Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
    Səddam Hüseynin mavzoleyi bağlanıb
    İraq hakimiyyət orqanları Səddam Hüseynin Tikritdə onun doğma kəndi Odcadakı qəbri üzərində qoyulan mavzoleyi bağlayıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, kənd sakinləri bildiriblər ki, kəndə Bağdaddan xüsusi briqadanın əsgərləri gəlib. Onlar şəxsən baş nazir Nuri əl-Malikiyə tabedirlər. Qeyd edilir ki, Hüseynin qəbri üzərində qurulan mavzoley diktatorun qohumlarının vəsaiti hesabına qoyulub. Ondan sonra həmin yer populyar yerə çevrilib. Hər il Səddamın edam olunduğu gün tərəfdarları oranı ziyarət edirlər.
    23.01.12 Məqaləni oxumaq
     
    Obamadan Xameneyiyə hədə dolu məktub
    Ağ ev Tehranı birbaşa danışıqlara başlamaq, eyni zamanda, Hörmüz boğazını bağlamağın potensial mənfi nəticələri ilə bağlı xəbərdar edib. «KƏLAMİNFO»un «İTAR-TASS»-a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyasının bu mövqeyi Birləşmiş Ştatlar prezidentinin İranın ali dini lideri ayətullah Əli Xameneyiyə ünvanlanmış məktubunda əks olunub.
    20.01.12 Məqaləni oxumaq
     
    Putin müxalifətlə dialoqa hazır olduğunu deyir
    Rusiyanın baş naziri Vladimir Putin jurnalistlərlə görüşdə müxalifətlə dialoqa hazır olduğunu deyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o qeyd edib ki, bir çox müxalif baxışlı mədəniyyət xadimləri hökumətin mükafatlarından imtina ediblər. O, həmçinin qarşıdan gələn prezident seçkisinin maksimum şəffaf keçirilməsinə hazır olduğunu qeyd edib. Putin bildirib ki, onsuz da seçkinin istənilən cür gedişindən narazı qalanlar olacaq və əksəriyyətin qərarına hörmətlə yanaşmaq lazımdır.
    19.01.12 Məqaləni oxumaq
     
    Erməninin kəsilmiş başı HOLLYWOOD-un altından çıxdı
    Məşhur Hollivud təpəsində iti ilə gəzintiyə çıxan iki qadın ağıllarına da gətirə bilməyiblər ki, onların sevimlisi ağacların altında nə dartışdırır. “KƏLAMİNFO” “Los Angeles Times” qəzetinə istinadən xəbər verib ki, itlər polietilen paketdə kişi başı aşkarlayıblar. Başın sahibi isə Ermənistan vətəndaşıdır. Kəsilmiş məşhur HOLLYWOOD sözünün altındakı təpədə olub. Polisin verdiyi məlumata görə, 40 yaşında olan bu kişinin qətlinin səbəbini müəyyən etmək hələ ki, mümkün olmayıb. İstintaq aparılır. Polis erməninin bədəninin digər hissələrini tapmaq ümidi ilə ətrafa baxış keçirir. Qəzet yazır ki, bu cinayət işi xüsusi nəzarətə götürülüb.
    19.01.12 Məqaləni oxumaq
     
    Batan İtaliya gəmisinin kapitanı ev dustağı edilib
    Qayalara çırpılmaqla batan İtaliya gəmisinin kapitanı azadlığa buraxılsa da, ev dustağı edilib. Kapitan Françesko Skettino insan ölümünə və gəmisini tərk etməyə görə başlanmış istintaqa cəlb olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yanvarın 13-də dənizdə kruiz gəmisi batmağa başlayıb. Qəzada 11 adamın öldüyü deyilir, 20-dən çox adam axtarışdadır. Françesko Skettinonun vəkili deyib ki, o, 4200 sərnişini daşıyan və qayalara dəyəndən sonra korpusu dağılan gəmini tərk etməsi ilə bağlı ittihamı rədd edir. İtaliya mətbuatı isə dəniz sahil mühafizəçilərinin qəzadan sonra kapitana xilasetmə qayığını tərk edib öz gəmisinə qayıtmasını dəfələrlə göstəriş verməsinin əks olunduğu qeydləri yayımlayıblar.
    18.01.12 Məqaləni oxumaq
     
