Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Obama narkotikin leqallaşdırılmasına qarşıdır
    Amerika Dövlətləri Təşkilatının (ADT) Kolumbiyada keçirilən sammitində iştirakçılar gələn il Kubanın da sammitə qatılacağına ümidlə yanaşdıqlarını bildiriblər. ABŞ və Kanada Kubanın təşkilata yenidən üzv olmasına qarşı çıxırlar. Kuba 1959-cu il inqilabından sonra ADT-dən xaric edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Ekvador prezidenti Rafael Korrea Kuba ilə həmrəylik olaraq sammiti boykot edib. Həmçinin Venesuela və Nikaraqua prezidentləri sammitə qatılmayıblar. Narkobiznesə qarşı silahlı mübarizənin effektli olmadığını deyən Kolumbiya prezidenti Juan Manuel Santos başqa yollar axtarmağa çağırıb. Bəzi Latın Amerikası ölkələri narkotikin leqallaşdırılmasını təkid edirlər. ABŞ prezidenti Barak Obama isə bunun yolverilməz olduğunu deyib.
    17.04.12 Məqaləni oxumaq
     
    Rusiyalılar silah gəzdirməyin leqallaşdırılmasını tələb edirlər
    Rusiyanın müxtəlif şəhərlərində tapança gəzdirilməsinin leqallaşdırılması tələbi ilə aksiyalar keçirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, aksiyaçılar bütün arzu edilənlərə bu cür haqq verilməsini tələb edirlər. Bu tələblə bazar günü Moskva, Sankt-Peterburq, Novosibirsk, Saratov, Volqoqrad, Yekaterinburq və digər şəhərlərdə aksiyalar keçirilib. Aksiyanı “Silah hüququ” adlı təşkilat təşkil edib. Təşkilat 1917-ci ilədək Rusiyada mövcud olmuş bu hüququn bərpasını tələb edir.
    16.04.12 Məqaləni oxumaq
     
    Mübarək rejimindəki vəzifəli şəxslər siyasətlə məşğul olmayacaq
    Misir parlamenti Hüsnü Mübarək rejimində yüksək vəzifə tutmuş şəxslərin 10 il siyasətlə məşğul olmasını qadağan edib. Qanun 2001-ci ildən 2011-ci ilin fevralına qədər yüksək post tutmuş şəxslərə şamil olunacaq. Qanun Ali Hərbi Şuranın razılığından sonra qüvvəyə minə bilər. Bunun Hüsnü Mübarək rejimində vitse-prezident postu tutmuş Ömər Süleymanın prezident seçkisində iştirakına imkan verməmək məqsədi daşıdığı bildirilir. Misirdə prezident seçkisi mayın 23-24-də keçiriləcək.
    14.04.12 Məqaləni oxumaq
     
    Türkiyə xarici təmsilçiliklərinə ədliyyə attaşesi göndərəcək
    Türkiyənin hüquq dövləti imicini gücləndirmək üçün xarici təmsilçiliklərə ədliyyə attaşesi göndəriləcək. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər və Ədliyyə nazirlikləri arasında müvafiq protokol imzalanıb. Protokola görə, Türkiyənin xarici nümayəndəliklərində ədliyyə attaşeləri də fəaliyyət göstərəcək. Onların vəzifəsi xaricdəki Türkiyə vətəndaşlarının hüquqi problemləriylə məşğul olmaq olacaq. Türkiyənin təmsil edildiyi BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara attaşe olaraq hakimlər və prokurorlar göndəriləcək.
    13.04.12 Məqaləni oxumaq
     
    Fransada prezident seçkiləri kampaniyası rəsmən start götürüb
    Fransada rəsmən prezident seçkiləri kampaniyası start götürüb. Hesablamalara görə, seçkilər 228 mln. avroya başa gələcək. Bu vəsaitin 114,5 mln-nu dövlət verəcək. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, namizədlərdən hər biri öz kampaniyasına birinci turda 16,851 mln. dollar sərf edə bilər. Mayın 6-da keçirilə biləcək ikinci turda isə 22 mln. vəsait sərf oluna bilər. Məlumat üçün bildirək ki, yəhudi məktəblilərinə atəş açmış Məhəmməd Meriyə qarşı keçirilən əməliyyatdan sonra prezident Nikola Sarkozinin nüfuzu artıb. Nəticədə sosialist rəqibi Fransua Ollandla onun reytinqi bərabərləşib - 28 faiz. Çox güman ki, «Tuluza qatili» kimi hadisələr ortaya çıxmasa, kəskin fərq yaranmayacaq. Qəzet yazır ki, ilk baxışdan hiyləgər təsir bağışlayan bu əməliyyatı Sarkozinin seçkiqabağı addımı kimi düşünənlər yanıla da bilərlər.
    12.04.12 Məqaləni oxumaq
     
