədinejad: “İran atom bombası hazırlamağa çalışmır”
    Latın Amerikasına səfəri çərçivəsində Ekvadorda olan İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə silahı əldə etməyə çalışdığı ilə bağlı ittihamları növbəti dəfə təkzib edib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, Əhmədinejad bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramı ilə bağlı ittihamlardan siyasi bəhanə kimi istifadə edir. “Onlar hamısı bilir ki, İran atom bombası hazırlamağa çalışmır. İran öz pulunu sərf edib və sonra da həmin nüvə silahından istifadə edə bilməyəcək qədər ehtiyatsız deyil” - deyə Əhmədinejad bildirib.
    13.01.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Gürcü siyasətinə “mumiyalar” qayıda bilməz”
    “Gürcü siyasətinə xalqın bir neçə il əvvəl yaxa qurtardığı «mumiyalar» qayıda bilməz”. Bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qoridə bildirib. “KƏLAMİNFO” «newsgeorgia.ru»ya istinadən xəbər verir ki, prezident bildirib ki, «bizi rus pulu ilə geriyə atmaq istəyirlərsə, bilməlidirlər ki, «mumiyalar» heç vaxt geri dönə bilməz, onlar yalnız filmlərdə geri dönürlər». Prezident əlavə edib ki, əvvəllər xalqı qarət edən siyasətçilər bu gün birləşib öz zamanlarına qayıtmaq istəyirlər. Onun sözlərinə görə, o, bu sifətləri artıq unudub: “Bütün pisləri unutmaq ən yaxşı insani instinktdir». Saakaşvilinin sözlərinə görə, indi onları haradansa toplayıblar, düzdür, onlar bir qədər qocalıb, arıqlayıb və usanıblar. “Onlar birgə səylərlə birləşib hücuma keçmək istəyirlər. Ümid edirlər ki, Karfagen süqut edəcək» deyən prezident əlavə edib ki, Gürcüstanın dirçəliş üçün götürdüyü kurs və gələcək inkişafı geriyə döndərmək mümkün deyil.
    13.01.12 Məqaləni oxumaq
     
    İran alimin öldürülməsi ilə bağlı BMT-yə müraciət edib
    İran nüvə proqramı üzrə alim Mustafa Əhmədi Rosanın öldürülməsi ilə bağlı BMT-yə müraciət edib. “KƏLAMİNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat alimin ölümünü araşdırmağa çağırılıb. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi müraciətində bildirib ki, heç bir siyasi-iqtisadi təzyiq, mütəxəssislərə hücum Tehranı dinc nüvə proqramını genişləndirməsi hüququndan çəkindirə bilməz. O, alimin öldürülməsində “xarici kvartet”in əli olması ilə bağlı onlarda sübutlar olduğunu da deyib. Ancaq kvartetdə kimlərin olmasını bildirməyib.
    12.01.12 Məqaləni oxumaq
     
    İranda nüvə proqramı ilə məşğul olan alim qətlə yetirilib
    Tehran universitetinin professoru Mostafa Əhmədi Roşan bu gün səhər paytaxtın ətrafındakı şəhərciklərdən birində öldürülüb. «KƏLAMİNFO» «FARS»a istinadən xəbər verir ki, onun maşınına naməlum şəxs bomba qoyub. Professor partlayış nəticəsində ölüb, iki nəfər isə yaralanıb. Artıq bəlli olub ki, professor İsfahan şəhərində uranın zənginləşdirilməsi işləri ilə məşğul olurmuş. Yəni insident onun peşə fəaliyyəti ilə bağlıdır. İranlı şərhçilər bildirir ki, qətl iki il bundan əvvəl öldürülən atom enerjisi üzrə mütəxəssis Məcid Şəhriyarinin öldürülməsi ilə eyni vaxta təsadüf edib. O, 2010-cu il yanvarın 11-də öldürülmüşdü. Son iki ildə İranda nüvə proqramı ilə məşğul olan bir neçə alim qətlə yetirilib. «RBK»-nın məlumatına görə, İranın xüsusi xidmət orqanları bunun arxasında İsrail kəşfiyyatının durduğunu istisna etmirlər.
    12.01.12 Məqaləni oxumaq
     
    Qəddafinin pullarının 20 mlrd. dollarını çıxardılar
    ABŞ və Avropanın bir sıra ölkələri Liviyanın lideri Müəmmar Qəddafinin və onun tərəfdarlarının dondurulmuş hesablarından 20 mlrd. dolları çıxarmağa razılıq veriblər. Həmin vəsait Liviyanın yeni hökumətinə verilib. «KƏLAMİNFO» xəbər verir ki, bunu «France-Presse» agentliyi Liviyanın xarici işlər naziri Aşur bin Xəyala istinadən yayıb. Nazirin sözlərinə görə, vəsait artıq hökumətin sərəncamındadır.
    12.01.12 Məqaləni oxumaq
     
