Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Türkiyədə millət vəkilləri arasında dava düşüb
    Türkiyə parlamentində deputatlar arasında dava yaşanıb. Hadisə “Təhsildə 4+4+4” sisteminin müzakirələri vaxtı meydana gəlib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, təhsil komissiyasının iclasına əvvəldən gələn AKP-çilər zalda oturaraq toplantının başlamasını gözləyiblər. İclas zalına girən CHP millət vəkilləri isə oturmağa yer tapmayıb. CHP-çi deputat Məhərrəm İncə zalın işğal edildiyini deyib və tərəflər arasında qarşıdurma yaranıb. Millət vəkilləri arasında başlayan yumruqlaşma vaxtı CHP Sinop millət vəkili Engin Altay müvazinətini itirərək yerə yıxılıb. AKP millət vəkilləri yerə yıxılan Altayı təpikləyiblər.
    13.03.12 Məqaləni oxumaq
     
    İsrailin hava hücumları nəticəsində 3 fələstinli həlak olub
    İsrailin hərbi təyyarələrinin hücumu nəticəsində 3 fələstinli həlak olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, fələstinli həkimlərin bildirdiyinə görə, ölənlər arasında 1 yaraqlı, 60 yaşlı kişi və 12 yaşlı oğlan var. İsrail ordusu isə cənub bölgələrini raket atəşinə tutan yaraqlıların hədəfə alındığını bildirir. Cümə günündən bəri İsrailin hücumları nəticəsində 18 fələstinli öldürülüb. Onların əksəriyyəti “İslam Cihadı” və “Xalq Müqaviməti” hərəkatının üzvüdür. İsrailin baş naziri Benyamin Netanyahu fələstinli yaraqlılara hücumların baha başa gələcəyini və hava zərbələrinin ehtiyac duyulandək davam etdiriləcəyini bildirib. “İslam Cihadı” qrupunun lideri Xalid Batç bildirib ki, “sionist təcavüzü” davam etdirilənədək sakitlikdən söz gedə bilməz.
    13.03.12 Məqaləni oxumaq
     
    Sarkozi: “Seçkidə uduzsam, həyatımı tamamilə dəyişərəm”
    Fransa prezidenti Nikola Sarkozi aprel və mart aylarında keçiriləcək iki turdan ibarət prezident seçkilərində uduzacağı təqdirdə siyasətdən gedəcəyini açıqlayıb. “Seçkidə uduzsanız, siyasətdən gedəcəksinizmi” sualına cavab verən Sarkozu: “Bəli, seçkidə uduzsam, başqa işlə məşğul olaram” deyib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, ancaq Fransa prezidenti siyasətdən gedəcəyi təqdirdə nə işlə məşğul olacağını bilmədiyini söyləyib: “56 yaşındayam və 35 ildir siyasətlə məşğulam. Əsas peşəm vəkillikdir. Seçkidə uduzsam, həyatımı tamamilə dəyişərəm. Uduzsam, adımı bir daha eşitməzsiniz”. Qeyd edək ki, Fransadakı son sorğuların nəticələri Sarkozinin seçkidə uduzacağını göstərir.
    10.03.12 Məqaləni oxumaq
     
    Putin seçkilərdə üçüncü yeri tutan Proxorova vəzifə təklif edib
    Rusiyada 4 illik fasilədən sonra yenidən dövlət başçısı olan Vladimir Putin seçkilərdə üçüncü yeri tutan oliqarx Mixail Proxorova yeni hökumətdə vəzifə təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin Proxorovun ciddi və təşəbbüskar bir adam olduğunu, istəyərsə, yeni iqtidarda vəzifə tuta biləcəyini deyib. Seçkidə 7 faiz səs alaraq üçüncü yeri tutan Proxorovun bu təklifə reaksiyası məlum deyil. Proxorov seçkilərin nəticələri açıqlandıqdan sonra müxalifətin mitinqində iştirak etmiş, sosial şəbəkədə yaydığı mesajda isə bu qədər çox hiylə iddiası varkən seçkilərin ədalətli sayıla bilməyəcəyini demişdi.
    09.03.12 Məqaləni oxumaq
     
