Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 25 26 27 28 29 30 31 32 33 » #
    Obamanın səhiyyə islahatları planı təsdiq edilib
    ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın səhiyyə islahatları planını təsdiq edib. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək. “KƏLAMİNFO”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmədə Obamanı planının rədd ediləcəyi gözlənilirdi. Obamanın opponentləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi sığorta almağa məcbur etməməlidir. Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və bunun onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir. Planın uşaqların 26 yaşınadək valideynlərinin sığortasından istifadə etməsi və xroniki xəstələrə sığorta verilməsi kimi bəzi maddələri artıq təsdiq edilib.
    30.06.12 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələri vurulan təyyarə ilə bağlı açıqlama verib
    Türkiyə Silahlı Qüvvələri Suriyada vurulan təyyarə ilə bağlı açıqlama verib. Açıqlamada axtarış və xilasetmə tədbirləri zamanı pilotlara məxsus bəzi əşyaların və təyyarənin bəzi hissələrinin tapıldığı bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Qərargah axtarışların 5 hərbi gəmi, bir təyyarə və dörd axtarış-xilasetmə vertolyotu ilə davam etdirildiyini söyləyib. Açıqlamada “Dərinliyi 1260 metrə yaxın olan axtarış bölgəsində hidroqrafik gəmidən başqa bir gəminin olmasına dair işlər Xarici İşlər və Müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə həyata keçirilməkdədir” sözlərinə yer verilib. Baş Qərargah Suriyadan qaçırılan MİG-21 təyyarəsinin kodlarının Təl-Əvivdə deşifrə edilərək İncirlikdə Türkiyə Hava Qüvvələrinə aid RF təyyarəsinə ötürüldüyünə dair iddiaların isə əsasız olduğunu bəyan edib.
    29.06.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Heç bir ölkəyə düşməncəsinə yanaşmırıq”
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk yerli təyyarəsi “Hürkuşâ€ťun anqardan çıxarılma mərasimində Suriya ilə bağlı sərt açıqlamalar verib. “Kimsənin torpağında gözümüz yoxdur” deyən Ərdoğan Türkiyə üzərində oynanan ssenariləri boşa çıxarcaqlarını bildirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hücum niyyətində olmadığını, sülhü, istiqbalı qorumaq, birlik və bərabərlik istiqamətindəki hər cür təhlükəni ortadan qaldırmaq üçün müdafiə sahəsinə sərmayə qoyduğunu söyləyib: “Heç bir ölkəyə düşməncəsinə yanaşmır, kimsəni təhdid etmirik. Türkiyə əmin olunası ölkədir, amma bizə qarşı hücumlara, təhdidlərə də ən sərt cavabı verər və lazım gələni etməkdən çəkinmərik. Hər cür terror təşkilatına qarşı amansız mübarizə aparmaqda olan bir dövlətik. Xalqına dövlət terroru edənlərə və Türkiyəni təhdid etməyə çalışanlara hədlərini bildirməyi də bilirik. Böyük dövlətlərin düşmənləri olar. Təyyarəmizə, gəmimizə, əsgərimizə, zaman-zaman bayrağımıza qarşı alçaqcasına edilən hücumları zəiflik kimi görənlər böyük dövləti olmayanlardır”.
    29.06.12 Məqaləni oxumaq
     
    Dünyanın ən qocaman milyarderi vəfat edib
    Sürixdə 101 yaşında dünyanın ən qocaman milyarderi Uolter Hefner vəfat edib. 101 yaşında ölən bu şəxs avtomobillərin satışı ilə məşğul olurdu. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Hefnerin ailəsi Volkswagen, Seat, Skoda və Audi avtomobillərinin İsveçrəyə gətirməklə məşğul olub. O, son günlərə qədər ofisdə olub və işlərə nəzarət edib. “Forbes” onu dünyanın ən varlı şəxsləri sırasında 248-ci sırada müəyyən etmişdi. Onun varidatı 4,3 milyard dollar həcmində müəyyən edilmişdi. İndi dünyanın ən qocaman şəxsi 97 yaşlı Devid Rokfeller olub.
    28.06.12 Məqaləni oxumaq
     
