Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
    Moskva Əsədin getməsi tələblərinin zorakılığı artırdığını iddia edir
    Moskva iddia edir ki, Bəşər Əsədin hakimiyyətdən çəkilməsi tələbləri bu ölkədə qarşıdurmanın səngiməsinə imkan vermir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov Moskvada BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiclə birgə mətbuat konfransında Qərbin Əsəddən hakimiyyətdən getmək tələblərini tənqid edib: “Biz Suriyada zorakılığa dərhal son qoya biləcək təkliflər veririk. O biri tərəf isə deyir ki, yox, ya rejim təslim olmalıdır, ya da biz pul və başqa vasitələrlə silahlı müxalifəti dəstəkləməkdə davam edəcəyik. Onlar terrora haqq qazandırırlar. Ən əsas məsələ budur. Və belə dəstək davam edərkən hansı humanitar əməllərdən danışmaq olar?”
    27.07.12 Məqaləni oxumaq
     
    Suriya hökumət qüvvələri müxalifə qarşı hücum hazırlayır
    Suriya hökumət qüvvələri Hələb şəhərindəki müxalif döyüşçülərin hədəflərinə şiddətli hücum hazırlayır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatında deyilir ki, Hələb şəhərində artilleriya hücumları zamanı bir qız ölüb, 7 nəfər yaralanıb. Məlumatda eləcə də, Həma və Deir Əs-zur şəhərlərində ölümlə nəticələnən toqquşmaların baş verdiyi, İdlib şəhərində isə hərbi maşının partladıldığı deyilir. Fəallar hökumət qüvvələrinin Hələb şəhərindəki hərbi əməliyyatlarda vertolyot və tanklardan istifadə etdiyini bildirirlər.
    27.07.12 Məqaləni oxumaq
     
    Rusiyalı casuslar övladlarını agent etmək istəyib?
    İki il əvvəl ABŞ-da aşkar edilmiş rus casusları öz uşaqlarını agent kimi “işə” cəlb etməyi planlaşdırıb və onların ən azı biri valideynlərinin təklifinə razılıq verib.  “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın keçmiş rəsmi nümayəndələrinə əsasən Wall Street Journal qəzeti verib. Qəzetin yazdığına görə, Amerikada anadan olmuş, ya da boya-başa çatmış uşaqlar onlara etibarın daha yüksək olmasına görə öz valideynlərindən daha effektiv fəaliyyət göstərə bilər. Vaşinqtondakı Rusiya səfirliyinin nümayəndəsi Wall Street Journal qəzetində məlumatları şərh etməkdən imtina edib.
    27.07.12 Məqaləni oxumaq
     
    Suriya deputatı Türkiyəyə qaçıb
    Suriyanın Hələb əyalətindən seçilmiş deputatı İxlas əl-Bədəvi Türkiyəyə qaçdığı barəsində məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, o, “Sky News Arabia” televiziyasına bildirib ki, Bəşər Əsəd rejiminin “minimum hüquqlarını tələb edən xalqına qarşı repressiyaları və amansız işgəncələrinə görə” ölkədən qaçmaq qərarına gəlib.
    Əl-Bədəvinin may ayında seçilmiş Məclisin ilk üzvü olduğu bildirilir. Deputatın bu açıqlaması Suriya qoşunlarının Əsəd rejiminə qarşı müqavimət göstərənlərin qarşısını almaq üçün ölkənin ən böyük şəhəri və ticarət paytaxtı Hələbin ətrafına toplaşdığı ərəfəyə təsadüf edir.
    27.07.12 Məqaləni oxumaq
     
    Hillari Klinton diaspor üzvlərini vətənlərinə kömək etməyə cağırıb
    ABŞ dövlət katibi Hillari Klinton deyib ki, o, Birləşmiş Ştatlarda diaspor icmalarının nümayəndələrinin ya özləri fərdi qaydada, ya da Amerika hökuməti ilə tərəfdaşlıq əsasında vətənlərində problemlərin həllinə kömək edə biləcəyinə inanır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, Klinton Vaşinqtonda ikinci ildir keçirilən Qlobal Diaspor Forumunun açılışında nitq söyləyib. İki gün sürəcək tədbirə ABŞ-da diaspor icmalarının 500-dən çox nümayəndəsi və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri qatılıb. Bu il “Vətənə kömək edərək irəliyə getmək” şüarı altında keçirilən forumda diaspor icmalarının üzvləri ilə ABŞ hökuməti arasında tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
    27.07.12 Məqaləni oxumaq
     
