Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Putin Yeni il tətillərini may ayına salmağı təklif edib
    Rusiyanın baş naziri Vladimir Putin ölkədə 10 gün sürən Yeni il tətillərini azaltmağı və həmin günləri maya salmağı təklif edib. «KƏLAMİNFO» bu barədə RİA «Novosti»yə istinadən xəbər verir. Baş nazir bildirib ki, Yeni il tətilini yanvarın 7-də başa çatdırmaq daha yaxşı olardı. Qeyd edək ki, Rusiyada uzunmüddətli Yeni il tətilləri ilk dəfə 2005-ci ildən tətbiq edilməyə başlayıb.
    11.02.12 Məqaləni oxumaq
     
    İraqda 14 nəfər edam olunub
    Bu gün İraqda 14 nəfər edam olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar İraq vətəndaşlarıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, onların hamısı “Əl-Qaidə” ilə əlaqəli olublar. Onlar 2009-cu ilin oktyabrında Bağdadda baş vermiş terror aktlarında ittiham olunublar. Həmin terror aktlarında 500 adam həlak olmuşdu. Bununla da il başlayandan İraqda 65 nəfər edam olunub.
    09.02.12 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrının səhnəsində “Buzovna kəndinin əhvalatları” olacaq
    Gənc Tamaşaçılar Teatrının kollektivi sənətsevərlər qarşısına yeni tamaşa ilə çıxacaq. Sənət ocağından “KƏLAMİNFO”ya verilən məlumata görə, yaradıcı heyət “Buzovna kəndinin əhvalatları” tamaşası üzərində məşqləri başa çatdırıb. Sabah saat 15:00-da səhnə əsərinə ictimai baxış keçiriləcək. “Buzovna kəndinin əhvalatları” xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı novellaları əsasında səhnələşdirilib. Tamaşaya xalq artisti, rejissor Cənnət Səlimova quruluş verib. “Buzovna kəndinin əhvalatları” əsərinin süjet xətti elə kənd hadisələri üzərində qurulub. Bakı kəndlərinin ab-havasını qoruyub saxlayan tamaşada əsas rolları Sərvər Əliyev, Elşən Rüstəmov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Nübar Novruzova, Nəsibə Eldarova canlandırır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası fevralın 18-də və 19-da saat 19:00-da olacaq.
    09.02.12 Məqaləni oxumaq
     
    Sarkisyan “klan-ailə” prinsiplərindən uzaq durmağı qərara alıb
    Ermənistan prezidenti Serj Sarkisyan siyasi qərarların qəbulu zamanı “klan-ailə” prinsiplərindən uzaq durmağı qərara alıb. “KƏLAMİNFO” “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Saşik Sarkisyan parlamentdə olmayacaq. Qəzet yazır ki, proporsional siyahıların hazırlanması zamanı prezident Sarkisyan siyahıya nəinki biznesmen-oliqarxları daxil etməməyə, eyni zamanda klan-ailə prinsiplərindən uzaq durmağa çağırıb. Sarkisyan qeyd edib ki, bunun üçün onun özü də nümunə olmağa hazırdır.
    09.02.12 Məqaləni oxumaq
     
    Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
    Yerevanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Artur Baqdasaryan ilə görüşünün sonunda protokol imzalanıb. “KƏLAMİNFO” “News.am”a istiadən xəbər verir ki, Moskva və Yerevanın əməkdaşlığının əsas müzakirə mövzusu təhlükəsizliklə bağlı olub. A.Baqdasaryan bildirib ki, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Bu məqsədlə yeni müqavilənin imzalanması üçün işçi qrup yaradılıb. Bundan əlavə, birgə hərbi sənaye müəssisəsinin yaradılması da nəzərdə tutulub. Tərəflər, həmçinin sərhəd sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəliblər. Təhlükəsizliyin səviyyəsini artırmaq üçün isə İranla sərhəddəki sistem modernləşdiriləcək. Ermənistanda FHN xətti ilə əməkdaşlığa həsr olunmuş regional mərkəz də açılacaq.
    09.02.12 Məqaləni oxumaq
     
    Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
    Böyük Britaniyada Birinci Dünya müharibəsinin son iştirakçısı Florans Qrin vəfat edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 110 yaşlı qadın fevralın 4-də, 111 yaşının tamam olacağı günə iki həftə qalmış dünyasını dəyişib. Florans Qrin Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Norflok qraflığındakı bazasında ofisiant işləyib. O, müharibənin qurtarmasına 2 ay qalmış xidmətə qəbul edilib və 2 illik xidmətini Böyük Britaniyanın qadınlardan ibarət Hərbi Hava Qüvvələrində keçirib.
    09.02.12 Məqaləni oxumaq
     
    Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
    İran deputatları bu gün prezident Mahmud Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul ediblər. O, ünvanına səslənən ittihamlara cavab verməli olacaq. “KƏLAMİNFO” “Associated Press”ə istinadən xəbər verir ki, prezidentə qarşı irəli sürülən ittihamlara iqtisadi, xarici və daxili siyasətdə uğursuzluqlar daxildir. İlk növbədə ondan Tehranda metro tikintisi ilə bağlı ayrılan maliyyənin yoxa çıxması və ictimai nəqliyyatın inkişafındakı uğursuzluqlar soruşulacaq. İranda mövcud qanunlara görə, prezident çağırışdan ən azı iki ay sonra parlamentə gəlməlidir.
    07.02.12 Məqaləni oxumaq
     
    İran bir daha düşmənlərini hücumla hədələyib
    İran xəbərdarlıq edib ki, əgər onun ərazisi hər hansı ölkədən atəşə tutulsa, buna hücumla cavab verəcək. “KƏLAMİNFO” “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Qvardiyası rəhbərinin müavini Hüseyn Salami Hörmüz boğazı yaxınlığında keçirilən hərbi təlimdə deyib. Qeyd edək ki, ABŞ və İsrail İrana hərbi zərbənin mümkünlüyünü istisna etmirlər. Tehran isə buna cavab olaraq İsrail və ABŞ-ın regiondakı hərbi bazalarını hücumla hədələyir.
    07.02.12 Məqaləni oxumaq
     
    Liviyada Qəddafi tərəfdarlarının məhkəməsi başlanıb
    Liviyada keçmiş diktator Qəddafi tərəfdarlarının məhkəməsi başlanıb. Benqazidəki hərbi məhkəməyə 41 nəfər cəlb olunub. Onlar Qəddafi rejimi və onun xalq üsyanını yatırmaq cəhdinə kömək etmək, habelə cinayətkar qruplar yaratmaqda ittiham olunurlar. Onların əksəriyyəti mülki şəxslərdir. Bu keçmiş Qəddafi rejiminin nümayəndələri üzərində ilk məhkəmədir. “KƏLAMİNFO” “France Press” agentliyinə istinadən xəbər verir ki, proses zamanı təhlükəsizlik tədbirləri gücləndirilib.
    06.02.12 Məqaləni oxumaq
     
    ABŞ əsgəri əfqan gözətçini güllələyib
    Əfqanıstanın şimalında ABŞ əsgəri yerli gözətçini güllələyib. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, Sari Pul əyaləti polis rəisinin məlumatına görə, onların arasında mübahisə düşüb və gözətçi əsgərə atəş açmaq istəyərkən, əsgər onu qabaqlayıb. Əfqanıstandakı ABŞ komandanlığının nümayəndəsi hadisə ilə bağlı araşdırma aparıldığını deyir. İnsident barədə başqa məlumat verilmir.
    06.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30