Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Ollandın sevgilisi səhvini etiraf edib
    Fransa prezidenti Fransua Ollandın sevgilisi Valeri Trierveilerin “Twitter”də yazdığı mesaj aranı qarışdırıb. Trierveiler Ollandın keçmiş sevgilisi və 4 uşağının anası olan Seqolen Royalın əleyhinə mesaj yazmaqla səhv etdiyini boynuna alıb. “KƏLAMİNFO” xəbər verir ki, “Le Parisien” qəzeti jurnalist sevgilinin seçkilərin ikinci turunda deputatlığa namizəd olan sosialist Royalı deyil, onun rəqibini dəstəkləyən mesaj yazdığını xəbər verir. Qəzetin xəbərinə görə, Trierveiler yaxın bir rəfiqəsinə bu mesajın səhv olduğunu etiraf edib. Ollandın sevgilisi bundan sonra daha diqqətli olacağını, ancaq “Twitter” hesabını da bağlamayacağını deyib. Qeyd edək ki, mərkəz sağ partiyası sosialistlərin arasında yaşanan bu problemi “Yelisey Sarayı indidən “Dallas” serialına döndü” deyə tənqid etmişdi.
    21.06.12 Məqaləni oxumaq
     
    NATO əsgərləri Quranın yandırılmasına görə cəzalandırıla bilərlər
    Hərbi təhqiqat Əfqanıstan hərbi bazasında “Qurani-Kərim”i yandırdıqlarına görə NATO-nun 7 əsgərinə qarşı inzibati cəza tətbiq olunmasını tövsiyə edib. Hadisə haqqında hesabat Pentaqona göndərilib və hazırda araşdırılır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi bildirib. Əsgərlərin fevral ayında “Qurani-Kərim”i yandırması iğtişaşlara və NATO-nun Əfqanıstandakı bazalarına basqınlara səbəb olub.
    21.06.12 Məqaləni oxumaq
     
    İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz davam edir
    İran və dünya liderlərinin nüvə proqramıyla bağlı danışıqlardakı mövqeləri o qədər fərqlənir ki, ortaq məxrəcə gəlmək çox çətin məsələdir. Moskvada İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın 5+1 formatındakı danışıqlarından sonra Rusiya Xarici İşlər Nazirliyindən belə deyiblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, danışıqlar bu gün də davam etməlidir, amma Rusiya rəsmiləri bunun kifayət etməyəcəyini bildirirlər. Qərb dövlətlərini təmsil edən Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton deyib ki, onlar İranın iyulun 1-dən qüvvəyə minəcək neft embarqosunu dayandırmaq şərtini qəbul etməyəcəklər.
    20.06.12 Məqaləni oxumaq
     
    Suriyada vəziyyət gərgin olaraq qalır
    Suriyada vəziyyət gərgin olaraq qalır. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələrinin Duma şəhərinə raket zərbələri endirməsi nəticəsində 8 nəfər öldürülüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bölgədə çəkilmiş həvəskar kadrlarda yaşayış məntəqələrini raket zərbələri sonrasında dağılmış görüntüləri yayımlanıb. Ərəb Liqasının baş katibi Nəbil Əl-Ərəbi bildirib ki, Suriyada atəşkəsə nail olmaq məqsədilə bu ölkəyə sülhməramlı qüvvələrin yeridilməsi hazırkı vəziyyətdə vacib addımlardan biridir. Onun sözlərinə görə, BMT-nin müşahidəçi missiyası iğtişaşlara son qoya bilmədiyi üçün bu ölkə ilə bağlı mandatını dəyişməlidir. “Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanını görüşləri daha vacibdir. Tərəflər zorakılıqlara son qoyulması üçün ortaq qərara gəlməlidir” - deyə Nəbil Əl-Ərəbi bildirib.
    19.06.12 Məqaləni oxumaq
     
    Misirdə “Müsəlman Qardaşları”nın lideri qalib gəlib
    “Müsəlman Qardaşları” islam hərəkatı Misirdə keçirilən prezident seçkilərinin ikinci turunda namizədləri Məhəmməd Mosrinin qalib gəldiyini bəyan edib. “KƏLAMİNFO” “Reuters”ə istinadən xəbər verir ki, seçicilərin 52 faizi ona səs verib. Keçmiş prezident Hüsnü Mübarəkin kabinetində baş nazir olmuş Əhməd Şəfiq isə 47,5 səs toplayıb. Bu, keçən il prezident Mübarəkin hakimiyyətdən devrilməsindən sonra Misirdə keçirilən ilk demokratik seçkidir.
    18.06.12 Məqaləni oxumaq
     
    NATO ümidlidir
    NATO-nun baş katibi Anders Foq Rasmussen NATO qüvvələrinin Pakistan ərazisindən təchizatının bərpasına ümidlə yanaşır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, Avstraliyanın paytaxtı Kanberrada çıxış edərkən bu marşrutun Qazaxıstan, Qırğızıstan və ya Özbəkistandan keçən marşrutdan ucuz olduğunu deyib. Pakistan marşrutunun açılması ilə bağlı bu günlərdə İslamabadla aparılan danışıqlar nəticə verməyib. Pakistan ötən ilin noyabrında NATO-nun hava zərbəsi nəticəsində 24 əsgərinin ölümünə görə Əfqanıstandakı NATO qüvvələrinin ərazisindən təchizatını dayandırıb.
    14.06.12 Məqaləni oxumaq
     
