Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Rusiyalı nənələr Abşeron çimərliyində olub
    “Eurovision”un nənələri çimməsələr də çimərlikdə konsert veriblər. “KƏLAMİNFO” xəbər verir ki, “Eurovision–2012”də Rusiyanı təmsil edən nənələr Abşeron çimərliyində maraqlı gecə keçirib. Gecənin əsas qəhrəmanları “Buranovskiye babuşki” yenə də hər kəsin marağında olmağı bacarıb.

    Müğənni nənələr sevimli hitlərini oxumaqla bərabər, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa ediblər. Zahirən qoca görsənmələrinə baxmayaraq, özlərini daxilən gənc hesab edən nənələrin udmurt dilində “Şən Azərbaycan” mahnısını oxumaqla da tamaşaçıların diqqət mərkəzində qalmağı bacarıblar.
    Xatırladaq ki, gecənin qonaqları sırasında olan bəstəkar-müğənni Emin Ağalarov və Rusiyanın Xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.
    22.05.12 Məqaləni oxumaq
     
    “Facebook” şirkətinin banisi evləndi
    “Facebook” şirkətinin banisi Mark Zukerberq uzun müddət nişanlı olduğu Prisilla Çanla evlənib.  O, həyatındakı bu mühüm anı yaratdığı sosial şəbəkədə elan edib.

    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 28 yaşlı milyarder Çanla Palo Alto şəhərində kiçik mərasimdə nikah qurub. Mətbuatla danışan qonaqlar bildiriblər ki, onlar ilk öncə elə güman edirdilər ki, Çanın tibb məktəbini bitirməsini bayram etməyə gedirlər. Amma Palo Altoya gəldikdən sonra onlara bildirilib ki, əslində onlar Zukerberqlə Çanın toyuna gəliblər.
    Mark və Prisilla Harvardda təhsil alarkən tanış olublar.  Səkkiz il bundan öncə Mark Zukerberq Harvarddakı tələbə yataqxanasında “Facebook”-u yaratmışdı.
    22.05.12 Məqaləni oxumaq
     
    Bu il Əfqanıstanda 156 NATO əsgəri ölüb
    Əfqanıstanın cənubunda kamikadzenin hücumu nəticəsində 2 NATO əsgəri həlak olub. Uruzqan əyalətinin rəhbərliyi həmçinin hücum nəticəsində 2 uşaq da daxil olmaqla bir neçə dinc sakinin yaralandığını xəbər verib. Həmçinin ötən gün Kunar əyalətində NATO bazasının raket atəşinə tutulması nəticəsində 2 əsgər ölüb, 6-sı isə yaralanıb. Təkcə bu il Əfqanıstanda 156 NATO əsgəri öldürülüb.
    21.05.12 Məqaləni oxumaq
     
    Pakistanda Twitter sosial şəbəkəsi bağlanıb
    Pakistan hakimiyyəti Twitter sosial şəbəkəsinə çıxışı bağlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hakimiyyət bunun səbəbini şəbəkə rəhbərliyinin Məhəmməd Peyğəmbərin (s) karikaturlarının konkursu ilə bağlı materialları saytdan yığışdırmaq istəməməsi ilə izah edir. Pakistan hakimiyyəti 2010-cu ildə eyni səbəbdən Facebook şəbəkəsini də bağlamışdı.
    21.05.12 Məqaləni oxumaq
     
    Obama rəqibini üstələyir
    Barak Obama qarşıdan gələn prezident seçkilərində əvvəlkitək populyarlığına görə rəqibi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romini üstələyir. “KƏLAMİNFO” xəbər verir ki, bunu “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələri göstərib. Tədqiqatın nəticələrinə görə, hazırkı prezidentə demokratların 46 faizi səs verməyə hazırdır, Romniyə isə 39 faiz səs verib. Sorğu 913 nəfər arasında keçirilib. Obamanın tərəfdarları öz seçimlərini onunla izah ediblər ki, o, dövlət postunda vəzifəsinin öhdəsindən yaxşı gəlir.
    18.05.12 Məqaləni oxumaq
     
    “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
    “İranın ali dini lideri ayətullah Əli Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”. “KƏLAMİNFO” “Kursor”a istinadən xəbər verir ki, bunu Qüdsdə mühazirəsində İspaniyanın keçmiş baş naziri Xose Mariya Asnar bildirib. Onun sözlərinə görə, belə vədi o, Xameneyidən 2000-ci ildə söhbəti zamanı eşidib. “O, hələ o zaman iddia edirdi ki, “İranın böyük şeytan ABŞ və kiçik şeytan İsraillə müharibəsi qaçılmazdır” - deyə Asnar vurulayıb.
    17.05.12 Məqaləni oxumaq
     
    Saakaşvili ABŞ-a yollandı
    Gürcüstan prezidenti Mixail Saakaşvili işgüzar səfərlə Birləşmiş Ştatlara yollanıb. Burada onun biznes və işgüzar dairələrin təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

    «KƏLAMİNFO» «Novosti-Qruziya»ya istinadən xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidmətinin rəhbəri Manana Mandjqaladze bildirib. «Səfər çərçivəsində prezidentin aparıcı ABŞ universitetlərində çıxışları da nəzərdə tutulub» deyən mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Saakaşvili NATO-nun mayın 20-21-də Çikaqoda keçiriləcək sammitinə də qatılacaq. NATO sammitində Gürcüstan aspirant-ölkə kimi təmsil olunacaq. İlk dəfə aspirant-ölkə kimi Gürcüstan 2011-ci il dekabrın 7-də elan edilib.
    17.05.12 Məqaləni oxumaq
     
    BMT müşahidəçilərinə növbəti hücum olub
    Suriyada təhlükəsizlik qüvvələri dəfn mərasimi zamanı insanlara hücum ediblər. Nəticədə 20 nəfərin öldürüldüyü, çox sayda insanın isə yaralandığı bildirilir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Həma, İdlib və Homs şəhərlərində ağır döyüşlər gedib. Nəticədə 23 nəfər ölüb. Xan Şeyxun şəhərində isə BMT-nin müşahidəçi karvanına qarşı növbəti hücum olub.
    16.05.12 Məqaləni oxumaq
     
    Fransa prezidentinin təyyarəsini ildırım vurub
    Fransa prezidenti Fransua Olland Berlinə uçanda göydə onun təyyarəsini ildırım vurub. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, bundan sonra Olland yenidən Parisə qayıdıb və başqa təyyarə ilə Berlinə yola düşüb.
    16.05.12 Məqaləni oxumaq
     
    Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
    Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Mərkəzi Seçki Komissiyasına rəsmən müraciət edərək deputat mandatından imtina etdiyini bildirib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bununla yanaşı, “Orinats Yerkir” Partiyasının lideri, Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan, eləcə də adıçəkilən partiyanın üzvü, kənd təsərrüfatı naziri Serqo Karapetyan, fövqəladə hallar naziri Armen Eriçyan da mandatından imtina ediblər. Analoji müraciəti “İrs” fraksiyasının keçmiş katibi Larisa Alaveridyan da təqdim edib.
    16.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30