Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb
    Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb. Hərbçilər ailələri ilə birlikdə Hatayın Reyhanlı qəsəbəsinin Bükülməz, Kuşaklı və Kavalcıq kəndlərinə yerləşiblər. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, 26 nəfərlik qrup rəsmi prosedurlardan sonra Apaydın çadır şəhərciyinə göndərilib. Türkiyəyə qaçan 40 nəfərlik başqa bir qrup isə Şanlıurfanın Ceylanpınar qəsəbəsindəki çadır şəhərciyinə yerləşdirilib. Türkiyəyə sığınan suriyalıların sayı 35365-ə çatıb. Suriya vətəndaşlarına Türkiyədə yemək və qalmaqla yanaşı, tibbi, sosial, təhsil, ibadət, tərcüməçilik, kommunikasiya xidmətləri göstərilir.
    05.07.12 Məqaləni oxumaq
     
    Rusiya ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcək
    Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Vaşinqtonun Moskvanı Bəşər Əsədə siyasi sığınacaq verməyə razı salmağa çalışdığına dair xəbərlərə münasibət bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Rıbakov ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcəklərini söyləyib. Xarici işlər nazirinin müavini bir neçə dəfə fikirlərini açıqladıqlarını deyib və Suriyada iqtidar məsələsinə Suriya xalqının qərar verməli olduğunu vurğulayıb: “Xaricdə hazırlanıb Suriyaya tətbiq edilən planlar zərərverici ola bilər”.
    05.07.12 Məqaləni oxumaq
     
    Yəməndə “Əl-Qaidə” yaraqlıları öldürülüb
    Yəməndə “Əl-Qaidə” yaraqlısı olduqları ehtimal edilən 4 nəfər öldürülüb. “KƏLAMİNFO” “Röyters”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, onlar iki hava zərbəsi nəticəsində öldürülüb.

    Yəmənin hakimiyyət orqanları 14 yaraqlının həbsi haqqında məlumat verib.
    05.07.12 Məqaləni oxumaq
     
    Ukrayna üçün viza rejiminin sadələşdirilməsi təklif edilib
    Avropa Komissiyası Ukrayna üçün viza rejiminin sadələşdirilməsini təklif edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Avropa Parlamentinin bir sıra üzvləri təklifi tənqidlə qarşılayıblar. Onlar bildiriblər ki, Avropa Birliyi oktyabrda Ukraynada keçiriləcək parlament seçkisinədək indiki rejimlə bu cür razılığa getməməlidir.
    Avropa Komissiyası sənədi cümə axşamı imzalamalıdır. Amma qüvvəyə minməsi üçün onu ilin sonunadək Avropa Parlamenti də təsdiqləməlidir.
    04.07.12 Məqaləni oxumaq
     
    Almaniyada faşist qalmaqalı ikinci istefaya səbəb olub
    Almaniyada faşist qalmaqalı ikinci istefaya səbəb olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Almaniya kəşfiyyatının rəhbəri Heinz dan sonra iqrçi qruplaşmanın illərlə fəaliyyət göstərdiyi Türingen əyalətinin kəşfiyyat rəhbəri Tomas Sippel də istefa verib. İrqçi cinayətləri araşdıran Federal Məclis Araşdırma Komissiyası keçən həftə Federal Konstitusiyanı Müdafiə İdarəsinin (kəşfiyyat qurumu) irqçi qruplaşma ilə bağlı bəzi sənədləri məhv etdiyini ortaya çıxarmışdı.
    04.07.12 Məqaləni oxumaq
     
