Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Putinin səfər edəcəyi ilk ölkə Belarus olacaq
    Rusiya prezidenti Vladimir Putinin səfər edəcəyi ilk ölkə Belarus olacaq. “KƏLAMİNFO” “Lenta.ru”a istinadən xəbər verir ki, hazırda Putin Belarus və Qazaxıstan arasında seçim edir.
    Qeyd edək ki, Putinin ilk səfər edəcəyi ölkə ABŞ olmalı idi. Prezident “Böyük səkkizliy”in Çikaqoda keçiriləcək sammitinə getməli ili. Lakin o, sonda öz yerinə baş nazir Medvedyevi göndərmək qərarına gəldi.
    14.05.12 Məqaləni oxumaq
     
    Serbiya müxalifəti seçkinin saxtalaşdırıldığını deyir
    Serbiyada müxalifətdə olan Tərəqqipərvər Partiyasının lideri Tomislav Nikoliç rəqibi Boris Tadiçi mayın 6-da keçirilmiş prezident seçkilərini saxtalaşdırmaqda ittiham edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, söhbət əlavə bülletenlərin çapından gedir. Mayın 20-də keçiriləcək prezident seçkisinin ikinci mərhələsində Nikoliçlə Tadiç mübarizə aparacaq. Nikoliçin partiyası həm də mayın 6-da keçirilmiş parlament seçkisində liderlik etsə də, təkbaşına hökumət yarada bilmir. Boris Tadiçin Demokrat Partiyası sosialistlərlə koalisyon hökumət yaratmaq razılığına gəliblər.
    11.05.12 Məqaləni oxumaq
     
    İT şirkətlər Amerikada öndədir
    “Apple” ən böyük Amerika şirkətlərinin reytinqində 17-ci mövqedə yerləşib. “KƏLAMİNFO” “ICTnews”a istinadən xəbər verir ki, bu barədə “Fortune” jurnalının hesablamalarında bildirilib.

    Şirkət keçən illə müqayisədə vəziyyətini 2 dəfə yaxşılaşdırıb. Texnologiya sektoru üzrə reytinqə “Hewlett-Packard” şirkəti liderlik edir. Belə ki, şirkət  reytinqdə 10-cu mövqedə qərarlaşıb. Amerikanın “AT&T” mobil rabitə operatoru reytinqdə 11-ci, “Verizon Communications” 15-ci, “Microsoft” korporasiyası 37-ci, “Dell” şirkəti 44-cü, “İntel” korporasiyası 51-ci, “Amazon” internet-şirkəti 56-cı, “Cisco Systems” 64-cü, “Google” şirkəti 73-cü və “Oracle” korporasiyası 82-ci yerdə bərqərar olub.
    11.05.12 Məqaləni oxumaq
     
    Timoşenkonun müalicəsi azı 1 ay çəkəcək
    Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun müalicəsi azı 1 ay sürəcək. Bunu almaniyalı həkim Lutz Harms Xarkov xəstəxanasında Timoşenkonu müayinə etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. “KƏLAMİNFO” “Rosbalt”a istinadən xəbər verir ki, o, artıq müalicənin təyin edildiyini və hazırda Timoşenkonun aclıq vəziyyətindən çıxarıldığını bildirib.
    7 illik həbs cəzası çəkən keçmiş baş nazir həbsxanadan xəstəxanaya köçürülməsinə bir şərtlə razılıq verib ki, müalicəni almaniyalı həkim Lutz aparsın.
    10.05.12 Məqaləni oxumaq
     
    Polşa prezidenti Ukraynanı boykotun əleyhinədir
    Polşa prezidenti Bronislav Komorovski Ukrayna hakimiyyətini siyasi qərarlara görə həbs cəzası nəzərdə tutulan qanunu tezliklə ləğv etməyə çağırıb.
    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Varşavada keçirdiyi mətbuat konfransında, həmçinin Ukraynanın özü və 2012-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etməyin əleyhinə olduğunu bildirib. Komorovski qeyd edib ki, siyasi problemlər Polşa və Ukraynada idman bayramını korlamamalıdır.
    10.05.12 Məqaləni oxumaq
     
    Putin əcnəbi fəhlələrin imtahan vermələrini tələb edib
    Rusiya prezidenti Vladimir Putin 2012-ci ilin noyabrınadək əcnəbi fəhlələrin mütləq qaydada rus dilindən, Rusiya tarixindən və qanunvericiliyinin əsaslarından imtahan vermələrini tələb edib.

