Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Ermənistan hökuməti istefaya gedir
    Ermənistan hökumətinin bu gün keçirilən iclasında baş nazir Tiqran Sarkisyan bildirib ki, prezidentə kabinetin istefası barədə müraciət edəcək. “KƏLAMİNFO” “Reqnum”a istinadən xəbər verir ki, baş nazir deyib ki, “yeni çağırış parlamentin ilk iclasının başlanması ilə əlaqədar mən prezidentə hökumətin istefası barədə müraciət etmişəm”. Onun sözlərinə görə, hökumət yeni kabinet formalaşana kimi fəaliyyətini davam etdirməlidir.
    01.06.12 Məqaləni oxumaq
     
    Klinton 7 ölkəyə 9 günlük səfərə çıxıb
    ABŞ dövlət katibi Hillari Klinton 7 ölkəyə 9 günlük səfərə çıxıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onun ilk dayanacağı Kopenhagen olacaq. Klinton Danimarka rəsmiləri ilə yaşıl texnologiyanın inkişafı məsələsini müzakirə edəcək. O, iyun ayının 1-i Norveçdə, 3-ü isə İsveçdə olacaq. Daha sonra dövlət katibi Qafqaz respublikalarında demokratiya, iqtisadi inkişaf və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
    31.05.12 Məqaləni oxumaq
     
    Peyğəmbərin ünvanına qeyri-etik ifadələr işlədən erməni jurnalistə hücum olub
    Moskvada “Exo Moskvı” və “Mayak” radiostansiyalarının avtomobil şərhçisi Sergey Aslanyana hücum olub. Jurnalist 20 bıçaq zərbəsi və beyin silkələnməsi alıb.

    “KƏLAMİNFO” “Life News”a istinadən xəbər verir ki, jurnalist bu günlərdə Məhəmməd peyğəmbərin ünvanına qeyri-etik ifadələr işlədib. Bu da müsəlmanların qəzəbinə səbəb olub. Onlar Rusiya baş prokuroruna ünvanladıqları müraciətdə təhqir olunduqlarını bildiriblər.
    30.05.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Gürcüstan bir daha kiminsə çəkmələrini yalamayacaq”
    Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentdə Müstəqillik gününə həsr olunmuş tədbirdə bildirib ki, ölkəsi bir də heç vaxt kiminsə müstəmləkəsi olmayacaq: “Beşinci kolon Gürcüstanı kiminsə çəkmələrini yalamağa qaytara bilməyəcək”. Onun sözlərinə görə, Gürcüstan özünü regionun maliyyə, təhsil, texnologiya mərkəzinə çevrilməsi istiqamətində irəliləyəcək. “KƏLAMİNFO” “Qazeta ru”ya istinadən xəbər verir ki, o bildirib ki, gürcülərin guya müharibəyə başladıqları və buna görə də cəzalanmaları olduğunu iddia edənlər heç bir vaxt onu incidilmiş, atılmış vəziyyətə qaytara bilməzlər: “Onlar hesab edirlər ki, Gürcüstanın yeganə yolu məhz çəkmələrin yalanmasındadır – bu, heç vaxt baş verməyəcək”.
    29.05.12 Məqaləni oxumaq
     
    Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini saxlayıb
    Bu gün Türkiyə polisi təqaüdə çıxmış 6 hərbçini 1990-cı illərdə islamçı baş nazir Nəcməttin Ərbakanın istefasında rol oynadıqlarına görə saxlayıb. Bu altı nəfər Ərbakanın Türkiyədə İslamın nüfuzunu artırmaq üçün etmək istədiyi cəhdlərə görə istefası üçün təzyiq etməkdə təqsirləndirilirlər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, saxlananlar arasında Türkiyənin keçmiş milli təhlükəsizlik şurasının baş katibi İlhan Kılıç da var.
    29.05.12 Məqaləni oxumaq
     
