Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Serbiya prezidenti BMT-nin baş katibindən vasitəçi olmağı xahiş edib
    Serbiya prezidenti Tomislav Nikolic BMT-nin baş katibi Pan Ki-Mundan Serbiya-Kosovo danışıqlarında vasitəçi olmağı xahiş edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Tomislav Nikolic Belqradda BMT-nin baş katibi ilə keçirdiyi danışıqlarda bildirib. Serbiya prezidenti beynəlxalq ictimaiyyəti Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
    Belqradla Priştina arasında danışıqlar keçən ildən gedir. Avropa Birliyi Serbiya və Kosovonı münasibətləri normallaşdırmağa çağırır.
    Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Onun müstəqilliyini BMT-yə üzv olan 90 ölkə qəbul edib. Serbiya Kosovonun müstəqilliyini tanımaqdan imtina edir.
    24.07.12 Məqaləni oxumaq
     
    Lavrov Hillari Klintonu “ədəbsiz” adlandırıb
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Hillari Klinton barəsində sərt sözlər işlədib. “KƏLAMİNFO” xəbər verir ki, CNN-nin xarici mətbuata istinadən yaydığı xəbərə əsasən, iki ölkə arasında Suriya məsələsindəki gərginlik siyasi liderlərin bir-biri haqqında sərt ifadələr işlətməsinə səbəb olub. S.Lavrov hətta amerikalı həmkarını “ədəbsiz” adlandırıb. Lavrov çıxışında bu sözləri söyləyib: “Bəşər Əsədi deyil, Annan planını dəstəkləyirik. Təzyiqə və şantaja baş əyən deyilik. Xanım Klintonu “Rusiyanın Suriya məsələsindəki mövqeyinə görə cəzalandırmaq lazımdır” söyləyib. Belə bir açıqlama diplomatiya əxlaqına uyğun olmadığı kimi, iki insan arasında belə ədəbsizlik sayılır. Heç kim bizimlə şantaj və təzyiq dili ilə danışa bilməz. Biz mövqeyimizi açıq-aydın ortaya qoymuşuq. BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya xaricdən müdaxiləni dəstəkləyən heç bir qanun qəbul oluna bilməz. Buna qarşı Qərb ölkələri bizim Suriyadakı müşahidəçilərin fəaliyyət müddətini uzatmaq təklifimizi rədd edə bilərlər. Belə vəziyyətdə nəyisə dəyişdirmək mümkün olmayacaq. Cenevrə konfransında qəbul etdiyimiz qərarlar yenə söz olaraq qala bilər”.
    19.07.12 Məqaləni oxumaq
     
    Türkiyə ABŞ-dan icarəyə götürdüyü təyyarələrindən birincisini təhvil alıb
    Türkiyə ABŞ-dan icarəyə götürdüyü “King Air 350” tipli kəşfiyyat təyyarələrindən birincisini təhvil alıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-dan icarəyə götürülən 5 təyyarədən birinin Türkiyəyə gətirildiyi bildirilib. Digər təyyarələrin oktyabr ayının sonuna qədər təhvil veriləcəyi, təhvil alınan ilk təyyarənin isə sınaq uçuşlarından sonra xidmətə başlayacağı qeyd edilib. Kəşfiyyat toplama məqsədilə istifadə ediləcək təyyarə Batmanda qalacaq.
    18.07.12 Məqaləni oxumaq
     
    İranın təhdidi Pentaqonu hərəkətə keçirdi
    İrandan neft idxalının dayandırılması gərginliyi artırıb. Tehran rejimi bu sanksiyaya qarşı Hörmüz boğazını bağlayacağını, neft tankerlərinin keçidinə icazə verməyəcəyini bəyan edib. Bu təhdid ABŞ administrasiyasını hərəkətə keçirib. Pentaqon bölgəyə hərbi vasitələr göndərib. “KƏLAMİNFO” xəbər verir ki, “Los Angeles Times” qəzeti ABŞ donanmasının Bəsrə körfəzinə minaların təsbiti və zərərsizləşdirilməsində istifadə edilmək üçün insansız dəniz vasitələri göndərdiyini yazıb. “Washington Post” qəzeti də sentyabr ayında Bəsrə körfəzində geniş miqyaslı mina təmizləmə təlimi keçiriləcəyini xəbər verib. Qəzet Qətərdə gizli bir radar bazası inşa edildiyini bildirib. Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirlikləri sahillərində ABŞ donanmasına məxsus bir gəmiyə sürətlə yaxınlaşan qayığa atəş açılıb. Qayıq Dubaydakı bir limana çəkilib və hadisə ilə bağlı araşdırma başlayıb.
    18.07.12 Məqaləni oxumaq
     
