Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 30 31 32 33 34 35 36 37 38 » #
    Pakistan NATO-nun ölkə ərazisindən istifadəsini müzakirə edir
    Pakistan rəhbərliyi NATO-nun Əfqanıstandakı qoşunları üçün yük daşınması ilə bağlı ərazisindən istifadəni müzakirə edir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pakistan rəhbərliyi keçən ilin noyabrında ABŞ-ın səhv hava zərbələri nəticəsində 24 hərbçisinin öldürülməsindən sonra yolu bağlamışdı. Bundan sonra Vaşinqton və İslamabad arasındakı münasibətlər pisləşmişdi.

    ABŞ Pakistan hərbçilərinin ölümünə görə təəssüflənmişdi. Ancaq üzr istəməkdən imtina etmişdi.
    16.05.12 Məqaləni oxumaq
     
    Dalay Lama Çinin onu öldürmək üçün qadın hazırladığını deyir
    Çin rəsmiləri Dalay Lamanın onun ölümünə cəhdlə bağlı ittihamlarını rədd edir. Tibetin 76 yaşlı buddist lideri Britaniya mediasına bildirib ki, Pekin onu öldürməsi üçün bir Tibetli qadına təlim keçir. Lamanın dediyinə görə, Çinin nəzarətində olan Tibetdə bir qadının saçına zəhərli maddə yerləşdirib, ayinlərdən birində ona toxunması tapşırılıb. Dalay Lama “Sunday Telegraph” qəzetinə bildirib ki, Çinin xüsusi xidmət agentləri həmin qadına təlim keçirlər. Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, bu cəfəngiyyatdır, ümumiyyətlə Dalay Lama tez-tez belə yalan informasiyalar yaymaqla məşğuldur. Hazırda mühacirətdə yaşayan Dalai Lamaya bu gün Londonda “inanclı yaşamın üstünlüklərini sübut etmək sahəsində xidmətlərinə görə kilsənin 1.7 milyon dollarlıq mükafatı təqdim olunmalıdır.
    15.05.12 Məqaləni oxumaq
     
    İranda deputat karikaturaçıya qarşı iddiasını geri götürdü
    İranda mühafizəkar deputatlardan olan Əhməd Lütfi Astiani karikaturaçı Mahmud Sokrayeyə qarşı iddiasını geri götürüb. Onun iddiası ilə rəssam bu ayın əvvəlində 25 şallaq cəzasına məhkum edilmişdi.
    Karikaturaçı onu futbolçu kimi təsvir etmişdi. Çünki İranda həmin deputatı idmana müdaxilələri ilə tanıyırlar.
    Rəssamın şallaqlanması cəzası ölkədə və ondan kənarda ciddi tənqidlərə səbəb olmuşdu.
    15.05.12 Məqaləni oxumaq
     
    NATO raketdən müdafiə sistemlərini sınaqdan keçirib
    NATO-nun Baş katibi bildirib ki, bu alyansın Avropada raketdən müdafiə sistemləri yaratması barədə ilkin sınaqları uğurla başa çatıb. Baş katib Andres Figh Rasmussen "The Wall Street Journal"da çap olunan məqaləsində bildirir ki, sınağa ABŞ-dan gəmi, radar, həmçinin Almaniya və Hollandiyadan önləyici batareyalar cəlb olunub.
    Rasmussen deyib ki, eyni zamanda keçirilən bu sınaq NATO-nun raket hücumlarından müdafiəyə hazır olduğunu göstərib. Avropanın kənardan raket hücumlarından qorunmasına dair planın icrasını NATO ölkələri liderlərinin mayın 20-21-də Çikaqoda keçiriləcək sammitdə təsdiq edəcəkləri gözlənir. Rusiya NATO-nun həmin raketdən müdafiə sistemlərini özünün milli maraqlarına zidd hesab edir. Moskva cavab tədbirləri ilə hədələyir.
    15.05.12 Məqaləni oxumaq
     
