Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib
    Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, layihədə Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır. BMT-nin 300-ə yaxın müşahidəçisinin Suriyadakı fəaliyyəti ilə bağlı iyulun 20-nə qədər qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90 günlük mandatı başa çatır.
    11.07.12 Məqaləni oxumaq
     
    Lavrov yeni “soyuq müharibə” proqnozlaşdırmır
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni “soyuq müharibə” proqnozlaşdırmadığını deyib.” KƏLAMİNFO” xəbər verir ki, “Qolos Rossii” radiosunda canlı yayımda iştirak edən Lavrov beynəlxalq aləmdəki proseslərə nəzər saldığı zaman yeni “soyuq müharibə” olacağını düşünmədiyini söyləyib. Nazir Rusiya-ABŞ əlaqələrinin qlobal balansın təmin olunması baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb: “ABŞ ilə əməkdaşlığa davam edirik. Xüsusilə ABŞ-dakı respublikaçılardan Rusiyanı ittiham edən açıqlamalar eşitdiyimiz zaman buna gözlərimizi yuma bilmərik. Ancaq bu cür ittihamedici açıqlamaların ABŞ-ın siyasətini əks etdirdiyini düşünmürəm. Rusiyada və ABŞ-da məsuliyyətli davranan hər bir siyasətçi iki ölkə arasındakı əlaqələrin beynəlxalq arenada balansın təmin olunması baxımından mühüm olduğunu görür”.
    11.07.12 Məqaləni oxumaq
     
    Hillari Klinton Monqolustanda
    Monqolustanda səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton demokratiyanı önə çəkmək və Amerika iqtisadiyyatının regionda mövcudluğunu artırmaq üçün Asiya səfərini davam etdirir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton bu gün Monqolustan paytaxtı Ulan-Batorda keçirilən Beynəlxalq Lider Qadınlar Forumunda çıxış edib. O, iqtisadi inkişaf üçün demokratiyanın vacibliyini vurğulayaraq deyib ki, biri olmadan o birinə nail olmaq qeyri-mümkündür. Dövlət katibinin sözlərinə görə, XXI əsrdə Asiyada insanlar yalnız varlı olmağa çalışmamalıdırlar, onlar həm də azad olmalıdırlar. Klinton habelə ölkə prezidenti Tsaxia Elbeqdorjla da danışıqlar aparıb. ABŞ dövlət katibinin Asiya səfərinə Monqolustandan başqa Laos, Kamboca və Vyetnam da daxildir.
    10.07.12 Məqaləni oxumaq
     
    İranda işsizlərin sayı 10 milyon nəfərdən çoxdur
    İran parlamentinin keçmiş üzvü Daryuş Qənbəri İranda işsizlərin sayının 10 milyon nəfərdən çox olduğunu elan edib. “KƏLAMİNFO”nun məlumatına görə, xəbər İranın rəsmi informasiya mənbələri tərəfindən yayılıb. İran dövləti elan edib ki, İranda işsizlik səviyyəsi təxminən 10.4 faiz təşkil edir. Lakin keçmiş millət vəkili üzvü bunu qəbul etməyərək, “Eco News”-a bunları bildirib: “Statistika Mərkəzinin göstəricilərinə əsasən, İranda işsizlərin sayı 2 milyon 800 min nəfərdir, amma mənim fikrimcə, bu, doğru ola bilməz”. O, əsgərlər və tələbələrin işsiz kimi götürülməli olduğunu, lakin dövlətin onları işlə təmin edilmiş təbəqə kimi göstərdiyini deyir. Digər tərəfdən, o, işsizlik səviyyəsinin qadınlar arasında daha çox olduğunu bildirir. “İran dövləti işsizlik səviyyəsini az göstərmək üçün həftədə 1-2 saat işləyənlərə də işsiz deyil deyir” - deyə o bildirir.
    09.07.12 Məqaləni oxumaq
     
    Kofi Annan Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib
    BMT-nin xüsusi nümayəndəsi Kofi Annan prezident Bəşər Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, səfərin detalları ilə bağlı açıqlama verilməyib. Annan Suriyada 16 aydır davam edən böhrana son qoymaq üçün beynəlxalq ictimaiyyətin təqdim etdiyi ən ətraflı planın müəllifidir. Almaniya televiziyasına müsahibə verən prezident Əsəd Birləşmiş Ştatları üsyançılara siyasi dəstək verməkdə və Annanın planının gerçəkləşməsinə mane olmaqda ittiham edib. Altı maddədən ibarət olan Annan planında aprel ayından başlayaraq hökumət qüvvələri və prezident Əsədi hakimiyyətdən devirməyə çalışan müxalifət qüvvələri arasında atəşkəs rejiminin tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin atəşkəsin şərtlərinə əməl edilməyib. BMT-nin keçmiş baş katibi Suriyaya səfərini beynəlxalq ictimaiyyətin ölkədə böhrana son qoymaq üçün cəhdlərinin baş tutmadığını deməsindən bir gün sonra edir.
    09.07.12 Məqaləni oxumaq
     
