Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Klintondan İrana sərt xəbərdarlıq
    ABŞ dövlət katibi Hillari Klinton İrana qarşı diplomatiya yolunun sonsuzluğa qədər davam etməyəcəyini, bütün variantların masa üzərində olduğunu deyib. Klinton Tehranı nüvə proqramıyla bağlı narahatlıqlara cavab verməyə çağırıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, dövlət katibi diplomatik həll üçün zamanın məhdud olduğunu bildirərək Tehrandan dərhal müzakirələrə başlamasını istəyib. Tehranın mübahisəli nüvə silahı proqramıyla bağlı beynəlxalq birliyin narahatlıqlarına cavab verməyə başlamasının vacibliyini vurğulayan Klinton əks halda bu ölkəyə qarşı təzyiqlərin və izolyasiyanın davam edəcəyini söyləyib. O, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları gündəlikdə saxladığını, ancaq diplomatiya üçün bir pəncərənin açıq olduğunu da bildirib.
    06.04.12 Məqaləni oxumaq
     
    Levon Ter-Petrosyan ölkədə olmayan 700 min insanın seçici siyahılarına salınmasından narahatdır
    Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan ABŞ səfirinin ardınca bu dəfə Fransanın Ermənistandakı səfiri ilə görüşüb. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən xəbər verir ki, səfir Anri Renonun xahişi ilə o, qarşıdan gələn parlament seçkilərində qanunçuluğun necə təmin olunması və müşahidələri ilə bağlı fikirlərini bölüşüb. Levon Ter-Petrosyan xüsusən də səfirə ölkədə olmayan 700 min insanın seçici siyahılarına salınmasından narahatçılığını ifadə edib. O, xüsusilə qeyd edib ki, bu, hakimiyyətin əlində əsas saxtakarlıq resursudur.
    05.04.12 Məqaləni oxumaq
     
    BMT sosial şəbəkələrdə təcili yardım kampaniyaları başladıb
    Mərkəzi Afrikanın bəzi ölkələri qıtlıq böhranı ilə qarşı-qarşıya qalıb. 10 milyon insanın həyatı üçün təhlükə olacağını açıqlayan BMT bu böhranın qarşısını almaq üçün sosial şəbəkələrdə yardım kampaniyası başladıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər 8 Afrika ölkəsində 1 milyonu azyaşlı uşaq olmaqla 10 milyon insanın həyatı üçün təhlükə olacağı barədə xəbərdarlıq edir. BMT “Facebook” və “Twitter” kimi sosial şəbəkə saytlarında dünya səviyyəsində yardım kampaniyaları başladıb. BMT rəsmiləri gözlənilən böhran üçün 725 milyon dollara ehtiyac olduğunu bildirib.
    05.04.12 Məqaləni oxumaq
     
    Macarıstan parlamenti prezidentin istefasını qəbul edib
    Macarıstan parlamenti prezident Pal Şmittin istefasını qəbul edib. O, öz vəzifəsindən elmi dissertasiyasını yazarkən plagiata yol verməsi ittihamı ilə bağlı qalmaqalla əlaqədar gedib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 6 deputat bitərəf qalmaqla, 338 deputat prezidentin istefasının lehinə, 5 deputat əleyhinə səs verib. Macarıstanın dövlət başçısı vəzifəsini müvəqqəti olaraq Macarıstan Dövlət Məclisinin (parlament) sədri Laslo Kyover icra edəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    Çavesin 7 aylıq ömrü qalıb
    Venesuella prezidenti Uqo Çaves yenidən Kubaya qayıdıb. O, Havanaya xərçəngdən müalicə olunmaq üçün yollanıb. Bu, sayca yeddinci səfərdir. Həkim Xose Rafael Markinanın sözlərinə görə, Çavesin 6-7 aylıq ömrü qalıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Venesuella lideri uzun illərdir bağırsaq xərçəngindən əziyyət çəkir.
    03.04.12 Məqaləni oxumaq
     
    Hondurasda həbsxanadakı yanğında azı 13 adam ölüb
    Hondurasın şimalında San-Pedro Sul şəhərindəki həbsxanada yanğın olub. Yanğın nəticəsində azı 13 adam ölüb. Yanğın həbsxanada məhbuslar arasında qarşıdurmadan sonra baş verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Hondurasın təhlükəsizlik naziri Pampeo Bonilla bildirib ki, baş verən hadisə ölkə həbsxanalarındakı ağır vəziyyətin göstəricisidir. Bir ay əvvəl başqa bir şəhərdə Komayagua həbsxanasındakı yanğın nəticəsində 360 adam ölmüşdü.
    01.04.12 Məqaləni oxumaq
     