    Gürcüstana gedənlərin sayı 39 faiz artıb
    2011-ci ildə Gürcüstana gedənlərin sayı 2010-cu illə müqayisədə 39 faiz artaraq 2 milyon 820 nəfər təşkil edib. Bunu Gürcüstanın turizm üzrə agentliyi yayıb. Avropa ölkələrindən Gürcüstana 906 min nəfər gəlib ki, bu da 2010-cu illə müqayisədə 35 faiz çoxdur. MDB ölkələrindən isə 1,788 mln. insan bu ölkəyə gəlib. ABŞ-dan 28 min insan Gürcüstana ayaq basıb. «KƏLAMİNFO» «Novosti-Qruziya»ya istinadən xəbər verir ki, Gürcüstana ən çox Türkiyə vətəndaşları (738 min) gəlib. İkinci yerdə Azərbaycan (714 min), üçüncü yerdə isə Ermənistan (699 min) gəlir.
    10.01.12 Məqaləni oxumaq
     
    İran polisinin rəhbəri “Google” axtarış sistemini “casusluq aləti” adlandırıb
    İran polisinin rəhbəri İsmayıl Əhmədi-Mokaddam İnternetdə «Google» axtarış sistemini «casusluq aləti» adlandırıb. «KƏLAMİNFO» İran KİV-nə istinadən xəbər verir ki, polis rəhbəri milli kiberməkanın qorunmasının zəruriliyini bildirib. Polis rəhbəri İran intranet - milli informasiya sisteminin işlənib hazırlanmasını alqışlayıb. Qeyd edilir ki, bu sistem İnternetdən kənar avtomatik şəkildə fəaliyyət göstərə biləcək. Bu sistem barədə bu günlərdə məlumat yayılıb. Əhmədi-Mokaddam bununla yanaşı, hakimiyyətin vətəndaşları ətraf aləmdən təcrid etməyə can atmadığını da söyləyib.
    10.01.12 Məqaləni oxumaq
     
    Avropa Birliyi İrana qarşı embarqonun müzakirəsini önə çəkdi
    Avropa Birliyi İrandan neft məhsulları alınmasına qadağayla bağlı yekun qərarını yanvarın sonu yox, 23-də elan edəcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Birliyin yaydığı bəyanatda deyilir ki, bu toplantının dövlət başçılarının sammiti ilə eyni günə düşməməsi üçün tarixi yanvarın 30-dan 23-nə çəkiblər.
    10.01.12 Məqaləni oxumaq
     
    Əhmedinejadın Latın Amerikası ölkələrinə səfəri başlayıb
    Bu gün İran prezidenti Mahmud Əhmedinejadın Latın Amerikası ölkələrinə səfəri başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, səfər Tehranın nüvə proqramına görə Qərblə İran arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir. İran prezidenti səfər çərçivəsində 4 ölkədə olacaq. O, ilk olaraq Venesuelaya baş çəkib. Hər iki dövlətin dünya siyasətində bir çox məsələdə mövqeyi üst-üstə düşür. Bundan sonra Əhmedinejad Kuba, Nikaraqua və Ekvadora gedəcək. Qeyd edək ki, ABŞ və bir sıra ölkələr yeni il qabağı İranın nüvə proqramına görə ona qarşı sanksiyaları daha da kəskinləşdiriblər.
    10.01.12 Məqaləni oxumaq
     
    İran casusluq ittihamı ilə həbs olunmuş ABŞ vətəndaşını ölümə məhkum edib
    İran məhkəməsi casusluq ittihamı ilə həbs olunmuş İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətini ölümə məhkum edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, 28 yaşlı Hikməti televiziya ilə nümayiş etdirilən videoyazıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb. Qeyd edək ki, Hikməti ötən ilin dekabrında İrana daxil olarkən yaxalanıb. Onun 2001-ci ildə ABŞ ordusunda xidmətə başladığı və bu müddət ərzində kəşfiyyat təlimi aldığı bildirilir. İrana isə o, Əfqanıstan ərazisindən atılıb. Plana görə, o, əvvəlcə İran xüsusi xidmət orqanlarının etimadını qazanmalı, bundan sonra onlara «faydalı» və «etibarlı» məlumat verməli imiş. Onun qarşısında, həmçinin İranın hərbi strukturlarına daxil olaraq onları dezinformasiya ilə təmin etmək məsələsi də qoyulubmuş. Hikmətinin ABŞ-da alim işləyən atası isə oğlunun MKİ ilə əməkdaşlığını təkzib edib. O bildirib ki, oğlu İrana nənəsinə baş çəkmək üçün gedibmiş.
    09.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  45 46 47 48 49 50 51 52 53  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30