    Merkel regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib
    Almaniya kansleri Angela Merkel rəhbəri olduğu mühafizəkar partiyanın regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, amma xanım Merkel bu məğlubiyyətin onun Avropada ixtisar siyasətinə təsir göstərməyəcəyini bildirib.
    Angela Merkel mətbuat konfransında deyib ki, Şimali Rayn-Vestfaliya vilayətindəki məğlubiyyət onu zəiflətməyəcək. O, Avropanın üzləşdiyi borc böhranını həll etmək yönümündə işləyəcəyini bəyan edib. Bəzi təhlilçilər Şimali Rayn-Vestfaliya seçkilərinin federal miqyasda növbəti seçkilərin gedişatına işarə olduğunu güman edirlər. Həmin seçkilərdə kansler Merkel ikinci müddətə hakimiyyət uğrunda mübarizə aparacaq.
    15.05.12 Məqaləni oxumaq
     
    ABŞ səfiri Timoşenkoya baş çəkib
    ABŞ-ın Ukraynadakı səfiri Con Tefft və Dövlət Katibinin müşavirinin yardımçısı Tomas Melia Xarkovda xəstəxanada Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə görüşüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, səfir Tefft görüşdən sonra jurnalistlərə bildirib ki, Timoşenko və onun partiyasının üzvlərinin təqiblərə məruz qalmasını pisləyir və keçmiş baş nazirin  azad edilməsinə çağırırlar.
    Tomas Melia da bildirib ki, Timoşenko xəstəxanada ona göstərilən tibbi xidmətdən razıdır: “O dedi ki, Almaniyadan gəlmiş həkim Harms və onunla birlikdə çalışan yerli tibb heyətinin xidmətindən razıdır. Timoşenko özünü çox yaxşı hiss edir, hörükləri də əvvəlki qaydasında yerindədir”.
    15.05.12 Məqaləni oxumaq
     
    İran ayətullahları Almaniyada yaşayan reper barəsində ölüm hökmü çıxarıblar
    İran ayətullahları Almaniyada yaşayan reper Şahin Nəcəfi haqqında onuncu imam Əli əl-Hadi əl-Nağı barəsində mahnı bəstələdiyinə görə ölüm hökmü  fətvası çıxarıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə «The Guardian» yazıb. Ayətullahlar onu bidətçi elan ediblər. Bu isə şəriətə görə ölüm hökmü ilə cəzalandırılır.
    15.05.12 Məqaləni oxumaq
     
    Tehranda 24 yaşlı “İsrail casusu” edam olunub
    Bu gün səhər Tehranda 24 yaşlı “İsrail casusu” olduğu bildirilən gənc edam olunub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, yerli televiziyanın yaydığı məlumata görə, o, iranlı nüvə alimini öldürməkdə günahkar bilinib.
    Məcid Camali Faşi professor Məsud Əki Məhəmmədini 2010-cu ilin yanvarında öldürüb. İstintaq zamanı o bildirib ki, digər qətllər törətməyə hazırlaşırmış. Lakin sonra bunları icra etməkdən boyun qaçırıb. Faşi İsrail xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət etdiyini də boynuna alıb.
    15.05.12 Məqaləni oxumaq
     
    Lukaşenko və Nazarbayev anlaşdılar
    Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev yaydıqları birgə bəyanatda qeyd ediblər ki, beynəlxalq məsələlərə dair fikir birliyinə nail olublar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hazırda Minskdə səfərdədir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezidentlərin birgə bəyanatı da onların görüşündən sonra səslənib.
    Bu ilin aprelində Belarus prezidenti qazax həmkarını “Avropa İqtisadi Birliyi”nin yaradılmasına mane olmaqda ittiham etmişdi. Rusiya, Belarus və Qazaxıstanın iştirak etdiyi bu birliyin 2015-ci ildə yaradılması gözlənir.
    15.05.12 Məqaləni oxumaq
     
    Əhmədinejad: “İsrail mığmığadan başqa bir şey deyil”
    “İsrail mığmığadan başqa bir şey deyil. O, böyük milləti əyə, sındıra bilməz”. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad Xorasan vilayətində deyib. Onun sözlərinə görə, sionist rejimi dağıtmaq üçün müharibəyə başlamaq heç də şərt deyil. Region dövlətləri sadəcə sionist rejimlə əlaqəni kəssələr və ona çəpəki baxsalar, onda bu, sionist rejimin dağılması üçün bu kifayət edəcək.

    Əhmədinejad həmçinin ABŞ-ın Fars körfəzi ölkələrindəki müttəfiqlərinin də tənqid edib.
    15.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 30 31 32 33 34 35 36 37 38 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30