    İran və İsrail bir-birini ittiham edir
    Bolqarıstanda İsraildən olan turistləri daşıyan avtobusun partlamasında İranın günahlandırılmasına İran cavab verib: “İsrailin bu iddiası əsassızdır”. İyulun 25-də BMT Təhlükəsizlik Şurasında Orta Şərq üzrə debatda İranın BMT-dəki səfiri Məhəmməd Xazai beş İsrail turistinin və bir bolqar avtobus sürücüsünün ölümünə səbəb olan hücumda İsraili ittiham edib. İsrailin BMT-dəki səfirinin müavini Haim Vaysman bu ittihamı “qorxunc” adlandırıb və əlavə edib ki, “amma bu, təəccüblü deyil, çünki eyni hökumət 2001-ci ilin 11 sentyabr hadisələrini də konspiroloji hücum adlandırıb və Holokostu təkzib edib”. Vaysman iddia edib ki, Bolqarıstanda, ümumiyyətlə, son aylarda dünyada baş verən bir neçə terror olayında İranın barmağı var.
    26.07.12 Məqaləni oxumaq
     
    BMT baş katibi Serbiya ilə Kosovonu həqiqi dialoqa çağırıb
    BMT-nin baş katibi Pan Ki Mun Kosovodadır. Bu onun Kosovoya ilk səfəridir. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Mun Priştinada münasibətləri normallaşdırmaq üçün Serbiya ilə Kosovonu həqiqi dialoqa çağırıb. Kosovonun şimalında yaşayan etnik serblər Kosovo hökumətini tanımır və bir neçə dəfə sərhəd məntəqələrini blokadaya alıblar. ABŞ-da daxil olmaqla artıq bir çox Qərb ölkəsi Kosovonun müstəqilliyini tanıyıb. Serbiyanın yaxın müttəfiqi olan Rusiya isə Kosovonu tanımır.
    25.07.12 Məqaləni oxumaq
     
    Hillari Klinton: ABŞ yeni nəslin QİÇS-dən azad olmasını istəyir
    Vaşinqtonda QİÇS-ə dair beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika xəstəlikdən azad yeni nəslin yetişdirilməsi işinə sadiqdir.

    “KƏLAMİNFO”  “Lenta.ru”ya istinadən xəbər verir ki, dövlət katibi Klinton deyib ki, ABŞ dünyada QİÇS-lə mübarizədə qələbəyə kömək edəcək davamlı səhiyyə sistemlərinin yaradılması üzərində işləyir. O qeyd edib ki, bu məqsədlə ABŞ Afrikada və dünyanın hər yerində xəstəliyin anadan uşağa keçməsinin qarşısını almaq üçün klinikaların yaradılması işinə hazırdır. Kinton Afrikada oğlanların sünnət olunması proqramlarına yüksək qiymət verərək, bunun QİÇS və onun virusu olan HİV-in yayılmasının qarşısını almağa kömək etdiyini bildirib.
    Konfransda çıxış edən Britaniyadan olan rok ulduz Elton Con QİÇS-in yayılmasının qarşısının alınmasına mane olan stereotiplər əleyhinə danışıb.
    25.07.12 Məqaləni oxumaq
     
    İranda prezident seçkilərinə hazırlıq başlayıb
    İranın Daxili İşlər Nazirliyinin seçkilər üzrə idarəsi 2013-cü ildə XI çağırış prezident seçkiləri və IV çağırış Şəhər və Kənd İslami şuraları seçkilərinin keçirilməsi üçün plan hazırlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bunu İran DİN-in seçkilərin keçirilməsi üzrə idarəsinin rəhbəri Həsənəli Nuri söyləyib. Nuri bildirib ki, bu idarənin işi keçiriləcək seçkilər üçün proqram və planı hazırlamaqdır. Hazırda keçiriləcək seçkilərin tarixinin dəqiqləşməsi istiqamətində işlər gedir, seçkinin keçiriləcəyi gün dəqiqləşdikdən sonra əyalətlər üzrə seçki qərargahlarının təşkilinə başlanacaq. Qeyd edək ki, İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. 2005-ci ildə ilk dəfə prezident seçilən hazırkı prezident Mahmud Əhmədinejad 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisində yenidən qalib elan edilib. Onun rəqibləri olan Yaşıllar Hərəkatının rəhbəri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkinin saxtalaşdırıldığını iddia edərək əhalini kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və həmin aksiyalar zamanı müxalifət liderləri ilə yanaşı Yaşıl Hərəkatın onlarla üzvü həbs edilib.
    25.07.12 Məqaləni oxumaq
     
    ABŞ-ın ilk astronavt qadını vəfat edib
    ABŞ-ın ilk astronavt qadını Salli Rayd 61 yaşında vəfat edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, il yarımdan çox idi ki, xərçənglə mübarizə aparırdı.
    Salli Rayd kosmosa ilk uşuçunu 32 yaşında - 1983-cü il iyunun 18-də həyata keçirmişdi.
    24.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30