    Fransa parlamenti də solçuların nəzarətinə keçir
    Fransada parlament seçkilərinin ilk turunda sol partiyalar qalib gəlib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, dünən keçirilən birinci turun nəticələri keçən ay prezident seçilən Fransua Ollandın vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə mütləq çoxluğa sahib olacağını ortaya qoyub. 7 partiya blokunun yarışdığı birinci turda sol ittifaq səslərin 47,1 faizini alıb. Mərkəz sağdakı Xalq Hərəkatı Birliyi və digər kiçik sağ partiyaların qurduğu koalisiya isə 35,40 faiz səs alıb. Radikal sağçılar isə 13,40 faiz səs alıb. İlk turdakı nəticələr gələn həftə keçiriləcək ikinci turda da təkrarlanarsa, sol ittifaq parlamentdə 305-353 mandata sahib olacaq. Sağ partiyaların isə 222 ilə 266 arasında yer qazanması gözlənilir. Fransa parlamentində 577 millət vəkili təmsil olunur. Seçki sisteminə görə, ilk turda seçki bölgəsində 50 faizdən çox səs alan namizəd birbaşa deputat seçilir.
    12.06.12 Məqaləni oxumaq
     
    Suriyanın Milli Şurasına yeni rəhbər seçildi
    Suriyanın xaricdəki əsas müxalifət qrupu Əbdülbəset Siedanı yeni rəhbər təyin edib. İstanbulda keçirilən səsvermə şənbə günü axşamdan başlayaraq, bazar günü səhərədək davam edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, kürd alim Sieda müxbirlərlə söhbəti zamanı deyib ki, Suriyanın Milli Şurasının əlavə müxalifətçilərin də cəlb edilməsi ilə islahatlara ehtiyacı var. 50 yaşlarında olan Sieda İsveçdə yaşayır. Şuranın üzvləri onun konsensus qüvvəsi adlandırır. O, ötən ay istefa verən Bürhan Qaliunu əvəz edəcək.
    11.06.12 Məqaləni oxumaq
     
    Saakaşvili: “Kosovonun müstəqilliyinin tanınması düzgün deyildi”
    «Kosovonun müstəqilliyinin tanınması beynəlxalq hüquqi nöqteyi-nəzərdən düzgün deyildi». «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. O bildirib ki, Gürcüstana Kosovonun müstəqilliyini tanımağa daxili vəziyyəti mane olur. «Çox vaxt deyirdilər ki, Amerika və Rusiya eyni şeydir. Necə ola bilər? Amerika deyir ki, Gürcüstanın əraziləri azad edilməlidir, Gürcüstanda demokratiya olmalıdır. O, heç nəyi məcbur etmir ki, edəsən. Bizdə muxtariyyət var və bir çox məsələdə mövqelərimiz üst-üstə düşür. Lakin ABŞ bizə indi nəyisə məcbur əməl etməyi demir. Məsələn, Amerika Kosovonun müstəqilliyini tanıdı, Gürcüstan isə bunu etmədi. Amerika heç zaman bizim bunu etməyimiz üçün təzyiq etmədi». Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq ABŞ Gürcüstana öz siyasətini yeritməyə və müstəqil qərar qəbul etməyə imkan verir. Ən əsası, onlar istəyirlər ki, biz inkişaf edək və uğurlu olaq» - deyə Saakaşvili vurğulayıb.
    09.06.12 Məqaləni oxumaq
     
    Mübarək reanimasiyadadır
    Misirin sabiq lideri Hüsnü Mübarəkin səhhəti pisləşib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, həbsxana nəzarətçiləri həyat yoldaşı Suzanna Mübarəkin ziyarətindən sonra Mübarəkin vəziyyətinin daha da ağırlaşdığını qeyd ediblər və Daxili İşlər Nazirliyindən kömək istəyiblər. Nazirliyə bağlı mütəxəssislərdən ibarət komitə Mübarəkin ağır depressiya və travma keçirdiyini, nəfər almaqda çətinlik çəkdiyini, 5 dəfə süni tənəffüs cihazına bağlandığını açıqlayıb. Mübarəkin hərbi hospitala və ya daha yaxşı şərtləri olan özəl xəstəxanaya göndəriləcəyi bildirilir. Ömürlük həbs cəzasını çəkmək üçün Tora həbsxanasına göndərilən Mübarək daha əvvəl qaldığı tibb mərkəzinə getmək istəsə də, bu tələbi prokurorluq tərəfindən rədd edilib. Vəkilləri isə Mübarəkin səhhətinin həbsxana şəraitinə uyğun olmadığını əsas gətirərək prokurorluğun qərarından şikayət veriblər. Ən son məlumata görə, Mübarəkin Meadi Hərbi Hospitalına aparılması üçün hazırlıqlar görülür. Mübarəkin reanimasiyada olduğu bildirilir.
    09.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30