Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Pakistanda NATO əleyhinə növbəti etiraz aksiyası keçirilib
    Pakistanda Amerika əleyhinə növbəti etiraz aksiyası keçirilib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, paytaxt İslamabadda baş tutan aksiyada yüzlərlə etirazçı iştirak edib. Aksiyada partiya tərəfdarları “Amerikanın dostları xaindirlər”, “Get, Amerika, get” şüarları səsləndiriblər. Etirazçıların qəzəbinə səbəb isə keçən həftə ölkənin müdafiə naziri Əhməd Muxtarın NATO qərargahına aparan yolların açılması ehtimalının olması ilə bağlı bəyanatı olub.
    20.02.12 Məqaləni oxumaq
     
    Vanda yenə zəlzələ olub
    Vanda yenə zəlzələ olub. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Kandilli rəsədxanasından verilən məlumata görə, zəlzələnin episentri Van mərkəzə bağlı Ağırtı kəndi olub. Saat 11:32-də baş verən və gücü 4,5 bala çatan təkanlar ətraf kəndlərdə də hiss edilib. Zəlzələdə zərər çəkən olmayıb.
    18.02.12 Məqaləni oxumaq
     
    Sarkozi prezidentliyə namizədliyini rəsmən irəli sürəcək
    Bu gün Fransa prezidenti Nikola Sarkozi ikinci dəfə prezidentliyə namizədliyini rəsmən irəli sürəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bununla bağlı onun Fransa televiziyasının birinci kanalında çıxışı gözlənilir. Fransada prezident seçkiləri aprelin 22-də keçiriləcək.
    16.02.12 Məqaləni oxumaq
     
    Vardan Oskanyan “Çiçəklənən Ermənistan” Partiyasının üzvü olub
    Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan «Çiçəklənən Ermənistan» Partiyasının sıralarına daxil olub. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, XİN-in keçmiş rəhbəri bu barədə yaydığı bəyanatda bildirib. «Mən bu qərarı qəbul etməklə əminəm ki, “Çiçəklənən Ermənistan” azad və şəffaf seçkilər keçirə və yeni parlament təşkil edə biləcək» deyən sabiq nazir əlavə edib ki, artıq ölkənin siyasi həyatında aktiv iştirak etməyin vaxtı çatıb.
    15.02.12 Məqaləni oxumaq
     
    Obama Ermənistana iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib
    ABŞ prezidenti Barak Obama büdcə ilə bağlı təkliflərində Ermənistana göstərilən iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif edib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yayıb. Obama administrasiyası eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif edib. Administrasiya bildirib ki, Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir. Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, prezident bu rəqəmin 27,219 milyon dollaradək azaltmağı tövsiyə edib. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur. Amerika Erməni Milli Komitəsi yaydığı məlumatda bundan təəssüfünü bildirib.
    15.02.12 Məqaləni oxumaq
     
    İran prezidentinin mətbuat müşaviri 6 ay həbs cəzası alıb
    İran prezidenti Mahmud Əhmədinejadın mətbuat müşaviri 6 ay həbs cəzası alıb. “Fars” xəbər agentliyi Əli Əkbar Cavanfekrin nəyə görə həbs edildiyini dəqiqləşdirmir, ancaq prokurorluğun onu bir neçə məsələdə ittiham elədiyini xəbər verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Cavanfekr ali ruhani lider Ayətullah Xameneyini tənqid edəndən sonra tutulmuşdu. Bu həbsi prezident tərəfdarları ilə Xameneyi tərəfdarlarının hesablaşması kimi görürlər.
    14.02.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: ABŞ Türkiyənin rolunu anlayır
    ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün dövlət katibi Hillari Klintonla görüş keçirəcək. Vaşinqtonda ABŞ rəsmilərilə görüşlər çərçivəsində Davudoğlu müdafiə naziri Leon Panetta ilə danışıqlar aparacaq. Müzakirələrin diqqət mərkəzində Suriyada vəziyyət və İranın nüvə proqramı məsələlərinin olacağı gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, “Hürriyyət”ə açıqlamasında Türkiyə xarici işlər naziri ABŞ və Türkiyənin Suriya məsələsində eyni mövqeyə malik olduğunu və eyni dəyərləri bölüşdüyünü bildirib. O, Türkiyənin Suriya xalqının demokratiya tələblərini dəstəklədiyini deyib. Əhməd Davudoğlu Qərb ölkələrinin İranın nüvə proqramını dayandırması üçün təzyiqləri artırdığı vaxt Türkiyədə bunun yaratdığı təsirlərə toxunaraq, ölkəsinin məsələnin həllində fəal rol oynamağa hazır olduğunu bildirib. O, ABŞ-ın Türkiyənin İran probleminin həllində oynaya biləcəyi rolunu anladığını qeyd edib. Əhməd Davudoğlu Türkiyə ilə ABŞ arasında münasibətlərin bugünkü durumunu şərh edərək, iki ölkə arasında yüksək əməkdaşlıq səviyyəsini qeyd edib.
    14.02.12 Məqaləni oxumaq
     
    Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır
    ABŞ prezidenti Barak Obama 2013-cü il üçün təklif etdiyi federal büdcəni təsdiq edilmək üçün Konqresə göndərməyə hazırlaşır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ağ Ev vergilərin artırılması və xərclərin azaldılmasını nəzərdə tutan yeni büdcəni Amerikanın maliyyə problemlərinin həlli üçün balanslı yanaşma tərzi kimi qiymətləndirib. Prezident idarəsinin rəhbəri Ceykob Lyuinin bildirdiyinə görə, büdcə iqtisadiyyatın stimullaşdırılması, eyni zamanda federal defisitin azaldılması üçün uzun müddətli həll yolunun tapılması nəzərə alınaraq hazırlanıb. Lyui büdcədə qarşıda gələn 10 il ərzində zəngin amerikalılar üçün vergilərin artırılması və hökumət xərclərinin azaldılması yolu ilə büdcə defisitinin 4 trilyon dollar azaldılmasına nail olmaq kimi məqsəd qoyulduğunu xüsusi vurğulayıb. Bununla yanaşı, büdcəyə əsasən, sürətli şosse yollarının salınması və digər nəqliyyat layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin yaradılması kimi infrastruktura maliyyə qoyuluşları daxil edilməyib.
    13.02.12 Məqaləni oxumaq
     
    Putin AŞPA Seçki Monitorinq qrupunu qəbul etməyib
    Rusiyanın baş naziri Vladimir Putin AŞPA-nın Seçki Monitorinq qrupunu qəbul etməyib. Prezidentliyə namizəd Putin bunu iş qrafikinin sıxlığı ilə əlaqələndirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Montironq qrupu xəbər verib. Monitorinq qrupunun rəhbəri Tiny Kox deyib ki, “görüş Putinin planlarına uyğun olmayıb”. Kox əlavə edib ki, onlar prezidentliyə namizəd digər 4 nəfərlə görüşüblər və Putinin öz reklam kampaniyasını genişləndirmək üçün siyasi təzyiq göstərməsi ilə bağlı iddialar eşidiblər. Koxun sözlərinə görə, namizədlər baş nazir olan Putinin öz seçki kampaniyasında administrativ resurslardan istifadə etdiyindən şikayətləniblər.
    13.02.12 Məqaləni oxumaq
     
    Mahmud Abbas Netanyahuya şərtlərini göndərib
    Fələstin dövlət başçısı Mahmud Abbas yəhudi məskənlərinin inşaatı dayandırılmadığı təqdirdə İsraillə sülh müzakirələrinə başlamayacağını söyləyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Mahmud Abbas Ərəb Birliyinin Qahirədəki toplantısında İsrailin baş naziri Benyamin Netanyahuya müzakirələrə başlamağın şərtlərini ehtiva edən məktub göndərdiyini deyib. Fələstin lideri qeyd edib ki, məktuba mənfi cavab veriləcəyi təqdirdə BMT-də Fələstinin müstəqil dövlət kimi tanınması kampaniyası yenidən başladılacaq. Abbasın çıxışına reaksiya verən Netanyahu isə Fələstin liderinin sülhə arxa çevirdiyini söyləyib. Netanyahu Fələstin dövlət başçısını “Həmas”a ürəkdən bağlı olmaq və İranı dəstəkləməkdə ittiham edib.
    13.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30