    ABŞ Şimali Koreyanı fəzaya raket göndərməkdən imtinaya çağırıb
    ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreyanı fəzaya ballistik raket göndərməkdən əl çəkməyə çağırıb. O bildirib ki, əgər Şimali Koreya “sülh şəraitində gələcək” istəyirsə, bundan imtina etməlidir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Pxenyan bu günlərdə Şimali Koreyanın qurucusu Kim İr Senin 100 illiyi ilə bağlı fəzaya ballistik raket göndərməyi planlaşdırır. ABŞ və onun müttəfiqləri hesab edirlər ki, bu, nüvə başlığı daşıyan ballistik raketin sınağı ola bilər.
    11.04.12 Məqaləni oxumaq
     
    Ərdoğandan yeni Suriya açıqlaması
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT-nin təcili şəkildə Suriya böhranına müdaxilə etməli və yeni plan hazırlamalı olduğunu deyib. O, Türkiyə-Suriya sərhədində baş verənlərin açıq-aydın sərhəd pozuntusu olduğunu və Türkiyənin lazımi addımları atacağını söyləyib. Ərdoğan deyib ki, başqa ölkələr sərhədləri pozulduğu zaman nə edirlərsə, Türkiyə də ən sonda onu edəcək: “Bu bizə beynəlxalq hüququn verdiyi bir haqdır. İndiyə qədər biz 25 min insanı qəbul etmişik, edəcəyik. Bu rəqəm haraya qədər artacaq? 100 min, yoxsa daha çox olacaq? Nə qədər olsa belə biz qapıları bağlaya bilmərik. Müxtəlif televiziya kanallarında bu insanların necə qaçdığını görürsünüz. Hər halda bu insanlar keflərindən qaçmırlar. Onlar ölümdən qaçırlar. Siz bu insanların üzünə qapıları bağlaya bilməzsiniz. Bağladığınız zaman onları iki arada tosta çevirərsiniz. Belə bir şey olmaz. Biz bu insanları qəbul edirik, onlar qaçan insanları qadın-uşaq demədən arxadan vururlar”.
    11.04.12 Məqaləni oxumaq
     
    Vaşinqton Türkiyə-Suriya sərhədində baş verənləri pisləyib
    Vaşinqton Türkiyə-Suriya sərhədində baş verən olayları pisləyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Bəşər Əsədə bağlı hərbi qüvvələrin Türkiyəyə sığınan qaçqınlara atəş açmasının kəskin şəkildə qınandığı bildirilib. Ağ Ev rəsmisi Cey Karni Türkiyə rəsmiləriylə sıx əlaqə saxladıqlarını deyib: “ Suriya rejiminin sərhəd ölkələrdəki qaçqınlara bütün hücumlarını qınayırıq və bu gün gələn xəbərlərdən qəzəbləndiyimizi ifadə edirik. Türkiyənin Suriya rejiminə dərhal atəşi kəsməklə bağlı çağırışını dəstəkləyirik”.
    10.04.12 Məqaləni oxumaq
     
    Pentaqon şefi rəhbəri olduğu qurumun aviaparkını şəxsi məqsədləri üçün istifadə edib
    Pentaqon şefi Leon Panetta rəhbəri olduğu qurumun aviaparkını öz şəxsi məqsədləri üçün istifadə edib. «KƏLAMİNFO» «Qazeta.ru»ya istinadən xəbər verir ki, bu isə ABŞ Müdafiə Nazirliyinə 1 mln. dollara başa gəlib. Məlumata görə, belə çox vəsaitin yığılmasına səbəb onun Kaliforniyanın şimalına tez-tez səfər etməsi olub. Orada onun ailəsi qalır. Pentaqon şefi statusuna görə, başqa cür səyahət edə bilmir. Buna baxmayaraq, o, ABŞ büdcəsinə dəyən zərəri ödəməyə hazır olduğunu bildirib. Qəbul edilən ümumi qaydalara görə, belə olan halda Pentaqonun öz rəhbərindən ala biləcəyi vəsait 17 min dolları keçməyəcək.
    10.04.12 Məqaləni oxumaq
     
    Misirin keçmiş vitse-prezidenti prezidentlik uğrunda mübarizəyə qoşulur
    Misirin keçmiş vitse-prezidenti və xüsusi xidmətin rəhbəri Ömər Süleyman mayda keçiriləcək prezident seçkisində mübarizə aparmaq üçün sənəd təqdim edib. 74 yaşlı Süleyman seçkidə iştirak etməsi barədə yalnız cümə günü məlumat verib və bunun üçün lazım olan 30 min imzanı son 2 gündə toplaya bilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Hüsnü Mübarəkin devrilməsinə az qalmış vitse-prezident təyin edilmişdi. Bundan sonra isə hakimiyyət kütləvi etirazlar nəticəsində Ali Hərbi Şuraya keçdi və Ömər siyasi səhnədən getməli oldu. Müşahidəçilər hesab edir ki, dünyəvilik tərəfdarı olan siyasi partiyalar seçkidə onun tərəfini saxlaya bilərlər.
    09.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30