Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Putin and içib
    Bu gün Vladimir Putin ölkənin yeni prezidenti kimi and içib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, mərasimdə 3 minə qədər qonaq iştirak edib. Onların arasında Rusiya Federasiyası Şurasının üzvləri, millət vəkilləri, Ali və Konstitusiya məhkəməsinin hakimləri var. Mərasim televiziya ilə canlı yayımlanıb.
    07.05.12 Məqaləni oxumaq
     
    Ermənistanda parlament seçkisinin qalibi Respublikaçılar Partiyası olub
    “Exit-pollar”ın ilkin nəticəsinə görə Ermənistanda bazar günü keçirilən parlament seçkisinin qalibi 44.44 faiz səslə hakim Respublikaçılar Partiyası olub. “Gallup” beynəlxalq sorğu mərkəzinin apardığı “exit-poll”a görə seçkidə ikinci yeri 28.81 faiz səslə hakim partiyanın koalisiya ortağı olan partiya tutub. “KƏLAMİNFO” “News.am”a istinadən xəbər verir ki, bu “exit-poll”a görə keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi də parlamentdə mandatlara sahib olub.
    Keçmiş prezident Levon Ter-Petrosyan isə deyir ki, bir neçə müxalifət partiyasının yaratdığı birgə qərargah seçkidə çox sayda qanun pozuntuları aşkar edib. Onun sözlərinə görə, birləşmiş qərargah bütün qanuni vasitələrdən istifadə edərək bu pozuntuların aradan qaldırılmasına çalışacaq. 2008-ci ilin prezident seçkisindən sonrakı kimi yenə də toqquşmalar ola bilərmi sualına cavabında keçmiş prezident deyib: “O zaman biz ölkənin qanunları və Konstitusiyasına uyğun olaraq mitinq təyin etmişdik. Amma toqquşmanı hökumət təşkil etmişdi”.
    07.05.12 Məqaləni oxumaq
     
    Ərdoğandan Sarkozinin gedişiylə bağlı ilk açıqlama
    Sloveniyaya gedən baş nazir Rəcəb Tayyib Ərdoğan hava limanında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ərdoğan Fransadakı seçkilərə münasibət bildirib və bu nəticələrin gözlənilən olduğunu deyib: “Çox mühüm olan şey son ictimai rəy sorğularının nəticələrinin eynilə təsdiqlənməsidir. Bu, çox ciddi uğurdur. Araşdırma tamamilə doğru çıxdı”. Baş nazir Sarkozinin bundan sonra edəcəyi bir şeyin olmadığını söyləyib: “Hər halda tətilə çıxacaq. Çünki özünün verdiyi söz də bu idi ki, siyasətə davam etməyəcək”.
    Ərdoğan Fransadakı yeni dövrün Türkiyə-Fransa əlaqələri baxımından fərqli olmasını, həmrəyliyə yönəlməsini istədiyini deyib: “Yoxsa seçki meydanlarında populist mesajlar bu iqtidarın addımlarında əksini tapacaqsa, bu, Türkiyə-Fransa əlaqələrinə də mənfi təsir edə bilər. Ümid edirəm ki, o mesajlar meydanlarda qalar”.
    07.05.12 Məqaləni oxumaq
     
    Fransanın yeni prezidenti Fransua Olland oldu
    Fransada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. Seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransua Olland olub. “KƏLAMİNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb.
    Qeyd edək ki, Fransanın yeni prezidenti Fransua Olland 1954-cü ildə Fransanın Rouen şəhərində doğulub, siyasi elmlər üzrə təhsil alıb. O, 1979-cu ildə Sosialist Partiyasına üzv olub, 1997-2008-ci illərdə isə bu partiyanın sədrinin birinci müavini kimi fəaliyyət göstərib. 1988-93, 1997-ci illərdə millət vəkili, 2001-2008-ci illərdə isə Tulledə bələdiyyə sədri seçilib.
    07.05.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Şevardnadze ölkəyə o qədər borc qoyub gedib ki...”
    Eduard Şevardnadze ölkəyə o qədər borc qoyub gedib ki, hələ də Gürcüstanı beynəlxalq məhkəmələrə cəlb edirlər. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. Onun sözlərinə görə, yeni hökumətin cəhdlərinə baxmayaraq, ölkə köhnə hökumətin və onun ailə üzvlərinin borclarından yaxa qurtara bilməyib: «Şevardnadze hələ də bizə ağıl öyrədir. Biz nəinki onun tərəfindən başladılan dağıntının qarşısını dayandırdıq, həm də yenidənqurma işlərinə başladıq».
    05.05.12 Məqaləni oxumaq
     