    “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə “Lenta.ru” Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb. Artıq bu barədə tapşırıq hökumətə və regional qurumlara göndərilib.
    09.05.12 Məqaləni oxumaq
     
    ATƏT: Çatışmazlıqlar Ermənistanda seçkilərin nəticəsinə inamı sarsıdır
    Ermənistanda parlament seçkilərini izləmiş ATƏT müşahidəçiləri bildiriblər ki, demokratik prosesdə bəzi çatışmazlıqlar səsvermənin nəticələrinə inamı sarsıdıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ATƏT-in bəyanatında deyilir ki, seçki kampaniyasında azad toplaşmaya və ifadə azadlığına hörmət qoyulub, ancaq səsvermənin özü siyasi partiyaların və bütövlükdə ictimaiyyətin seçki prosesinin bütövlüyünə inamsızlığından zərər çəkib.
    08.05.12 Məqaləni oxumaq
     
    Olland baş naziri mayın 15-də təyin edəcək
    Fransanın yeni prezidenti Fransua Olland baş naziri mayın 15-də təyin edəcək. “KƏLAMİNFO” “AFP”-yə istinadən xəbər verir ki, Ollandın seçki qərargahının rəhbəri Pyer Moskovisi bildirib ki, Olland yaxın günlərdə beynəlxalq məsələlər və gələcək hökumətin işi ilə məşğul olacaq. Hazırda baş nazir vəzifəsini Fransua Fiyyon tutur.
    08.05.12 Məqaləni oxumaq
     
    ABŞ səfiri istefa verir
    ABŞ-ın Pakistandakı səfiri bu ilin sonunda öz vəzifəsindən getməyi planlaşdırır. Kemeron Munter 2010-cu ilin oktyabrında səfir andını içib və ABŞ-Pakistan münasibətlərinin gərgin dövründə İslamabadda çalışıb. “KƏLAMİNFO” xəbər verir ki, ABŞ rəsmilərindən biri “Frans-Press” agentliyinə bildirib ki, Munter həm Pakistan, həm də ABŞ hökumətilə yaxşı münasibətini qoruyub saxlayıb: “Bu onun öz qərarıdır. Onun bu seçiminə nə Vaşinqtondan, nə də Pakistandan narazılıq yoxdur”. Munterin yerini ABŞ-ın Əfqanıstanda inkişaf və iqtisadi fəaliyyətinə məsul Riçard Olsondun tutacağı gözlənilir.
    08.05.12 Məqaləni oxumaq
     
    Barak Obama bu gün rəsmi olaraq seçki kampaniyasına başlayır
    ABŞ prezidenti Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb. Prezident Obama xanımı Mişel ilə bərabər Ohayo və Virciniya ştatlarında keçirilən “Getməyə hazırıq” şüarı ilə keçirilən nümayişdə iştirak edib. Obama işsizlik və ləng iqtisadi inkişaf kimi problemlərin davam etdiyi bir zamanda ikinci dövr prezidentlik uğrunda mübarizə aparacaq.

    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prezidentliyə başlayan zaman mövcud olan və həlli uğrunda mübarizə apardığı iqtisadi problemlər onun birinci dövr prezidentlik rekordunun bir hissəsidir. Prezident özünün həftəlik müraciətində bildirib ki, “Böyük depressiya” dövründən başlayaraq davam edən ən ciddi iqtisadi böhrandan sonra iqtisadi inkişafın bərpası davam edən bir işdir. 2008-ci ildə keçirilən kampaniyadakı kimi Obama səsvermə prosesində elektron sosial media əməliyyatını tətbiq edəcəyi gözlənilir.
    08.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30