    Obama İranla müharibə çağırışlarını tənqid edir
    ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizədləri “boş danışmaqda” günahlandırıb. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, keçən il noyabr ayından sonra Ağ Evdə ilk mətbuat konfransı keçirən prezident respublikaçı rəqiblərinin İranla hərbi müdaxiləyə çağırmasını tənqid edib. ABŞ prezidentliyinə bəzi respublikaçı namizədlər xəbərdarlıq edib ki, Obamanın yenidən seçilməsi İranın nüvə silahları istehsal etməsini təmin edəcək. Obama ABŞ-ın İranla bağlı siyasətini müdafiə edərək, Tehranın presedenti olmayan sanksiyalarla qarşılaşdığını və İran hökumətinin təcrid edildiyini deyib. Lakin o, ABŞ və İsrail kəşfiyyatının İranla gərginliyin diplomatik yolla həll edilə biləcəyinə inandığını da xüsusi vurğulayıb. Bu gün habelə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya İranla dalana dirənmiş danışıqlara yenidən başlamaq haqda təkliflə çıxış edib. Lakin ABŞ prezidenti deyib ki, o, ilk danışıqlarda ciddi nəticə əldə ediləcəyinə inanmır və qeyd edib ki, beynəlxalq ictimaiyyət İranın danışıqlara nə dərəcədə ciddi yanaşdığı haqda tez bir zamanda təsəvvür əldə edəcək.
    08.03.12 Məqaləni oxumaq
     
    Nursultan Nazarbayev: Astana ATƏT-in seçkiləri müşahidə missiyasının fəaliyyətindən imtina edə bilər
    Nursultan Nazarbayev ATƏT-in fəaliyyətini kəskin tənqid edərək bəyan edib ki, Astana gələcəkdə qurumun seçkiləri müşahidə missiyasının fəaliyyətindən imtina edə bilər. “KƏLAMİNFO” «Nezavisimaya qazeta»ya istinadən xəbər verir ki, Qazaxıstan liderinin bu təşəbbüsü bir sıra ölkələrdə də dəstəklənə bilər: “Rusiyada bazar günü seçkilər keçirilib və təşkilat orada seçkilərin demokratik standartlara uyğun olmadığını bildirib. Türkmənistana isə ümumiyyətlə, missiya gəlməkdən imtina edib”.
    07.03.12 Məqaləni oxumaq
     
    Prezidentliyə namizəd mitinqlərdən imtinaya çağırdı
    Rusiyada keçirilən prezident seçkilərində məğlub olan “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov mitinqlərdən imtina etməyə çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Mironov bu bəyanatla martın 5-də keçirdiyi mətbuat konfransı zamanı “Rossiya 24” telekanalının canlı efirindən çıxış edib. Onun sözlərinə görə, seçkilərdə Vladimir Putinin qələbəsi aşkar görünür.
    06.03.12 Məqaləni oxumaq
     
    Sarkozi etiraz aksiyası ilə qarşılanıb
    Fransada apreldə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Seçki kampaniyası çərçivəsində ölkənin cənubundakı Bayon şəhərinə gedən prezident Nikola Sarkozi rəqib partiyanın tərəfdarlarının etiraz aksiyası ilə qarşılaşıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, aksiya zamanı Sarkozini itələyiblər və sıxışdırıblar. Sarkozi mühafizəçilərinin dəstəyilə zorla irəliləyərək bir bara sığınıb və qəzəbini ancaq burada dilə gətirə bilib: “Fransadayıq və Fransa prezidenti istədiyi hər yerə gedə bilər”. Sarkozi aksiyaya görə ittiham etdiyi rəqibi Fransua Ollandın tərəfdarlarının bu hərəkətlərlə onu dinləyən qrupu qorxutduğu üçün üzüldüyünü deyib. Belə kiçik qrupların kobud davranışlarından qorxmayacağını deyən prezident dəqiqələr boyu sığındığı bardan çıxa bilməyib. Qəzəbli nümayişçilər Sarkozinin sığındığı bara yumurta atıblar. Sarkozi ancaq polisin müdaxiləsiylə nümayişçilər dağıdıldıqdan sonra çıxa bilib.
    05.03.12 Məqaləni oxumaq
     
    NATO Əfqanıstandakı siyasətini dəyişməyəcək
    NATO ABŞ hərbçilərinə olan son hücumlara baxmayaraq, Əfqanıstandakı siyasətini dəyişməyəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı nümayəndəsi İvo Daalder məlumat verib. Əfqanıstanda NATO-nun Bagram hərbi bazasında Quran yandırılandan sonra ölkəni etiraz aksiyaları bürümüş, NATO hərbçilərinə hücumlar olmuşdu.
    03.03.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Putinə dedim ki, sizin üçün şərab tapılmayacaq”
    İki il sonra Gürcüstan şərabına olan tələbat ölkənin istehsal etdiyi şərabdan çox olacaq. «KƏLAMİNFO» «Novosti-Qruziya»ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Kvarelidə yeni xəstəxananın açılış mərasimində deyib. «Bizim şərab yeni bazarlar əldə edib və bu, bizim Rusiya embarqosuna qoyulan cavabdır» - deyə prezident vurğulayıb. “Embarqo tətbiq edilən il mən Peterburqda Putinlə görüşdüm və ona dedim ki, siz embarqo tətbiq etməklə səhv buraxdınız. Siz şərab istəyəndə və qadağa aradan götürülən zaman sizin üçün şərab tapılmayacaq. Çünki digər bazarlar kifayət edəcək» - deyə prezident vurğulayıb.
    29.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30