Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Ərdoğan: “Əsəd getməlidir”
    “Çox açıq və konkret deyirəm - Bəşər Əsəd getməlidir. O, indi öz sonunu hazırlamaqdadır". KƏLAMİNFO “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Suriya prezidentiylə bağlı ən sərt çıxışlarından birini edib: “Düşünə bilirsinizmi, tankla, topla məhəllə aralarına qədər girəcək və xalqınızı öldürərək susduracaqsınız. Orada bunları, insanların yandırıldığını, boğazının kəsildiyini görürlər. Belə bir vəhşət ancaq Əsədə yaraşar”. Ərdoğan BMT-nin baş katibi Pan Ki Mun və Suriya təmsilçisi Kofi Annanın Əsədlə bağlı açıqlamalarına işarə edərək Suriyada yeni dövrün başladığını vurğulayıb: “Pan Ki Munun BMT-də etdiyi çıxış Annan planının bitdiyinin də işarəsidir. Bunlar yeni mərhələnin başlayacağının əlamətidir".
    08.06.12 Məqaləni oxumaq
     
    Kofi Annan Əlaqə Qrupu yaratmaq istəyir
    Suriyada toqquşmalara son qoyulmasını nəzərdə tutan Annan planı BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Annan TŞ-nin xüsusi toplantısında planının ləğvinə mane olmaq üçün yeni təkliflərini açıqlayacaq. BMT-nin Suriya üzrə xüsusi təmsilçisinin planı hərəkətə keçirmək üçün yeni Əlaqə Qrupu yaratmaq istədiyi, bu qrupda Təhlükəsizlik Şurasının 5 daimi üzvüylə yanaşı, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qətər kimi bölgə ölkələrinin də yer almasını təklif edəcəyi bildirilir. Annanın təklif edəcəyi Əlaqə Qrupunun Bəşər Əsədin iqtidardan ayrılması və ölkədə seçkilərə gedilənə qədər yaradılacaq keçid dövrü üçün fəaliyyət göstərməsi nəzərdə tutulur.
    08.06.12 Məqaləni oxumaq
     
    Putin: Avrozonadakı böhrandan Rusiya da ziyan çəkəcək
    Rusiya prezidenti Vladimir Putin avrozona ölkələrində getdikcə dərinləşən maliyyə böhranının Rusiya iqtisadiyyatına da pis təsir edə biləcəyindən narahat olduğunu deyib.

    “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda Avropa Birliyi liderləri ilə görüşdən sonra mətbuat konfransında bildirib. Amma elə həmin mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso avrozonadakı maliyyə böhranının Rusiyaya təsiri haqqında fikirlərin şişirdilmiş ehtimal olduğunu deyib.
    06.06.12 Məqaləni oxumaq
     
    “Əl-Qaidə” liderinin olduğu yerə zərbələr endirilib
    Pakistanın şimal-qərbində “Əl-Qaidə” liderlərindən biri Əbu Yəhya əl-Libinin olduğu güman edilən yerə bir neçə raket zərbəsi endirilib. ABŞ və Pakistan mənbələrinin məlumatına görə, raket zərbələri yaraqlıların Şimali Vəziristandakı bazasına endirilib. 30-a yaxın silahlı öldürülüb. Onların arasında Libinin olub-olmadığı məlum deyil.
    Liviyalı əl-Libi “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin ən yaxın tərəfdarlarındandır. O, keçən il Əfqanıstandakı ABŞ hərbi həbsxanasından qaçmışdı. Onun ələ keçirilməsi üçün 1 milyon dollar mükafat təyin olunmuşdu.
    05.06.12 Məqaləni oxumaq
     
    Putin Asiya ölkələrinə səfərə çıxıb
    Rusiya prezidenti Vladimir Putin bu gün Asiya ölkələrinə 4 günlük səfərə çıxır. O, səfər çərçivəsində Özbəkistan, Çin və Qazaxıstanda olacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onun Daşkəndə səfəri zamanı Özbəkistanın MDB azad ticarət zonasına daxil olması ilə bağlı memorandum imzalanacağı gözlənilir. Vladimir Putin Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də qatılacaq. O, sammit çərçivəsində Əfqanıstan prezidenti Həmid Kərzayi və İran prezidenti Mahmud Əhmədinejadla da görüşməlidir. Putinin regiona səfəri iyunun 7-də Astana səfərilə yekunlaşacaq. Bu görüşlərdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
    05.06.12 Məqaləni oxumaq
     
