Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    ABŞ Dövlət Departamenti dünyada dini dözümsüzlüyün artdığını bildirir
    ABŞ 2011-ci ildə dünyada dini zəmində dözümsüzlüyün davam etdiyini bildirir. ABŞ Dövlət Departamentinin dünyada din azadlığının vəziyyətindən bəhs edən illik hesabatında deyilir ki, Bəhreyn, İraq, Rusiya kimi ölkələrdə hökumətlər “zorakı ekstremistlər” adlandırdıqları qruplara qarşı addımlar atarkən din azadlığını pozur, sosial zəmində dozümsüzlüyə yol açırlar.

    Sənədə görə, bir çox ölkələrdə hökumətlər kafirlik, dinini dəyişmə və təhqir kimi maddələrdən din azadlığını boğmaq üçün daha çox istifadə ediblər. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti hesabatında Çin, İran, Şimali Koreya və Səudiyyə Ərəbistanını din azadlığı sahəsində davamlı problemləri olan ölkələr kimi xarakterizə edir. Sənədə görə, bütün dünyada hazırda anti-semitizm, eləcə də bəhailər, buddistlər və uyğurlara qarşı dözümsüzlük güclənir.
    01.08.12 Məqaləni oxumaq
     
    Ərdoğan Obama ilə danışıb
    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamayla telefonla danışıb. Telefon söhbəti zamanı Suriyadakı vəziyyət müzakirə edilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Nazirliyin Mətbuat Mərkəzindən verilən açıqlamada Ərdoğan və Obamanın Bəşər Əsədin vəzifədən getməsi və Suriya xalqının legitim tələblərinin yerinə yetirilməsi də daxil olmaqla, Suriyadakı siyasi keçid mərhələsini sürətləndirmək istiqamətindəki səylərin koordinasiyası haqda müzakirələr apardıqları bildirilib: “İki lider son olaraq Hələbdə də görüldüyü kimi, Suriya rejiminin öz xalqını hədəfə alan hücumlarından və rejimin vəhşiliyi ucbatından Suriyada humanitar vəziyyətin pisləşməsindən gedərək daha çox narahat olduqlarını bildiriblər”.
    31.07.12 Məqaləni oxumaq
     
    Türk qırıcısının 9 mühüm hissəsi dənizdən çıxarılıb
    Suriya tərəfindən vurulan Türkiyə qırıcısının 9 mühüm hissəsi dənizdən çıxarılıb. Bu haqda məlumatı Nazirlər Kabinetinin toplantısından sonra brifinq keçirən baş nazirin müavini və hökumət sözçüsü Bülənt Arınç verib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Arınç təyyarənin 9 kritik hissəsinin çıxarıldığını, texniki araşdırmaların davam etdiyini deyib.
    31.07.12 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibi Afrika ölkələrinə səfərə çıxır
    ABŞ dövlət katibi Hillari Klinton çərşənbə axşamı Afrikaya edəcəyi bir həftəlik səfərini Seneqaldan başlayacaq. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, səfər haqda məlumatda Klintonun Seneqal da daxil edilməklə, digər bir neçə ölkəyə gedəcəyi deyilir. Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, dövlət katibi Seneqalın paytaxtı Dakarda universitet tələbələri qarşısında demokratiya ilə bağlı nitq söyləyəcək.
    31.07.12 Məqaləni oxumaq
     
    Azad Suriya Ordusu 300 əsgərlə Hələbə girib
    Azad Suriya Ordusunun ən böyük və ən güclü qolu olan “Liva Əl Təhvit” qrupu 300 nəfərlik qüvvəylə Hələbə girib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, Əsəd rejiminin Hələbi mühasirəyə almağa başlamasından sonra yola çıxan qrup səhər saatlarında şəhərə çatıb. “Liva Əl Təvhit” qrupunun liderlərindən Yusif Sabah Əbu Səlmo hədəflərinin Əsədi iqtidardan göndərmək olduğunu deyib: “Bunu edəcək gücümüz var. Ancaq Hələb xalqı bizim üçün çox vacib olduğundan burada tam gücümüzü göstərə bilmirik. Hələbə və Hələb xalqına zərər gəlməsini istəmirik. Ancaq buna baxmayaraq, birlik və nizam-intizamı təmin etmək üçün Hələbi alacağıq. Əsədin əsgərlərini buradan təmizləyəcəyik. Əsədə yardım edənləri də təmizləyəcəyik”.
    31.07.12 Məqaləni oxumaq
     
