Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    Davudoğlu: "İsraili heç bir zəmində tərəfdaş ölkə kimi görmürük"
    Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu yaxın günlərdə keçiriləcək NATO toplantısında İsrailin də iştirak etmək istədiyi, ancaq Türkiyənin buna veto qoyduğuna dair iddialara cavab verib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Davudoğlu Türkiyənin İsraili heç bir zəmində tərəfdaş kimi görmədiklərini deyib: “Biz “Mavi Mərmərə” hadisəsi və ondan sonrakı proseslərə görə İsraili heç bir zəmində ortaq kimi görmürük. NATO prinsipləri baxımından da yanaşdığımız zaman İsrail vətəndaşlarımızı beynəlxalq sularda sistemli ordu tərəfindən qətlə yetirib. İsrail özünün xoş niyyətini Türkiyəyə göstərəcək şəkildə nümayişi etdirmədiyi, hörmətli baş nazirimiz və hökumətimiz tərəfindən irəli sürülən tələbləri yerinə yetirmədiyi müddətcə bizim tərəfimizdən əməkdaşlığa uyğun ölkə kimi dəyərləndirilə bilməz”.
    25.04.12 Məqaləni oxumaq
     
    Suriyada zorakılıqlar davam edir
    Suriyanın ayrı-ayrı şəhərlərində hələ də hökumət qoşunları və hərbi texnika qalır. Bunu Suriyadan çəkilmiş peyk görüntüləri göstərir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın mətbuat katibi Əhməd Fauzi məlumat verib. Suriyanın Homs şəhərindən yeni zorakılıqlarla bağlı məlumatlar yayılıb. Elə həmin gün Suriyanın rəsmi informasiya agentlikləri Dəməşqdə Bəşər Əsəd əleyhdarlarının dövlət idarələrində işləyən 3 şəxsi öldürməsi haqda xəbər yayıb.
    25.04.12 Məqaləni oxumaq
     
    ABŞ-ın müdafiə naziri: Kolumbiya Latın Amerikası ölkələrində narkotiklərlə mübarizəyə liderlik edir
    ABŞ-ın müdafiə naziri Leon Panetta bir zamanlar narkotik müharibələrindən sarsılan Kolumbiyanın indi Latın Amerikası ölkələrində narkotiklərə qarşı mübarizəyə liderlik etdiyini bildirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir bu sözləri bir həftəlik Cənubi Amerika səfərinin ilk dayanacağı olan Boqotada deyib. Leon Panetta Kolumbiya prezidenti Huan Manuel Santosla görüşüb, Cənubi Amerika qüvvələrinin yerləşdiyi hərbi hava bazasını ziyarət edib. ABŞ-ın müdafiə naziri səfəri çərçivəsində Braziliya və Çilidə də olacaq.
    25.04.12 Məqaləni oxumaq
     
    Putin Medvedyevə “Vahid Rusiya”ya sədrliyi təklif etdi
    Rusiyanın baş naziri Vladimir Putin dövlət başçısı Dmitri Medvedyevə “Vahid Rusiya” Partiyasının sədri postunu təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin mayın 7-də keçiriləcək andiçmə mərasimindən sonra partiyaya rəhbəri səlahiyyətlərini təhvil verəcəyini bildirib: “Bizim siyasi təcrübədə prezident partiya fövqündə duran bir fiqur hesab olunur. Ona görə də partiya rəhbərliyindən və üzvlərindən mayın ikinci yarısında növbədənkənar qurultay çağırmağı xahiş edəcəm. Dmitri Medvedyev əvvəllər Vahid Rusiya Partiyasına başçılıq edib. Onu baş nazir postuna namizəd irəli sürəcəm. Onun həm də partiyaya rəhbərlik etməsi düzgün olardı”.
    25.04.12 Məqaləni oxumaq
     
    ABŞ-ın Ermənistandakı səfiri genosid sözünü dilə gətirməyib
    ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yenə ermənilərin arzusunu ürəyində qoyub. Belə ki, bu gün ermənilərin qondarma soyqırımı abidəsi önündə erməni jurnalistlərin suallarını cavablandıran səfir bildirib ki, « ermənilərin qətliamının qurbanlarının xatirəsini yad etməyə gəlib». “KƏLAMİNFO” “PanArmenian”a istinadən xəbər verir ki, bu zaman o, genosid sözünü dilinə gətirməyib.
    25.04.12 Məqaləni oxumaq
     
