Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Medvedyev yenidən prezident olmaq istəyə bilər
    Rusiya prezidenti Dmitri Medvedyev gələcəkdə yenidən ali dövlət postu uğrunda keçiriləcək seçkilərə qatıla biləcəyini istisna etməyib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, prezident: “Mən heç bir vaxt deməmişəm ki, bir daha seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm. Mən xatırladım ki, hələ 46 yaşım var. Bu, siyasi fəaliyyətdən uzaqlaşmaq üçün elə də ciddi yaş deyil. Lakin bu dəfə həqiqətən də seçkilərə qatılmamaq qərarına gəldim» deyib. Dövlət başçısı bu barədə qərarı siyasi məqsədəuyğunluqla əlaqələndirib. Prezident bu sözləri MDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə bildirib.
    27.01.12 Məqaləni oxumaq
     
    Fransada etirazçı deputatların sayı artır
    Fransa parlamentində qəbul edilən qanun layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gələn senatorların sayı 35-ə çatıb. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, hakim Xalq Hərəkatı Birliyinin üzvü və Türkiyə-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mişel Difenbeycer Milli Assambleyada sosialistlər və iqtidar partiyası millət vəkilləri də daxil olmaqla, Konstitusiya Məhkəməsinə ediləcək müraciəti imzalamağa hazır olan deputatların sayının 35-ə çatdığını bildirib. Senatda da təxminən bu sayda senator Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırdır. Qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilmək üçün Milli Assambleyanın və ya Senatın 60 üzvünün imzası və ya prezidentin şəxsi etirazı kifayət edir.
    26.01.12 Məqaləni oxumaq
     
    İraqda polis əməkdaşlarının evinə bomba atılıb
    İraqda polis əməkdaşı olan iki qardaşın evinə bomba atılıb. Hadisə bu gün səhər onlar yatanda baş verib. 10 nəfər ölüb. Onların arasında qadınlar və uşaqlar da olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Babil əyalətinin polis nümayəndəsi və yerli həkimlər məlumat verib.
    26.01.12 Məqaləni oxumaq
     
    Pakistanın baş naziri hərbçilərlə barışıb
    Ordu rəhbərliyini hərbi çevrilişə hazırlaşmaqda ittiham edən baş nazir dediklərini geri götürüb. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı rəsmi məlumatda bildirilir. Məlumat baş nazirin Quru qoşunlarının baş qərargah rəisi general Asfak Kayani və Kəşfiyyat idarəsinin rəisi general-leytenant Ahmed Suya Pasa ilə görüşündən sonra açıqlanıb. Bir neçə ay idi ki, Pakistanda mülki hökumətlə ordu rəhbərliyi arasında münasibətlər gərgin idi.
    26.01.12 Məqaləni oxumaq
     
    Obama AB-nin İrana qarşı yeni sanksiyalarından məmnun qalıb
    ABŞ prezidenti Barak Obama Avropa Birliyinin İrana yeni sanksiya qərarından məmnun olduğunu bildirib. Obama yaydığı yazılı açıqlamada “Avropa Birliyindəki müttəfiqlərimizin İran rejiminin nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq bu ölkəyə əlavə sanksiyalar tətbiq etməyi nəzərdə tutan addımlarını alqışlayıram” deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu sanksiyaların İranın nüvə proqramının yaratdığı təhdidə qarşı beynəlxalq qüvvələrin birliyini bir daha nümayiş etdirdiyini vurğulayan Obama ABŞ-ın Tehrana təzyiqləri artırmağa davam edəcəyini bildirib. ABŞ Xəzinə Nazirliyinin İran Ticarət Bankına qarşı yeni sanksiyalar açıqladığını xatırladan Obama: “İran yolunu dəyişmədikcə və beynəlxalq öhdəliklərini yerinə yetirmədikcə təzyiqləri artırmağa davam edəcəyik" sözlərinə yer verib.
    25.01.12 Məqaləni oxumaq
     
