Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Sarkozi partiyasının deputatlarına və nazirlərə təzyiq edir
    Fransa prezidenti Nikola Sarkozi inkar qanununun ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edən deputatlarla senatorlara təzyiq edir. Daha əvvəl qanuna müsbət yanaşmadığını açıqlayaq xarici işlər naziri Alen Jüpe bu məsələdə Sarkozi ilə aralarında ziddiyyət olub-olmadığına dair sualın cavabında “bu qanunla bağlı ağzımı bağlamağa qərar verdim” deyib. Xarici işlər naziri susmağı seçdiyini bildirib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransada siyasi qalmaqalları ortaya çıxaran “Canard Enchaine” qəzeti isə Sarkozinin qanunla bağlı Konstitusiya Məhkəməsinə gedə biləcəyini deyən Milli Assambleyanın rəhbəri Bernard Ekkoyeyə təzyiq edərək bu fikirdən daşındırdığını yazıb. "Türk dostu" kimi tanınan Senatın keçmiş sədri Jerar Larşenin son anda Konstitusiya Məhkəməsinə müraciəti imzalamamasının səbəbi də məlum olub. Sarkozinin Larşeyə xüsusi vəzifə verəcəyi bildirilib. Prezident bundan əvvəl də Nazirlər Kabinetinin iclasında mübahisəli qanuna dəstək verməyən nazirləri danlayıb.
    06.02.12 Məqaləni oxumaq
     
    Küveytdə seçkiləri müxalifət uddu
    Küveytdəki vaxtından qabaq parlament seçkilərini islamçıların başçılıq etdiyi müxalifət udub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 50 yerlik parlamentdə 34 yeri müxalifət qazanıb. Liberal hesab olunan namizədlər seçkilərdə uduzublar, qadın namizədlər heç bir yer qazana bilməyiblər. Bundan əvvəlki parlamentdə 4 qadın deputat var idi. Müxalifət seçkilərə korrupsiya ilə mübarizə şüarı ilə gedirdi. Küveytdə bütün nazirləri hakim ailə təyin edir. Ancaq parlament nazir təyinatlarına nüfuz edə bilər.
    03.02.12 Məqaləni oxumaq
     
    ABŞ hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib
    ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi İran körfəzində İranın balıqçı gəmisini xilas edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ hərbi dəniz donanmasının bildirdiyinə görə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmi doqquz İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib. “Abraham Linkoln” gəmisinin komandiri, admiral Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib. Bu, bir ay ərzində ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi altı İran dənizçisini, yanvarın əvvəli isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi.
    02.02.12 Məqaləni oxumaq
     
    Ötən il Aralıq dənizində 1500-ə yaxın qaçqın batıb
    Ötən il ərzində Aralıq dənizində Afrika olkələrindən Avropaya qaçmaq istəyən 1500-ə yaxın qaçqın batıb. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu, son 5 il ərzində rekord hesab olunur. Bu barədə çərşənbə axşamı BMT-nin qaçqınlar üzrə idarəsinin yaydığı hesabatda bildirilir. İdarənin məlumatına görə, 2011-ci ildə Avropaya Şimali Afrikadan 58 min qaçqın gəlib ki, bu da rekorddur.
    01.02.12 Məqaləni oxumaq
     
    Misir parlamentinin qarşısında onlarla adam yaralanıb
    Misir parlamentinin qarşısında hərbi hakimiyyətə son qoyulmasını tələb edənlərlə islamçı tərəfdarlar toqquşub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, toqquşma zamanı onlarla adam yaralanıb. Hərbi hakimiyyətə son qoyulmasını tələb edənlər parlamentə daxil olmaq istəsələr də, parlamentdə əsas yeri qazanan Müsəlman Qardaşları Partiyasının tərəfdarları buna imkan verməyib. Misirin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qarşıdurma zamanı azı 43 adam yaralanıb.
    01.02.12 Məqaləni oxumaq
     