    BMT: Suriya hökuməti müşahidəçilərin sərbəst hərəkətini təmin etməlidir
    BMT-nin baş katibi Pan Ki-Mun Suriya hökumətinin atəşkəsə əməl olunmasını monitorinq etmək üçün ölkəyə gələn beynəlxalq müşahidəçilərin hərəkət azadlığı və təhlükəsizliyinə cavabdeh olduqlarını bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, atəşkəsin çox kövrək olduğunu, ancaq dialoqun başlanması üçün vacibliyini də fikirlərinə əlavə edib. Baş katib müxalifət qüvvələrinin də buna əməl etməli olduğunu deyib. Aprelin 12-dən bəzi şəhərlərdə ara-sıra döyüşlər getsə də, ümumilikdə atəşkəs rejimi qüvvəyə minib.
    18.04.12 Məqaləni oxumaq
     
    Avropa insan haqları məhkəməsi Rusiyadan Katın qırğını ilə bağlı sənədləri ala bilməyib
    Avropa İnsan haqları məhkəməsi bildirib ki, Rusiyanın İkinci Dünya müharibəsi vaxtı polyak zabitlərinin güllələnməsi hadisəsini tam araşdırıb-araşdırmaması haqda qərar verə bilməz. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, məhkəmə bildirir ki, Rusiya tərəfdən əhəmiyyətli sənədləri ala bilmədiyinə görə qərar vermək iqtidarında deyil.

    Qeyd edək ki, 15 polşalı məhkəməyə müraciət etmişdi ki, Rusiya araşdırmanı tam aparmayıb. 1940-cı ildə Katın meşəsində SSRİ-nin məxfi xidməti 22000 polyak zabitini və ziyalısını öldürüb.
    18.04.12 Məqaləni oxumaq
     
    Sarkozi: Fransanı solların hücumlarından xilas edin
    Fransada prezident seçkilərinin birinci turuna bir həftə qalmış seçkilərin favoriti Nikola Sarkozi və Fransua Olland Parisdə çoxminlik mitinqlər keçiriblər. “KƏLAMİNFO” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Sarkozi öz çıxışında seçiciləri ölkəni solların hücumlarından xilas etməyə çağırıb. Keçirilən rəy sorğularının nəticələrinə görə, Sarkozidən əhalinin 64 faiz narazıdır. Hələ indiyə qədər Beşinci Respublikanın heç bir prezidenti bu qədər aşağı reytinqə malik olmayıb. O ki qaldı Ollanda, bu barədə dəqiq rəqəm yoxdur. Lakin o, bu seçki kampaniyasının ən parlaq nümayəndəsidir.
    17.04.12 Məqaləni oxumaq
     
    İran Milli Bankı kart sahiblərini PIN kodlarını dəyişdirməyə çağırır
    İran Mərkəzi Bankı ölkədəki bütün kredit və debit kart sahiblərini öz PİN kodlarını dəyişdirməyə çağırıb. Bankın bəyanatı ölkədəki 3 milyon kart sahibindən bəzilərinin kartlarının yarılması haqda media məlumatlarından sonra verilib. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, həmin məlumatlara görə, hesabları yaran Kosro Zare adlı keçmiş bank mütəxəssisidir. O, İranı artıq tərk edib. Zare öz bloqunda yazıb ki, İranın bank sisteminin necə həssas olduğunu  göstərmək üçün kartları yarıb. Milli Bankın bu məlumatlara birinci reaksiyası belə idi ki, İranın bank sisteminə təhlükə ciddi deyil.
    17.04.12 Məqaləni oxumaq
     
    Türkiyənin 10 ölkədəki səfiri dəyişdi
    Türkiyənin 10 ölkədəki səfirinin dəyişməsinə dair qərar qüvvəyə minib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi qəzetdə dərc olunan Nazirlər Kabinetinin qərarına görə, Türkiyənin Dünya Ticarət Təşkilatındakı daimi təmsilçisi vəzifəsinə Səlim Kuneralp gətirilib. Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç Yaponiya, İsmayıl Alper Coşqun Azərbaycan, Məhmət Niyazi Tanılır Çernoqoriya, Zeynəb Sibel Alqan Seneqal, Ümid Yalçın Küveyt, Əli Əhməd Acet Meksika, Rəha Kəskintəpə Avstraliya, Kərəm Əhməd Qıratlı Oman, Damşa Yeşim Say Yeni Zelandiya, Uğur Arıner isə Mərakeş səfiri vəzifəsinə təyin edilib. 10 ölkədəki əvvəlki səfirlər isə mərkəzə çağırılıb.
    17.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30