    Suriyalılar İordaniya ilə sərhədə sığınıblar
    Homs şəhərinin sakinlərinə təcili beynəlxalq yardım göstərilməlidir. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Suriya müxalifətinin liderləri məlumat veriblər.  Qahirədə müxalifət lideri Burhan Galuin dünya ictimaiyyətini “Suriya xalqının özünümüdafiə hüququna hörmət etməyə” çağırıb.
    Suriyanın müxtəlif şəhərlərində silahlı toqquşmalar davam edib. Minə yaxın suriyalı isə Deraa əyalətindəki döyüşlərdən xilas olmaq üçün İordaniya ilə sərhədə sığınıb.
    04.07.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Misirin gücü, bizim gücümüzdür”
    Misirin yeni prezidenti Məhəmməd Mursi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə XİN rəhbəri ölkəsinin Misirlə daimi əməkdaşlığa hazır olduğunu vurğulayıb. “Misirin gücü, bizim gücümüzdür. Misirin güclü olması regionda stabillik deməkdir. Türkiyə ilə Misir qardaşdır və hər iki ölkə daimi əməkdaşlığa hazırdır” - deyə Davudoğlu bildirib. Əhməd Davudoğlu həmçinin prezident Abdulla Gülün Misir prezidenti Muhamməd Mursini Türkiyəyə dəvət etməsi barədə təklifini çatdırdığını da bildirib.
    04.07.12 Məqaləni oxumaq
     
    Suriyalı hərbçilər kütləvi şəkildə Türkiyəyə keçdilər
    100-ə yaxın suriyalı hərbçi, o cümlədən, bir general və yeddi zabit Türkiyə ərazisinə keçiblər. Onlar Türkiyədən sığınacaq istəyiblər. “KƏLAMİNFO” “Hurriyyet”ə istinadən xəbər verir ki, söhbət sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbçilərindən gedir. Bu, Suriya hərbçilərinin Türkiyəyə qaçması ilə bağlı ilk hadisə deyil. Amma indiyədək bu qədər kütləvi fərarilik olmamışdı.
    03.07.12 Məqaləni oxumaq
     
    “İsraili yer üzündən silərik”
    İran İsraili növbəti dəfə təhdid edib. “KƏLAMİNFO” xəbər verir ki, İran Dövlət Televiziyasının xəbərinə görə, İnqilab Keşikçilərinin Hava-Kosmos Qüvvələri komandanı Əmir Əli Hacızadə İsrailin İrana hücum təhdidlərini dəyərləndirib. Hacızadə İsrailin İranla boy ölçəcək gücdə olmadığını deyib: “Sionist rejim İrana hücum edəcək gücdə olsaydı, bir an belə durmazdı”. İsraillə “Hizbullah” arasındakı “33 gün” müharibəsini xatırladan Hacızadə “Onlar Livandakı “Hizbullah” kimi kiçik bir qrupa məğlub oldular. İrana necə hücum edə bilərlər” - deyə sözlərini davam etdirib. İsrailin ABŞ olmadan belə işə əl ata bilməyəcəyini söyləyən İran rəsmisi bölgədəki bütün ABŞ hərbi bazalarının hücum mənzilində olduğunun bilindiyini qeyd edib. Vaşinqtonun belə bir yükün altına girə bilməyəcəyini vurğulayan general Hacızadə İsrailə də bu haqda dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb: “Onların belə bir cəsarəti yoxdur. Sionist rejim belə bir səhvə yol verərsə, yox olar. Onları yer üzündən silərik”.
    02.07.12 Məqaləni oxumaq
     
    Petrosyan müxalifətin prezidentliyə vahid namizəd ola bilər
    “Əgər payızda əlverişli şərait yaransa, Levon Ter-Petrosyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin namizədi olacaq və onu digər siyasi qüvvələrin də dəstəkləyəcəyi istisna olunmur”. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bunu Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. Levon Zurabyan Serj Sakisyan hakimiyyətinə qarşı çıxan bütün siyasi qüvvələrin vahid namizəd ətrafında birləşəcəyini, bu namizədin isə Levon Ter-Petrosyan olacağını bildirib. Ermənistanda prezident seçkiləri 2013-cü ilin fevralında keçiriləcək.
    02.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30