    ABŞ: Əsədin yaxın ətrafının onu tərk etməsi rejimin çarəsizliyini ortaya qoyur
    ABŞ Suriyanın İraqdakı səfirinin xalqın tərəfinə keçməsinin Əsəd rejiminin çarəsizliyini ortaya qoyduğunu bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Suriyanın İraqdakı səfirinin rejimlə əlaqələri kəsməsini Əsəd rejiminin gücünü itirməsinin göstəricisi olduğu qeyd edilib. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, Əsədin yaxın ətrafı və rəsmilər onun iqtidarda qalma şansının nə qədər olduğunu dəyərləndirməyə və onu tərk etməyi seçməyə başlayıblar. Xalqın tərəfinə keçən səfir Nevaf Fares isə “Əl Cəzirə”yə verdiyi açıqlamada “Əsəd artıq prezident deyil, yalnız xalqını öldürən qatildir” deyib.
    14.07.12 Məqaləni oxumaq
     
    Medvedev Putinin vəd etdiyi 3 milyardın veriləcəyini deyir
    Rusiyanın baş naziri Dimitri Medvedev prezidentin qeyri-kommersiya təşkilatlarına vəd etdiyi 3 milyard rublun veriləcəyini təsdiqləyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o qeyd edib ki, hökumətə bu vəsaitin axtarılmasına göstəriş verib və hökumət ölkə üçün xeyirli olan bu cür təşkilatları dəstəkləyəcək. Prezident Vladimir Putin qeyri-kommersiya təşkilatlarına dövlət yardımının iki dəfə artırılmasını təklif edib.
    13.07.12 Məqaləni oxumaq
     
    Rusiyada böhtana görə maddə bərpa olunur
    Rusiyanın Dövlət Duması böhtana görə cinayət işinin bərpasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hakim Vahid Rusiya partiyasından olan 7 deputatın təqdim etdiyi sənədi yalnız bu fraksiya dəstəkləyib. Kommunist, Liberal Demokrat və Ədalətli Rusiya partiyaları sənədin əleyhinə səs veriblər. Qanun layihəsində həmçinin böhtana görə cəzanın artırılması nəzərdə tutulur. Bu maddə keçmiş prezident Dimitri Medvedevin təşəbbüsü ilə ötən ilin dekabrında Rusiyanın cinayət məcəlləsindən çıxarılmışdı.
    12.07.12 Məqaləni oxumaq
     
    Ərdoğan Rusiyaya gedəcək
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedəcək. Baş nazirlikdən verilən açıqlamada Ərdoğanın bir günlük işgüzar səfər proqramıyla Moskvaya gedəcəyi bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, səfər iyulun 18-də reallaşacaq.
    12.07.12 Məqaləni oxumaq
     
    Putin Prezident yanında İnsan Haqları Şurasının sədri ilə görüşüb
    Rusiya prezidenti Vladimir Putin Prezident yanında İnsan Haqları Şurasının sədri Mixail Fedotovla QHT-lər haqda mübahisəli qanun layihəsini müzakirə edib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, yeni qanun layihəsi xaricdən maliyyələşən QHT-ləri xarici agentlərlə eyniləşdirir və daha sıx yoxlanmasını tələb edir. M.Fedotov ilk oxunuşda qəbul edilən qanunun müzakirələrinin 2 aylığa təxirə salınmasını və ictimai müzakirələr aparılmasını təklif edib. Putin isə təxirə salma fikri ilə razılaşmayıb. Ancaq qanunun qəbulundan sonra, dövlətin QHT-lərə yardımlarının 3 dəfə artırılacağına söz verib. Rusiya Dövlət Duması iyulun 13-də qanun layihəsini 2-ci və 3-cü oxunuşlarda müzakirə edəcək.
    11.07.12 Məqaləni oxumaq
     
    Cənubi Koreya prezidentinin qardaşı korrupsiya ittihamı üzrə həbs olunub
    Cənubi Koreya prezidenti Li Men Bakın böyük qardaşı Li San Dık korrupsiya ittihamı üzrə həbs olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 76 yaşlı Li San Dık «Solomon Savings Banks» və «Mirae Savings Bank» banklarından rüşvət almaqda ittiham olunur. Pulun əvəzində o, banklara qarşı istintaqı dayandırmağa söz veribmiş. Li San Dık 2007-2011-ci illərdə bu banklardan 525 min dollar alıb. Hər iki bankın fəaliyyəti dayandırılıb. AFR xəbər verir ki, məhkəmə zalına gətirilən Li Sanı əmanətçilər yumurta atəşinə tutublar.
    11.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30