    Müəmmar Qəddafinin tərəfdarları Bəni-Valid şəhərini ələ keçiriblər
    Liviyanın mərhum lideri Müammər Qəddafinin tərəfdarları ölkənin paytaxtı Tripolinin yaxınlığındakı Bəni-Valid şəhərini ələ keçiriblər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, məlumatı “Əl Ərəbiyyə” telekanalı yayıb. Məlumata görə, qiyamçılar yaxşı silahlanmış olublar. Onlar Milli Keçid Şurası döyüşçülərini şəhərdən çıxarıblar və Qəddafi rejiminin yaşıl bayrağını qaldırıblar. İlkin məlumatlara görə, toqquşma zamanı yeni hakimiyyətin döyüşçülərindən 5-i xəsarət alıb, təxminən 30 adam yaralanıb. Qiyamçılar tərəfdəki itkilərlə bağlı məlumat yoxdur.
    24.01.12 Məqaləni oxumaq
     
    Türkiyə XİN Fransanın “soyqırımı” qərarına etiraz etdi
    Türkiyə Xarici İşlər Nazirliyi Fransa senatında qəbul edilən, qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsinə kəskin reaksiya bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, nazirlik bütün platformlarda bu qərara etiraz edəcəklərini açıqlayıb. “Hərtərəfli problemli olan və məsuliyyətsizlik nümayiş etdirən bu qərarı kəskin şəkildə pisləyir və bu qərara reaksiyamızı bütün platformlarda bildirəcəyimizi elan edirik. Qanunun qəbul olunması prosesi başa çatdıqdan sonra daha əvvəl nəzərdə tutduğumuz tədbirləri müvafiq şəkildə sürətlə həyata keçirəcəyimizi də xatırlatmaqda fayda görürük”.
    24.01.12 Məqaləni oxumaq
     
    Fransa Senatı “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi
    Fransa Senatı qondarma erməni soyqırımını inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib. Fransa qanunvericiliyinə görə, qəbul edilmiş sənəd hökumətə təqdim olunduqdan sonra 15 gün ərzində prezident onu təsdiqləməlidir. O, müddət bitdiyində parlamentdən qanuna və ya onun ayrı-ayrı maddələrinə yenidən baxılmasını xahiş edə bilər. Bu xahiş rədd edilə bilməz.
    24.01.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu Fransanı hədələdi
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səbəbi ilə Fransaya xəbərdarlıq edib. “KƏLAMİNFO”nun məlumatına görə, “France 24” kanalına müsahibə verən Davudoğlu rəftarında bir dəyişiklik olmasa Fransaya qarşı Türkiyə tərəfindən mütəmadi sanksiyaların başlayacağını deyib. “Ümidvar olmaq istəyirəm ki, biz bu sanksiyaları açıqlamağa məcbur olmarıq. Amma Türkiyənin səssiz qalacağını da fikirləşməyin. Yeni sanksiyalar olacaq və bu addımlarımız Fransa öz fikrini dəyişdirənə qədər davam edəcək”. Senatda səsverməyə çıxarılacaq qanun layihəsinin insan hüquqlarına zidd olduğunu deyən Türkiyə XİN rəhbəri fransalı senatorlara və ziyalılara səslənib: “Ortaq dəyərlərimizdən biri olan fikir azadlığını müdafiə etmək vaxtıdır!”
    24.01.12 Məqaləni oxumaq
     
    Liviyadakı hakim şuranın sədr müavini də istefa verdi
    Liviyadakı milli keçid şurasının sədr müavini Abdel Hafiz Ghoga istefa verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, “Əl-Cəzirə” televiziyasına müsahibəsində xalqın rifahı naminə istefa verdiyini deyib. Bazar günü şəhərdə nümayişə çıxmış minlərlə tələbə onun istefasını tələb edirdi. Bundan az əvvəl isə şəhər meri istefa verib. Şənbə günü Benqazidə yüzlərlə nümayişçi milli keçid şurasının binasına hücum edərək keçmiş rejimin dövründə xidmət etmiş məmurların işdən kənarlaşdırılmasını və indiki hakimiyyətin daha açıq olmasını tələb ediblər. Milli keçid şurasının sədri Mustafa Abdel Jalil Benqazidə keçirdiyi mətbuat konfransında bildirib ki, gərginliyin artması ölkəni uçuruma apara bilər.
    23.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30