    Klinton Avropa turnesinə çıxıb
    Bu gün ABŞ dövlət katibi Hillari Klinton Latviyaya gəlib. Klinton Riqada ölkə rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, daha sonra o, Sankt-Peterburqda Asiya Sakit okean Əməkdaşlıq Təşkilatının “Qadınlar iqtisadiyyatda” adlı forumunda iştirak edəcək. Rusiyada olarkən Klinton xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. Danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.
    28.06.12 Məqaləni oxumaq
     
    İraqda vaxtından əvvəl seçkilər keçirilə bilər
    İraqda vaxtından əvvəl seçkilər keçirilə bilər. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nuri əl-Maliki məlumat verib. O qeyd edib ki, siyasi rəqibləri danışıqlardan imtina etdiyinə görə onun başqa seçimi yoxdur. Şiə lideri Malikinin rəqibləri onu hakimiyyəti ələ keçirməkdə günahlandırırlar. Hakimiyyətdən uzaqlaşdırılmış sünni, kürd və bir sıra şiə liderləri bir neçə aydır ki, onun istefasını tələb edirlər.
    28.06.12 Məqaləni oxumaq
     
    Ərdoğan Lavrova cavab verdi
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvanın Suriyanın Türkiyə təyyarəsini vurmasıyla bağlı Əsəd rejiminin tezislərini dəstəkləyən açıqlamalarını dəyərləndirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Suriyanın addımı provokasiya və ya qəsd kimi dəyərləndirilməməlidir” sözlərinə bu sözlərlə cavab verib: “Mən hörmətli Lavrovun açıqlamasının nəyə əsaslandığını bilmirəm. Dünən xarici işlər nazirimizlə etdiyi söhbətlər başqaydı. Buradakı açıqlamasında hər halda Suriya ilə apardığı danışıqlardan yola çıxaraq bir az onların diliylə danışıb”.
    28.06.12 Məqaləni oxumaq
     
    Türkiyə təyyarəsinin bəzi hissələri və pilotların kaskaları tapılıb
    Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin bəzi hissələri və pilotların kaskaları tapılıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım verib. Nazir axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.
    27.06.12 Məqaləni oxumaq
     
    Keçmiş baş nazir korrupsiya ittihamı ilə həbsxanaya gedir
    Rumıniya müstəntiqləri 3 polis və 1 həkimin keçmiş baş nazir Adrian Nastaseyə məsuliyyətdən yayınmağa kömək etməsi iddialarını araşdırırlar. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 62 yaşlı Nastase büdcədən 2 milyon dolları öz seçki kampaniyasına xərcləməkdə ittiham olunurdu. Polislər onu həbs etməyə gələndə özünü güllə ilə vurmuşdu. Ancaq media bu olayın qurama olduğunu və onu aparmağa gələn təcili yardım maşınında heç qan izinin olmadığını iddia edirdi. Məhkəmə Nastasenin cəzasını çəkə biləcəyinə qərar verib. Nastase 2000-2004-cü illər arasında Rumıniyanın sol hökumətinə başçılıq edib.
    27.06.12 Məqaləni oxumaq
     
    Mübarək həbsxanaya qayıtmayacaq?
    Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin səhhəti ciddi şəkildə nəzarətdədir. Ürəyinin dayanmasından sonra tənəffüs cihazına bağlanan Mübarək hərbi hospitala yerləşdirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hökumət məsələyə dair açıqlama verməyib. Xəstəxanadakı mənbələr isə vəziyyəti nisbətən yaxşılaşan Mübarəkin reanimasiyada olduğunu bildiriblər. Mübarəkin bundan sonra hərbi xəstəxanada qalacağı və həbsxanaya qayıtmayacağı təxmin edilir. Daha əvvəl Tora həbsxanasında atasına baş çəkən Camal Mübarəkin isə hərbi hospitalda qalmasına icazə verilməyib.
    22.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 25 26 27 28 29 30 31 32 33 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30