    Ərdoğan Bodrum tətilini yarıda kəsəcək
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəlində getdiyi Bodrum tətilini yarıda kəsəcək. “KƏLAMİNFO” “Habertürk.com” saytına istinadən xəbər verir ki, baş nazir Suriyanın vurduğu təyyarədə şəhid olan pilotların dəfn mərasimində iştirak etmək üçün sabah Malatyaya gedəcək. Şəhid pilotların nəşləri bu gün Malatyaya aparılıb. Sabah keçiriləcək mərasimdə CXP lideri Kamal Kılıçdaroğlu da iştirak edəcək.
    07.07.12 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti: “Əsəd legitimliyini və xalqın dəstəyini itirib”
    “Əsəd daha əvvəl də çox sözlər verib, amma legitimliyini və xalqın dəstəyini itirib”. “KƏLAMİNFO” “Hürriyyet”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell deyib. Əsədin Türkiyənin “Cümhuriyet” qəzetinə verdiyi müsahibədə söylədiyi “Suriya xalqı istəmirsə, çəkilə bilərəm” cümləsini dəyərləndirən sözçü əsas məsələnin söz deyil, hərəkət olduğunu bildirib: “ABŞ-ın Əsədin çəkilməsiylə bağlı mövqeyi məlumdur. Belə bir şey olsa, şübhəsiz ki, məmnuniyyətlə qarşılayarıq, amma davranışlar sözlərdən daha mühümdür”. Ventrel Suriya ordusu generalları da daxil olmaqla hərbçilərin Türkiyəyə sığınmasını da məmnuniyyətlə qarşıladıqlarını söyləyib.
    06.07.12 Məqaləni oxumaq
     
    Klinton dünya turuna çıxır
    ABŞ dövlət katibi Hillari Klinton 8 ölkəni əhatə edən səfərə çıxıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın yaydığı yazılı açıqlamaya görə, Klinton ilk olaraq bu gün Parisə gedəcək və “Suriya Xalqının Dostları” qrupunun üçüncü toplantısında iştirak edəcək. Daha sonra dövlət katibi Əfqanıstan mövzusunda beynəlxalq konfransda iştirak üçün Tokioya gedəcək. Tokiodan sonra Monqolustan və Vyetnamda müxtəlif görüşlər keçirməyi planlaşdıran Klinton daha sonra Laosa gələcək. Klinton 57 illik fasilədən sonra Laosa gedən ilk ABŞ dövlət katibi olacaq. ABŞ xarici siyasət idarəsinin rəhbəri daha sonra Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) illik təhlükəsizlik forumunda iştirak üçün Kambocaya yola düşəcək. İyulun 14-də isə Klinton ABŞ-ın Misirdəki demokratik dəyişikliklərə dəstəyini ifadə etmək üçün Qahirədə olacaq. İki gün Misirdə qalması planlaşdırılan Klinton iyulun 16-17-də İsrailə gedəcək.
    06.07.12 Məqaləni oxumaq
     
    Saakaşvilinin oğlunun velosipedini oğurlayıblar
    Gürcüstan prezidenti Mixail Saakaşvilinin oğlu, 16 yaşlı Eduardın velosipedini Nyu-Yorkda oğurlayıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Tbilisidə Müdafiə Nazirliyində olarkən deyib. “Dünən Nyu-Yorkda küçədən oğlumun velosipedini oğurlayıblar. Oğlum oğurluq faktının özünə yox, ətrafda video kameraları ola-ola cinayətkarların oğurluq etmələrinə təəccüblənib” - deyə Mixail Saakaşvili deyib. M.Saakaşvili fürsətdən istifadə edərək, Qərblə Gürcüstanı müqayisə də edib. Onun sözlərinə görə, Tiflisdə müşahidə kameralarının olduğu küçələrdə hüquq pozmalar qeydə alınmır. Prezidentin fikrincə, bu, Gürcüstanın cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurun göstəricisidir və ölkə ictimai asayiş baxımından ən təhlükəsiz yerlərdən birinə çevrilib: “Bizdə adambaşına düşən cinayətlərin sayı ABŞ və digər Qərb ölkələrlə müqayisədə azdır”. “Utro.ru” xatırladıb ki, Eduard 2011-ci ildə Ginessin Rekordlar kitabina düşüb. O, ingilis əlifbasını sağ əli ilə İPadda 5,26 saniyəyə çap edib.
    06.07.12 Məqaləni oxumaq
     
    Jak Şirakın xanımı avtomobil qəzasına düşüb
    Fransanın keçmiş prezidenti Jak Şirakın xanımı Bernadett Şirak avtomobil qəzasına düşüb. Korrez regionunda Şirak ailəsinə məxsus Biti qəsrini tərk edən keçmiş birinci xanım daha çox istədiyi məşhur “Şanel” şirkətinin təşkil etdiyi ziyafətə özünü tez çatdırmaq üçün sürücüsünə sürəti artırmağı əmr edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, axşam qaranlığında Paris istiqamətində böyük sürətlə hərəkət edən avtomobil yoldan keçən maralla toqquşub. Maşın yararsız hala düşsə də, xoşbəxtlikdən Bernadett Şirak və onu müşayiət edən cangüdənlər ancaq yüngül xəsarətlə canlarını qurtarıblar. B.Şirak və onu müşayiət edənlər başqa bir avtomobillə Parisə yola salınıblar.
    05.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30