    Kofi Annan Əsədlə görüşəcək
    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bu gün prezident Bəşər Əsədlə görüşməyi planlaşdırır. Görüşdə məqsəd Annanın sülh planını qorumağa yenidən cəhddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Dəməşqdə danışıqlar aparılan zaman Hula şəhərində, xüsusilə də uşaqlar və qadınlar daxil olmaqla ən azı 108 nəfər öldürülüb.
    Annan mayın 28-də Suriyaya gedib və baş vermiş qırğını dərin nəticələri olan dəhşətli an adlandırıb. O bildirib ki, bu qırğının səbəbkarları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla yanaşı, Annan “əli silahlı” hər kəsi 15 aydır davam edən zorakılığa son verilməsi üçün onun 6 maddədən ibarət sülh planına əməl etməyə çağırıb.
    29.05.12 Məqaləni oxumaq
     
    Türkmənistanın neft-qaz naziri işdən qovulub
    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov neft və qaz nazirini işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, rəsmi məlumata görə, nazir Bayramgəldi Nadirov mayın 25-də işdən çıxarıb - Türkmənistanın Pakistan və Hindistanla imzaladığı yeni neft kəməri sazişinin imzalanmasından cəmi 2 gün sonra.
    Nadirov 2008-ci ildən bu vəzifəni tuturdu. “Türkmənqaz” dövlət şirkətinin sədr müavini Kakageldi Abdullayev neft və qaz naziri vəzifəsinə müvəqqəti icraçısı təyin edilib.
    29.05.12 Məqaləni oxumaq
     
    “Altılıq” ölkələrindən İrana yeni təklif
    İran və “altılıq” ölkələri arasında Bağdadda baş tutan danışıqlar başa çatıb. “KƏLAMİNFO” “BBC”yə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi Qərbin İrana qarşı istənilən təzyiqinin faydasız olacağını söyləyib. Ancaq o, Tehranda keçirilən mətbuat konfransında danışıqlarda optimist olmaq üçün səbəblərin olduğunu deyib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı keçirilən danışıqların əvvəlində Avropa Birliyi xarici işlər naziri Ketrin Eşton İran qarşısında yeni təklif irəli sürdüklərini bildirib. Təklifdə ilk addım kimi İranın nüvə zənginləşdirməsini 20% azaltmaq yer alıb. Əvəzində isə “altılıq” ölkələri İrana tibbi izotoplar və nüvə təhlükəsizliyi barədə əməkdaşlıq təklif edib. İran rəsmiləri təkliklər paketinin balanslı olmadığını bildirib.
    26.05.12 Məqaləni oxumaq
     
    Suriyada 10 yaşlı uşaqlara da işgəncə verilib
    BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hesabat 2011-ci ilin martından 2012-ci ilin mayına qədər olan dövrü əhatə edir. Hesabatda bildirilir ki, Suriyanın hökumət qoşunları İdlib, Homs, Hələb, Hama, Dəməşq və Deraada dinc insanları öldürülüb. “Suriya ordusu və təhlükəsizlik qüvvələri ailə üzvlərindən Azad Suriya Ordusunda olmaları, ya da onlara rəğbətlərinin olub-olmamasını öyrənmək üçün hətta 10 yaşlı uşaqlara belə işgəncə veriblər”. Hesabatda bildirilir ki, ordu dinc əhalinin yaşadığı bölgələrdə ağır texnika da daxil olmaqla çoxlu sayda silahlardan istifadə edib. Ordunun əməliyyatlar keçirdiyi həmin ərazilərdə ərzaq, su çatışmır, tibbi yardım yox səviyyəsindədir. 2011-ci ilin martından bu yana Suriyada baş verən qarşıdurmalarda 12 mindən artıq adamın həlak olduğu bildirilir.
    25.05.12 Məqaləni oxumaq
     
    Vardan Oskanyan: “Sarkisyanın Çikaqo sammitində iştirak etməməsi özünütəcridin ən qısa yoludur”
    «Ermənistan prezidentinin Çikaqo sammitində iştirak etməməsi ilə bağlı göstərdiyi rəsmi səbəb özünütəcridin ən qısa yoludur». “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bu sözləri «Facebook» sosial şəbəkəsində Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bəyan edib. «Mən Çikaqo sammiti ətrafında gedən hadisələri izləyirəm. Gərək prezident orada olardı. Rəsmi şərhlər məğlubedici mövqedir» - deyə o əlavə edib.
    24.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30