    Ermənistanda ömürlük məhbuslar aclığa başladılar
    «Nubareşen» islah-əmək müəssisəsində 20-yə yaxın ömürlük həbs cəzası almış məhbus aclığa başlayıb. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən xəbər verir ki, onlar aclıq aksiyasından əvvəl Ermənistan prezidentinə, AŞ rəhbərliyi və Qızıl Xaçın nümayəndəliyinə tələblərinin əks olunduğu məktub yollayıblar. Onların tələbi budur ki, prezident onlara baş çəkib fikirlərini dinləsin. Ömürlük məhbuslar onların barələrində çıxarılan qərarlara yenidən baxılmasını və cəzalarının 15-20 ilə qədər azaldılmasını istəyirlər. Məhbuslar son aylar müvafiq instansiyalara çoxsaylı məktublar göndərsələr də, nəticəsiz qalıb. Bu da onların sonda radikal addım atmalarına səbəb olub. Onlar bildiriblər ki, əgər tələbləri nəticəsiz qalarsa, əlavə 20 məhbus da onlara qoşulacaq. Eyni zamanda, tələbləri yerinə yetirilməyənə qədər aclığı davam etdirəcəklər.
    18.01.12 Məqaləni oxumaq
     
    BMT baş katibi TŞ-ni Suriya ilə bağlı ölçü götürməyə çağırıb
    BMT baş katibi Pan Ki Mun TŞ-ni Suriyada davam edən zorakılıqlarla bağlı ölçü götürməyə çağırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, 10 ay davam edən üsyan nəticəsində qırılanların sayının “qəbuledilməz” səviyyəyə çatdığını deyir. Abu-Dabiyə səfəri zamanı çıxış edən baş katib Şuranı Suriyadakı böhranı aradan qaldırmaq üçün sistematik iş görməyə səsləyib. O, Ərəb Liqasını Bəşər əl-Əsədlə dialoqa girdiyinə və Suriyaya müşahidəçi missiyası göndərdiyinə görə alqışlayıb. Baş katib liqanın bu səyləri davam etdirəcəyinə ümidini ifadə edib.
    17.01.12 Məqaləni oxumaq
     
    Abdulla Gül tibbi müayinədən keçib
    Türkiyə prezidenti Abdulla Gül İstanbulun “Acı Badəm” xəstəxanasında tibbi müayinədən keçib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, dövlət başçısının səhhətində heç bir problem yoxdur. Prezident tibbi müayinədən sonra Tarabyadakı iqamətgahına qayıdıb.
    17.01.12 Məqaləni oxumaq
     
    “Taliban”ın Pakistandakı lideri qətlə yetirilib
    Pakistan kəşfiyyatının rəsmiləri bildirir ki, Pakistanda “Taliban” lideri Hakimullah Məsud yanvarın 12-də ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Şimali Vəziristanda qətlə yetirilib. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, adları açıqlanmayan rəsmilərin bildirdiyinə görə, onlar “Taliban” döyüşçülərinin liderlərinin hücum zamanı öldürülüb-öldürülmədiyi haqda danışıqlarını dinləyiblər. Bəzi talibançılar Məsudun öldüyünü təsdiq edib, bəziləri isə bu haqda radioötürücü vasitəsilə danışıqları tənqid edib. Hələlik Pakistan “Taliban” liderinin öldüyünü rəsmi olaraq təsdiq etməyib. “Taliban” isə xəbəri təkzib edib.
    16.01.12 Məqaləni oxumaq
     
    Bəşər Əsəd ümumi amnistiya elan edib
    Suriyada ümumi amnistiya elan edilib. “KƏLAMİNFO” xəbər verir ki, rəsmi "SANA" informasiya agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd həbsdə olan antihökumət nümayişlərinin iştirakçıları üçün əfv fərmanı verib. Fərmanda bildirilir ki, “amnistiya 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək baş verən hadisələr fonunda cinayətlər törətdiyinə görə həbs edilmiş şəxslərə şamil edilir”. Qeyd edək ki, Suriyada antihökumət nümayişlərinin başlanmasının 10-cu ayına təsadüf edən amnistiya bu müddət ərzində elan edilən ilk əfv deyil. Ötən ilin noyabrından indiyədək həbsxanalardan nümayişlər zamanı həbs edilmiş azı 4000 adam əfv edilərək azadlığa buraxılıb.
    16.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 44 45 46 47 48 49 50 51 52 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30