    ABŞ dünyanın ən böyük kəşfiyyat mərkəzini qurur
    ABŞ dünyanın ən böyük kəşfiyyat mərkəzini qurur. Utah ştatında çölün ortasında bütün dünyanı dinləyə biləcək nəhəng dinləmə və kəşfiyyat mərkəzi yaradılır. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, 2004-cü ildə inşaatına başlanan təsis 2 milyard dollara başa gələcək və gələn ilin sentyabr ayında fəaliyyətə hazır olacaq. Bu sistemlə dünyada telefon və internetdən keçən bütün məlumatlar yoxlanıla biləcək. Toplanan məlumatların analizi üçün xüsusi şifrə qırma qrupları yaradılıb. İndiyə qədər mərkəzdə toplanan məlumatların 5 ekstabayt olduğu düşünülür. Yeni mərkəzdə əməliyyatlar "milyon eksabayt" mənasına gələn "yootobit" vahidləriylə həyata keçiriləcək. ABŞ kəşfiyyat qurumlarını məlumatla təmin edəcək mərkəzdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Yalnız görüntülü təhlükəsizlik sisteminin 10 milyon dollara başa gəldiyi, illik enerji xərclərinin isə 40 milyon dollar olduğu bildirilir.
    31.03.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Türkiyə-İran əlaqələri son dərəcə yaxşı səviyyədədir”
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə və İran arasındakı münasibətlərin iki qonşu dövlət arasındakı əlaqədən daha irəlidə, son dərəcə yaxşı səviyyədə olduğunu deyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə İranda olan Davudoğlu Tehrandakı Yunis Əmrə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib. Davudoğlu Türkiyə və İran sərhədinin sülh sərhədi olduğunu deyib: “Tarixdə çox az millət, çox az ölkə Türkiyə və İran qədər iç-içə keçən, bir-birinə təsir etmiş ortaq keçmişə sahibdir. Bu gün də Türkiyə-İran əlaqələri son dərəcə yaxşı səviyyədədir və siyasi cəhətdən yaxşı olan bu əlaqələr Yunis Əmrə Vəqfinin varlığıyla mədəni baxımdan da dərinlik qazanacaq. Türkcə bu torpaqlarda nə qədər köklüdürsə, farsca da bizim ədəbiyyatımızda, mədəniyyətimizdə o qədər köklüdür. Bunları yenidən qovuşduracağıq”.
    30.03.12 Məqaləni oxumaq
     
    Putinin inauqurasiyası 897 min dollara başa gələcək
    Rusiyanın yeni prezidenti seçilmiş Vladimir Putinin inauqurasiya mərasimi ilə bağlı keçiriləcək qəbul büdcəyə 897 min dollara başa gələcək. Qəbul təqribən 1000 nəfərə hesablanıb, qonaqlara təqdim ediləcək təamlar isə ənənəvi rus mətbəxindən olacaq. Qonaqlara Rusiya istehsallı “Kremlin” arağı, “Pinot Aligote Selection Chateau le Grand Vostok” 2009 ağ çaxırı və “Abrau-Dörso” 2008 şampan şərabı təqdim ediləcək. «KƏLAMİNFO» «RBK daily»yə istinadən xəbər verir ki, Putinin sevimli yeməyi «çarskaya uxa»da hazırlanacaq. Bir çox rusiyalı ekspert qeyd edir ki, qəbul üçün göstərilən məbləğ (bir nəfər üçün 13 min rubl) iki dəfə şişirdilib.
    29.03.12 Məqaləni oxumaq
     
    ABŞ-da daha bir erməni cinayətkar dəstə aşkar edilib
    ABŞ-da içərilərində ermənilərin olduğu cinayətkar qrup aşkarlanıb. Dörd erməni bank fırıldağı və şəxsi məlumatlar oğurluğunda ittiham olunur. Bu məlumatı ABŞ Federal Prokurorluğu yayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, “Associated Press” agentliyi bunu Kaliforniya ştatı tarixində ən iri cinayətlərdən biri adlandırır.
    33 yaşlı Arman Şaropetrosyan, 39 yaşlı Karen Markosyan, 28 yaşlı Artuş Marqaryan və 28 yaşlı Kristina Ohancanyan hər biri ağır cinayət üçün 30 ilədək azadlıqdan məhrum edilə bilərlər. Məsələn, bir sıra maddələr üzrə ittiham olunan Arman Şaropetrosyan ümumən 164 il müddətinə məhkum edilə bilər. Qrupun başçısı Arman Şaropetrosyan olub. Baş prokurorun müavini Lenny Broyerə istinadən “Washington Post” qəzeti xəbər verir ki, 6 il ərzində cinayətkar qrup 10 milyard dollardan çox pul mənimsəyib. Bandanın əsas üzvlərindən başqa, cinayət işi üzrə 20 adam ittiham olunur.
    28.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30