    NATO Əfqanıstanı 2014-cü ilin sonunda tərk edəcək
    NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, hərbi alyans təhlükəsizlik məsələlərini 2014-cü ilin sonunadək Əfqanıstanın yerli qüvvələrinə tapşırmaq planını dəstəkləyir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, buna baxmayaraq, o deyib ki, əyalətlərdə bu prosesə 2013-cü ilin ortalarında başlanacaq. Onun bu şərhindən əvvəl Fransa prezidenti Nikola Sarkozi ötən həftə bildirib ki, onlar NATO-dan Fransanın missiyasının 2013-cü ildə sona çatmasını xahiş ediblər. Artıq bir neçə ərazi və şəhərin təhlükəsizliyinin idarə olunması Əfqanıstanın hərbi və polis qüvvələrinə tapşırılıb.
    01.02.12 Məqaləni oxumaq
     
    İranda “Facebook”un inzibati qrupunun dörd rəhbəri həbs edilib
    İranda kibertəhlükəsizliyə cavabdeh olan polis əməkdaşları “Facebook” sosial şəbəkəsinin inzibati qrupunun dörd rəhbərini həbs ediblər. Qrupda virtual olaraq gözəllik yarışması keçirilirdi və inzibatçılar da «korrupsiya və əxlaqsızlıq» yaymaqda günahlandırıblar. Həbs olunanlar arasında iki qadın və iki kişi var. Onlar tərəfindən təşkil edilən qrupa artıq hər iki cinsi təmsil edən 25 mindən artıq iranlı müraciət etməyə müvəffəq olub. Təşkilatçıların çağırışı ilə onlar sosial şəbəkədə öz fotolarını yerləşdiriblər. İndi onların hamısını istintaq tədbirləri gözləyə bilər. «KƏLAMİNFO» «Qazeta.Ru»ya istinadən xəbər verir ki, «Facebook»a İranda giriş qadağandır. Lakin bir çoxları bu qadağanı keçərək xüsusi proqramlardan yararlanırlar.
    31.01.12 Məqaləni oxumaq
     
    Obama Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib
    ABŞ prezidenti Barak Obama gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə görüşüb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, prezidentlərin görüşü ilk dəfədir Ağ evdə keçirilib. Barak Obama və Mixail Saakaşvili müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələsinə xüsusi diqqət ayırıblar. Barak Obama bəyan edib ki, ABŞ və Gürcüstan azad ticarətlə bağlı saziş üzərində işləyirlər və ticarət əlaqələrini möhkəmləndirəcəklər: “Biz ölkələrimiz arasında davamlı ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə etdik”. Barak Obama Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha ifadə edib.
    31.01.12 Məqaləni oxumaq
     
    Hillari Klinton: “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”
    “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. «Bizim güclü tərəflərimizdən biri odur ki, biz insanları düşüncələrinə görə cəzalandırmırıq. İnsanlar istədikləri sözü deyə bilərlər və bizim ölkəmizdə də onlar belə də edir. Digər ölkələrə, o cümlədən bizim yaxın dostlarımızda və Fransa kimi müttəfiqlərimizdə başqa standartlardır. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq». “KƏLAMİNFO” “İTAR TASS»-a istinadən xəbər verir ki, Klinton deyib ki, soyqırımı ilə bağlı məsələni siyasətçilər deyil, tarixçilər həll etməlidir. Onun sözlərinə görə, dövlətin bu işlərə cəlb olunması çox təhlükəli praktikadır: «Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Dəliləri toplayıb, arqumentlərinizi əsaslandırın və diskussiyalara hazır olun”.
    27.01.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Sarkozi çox təhlükəli oyun oynayır”
    «Fransa prezidenti Nikola Sarkozi çox təhlükəli oyun oynayır». «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa Senatının qəbul etdiyi qanun layihəsini növbəti dəfə şərh edərkən deyib. Sarkozinin qanun layihəsinin üçüncü ölkəyə qarşı yönəlmədiyi fikirlərinin əks olunduğu Ərdoğana yazdığı məktubunu şərh edən nazir «bu, düzgün deyil» deyib. «Türkiyənin bu və ya digər qanun layihəsinin kim və nəyə görə irəli sürməsini bilməsi üçün kifayət qədər təcrübəsi var. Aydındır ki, bu qanun layihəsi kimə qarşı yönəlib. Burada şərhlər artıqdır. Cənab Sarkozinin də məktubunda diqqət yetirdiyi məsələnin bizim üçün əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, «bu qanun Avropa ölkələrinə təhlükədir».
    27.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30