    Levon Ter-Petrosyan: “Köçəryan izolə edilmiş bir yırtıcıdır”
    “Robert Köçəryanın hakimiyyət orqanlarının ünvanına səsləndirdiyi sərt tənqidlər Serj Sarksiyana arxadan vurulan zərbədən başqa bir şey deyil”. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Robert Köçəryanın fikirlərinə münasibət bildirərkən deyib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin mitinqində çıxış edən Petrosyan əsas diqqəti Köçəryanın müsahibəsinə yönəldib. «Seçkilərə üç gün qalmış verilən bu müsahibə Sarkisyanın kürəyinə vurulan bir bıçaq zərbəsidir. Lakin bu müsahibə narahatçılıq doğurmamalıdır. Köçəryan izolə edilmiş bir yırtıcıdır. Bütün bunlar göstərir ki, rejim içindən çürüyüb və çox tezliklə özünü-özünü didib parçalayacaq» - deyə o bildirib.
    04.05.12 Məqaləni oxumaq
     
    Misirdə aksiyaçılara hücum olub, azı 5 adam ölüb
    Qahirədə Müdafiə Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası iştirakçılarına hücum olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, azı 5 adam ölüb, 50-dən çox adam yaralanıb. Bu haqda yerli fəallar və tibb işçiləri məlumat verib. Aksiya iştirakçılarının çoxu seçkilərdə iştirakı qadağan edilmiş sələfi namizəd Hazim abu İsmayılın tərəfdarları olub. Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra ilk dəfə olaraq prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparacaq. Seçki mayın 23-24-də olacaq. İlk mərhələdə namizədlər 50 faizdən çox səs toplaya bilməsə, iyunun 16-17-də seçkinin ikinci mərhələsi keçiriləcək.
    03.05.12 Məqaləni oxumaq
     
    Sarkozi: “Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur”
    Fransada prezidentliyə namizəd Nikola Sarkozi Parisdə mitinq keçirib. O bildirib ki, insanların bir araya gələrək nümayiş keçirməsi kiməsə qarşı etiraz aksiyası kimi anlaşılmamalıdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Sarkozinin sözlərinə görə, nə onun, nə də tərəfdarlarını düşməni yoxdur. “Bütün Fransa xalqı birləşməli, həmrəy olmalıdır. Fransa dövləti zəifləyərsə, ölkənin gələcək rifahı, işçilərin işlə təminatı üçün heç bir zəmanət olmayacaq. Odur ki, güvəndiyiniz işçiyə xidmət edin. Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur. Qəlbimizdə vahid Fransa var. 3 gündən sonra hər kəs anlayacaq ki, onlar əslində hər hansı bir namizədə deyil, öz gələcəklərinə, uşaqlarının və ölkənin gələcəyinə səs verirlər. Yaşasın respublika, yaşasın Fransa” - deyə Sarkozi fikrini ifadə edib.
    03.05.12 Məqaləni oxumaq
     
    Vardan Oskanyan: “Ermənistanda mətbuat azad deyilsə, onda hansı demokratiyadan söhbət gedə bilər”
    Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “Facebook” sosial şəbəkəsi vasitəsilə müraciət edib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, o, müraciətində Ermənistanda mətbuatın azad olmadığı barədə beynəlxalq təşkilatların hesabatından dərin təəssüf hissi keçirdiyini və ölkəsinin Anqola və Pakistan arasında yerləşməsindən narahatçılığını ifadə edib: “Əgər Ermənistanda mətbuat azad deyilsə, onda hansı demokratiyadan söhbət gedə bilər”.
    02.05.12 Məqaləni oxumaq
     
    Obama: “Məqsədimiz “Əl-Qaidə”ni tamamilə məhv etməkdir”
    ABŞ prezidenti Barak Obama Əfqanıstana səfər edib. Səfər “Əl-Qaidə” lideri Üsamə Bin Ladenin öldürülməsinin birinci ildönümünə təsadüf edir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Obama NATO-nun döyüş qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra strateji əməkdaşlıq razılığı imzalayıb. Görüşdən sonra ABŞ dövlət başçısı Amerika xalqına müraciət edib. Prezident deyib ki, “bizim məqsədimiz “Əl-Qaidə”ni tamamilə məhv etməkdir. Biz Əfqanıstan müharibəsini başa vurmaq üzrəyik. 2014-cü ildə koalisiya qüvvələrini Əfqanıstanı tərk etməsindən sonra Əfqanıstanın təhlükəsizlik qüvvələri məsuliyyəti öz üzərinə götürəcək. Biz Əfqanıstanda müstəqil fəaliyyət göstərməyə qadir olan bir orduya nail olmuşuq”. Barak Obamanın Əfqanıstan səfəri 7 saat sürüb.
    02.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30