    Mübarəkin məhkəmə qərarı apellyasiya ediləcək
    Misirin dövlət prokurorluğu bəyan edib ki, Hüsnü Mübarək, onun oğulları və təhlükəsizlik rəsmilərinin məhkəmə qərarları apellyasiya ediləcək. “KƏLAMİNFO” “Lenta.ru”-ya istinadən xəbər verir ki, prokurorluq Mübarəkin ölüm cəzasına məhkum edilməsini tələb edirdi. Mübarəkin müdafiə komandası da apellyasiya məhkəməsinə müraciət ediləcəyini bəyan edib. Qeyd edək ki, Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum olunub. O, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi. Misirin sabiq daxili işlər naziri Həbib Əl-Ədli də ömürlük həbs cəzasına məhkum olunub. Mübarəkin korrupsiya ittihamları altında olan iki oğluna isə bəraət qazandırılıb.
    04.06.12 Məqaləni oxumaq
     
    BMT-nin dəstəyi olmadan Suriyaya müdaxilə ola bilməz
    Pentaqon şefi Leon Panetta Suriyaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı vəziyyəti şərh edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o bildirib ki, BMT-nin dəstəyi olmadan hər hansı hərəkət ola bilməz. Mayın 31-də Suriya hakimiyyəti Houla qəsəbəsindəki dinc adamların ölümünə görə silahlı müxalifəti ittiham edib. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurası Houlada baş verənlərə görə Suriya hakimiyyətini günahlandırıb.
    02.06.12 Məqaləni oxumaq
     
    Klinton: “Suriyaya hərbi müdaxilə üçün böyük beynəlxalq dəstək lazımdır”
    ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Suriyada qan tökülməsi davam etdikcə vəziyyətə beynəlxalq müdaxilə çağırışları artır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, amma dövlət katibi qeyd edib ki, Rusiya ilə Çin də daxil olmaqla hərbi müdaxiləyə böyük beynəlxalq dəstək lazımdır.
    01.06.12 Məqaləni oxumaq
     
    Misirdə fövqəladə vəziyyət rejimi ləğv olunur
    Bu gündən Misirdə fövqəladə vəziyyət rejimi ləğv olunur. Fövqəladə vəziyyət 1981-ci ildə - prezident Ənvər Sadatın öldürülməsindən sonra qüvvəyə minmişdi. “KƏLAMİNFO” Lenta.ruya istinadən xəbər verir ki, bu qayda 30 ildən artıq idi fəaliyyət göstərirdi. ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner fövqəladə vəziyyət rejiminin ləğvini demokratiya yolunda daha bir addım adlandırıb.
    01.06.12 Məqaləni oxumaq
     
    Afrika ölkələrinə satılan dərmanların saxtadır
    Yeni açıqlanan hesabatda Cənubi Afrika və Böyük Səhraaltı Afrika ölkələrinə vəba xəstəliyinə qarşı satılan dərmanların çox hissəsinin ya saxta, ya da keyfiyyətinin çox aşağı olduğu bildirilib. Ekspertlər bunun son on ildə vəbanın qarşısının alınması sahəsində əldə edilən tərəqqini təhlükə altına almasından əlavə, vəbanı yaradan parazitlərin bu dərmanlara müqavimət göstərəcəyini deyirlər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, araşdırmalarda iştirak edən Milli Səhiyyə İnstitutundan Georika Nayyar bunun böyük problem olduğunu deyib: “Bizim bu dərmanların harada və necə istehsal edildiyi barədə lazımi məlumatımız yoxdur. Lakin bu dərmanlar yerli mağazalarda satılır, hətta onlardan xəstəxanalarda istifadə edilir”. Hər il dünyada vəbadan bir milyona qədər insan ölür.
    01.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30