    ABŞ və Almaniya avro zonasında iqtisadi islahatların uğuruna inanır
    ABŞ və Almaniyanın maliyyə nazirləri avro valyutasından istifadə edən 17 ölkənin maliyyə sistemində islahatlar apara biləcəyinə əminliklərini bildiriblər. ABŞ-ın maliyyə naziri Timoti Geytner və Almaniyanın maliyyə naziri Volfqanq Şauble müzakirələrdən sonra verdikləri bəyanatda avro zonasına daxil olan ölkələrin Avropada borc böhranının qlobal iqtisadiyyat üçün yaratdığı təhlükənin aradan qalxması üçün islahatlar aparmağın vacibliyini vurğulayıblar. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Gaytner və Şauble İrlandiya və Portuqaliya hökumətlərinin iki il bundan əvvəl beynəlxalq yardım aldıqdan sonra iqtisadiyyatın sabtiləşməsi səylərini yüksək qiymətləndirib. Onlar həmçinin borc böhranı keçirən İspaniya və İtaliyada iqtisadi islahatların gedişini müzakirə ediblər.
    31.07.12 Məqaləni oxumaq
     
    Türkiyə İraqın vitse-prezidentinə müvəqqəti qeydiyyat icazəsi verib
    Türkiyədə olan İraqın vitse-prezidenti Tarıq Əl-Haşimiyə müvəqqəti qeydiyyat icazəsi verilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Taşimi səhhətindəki problemlərlə əlaqədar aprelin 9-da Türkiyəyə gəlib. 90 günlük viza müddəti başa çatdıqdan sonra Haşimi qaçaq vəziyyətinə düşəcəyi üçün Türkiyənin Daxili İşlər Nazirliyi ona müvəqqəti yaşamaq üçün icazə verib.
    30.07.12 Məqaləni oxumaq
     
    Əfqanıstandakı daha bir gürcü hərbçi ölüb
    Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən daha bir gürcü hərbçi ölüb. 28 yaşlı kapral Givi Pansulaya bu ilin yanvarında Əfqanıstanda yaralanıb. O, Amerika və Almaniyadakı hospitallarda müalicə kursu keçib, sonra Gürcüstanın Qori şəhərindəki hərbi hospitalda müalicə olunub. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, buna baxmayaraq, həkimlər kapralın həyatını xilas edə bilməyiblər. Gürcüstan Müdafiə Nazirliyi hərbçinin ailəsinə və yaxınlarına başsağlığı verib, onun dəfn xərcini boynuna götürüb. Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda 20-dək gürcü hərbçi həlak olub.
    30.07.12 Məqaləni oxumaq
     
    Şimali Koreyada leysan və fırtına fəlakətə çevrilib
    Şimali Koreyada keçən həftədən davam edən leysan və fırtına fəlakətə çevrilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi mənbələr fəlakət nəticəsində 88 nəfərin öldüyünü, 134 nəfərin yaralandığını bildiriblər. Ölkədə 5 mindən çox evin tamamilə dağıldığı, 12 mindən çox evə ziyan dəydiyi bildirilir. Fəlakət nəticəsində 62 mindən çox şimali koreyalı evsiz qalıb.
    30.07.12 Məqaləni oxumaq
     
    İranın əhalisi 75 milyondan artıqdır
    İranın Statistika Mərkəzinin rəisi Adil Azər ölkə əhalisinin sayının 75 milyon 149 min 669 nəfər olduğunu elan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, İranda əhalinin siyahıya alınması hər 10 ildən bir aparılır.

    Lakin  keçən il qəbul edilmiş yeni qanuna əsasən, istisna olaraq ölkədə keçən il əhalinin siyahıya alınması keçirilib. Bu qanunla növbəti siyahıyaalma beş il sonra yenidən keçiriləcək. İran əhalisinin 2006-cı ildə sayı 70 milyon 495 min 782 nəfər kimi göstərilmişdi. Hazırkı statistikaya əsasən, son beş il ərzində ölkə əhalisinin sayı 5 milyon 253 min 887 nəfər, ya da hər il təxminən  1 milyon 50 min 777 nəfər artıb. İran əhalisinin 50.5 faizini kişilər və 49.6 faizini isə qadınlar təşkil edir. Əhalinin 28.5 faizinin kəndlərdə və 71.5 faizinin isə şəhərlərdə yaşadığı qeyd edilir.
    28.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30